Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Müraciət

15:47 10.08.2021 494
Hörmətli Prezident!
Bakı şəhər Lökbatan qəsəbəsi Qobu Park 1, ev 4, kvartal 87-də yaşayan, Kəlbəcərdən məcburi köçkün düşmüş İbrahim İsa oğlu Qaybalıyev redaksiyamıza şikayət məktubu ilə müraciət edib, haqq səsinə səs verməyimizi, düşdüyü vəziyyəti sizə və aidiyyatı orqanların diqqətinə çatdırmağı bizdən xahiş edir. Biz də humanist alicənablığınızı nəzərə alıb İbrahim Qaybalıyevin şikayətini oldğu kimi sizə ərz edirik.
İbrahim Qaybalıyev şikayət məktubunda bildirir ki, 2021-ci ilin yanvarında oğlum Vüqar İsayev Seymur adlı şəxsdən 21 400 (iyirmi bir min dörd yüz) manata «Ford» markalı 99 BY 454 tranzit nömrəli maşın aldı, sonra da maşını girov olaraq Heydərov Cəbrayıl Cavad oğluna verdi, o da söz verdi ki, oğluna «ovaşnoy» açacam. Həm də Pirallahıda məcburi köçkünlər yaşayan yerdəki «Qarabağ» adlı marekti sənin üçün alacam. Lakin dediyi sözə əməl etmədi. Beləliklə, o, məni və oğlumu aldatdı. O, bizdən başqalarını da bu və buna oxşar yolla aldadıb. Deyilənə görə, Pirallahı rayonu Cəbrayılın əlindədir. Onun Zirə qəsəbəsində, Pirallahıda marketləri, klinikası, qadın salonu, ət kəsimi yeri, restoranı, çörəkbişirmə sexləri, bir neçə maşını var. Bir sözlə, Pirallahı rayonu ancaq ona işləyir. Oğlu Tural Heydərov xarici ölkələrdən maşın gətirir, burada satır. Özü vergidən yayınır. Bunun üçün bir neçə işçini qeyri-rəsmi yolla - müqaviləsiz işlədir. Müqavilə əsasında işlətdiyi işçilərin isə əmək haqlarını az miqdarda göstərir, vergidən yayınma halı törədir. Mən xəstə, kasıb adamam. Maşina verdiyimiz 21 400 manat pulu ondan-bundan borc almışam. O adamlar da artıq pullarını geri tələb edirlər. Bütün bunlardan Cəbrayıl Heydərovun xəbəri var. Ancaq buna məhəl qoymur. Nə vaxt qəbuluna gedirəm, rədd cavabı verir. Deyir ki, mən heç kimi saya salmıram və heç kimdən qorxmuram, kimə istəyirsiniz, ona da şikayət edin. Arxamda elə adamlar durub ki, kimsə mənə bir söz deyə bilməz. Cəbrayıl Heydərov azğınlaşıb. Qanun tanımır, ali dəyərlərə, dövlət və dövlətçiliyə hörmət qoymur. İnsanları bezdirir, dövlətə qarşı qoyur. Şəxsən bizə, bizim kimi neçə-neçə adama həm maddi, həm də mənəvi ziyan vurub. Görünür, Pirallahı rayonunda ondan çəkinirlər deyə törətdiyi qanunsuzluğa, özbaşınalığa göz yumulur. Ona görə xahiş edirəm, kömək edin, qanun tanımayan, dövlətdən çəkinməyən Cəbrayıl Heydərovdan ya pulumuzu, ya da maşınımızı geri alaq.
Cənab Prezident! Biz redaksiya olaraq vətəndaşların müraciətlərini ictimailəşdirmək iqtidarındayıq. Vətəndaş İbrahim Qaybalıyevin dedikləri açığı, bizdə təəccüb yaratdı. Bu ölkədə heç kim qanunu tapdalaya, dövlət dəyərlərinə qarşı çıxa bilməz. Bəs nə baş verir ki, Cəbrayıl Heydərov Pirallahı boyda rayonda at oynadır, üstəlik, dövlət dəyərlərini, qanunu alçaldır, lakin kimsə ona «gözün üstə qaşın var» demir?!
İnanırıq ki, xalqını sevən bir prezident olaraq şikayətçi İbrahim Qaybalıyevin harayına səs verəcək, onu düşdüyü bu çətin vəziyyətdən qurtaracaq, şikayətdə adı hallanan Cəbrayıl Heydərovun məsuliyyətə cəlb olunmasını təmin edəcəksiniz.

Hörmətlə:
Xəyal İmrə,
«Zamantv.az» xəbər portalının təsisçisi və baş redaktoru

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR