“Veysəloğlu” şirkəti kimindir: Aydın, yoxsa Vasif Talıbovun..? - Vasif Talıbov olmasaydı...Aydın Talıbov kim idi..?

08:35 1.02.2023 104
“Veysəloğlu” şirkəti kimindir: Aydın, yoxsa Vasif Talıbovun..? - Vasif Talıbov olmasaydı...Aydın Talıbov kim idi..?


“Veysəloğlu” şirkətlər qrupunun rəhbəri Aydın Talıbovun əməlləri, ona məxsus “Araz”, “Oba” marketlərində baş verənlərlə bağlı ölkə mediasında az qala bir dastanlıq yazılar dərc olunub. Ona görə də çox təkrarçılığa varmaq istəmirik. Və Aydın Talıbov məsələsinə bu dəfə başqa bir prizmadan yanaşmaq istəyirik.

İlk öncə ondan başlayaq ki, Texniki Universiteti bitirmiş, sıradan biri olan, “maaşla dolana bilmirdim, ona görə biznesə gəldim” deyən Aydın Talıbov böyük bir şəbəkəyə sahibdir. Bəli, bu şəbəkənin 145 marketi, 9 mindən artıq əməkdaşı var.
Təsəvvür edirsiniz, bu az qala böyük bir ticarət nazirliyi deməkdir. Qısa bir zamanda Veysəl müəllimin oğlu bu boyda əmlakı necə əldə edə bilərdi..? Ümumiyyətlə, dünyada ticarət biznesi, sənaye biznesi, turizm biznesi və s var. Və bu sahələrdə qazanılan pulların miqdarı, faizi elm tərəfindən ciddi öyrənilib. Və bunu sübut eləmək 2 x 2 = 4 kimi sadədir.
Bəli, konkret olaraq onu deyə bilərik ki, bu boyda biznes imperiyasının arxasında məmur, özü də elə-belə məmur yox ee...ZIRI MƏMUR dayanmasa, yüz dənə Aydın Talıbov olsa da bu boyda biznes şəbəkəsini qurmaq mümkün olan deyil. Biz bir media olaraq 9 ay əvvəl əbəs yerə yazmadıq ki, “Veysəloğlu”nun “paket”i əlindən alınıb...
Biz bu sözü havaya atmırdıq. Biz məntiqlə müəyyən etmişdik ki, bu boyda biznes şəbəkəsinin əsl sahibi var. Bəli, 9 ay öncə heç Vasif Talıbovun adını çəkən də yox idi, hətta bu gün onunla bağlı baş verənlər kiminsə ağlına yox e, heç yuxusuna da gəlməzdi. Amma biz bir media olaraq məntiq və qanunauyğunluq və Azərbaycan reallığını az-çox bilən kimi, bu nəticəyə gəlmişdik. İndi bu gün çoxları yaza bilər ki, Aydın Talıbovun biznes şəbəkəsinin əsl sahibi Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbov olub.
Bəli, biz bunu aylar öncə yazmışdıq. Əlbəttə, bu gün təkcə İsveç bankında 1 MİLYARD dollar pulu tapılan Vasif Talıbovun oğlu üçün Aydın Talıbova “krışa”lıq etmək nə böyük problem idi... Vasif Talıbov olmasaydı, Aydın Talıbov kim idi ki, Yasamal rayonunda düz yolun ortasını zəbt eləsin, öz “Araz” marketi üçün.
Biz onda yazdıq ki, Aydın Talıbov, kişi yol kəsməz, yol salar... Vasif Talıbov olmasaydı, sən işçiləri qanunsuz işlədə, onlara kağız üzərində bir cür, realda başqa maaş verə bilməzdin. Əmək Müfəttişliyi sənin şirkətini külli miqdarda cərimə edəndə canını qurtara bilməzdin. Vasif Talıbov olmasaydı, Aydın Talıbov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən “Veysəloğlu” Şirkətlər Qrupuna qarşı 2 milyon sanksiyadan necə qaça bilərdi..?
Vasif Talıbov olmasaydı... İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyini pozma əlamətləri üzrə iş qaldırmışdı.
Məlumatda deyilirdi ki, ötən il dünyada baş vermiş qlobal qiymət artımı fonunda ölkəmizdə bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir. Qiymət manipulyasiyalarının qarşısının alınması üçün Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb, yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərib. Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Veysəloğlu” heç bir sənəd və məlumat təqdim etməyib. Bununla bağlı şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması nəticəsindən asılı olaraq, təsərrüfat subyekti barədə qanunauyğun tədbir görüləcək. Nə oldu, nə baş verdi..?
Əlbəttə, Vasif Talıbovun tapşırığından sonra hər şey öz yoluna düşdü. Bu tip sualların sayını kifayət qədər artıra bilərik. Bəli, dəfələrlə yazmışdıq ki, xaricdən dəvət etdiyin əcnəbi revizorlara 20-30 min manat maaş verirsən, bizim millətin nümayəndələrinə 300-400 manat... Biz sənə yazanda ki, marketlərində satılan ərzaqlar insanları zəhərləyir, onların sağlamlığına ziyan vurur... Daha Vasif Talıbov yoxdur, Aydın Talıbov Özün nəticə çıxart və işinə bax.
P.S. Deyirlər, Vasif Talıbovun qohumu olan bir prokuror ilə də şərik imişsən.gundelik-baku.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ