"Təəssüf ki, Azərbaycan kanallarına baxanda ancaq bayağı şeylər, komediya görürük" - ETİRAZ

19:51 12.01.2022 25
"Təəssüf ki, Azərbaycan kanallarına baxanda ancaq bayağı şeylər, komediya görürük" - ETİRAZ
“Üç seriala təklif var idi, amma hər üçündən imtina etdim. Bu növbəti sezonda filmin davamı idi, ona görə də getməyi lazım bilmədim. Bir az ruh halıma uyğun deyildi, çünki ötən ilin fevral ayından qardaşım xəstədir və onun yanında oluram, kömək edirəm. Hər dəqiqəsi bir az çətindir. Fikrim qardaşımda olduğu üçün heç bir işə razılıq verməmişəm”. Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, kino aktrisası Xalidə Quliyeva deyib. Akrtisa bu gün çəkilən filmlərimizdən də danışıb:

“Ciddi bir kino işi yoxdur. İki il öncə İlqar Nəcəflinin filmi çəkildi, amma hələ təqdim olunmayıb. Ancaq kino sahəsində çalışıram və teatr sahəsinə getməmişəm və heç bundan sonra da gedə bilmərəm. Bir az azadlığı sevirəm, harasa bağlı olmaq, tabeçilikdə işləmək istəmirəm. O vaxt çox təkliflər etdilər. Onda kinostduiyaya dəvət almışdım və özüm də Ədil İsgəndərovun tələbəsiyəm axı. Ona görə də teatra getməyimin mənası yoxdur.

Qaldı ki, filmlərimizə münasibət birmənalı ola bilməz axı, hər kəsin öz fikri var. Sadəcə bizim bu gün çəkilən filmlərimizdə uşaqlar canla-başla işləyirlər. Ötən il kino günümüzdə buna baxdım. O filmlərə baxanda çox sevindim və onun 3-ü müəllif filmi idi. O filmlər artıq festivallara təqdim edilən filmlər idi.

Bizim kinomuzda peşəkarlıq çatışmır. Kino komanda işidir. Kinonun sənət kimi var olmağında böyük rolu olan quruluşcu-rəssam peşəsi var ki, o bu gün bizdə yoxdur. Mən kino eksperti deyiləm, aktrisayam, amma sadəcə bununla maraqlanıram. Rüfət Həsənovun “Daxilindəki ada” filmi çox xoşuma gəldi. Bu gün kino sahəmizdə gənclərimiz işləyirlər. O müəllif filmini yaradan uşaqlar çətinlik çəkirlər, əziyyətlə pul tapırlar. Təəssüf ki, bu gün Azərbaycan televiziyasının kanallarına baxanda biz onları görmürük. Ancaq bayağı şeylər, komediya görürük. Yəni mənəvi dəyərləri ifa edən sosial-dram mövzuları yoxdur. Ancaq əyləncədir. Mən şəxsən AzTV-yə, İctimai və bir də Mədəniyyət kanalına baxıram. Bu kanallarımız insanları maarifləndirir. İnsan hər gün maariflənmək istəyir. Mənim nəslim çalışır bunu qorusun, amma davamı necə olacaq, onu bilmirəm”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:34

"Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..." - Ekspert danışır

22:30

Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar

22:14

Mehdiyevin kürəkəni tərəfindən təzyiq göstərilən Ülkər Kərimova intihara cəhd etdi - TƏFƏRRÜAT

22:08

Oğluna restoran tikdirmək istəyən baş həkim necə aldadılıb? - MƏHKƏMƏ İŞİ

22:05

Xəstə çox, dərman baha: Azərbaycanda sağalmaq niyə günbəgün çətinləşir? - HƏQİQƏTƏN DƏ...

22:01

Arvadını qətlə yetirən şəxs məhkəmədə feministləri günahlandırıb - TƏFƏRRÜAT

20:58

“KİMLƏRSƏ “QARA BAZARA” PAS ÖTÜRÜR” – “Dövlətin iqtisadi qüdrətini sarsıdırlar”

20:44

Ətin bahalaşmasına təsir edən AMİLLƏR: - "Yeni sistemə keçid baş verməsə,.."

20:14

Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

20:12

DTX-dan yeni əməliyyat - Həbs olunanlar var

20:08

Paşinyandan hiyləgər gediş: - “Ermənilərlə güc dilində danışmalıyıq”

20:03

Hər zaman əlimiz tətikdə olmalıdır... - Başqa yolu YOXDUR!

15:42

'Hökumət mənim pensiyama qalıb?' - Astara sakinindən NARAZILIQ

15:39

Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub - DETALLAR

13:57

20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

13:03

Yanvarın sonuna Omikron sunamisi gözlənilir – Güclü dalğa xəbərdarlığı

12:41

“Əgər kolbasa və sosiska ətdən hazırlanırsa, niyə ucuz qiymətə satılır?” - Ekspert danışır

12:31

Yağıntılı hava nə vaxta qədər davam edəcək?

12:24

Azərbaycanda təhsil ocağında daha bir zorakılıq: Şagird döyüldüyü üçün dərsə getmir

12:10

“Bakının mərkəzi rayonunun yaradılmasına güclü müqavimət var” - Elbay Qasımzadə

12:07

"BSU-da 3 illik təhsilə görə Dürdanə Əliyevaya 8250 manat verdim" - MƏHKƏMƏ

12:04

“Ermənistan konstitusiyasından “soyqırım”la bağlı istinadlar çıxarılacaq, gerbdə isə Ağrı dağı olmayacaq” - Şarmazanov

11:58

Niyazi Bayramov Gəncədə dövləti belə talayır - İdman Sarayının tikintisi adı ilə...

11:35

“Uşaqların qaldığı evin həyəti istifadə olunmuş şprislərlə doludur”

11:31

Bakıda 48 yaşlı şəxs tanışını qətlə yetirib

11:23

İrəvanın yeni hədəfi: Azərbaycan sərhəddə mövqeləri gücləndirməlidir - Başqa yolu YOXDUR!

11:16

Gənc müəllim vəfat etdi

10:46

Baş həkim işdən çıxarıldı - FOTO

10:43

Bütün sahələrdə şəffaflıq əsas məqsədlərdəndir

13:51

"Mənə təkidlə “sığorta yalnız xaricdə keçərlidir” dedilər" - “Atəşgah Sığorta”dan HOQQABAZLIQ.

13:09

“Səlahiyyətli şəxslər tədbirlərdə danışmağımıza imkan vermir” - Raquf Orucovun xanımı

12:47

"Ermənistanda Baş nazir azərbaycanlı olsun" - Aloyandan TƏKLİF

12:37

“Ödəniş etmişik, amma mənzillər verilmir” - AAAF sakinləri NARAZILIQ EDİR

12:28

Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb