Ağabəy Əsgərovun vəzifədən gedişi nəşriyyatda nələri dəyişəcək? - AÇIQLAMA

20:37 30.09.2021 245
Ağabəy Əsgərovun vəzifədən gedişi nəşriyyatda nələri dəyişəcək? - AÇIQLAMA“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, A.Əsgərov 2005-ci ildən "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsində işləyib. Onunla bağlı zaman-zaman nəşriyyatın durumu ilə bağlı tənqidi yazılar mətbuatda yer alıb.

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov qərarı belə şərh etdi: “Gözlənilən qərar idi. Çünki media sahəsində aparılan islahatlar təbii ki, Azərbaycan Nəşriyyatından yan keçə bilməzdi. Digər tərəfdən bir müddət öncə orada həyata keçirilən yoxlamalardan xəbərdar idim. Araşdırmalar gedirdi. Məndə olan məlumata görə, nəticələr heç də ürəkaçan deyildi. Vəziyyəti zatən görürdük. Nəşriyyatın həm iqtisadi, həm də vizual vəziyyəti çox ağır idi. Bununla bağlı mətbuatda dəfələrlə çıxışlar olub, yazılar dərc olunub. Münasibətimizi zaman-zaman ifadə etmişik. “Azərbaycan” Nəşriyyatı hazırda ölkədə aparıcı çap müəssisəsidir. Lakin buradakı təsərrüfatsızlıq, korrupsiya, səriştəsiz və yarıtmaz idarəçilik, nəhəng bir müəssisəni dilənçi halına gətirib. İnzibati binasının mərtəbələrini ufunət qoxusundan gəzmək mümkün deyil. Ərazisinin böyük hissəsini müxtəlif sahələrə icarəyə verən nəşriyyatda çap qiymətləri hər zaman özəl mətbəələrlə müqayisədə baha olub. Lakin hazırda ölkədə normal avadanlıqları olan özəl mətbəə olmadığından gündəlik çap olunan aparıcı qəzetlərin başqa seçim imkanı yoxdur. Son zamanlar isə bir çox qəzetlər əlacsızlıqdan bəzi kiçik, özəl mətbəələrə üz tutmalı olublar.

Direktor çap prosesindən də narazıdır: “Azərbaycan Nəşriyyatı ən böyük çap müəssisədir. İkinci belə böyük çap maşınına sahib mətbəə yoxdur. İllər öncə prezidentin xüsusi diqqət və qayğısı ilə ölkəmizə yaxşı bir çap maşını alındı. Bu da nəşriyyatın bazasında qurulub. Dövlət qəzetləri rəngli formada həmin çap maşınında dərc olunur. Orada çap qiymətləri çox bahadır. Azərbaycanda bir neçə kiçik, özəl mətbəələr var. Hansı ki, onlar da müəyyən qədər rəngli formada qəzet çap edirlər. Amma orada keyfiyyət çox aşağıdır. Onların maşınları elə vəziyyətdədir ki, gündəlik qəzetləri orada çıxarmaq böyük riskdir. Həftəlik qəzeti haradasa başa düşmək olar. Ona görə daim Azərbaycan Nəşriyyatından çap olunmağa üstünlük vermişik. Baxmayaraq ki, bizə özəl mətbəələrdən çox təkliflər olub. Biz istəmişik ki, Azərbaycan Nəşriyyatı mövcudluğunu qorusun. Azından dövlət mətbəəsidir. Bir etibar var. Orada həmişə ikirəngli çap olunmuşuq. Rəngli çap olunmaq üçün bizə edilən təklif baha olub. Digər tərəfdən orada olan problemlərdən biri də nəzərdə tutulan otaqların başqa sahələrə aid olan xırda sexlərə, müəssisələrə kirayə verilməsidir. Bu da oranın atmosferini pozur. İnsanlar artıq ora jurnalistlərin evi kimi baxmır. Çünki, o bina bir zamanlar şəhərin mərkəzində məcburi köçkünlərin sığındığı yataqxanaların görkəmindədir. Azərbaycanda fəaliyyət göstərən iri qəzetlərin çoxu orada yerləşmir. Kənarda fəaliyyət göstərmək məcburiyyətində qalıblar”.

Ə.Süleymanov vəziyyətin düzələcəyinə inanır: “Vəziyyəti düzəltmək mümkündür. Əvvəla, orada ciddi kadr islahatlarına ehtiyac var. Binanın da təmirə çox böyük ehtiyacı var. Çap maşınlarını daha yaxşı vəziyyətə gətirmək lazımdır. Əlavə bir çap maşını da alınsa çox yaxşı olardı. Çalışmaq lazımdır ki, qəzetlərin hamısı rəngli formatda çıxsın. Biz bu əsrdə hələ də iki və ya bir rəngli qəzet buraxırıq. Bu Azərbaycana yaraşan hal deyil. Ora təyin olunacaq kadrdan çox şey asılı olacaq. Ümid edirik ki, yeni gələn şəxs bu işlərin öhdəsindən gələcək. Güman edirəm ki, yeni kadra dövlət tərəfindən də dəstək olacaq. Ümid edək ki, orada elə bir vəziyyət yaradılacaq ki, oradan qaçaq düşən media orqanları ora qayıtmağa can atacaqlar”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ