"Nikol Paşinyan sərhədlərlə bağlı Rusiyanın təkliflərini yalnız bir məsələyə görə qəbul etdi".
Zaman.az erməni mediasına istinadla xəbər verir ki, bunu "Hayastan" blokunun deputatı Geqam Manukyan deyib.
Onun sözlərinə görə, Paşinyan anlayıb ki, son hadisələr zamanı əsir düşən erməni hərbçilər onun üçün başağrısına çevriləcək:
"Ona görə də qarşı tərəfdəkiləri hədələyə-hədələyə "hə" deməyə məcbur oldu. Əslində, hələlik heç bir hüquqi proses təşkil edilməyib. Bunun günahkarı hakimiyyətdir. Cəmiyyət onları hərəkətsizlikdə, passivlikdə suçlayır. Yəni Paşinyan və onun komandası proseslərdə hərəkətsiz qalmaqla cinayət törədiblər".
Zamantv.az