ÜST Azərbaycanda məktəbləri açmağı tövsiyə etdi

18:34 1.09.2021 50
ÜST Azərbaycanda məktəbləri açmağı tövsiyə etdi
Yeni tədris ili ilə əlaqədar olaraq uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hər zamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir.

bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in Azərbaycandakı Nümayəndəliklərinin birgə məlumatında bildirilib.

"ÜST və UNICEF-in bəyan etdiyi kimi, bu tədbirlərə müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməyə əlçatanlığın təmin edilməsi, eləcə də sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə daha az şagird sayı, fiziki məsafənin gözlənilməsi, məktəb əməkdaşlarının virusa qarşı müntəzəm yoxlanılması və valideynlərin təhlükəsizlik tədbirləri haqda davamlı məlumatlandırılması kimi tədbirlər vasitəsilə məktəb mühitinin təhlükəsizlik standartlarına uyğunluq baxımından yaxşılaşdırılması daxildir.

Peyvəndlənmə, "Delta" variantı da daxil olmaqla, virusdan ən yaxşı və sürətli qorunma üsullarından biridir. Müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi bu il mövcud olan bir üstünlükdür ki, bunun sayəsində məktəblər daha təhlükəsiz məkan olacaq.

İki ilə yaxındır ki, COVID-19 pandemiyası ilə yaşayırıq və məktəblərin təhlükəsiz şəkildə yenidən açılması ümdə prioritetə ​​çevrilib. Məktəblərin qapanması uzun müddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir. Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir. Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik"- deyə ÜST-ün Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib.

"Pandemiya məktəblərin qapanmasının uşaqlar üçün böyük mənfi təsirlər göstərdiyini nümayiş etdirməklə yanaşı, məktəblərin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından da əhəmiyyətli rol oynadığını sübuta yetirdi. Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidir. Sentyabrın 15-də məktəblərin təhlükəsiz şəkildə açılmasını təmin etmək və uşaqların məktəbin təqdim etdiyi imkanları əldən verməmələri üçün UNICEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir", - deyə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens qeyd edib.

Qeyd olunub ki, hazırda UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın seçilmiş on rayonunda təlimi bərpa etmək məqsədilə uşaqlara ünvanlı dəstək vermək üçün Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Proqram yeni dərs ilində geri qalmamaları üçün uşaqlara əlavə tədris şəklində dəstək, müəllimlərə isə mentorluq dəstəyi nəzərdə tutur. Uşaqlar və müəllimlərə psixi sağlamlıqla bağlı və psixo-sosial dəstək həm UNICEF, həm də ÜST üçün davamlı prioritetlərdən biri olacaq: "UNICEF və ÜST-ün Azərbaycandakı Nümayəndəlikləri ölkədə bütün uşaqların məktəblərə təhlükəsiz qayıdışı naminə valideynlər, müəllimlər və şagirdlər üçün bütün zəruri məlumatlar da daxil olmaqla birgə "Məktəbə qayıdış" kampaniyası üçün Təhsil Nazirliyinə, eləcə də yerli səhiyyə qurumlarına birgə dəstək verəcək".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:38

Nazirlik Vətən müharibəsi qazisinə xəstə heyvanlar verib? - AÇIQLAMA +VİDEO

18:32

Həbsdə olan deputatdan xəbər var

18:30

İctimai nəqliyyatın fəaliyyətində və toyların keçirilməsində dəyişikliklər olacaq?

18:28

Prezidentdən Naxçıvanda yaşayan şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM

18:20

Universitetlərdə dərs saatları azala bilər - RƏSMİ

18:18

Nazirlər Kabineti yeni qərarı təsdiqlədi

18:15

Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO

22:20

110 gün sonra nəşi tapılan şəhid - MAXE Murad İbrahimov - VİDEO

19:46

Ərdoğan: "Türkiyə heç kimin qapısının qulu deyil"

19:39

Lənkəran rayonunda aztəminatlı ailələr soisal yardım almaqdan məhrum olublar

19:32

Vaksinasiya payızda yoluxmaların qarşısını ala biləcək? - Həkim danışdı

19:30

Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat edib

19:29

Koronavirusla bağlı son STATİSTİKA

19:27

Vilayət Eyvazov polkovnik-leytenantı rəis müavini təyin etdi - ƏMR

19:25

Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub

19:23

Anar Eyvazov: "Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur" - VİDEO

01:20

Prezident SƏRƏNCAM İMZALADI

01:17

Polis II qrup əlili saxlayarkən döyüb? - Açıqlama

01:15

Ramin Bayramlını bu şəxs əvəz edəcək - RƏSMİ

01:13

COVID-19 pasportunun yoxlanılması ilə bağlı YENİ AÇIQLAMA

01:11

Ramin Bayramlının və müşavirinin istefa ərizəsi TƏSDİQLƏNDİ

01:03

Rəşid Mahmudovun oğlunun infarkt keçirməsi ilə bağlı xəbər YALAN İMİŞ

01:01

Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi

21:51

“Taliban” yeni hökumətin tərkibini açıqladı

21:44

Ağdərədə tutulan hərbi qulluqçumuz Azərbaycanda saxlanan iki erməni ilə dəyişdirilib

21:37

Azərbaycanda vaksinasiya olunanların statistikası açıqlandı

21:35

Nazirlə rektor arasında 190 minlik müqavilə

21:33

Yeni gənclər və idman naziri kimdir? - DOSYE

21:31

Universitetlərin də açılacağı tarix məlum oldu

21:30

Məktəblər bu tarixdə açılacaq - RƏSMİ

21:28

Yeni gənclər və idman naziri o oldu

21:26

Prezidentdən yeni təyinat

21:25

Vaksinasiya yaşı niyə 16-ya endirildi? - AÇIQLAMA

21:23

Vilayət Eyvazov yüksək vəzifəli polisi təqaüdə göndərdi