Bu bahalaşma ilə HARA GEDİRİK? - Ekspert danışır

17:54 13.01.2022 24
Bu bahalaşma ilə HARA GEDİRİK? - Ekspert danışır
Zamantv.az : - Son zamanlar bütün dünyada , eləcə də Azərbaycanda ərzaq məhsullarının bahalaşması müşahidə edilir. Bunu əvvəlcə un və çörəyin bahalaşması ilə gördük. Ancaq digər ərzaq məhsulları, yağ, kartof, kələm və s. məhsulların da qiymətlərində artım var. Bunu ölkə bazarlarındakı qiymətlərə baxaraq hiss etmək olur.
Hökumət qiymətlərin artmaması üçün qərarlar verib bahalaşmaya qarşı yeni sosial paket təqdim etsə də, təəssüf ki, bahalaşma mövcud sosial paketi üstələyir.

İqtisadçı Samir Əliyev müsahibəsində bildirib ki, dünya əmtəə bazarlarında ərzaq məhsulları bahalaşan kimi Azərbaycan bazarlarında qiymətlər qalxır. Belə ki, milli valyutamız devalvasiyaya uğrayan kimi nəinki idxal məhsulları, hətta yerli istehsal bahalaşır. İqtisadçının sözlərinə görə, buna səbəb idxaldan asılılığın yüksək olmasıdır.

S.Əliyev qeyd edib ki, buğdanın 43%-i, düyünün 86%-i, bitki yağlarının 65%-i, çayın 55%-i, şəkərin 30%-i daxildə istehsal olunan şəkər istehsalı üçün xammalın 85%-i xaricdən gətirilir. Ekspert əlavə edib ki, ərzaq məhsulları ilə yanaşı qeyri-ərzaq məhsullarının da çox hissəsi xaricdən gətirilir. Elə buna görə də manatın devalvasiyası bazarlarda yüksək inflyasiya yaratmır.

İqtisadçı Günay Həsənova Bizimyol.info saytına müsahibəsində bildirib ki, mövcud bahalaşma gözlənilən idi.

“Pandemiyada dövründə bütün dünyada ərzaq qıtlığı müşahidə edildi. Bütün sahələrdə işin dayanması, işyerlərinin bağlanması da bu prosesə öz təsirini göstərdi. Azərbaycanda da eyni hal müşahidə edildi” - deyən ekspert qeyd edib ki, bahalaşma hələ iyun ayına qədər davam edə bilər. Bahalaşma təkcə ərzaq məhsullarında deyil, qeyri-ərzaq məhsullarında da təsirini göstərəcək. Səbəb isə, əksər məhsulların digər ölkələrdən gətirilməsidir.

“Məhsullar digər ölkələrdən gətirilən zaman vergi və rüsumlar əlavə edilir. Məsələn, Türkiyədə 50 lirəyə, yəni təxminən 6 manata satılan bir köynək Azərbaycanda 40 manata satılır. Bura vergilər, rüsumlar, kargo və s. tətbiq edildiyi üçün bu bahalaşma baş verir. Səbəb də qeyd etdiyimiz kimi idxaldan asılı olmağımızdır”,- deyə ekspert bildirib...

Bahalaşma fonunda hökumətin sosial paketə yenidən göz gəzdirəcəyini vurğulayan ekspert bildirib ki, bu bahalaşma süni bahalaşma deyil və qarşısını almaq mümkün deyil. Dünya bazarında aldığımız məhsulların qiyməti artdıqca, daxili bazara da təsir edəcək. Sadəcə olaraq vətəndaşın rifahı namimə hökumət yenidən müəyyən addımlar ata bilər. Bahalaşma özünü sosial müavinət və əmək haqqlarında da göstərəcək. Hazırkı vəziyyətdə isə, sadəcə olaraq gözləmək lazımdır.//bizimyol.info
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:34

"Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..." - Ekspert danışır

22:30

Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar

22:14

Mehdiyevin kürəkəni tərəfindən təzyiq göstərilən Ülkər Kərimova intihara cəhd etdi - TƏFƏRRÜAT

22:08

Oğluna restoran tikdirmək istəyən baş həkim necə aldadılıb? - MƏHKƏMƏ İŞİ

22:05

Xəstə çox, dərman baha: Azərbaycanda sağalmaq niyə günbəgün çətinləşir? - HƏQİQƏTƏN DƏ...

22:01

Arvadını qətlə yetirən şəxs məhkəmədə feministləri günahlandırıb - TƏFƏRRÜAT

20:58

“KİMLƏRSƏ “QARA BAZARA” PAS ÖTÜRÜR” – “Dövlətin iqtisadi qüdrətini sarsıdırlar”

20:44

Ətin bahalaşmasına təsir edən AMİLLƏR: - "Yeni sistemə keçid baş verməsə,.."

20:14

Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

20:12

DTX-dan yeni əməliyyat - Həbs olunanlar var

20:08

Paşinyandan hiyləgər gediş: - “Ermənilərlə güc dilində danışmalıyıq”

20:03

Hər zaman əlimiz tətikdə olmalıdır... - Başqa yolu YOXDUR!

15:42

'Hökumət mənim pensiyama qalıb?' - Astara sakinindən NARAZILIQ

15:39

Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub - DETALLAR

13:57

20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

13:03

Yanvarın sonuna Omikron sunamisi gözlənilir – Güclü dalğa xəbərdarlığı

12:41

“Əgər kolbasa və sosiska ətdən hazırlanırsa, niyə ucuz qiymətə satılır?” - Ekspert danışır

12:31

Yağıntılı hava nə vaxta qədər davam edəcək?

12:24

Azərbaycanda təhsil ocağında daha bir zorakılıq: Şagird döyüldüyü üçün dərsə getmir

12:10

“Bakının mərkəzi rayonunun yaradılmasına güclü müqavimət var” - Elbay Qasımzadə

12:07

"BSU-da 3 illik təhsilə görə Dürdanə Əliyevaya 8250 manat verdim" - MƏHKƏMƏ

12:04

“Ermənistan konstitusiyasından “soyqırım”la bağlı istinadlar çıxarılacaq, gerbdə isə Ağrı dağı olmayacaq” - Şarmazanov

11:58

Niyazi Bayramov Gəncədə dövləti belə talayır - İdman Sarayının tikintisi adı ilə...

11:35

“Uşaqların qaldığı evin həyəti istifadə olunmuş şprislərlə doludur”

11:31

Bakıda 48 yaşlı şəxs tanışını qətlə yetirib

11:23

İrəvanın yeni hədəfi: Azərbaycan sərhəddə mövqeləri gücləndirməlidir - Başqa yolu YOXDUR!

11:16

Gənc müəllim vəfat etdi

10:46

Baş həkim işdən çıxarıldı - FOTO

10:43

Bütün sahələrdə şəffaflıq əsas məqsədlərdəndir

13:51

"Mənə təkidlə “sığorta yalnız xaricdə keçərlidir” dedilər" - “Atəşgah Sığorta”dan HOQQABAZLIQ.

13:09

“Səlahiyyətli şəxslər tədbirlərdə danışmağımıza imkan vermir” - Raquf Orucovun xanımı

12:47

"Ermənistanda Baş nazir azərbaycanlı olsun" - Aloyandan TƏKLİF

12:37

“Ödəniş etmişik, amma mənzillər verilmir” - AAAF sakinləri NARAZILIQ EDİR

12:28

Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb