ADAU-DA BAŞ VERƏN SON OLAYLAR VƏ HƏBSLƏR - Özbaşınalıq, qohumbazlıq və sairə...

11:16 1.02.2023 38
ADAU-DA BAŞ VERƏN SON OLAYLAR VƏ HƏBSLƏR - Özbaşınalıq, qohumbazlıq və sairə...


Teref.az yazır ki, Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor müəllim heyəti adından redaksiyamıza Prezidentə müraciət daxil olub.
Müraciətdə ADAU-də baş verən özbaşınalıqlar və daha artıqları ilə bağlı ilginc faktlar açıqlanır. Teref.az olaraq çikayəti təqdim edirik:

Cənab Prezident, ADAU-da aparıcı vəzifələri qəsb etmiş məlum bir qrup şəxs əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək qanuna zidd əməllərlə məşğuldur. Bu şəxslər aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara qorxmadan imza atırlar.
Son dövrlərdə mətbuada gedən silsilə şikayət və müraciətlərdən aydındır ki, Azərbaycan Dövlət Aqrar Universitetində rüşvətxorluq, özbaşınlaıqlar və anarxiya baş alıb gedir.
Biz bu barədə dəfələrlə müraciət etmişik, kütləvi informasiya vasitələrində həyəcan təbili çalmışıq. Lakin kənd təsərrüfatı nazirliyi, eləcə də universitet rəhbərliyi tərəfindən heç bir tədbir görülmədi. Nəticədə bu gün həmin rüşvətxorlardan biri Baytarlıq fakültəsinin dekanı, professor Famil Nəsibov universitetdə korrupsiyaya qarşı aparılan əməliyyatlar çərçivəsində həbs olundu. Famil Nəsibov əslən göyçəlidir. Xaçmaz Rayon İcra Başçısı Elnur Rzayevlə dayıoğlu, bibioğludur. Elnur Rzayevin digər qardaşı Bayandur Rzayev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisidir. Bütün bu göyçəliləri İnam Kərimov ətrafına yığıb. Famil Nəsibov həm də ADAU-nun yeni rektor əvəzi Zəfər Qurbanovun yaxınıdır.
Dəfələrlə mətbuatda "Aqrar iqtisadiyyat" fakültəsinin dekanı Asəf Hacıyevin, "Baytarlıq təbabəti və zoomühəndislik" fakültəsinin dekanı Famil Nəsibovun, "Maliyyə və iqtisadi nəzəriyyə" kafedrasının müdiri, professor Məhərrəm Hüseynovun, “Kənd təsərrüfatı texnikası” kafedrasının müdiri Aydın İsayevin, “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasının sabiq müdiri Ayaz Həsənovun, "Aqronomluq" fakültəsinin dekanı Məhərrəm İsmayılovun, “Kənd təsərrüfatı texnikası” kafedrasının sabiq müdiri Nazim Nadirovun, "Ekologiya" kafedrasının müdiri Musa Bayramovun cinayətləri və korrupsiya əməlləri haqqında geniş yazılar getmişdir. Universitet rəhbərliyi bunlarla bağlı tədbir görmədiyinə görə daxil olan şikayətlər əsasında universitetdə korrupsiya ilə bağlı əməliyyat keçirilmişdir. Nəticədə adları çəkilən əməkdaşlardan Famil Nəsibov bu gün saxlanılmışdır. Amma biz xahiş edirik ki, adları yuxarıda qeyd olunan yoldaşların da fəaliyyəti yoxlanılsın, onların da korrupsiya əməlləri ifşa olunsun. Bu şəxslər elmdən uzaq olmalarına baxmayaraq rüşvətxorluqla geniş şəkildə məşğul olurlar.
Nazim Nadirov universitetdə kafedra müdiri işlədiyi dövrdə maşın trakor parkını tamamilə satıb dağıtdı. Tələbələrdən külli miqdarda rüşvət yığdı. Rektor əvəzi Zəfər Qurbanovun yanında iclas zamanı öz kafedra yoldaşı, professor Qurban Əliyev bu şəxsi elmdən bixəbər,alverçi və rüşvətxor kimi xarakterizə etdi. Bu adam İnam Kərimov tərəfindən göyçəli olduğu üçün Aqromexanika Elmi Tədqiqat İnstitutuna direktor təyin olunmaq üzrədir. Digər tərəfdən Nazim Nadirov keçmiş icra başçısı Elmar Vəliyevin də qohumudur. Belə ki, Nazim Nadirovun bibisi Hərbi Prokuror Xanlar Vəliyevin həyat yoldaşıdır.
Cənab Prezident! Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti demək olar ki, idarə edilmir. Bütün özbaşınalıqların başında duran və bunlara rəvac verən Universitetin aqrar sahədən tam xəbərsiz olan rəhbərliyidir. Bunların yəni, rektor əvəzi Zəfər Qurbanovun, tədris işləri üzrə prorektor Əhməd Məlikovun, elmi işlər üzrə prorektor Azad İbrahimovun başı rektorluq uğrunda savaşa qarışıb. Klanlar arasında mübarizə gedir. Bu mübarizədə İnam Kərimov Zəfər Qurbanovu, Mikayıl Cabbarov isə Əhməd Məlikovu dəstəkləyir. Zəfər Qurbanov isə hər vasitə ilə Əhməd Məlikovu aşağılamağa çalışır. Belə ki, o tədris işləri üzrə prorektor olsa da tədris işləri ilə Azad İbrahimov məşğuldur. Əhməd Məlikova isə bir otaq veriblər. Həmin otaqda yazılı imtahanda tələbələrin bileti ilə yazdığı sualları araşdırır ki, görək tələbə imtahanda öz sualını, yoxsa başqa sualı yazıb.
Bu şəxslərə, eləcə də onlarn himayədarlarına çatmır ki, kimin rektor təyin olunması haqqında fərmanı ölkə Prezidenti verir.
Cənab Prezident! Xahiş edirik, kollektivin xahişini nəzərə alaraq təcili tədbir görəsiniz. Sizə inanırıq və böyük ümidlə nəticə gözləyirik.
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
Teref.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:38

Mehriban Əliyevadan Novruz bayramı paylaşımı

10:21

Azərbaycanda Novruz bayramıdır

10:06

Düşmən Zəngilanda mövqelərimizi atəşə tutdu - YARALIMIZ VAR

09:53

Azərbaycan Prezidentindən Novruz bayramı ilə bağlı paylaşım - FOTO

23:10

Günün fotosu...

22:56

İlham Əliyev və ailəsi Novruz tonqalını alovlandırdı - Fotolar

22:16

“Bütün dünya sizinlə bacara bilmədi” - Sakindən İlham Əliyevə

21:43

Suqovuşanda yeni yaşayış məhəlləsinin təməli qoyuldu

16:30

Hava nəqliyyatı ilə sərnişin daşımaları 50%-dən çox artıb

16:08

Çin yer müşahidə peykini orbitə buraxdı

15:47

“Baku City Hospital”ın saytında bu cümlələr yazıldı - “Borcunu ödəməyə pul tapmır” - Foto

15:34

"Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik" - Prezident

15:07

Göyçay sakinləri Prezidentdən KÖMƏK İSTƏYİR - ETİRAZ VAR!

14:46

"Novruz təbriklərimi Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir"

13:20

Jurnalist icra başçısı ilə ÇƏKİŞMƏDƏ - Baş prokurorluğa TƏŞƏKKÜR ETDİ

13:00

DTX-nin tutduğu gömrük generalları AZADLIĞA BURAXILDI

13:00

"Həyat yoldaşımla birgə heç bir paylaşım etmirəm" - Elməddin Cəfərov

12:46

İlham Əliyev Talış kəndinin Baş planı ilə tanış oldu

12:32

Prezident ailəsi ilə birlikdə Talış kəndinə getdi

12:00

Paşinyan bu məbləğə görə Rusiyaya meydan oxuyur? - ARAŞDIRMA

11:40

Xəzər İcra Hakimiyyəti ilə qum dəllalları arasında toqquşma - TƏFƏRRÜAT

11:20

Taleh Qaraşovun yaxın kadrı MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR - Başçı işçisini qurtara biləcəkmi?

11:00

Laçın yolunda ekoaksiyanın 97-ci GÜNÜ

10:00

Kənd Təsərrüfatı Nazirliyinin müəssisəsinin vergi borcu üzə çıxdı - FOTOFAKT

09:40

Tovuzda məmurlar BELƏ YEYİR... - BU DA FAKT!!!

09:20

Bu gündən Azərbaycanda 9 günlük Novruz tətili başlayır

09:00

Rektor Fuad Hacıyev və ATEF rəhbəri Talıb Əlixanbəyovun adı SAXTA YOLLA MİS ALQI-SATQISINDA HALLANIR - İLGİNC İDDİALAR...

22:31

Zakir Fərəcov – bir oliqarxın çöküşü: İcra başçısının cinayət dosyesi

22:18

Klinikalar arasında ƏSL SAVAŞ GEDİR... - BU NƏDİ BELƏ?

21:50

“Nə pulumu qaytarırlar, nə maşınımı” - Vətəndaş məmurlardan narazıdır

21:31

"Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır" - İlham Əliyev

21:11

Azərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

20:01

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17:37

Prezident Rəhim Məmmədovu ordenlə təltif etdi