ATƏT-in Minsk qrupunun bundan sonrakı taleyi necə olacaq? - AÇIQLAMA

21:23 16.07.2021 25
ATƏT-in Minsk qrupunun bundan sonrakı taleyi necə olacaq? - AÇIQLAMA
1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə yaradılan ATƏT-in Minsk qrupu 30 il ərzində sözdə işğalı pisləsələr də əməllərində ötən ilin sentyabrın 27-nə qədər mövcud olan status-kvonun saxlanılması üçün çalışıblar. Bu gün isə Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın öz hərbi gücü hesabına həll edilib. Əgər artıq münaqişə həll edilibsə işğalçını dəstəkləyən ATƏT-in Minsk Qrupunun fəaliyyəti kimə lazımdır? Hətta bu gün ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı fikirlər səsləndirənlər də var. ATƏT-in Minsk Qrupu ləğv edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan verən deputat Cavid Osmanov bildirib ki:

"ATƏT-in Minsk Qrupu artıq tarixə qovuşan Dağlıq-Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılan inistitut idi. Lakin ATƏT-in Minsk Qrupu 30 il ərzində bu problemin həll edilməsi istiqamətində yarıtmaz fəaliyyət göstərdi. ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların fəaliyyətsizliyindən səbir kasası dolub-daşan Azərbaycan ordusu 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və illərdir ki, yerinə yetirilməyən 4 qətnaməni özü icra etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qarışdığı üçün ATƏT-in Minsk Qrupunun bundan sonrakı hər hansı fəaliyyəti bizə maraqlı deyil. Cənab prezident özü də vurğuladı ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşduğu üçün indiki mərhələdə ATƏT-in Minsk Qrupunun hansı işlə məşğul olacağı sual altındadır. Ona görə də düşünürəm ki, ATƏT-in Minsk Qrupu ləğv edilməlidir".

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli isə vurğulayıb ki, bu gün ATƏT-in Minsk Qrupunun ləğv edilməsi inandırıcı deyil:

"ATƏT-in Minsk Qrupunun əsas missiyası hazırda Azərbaycanın öz hərbi gücü ilə həll etdiyi Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsi istiqamətində öz töhfəsini vermək idi. 30 il ərzində onlar münaqişənin həll olunması istiqamətində yalnız "Paket variantı", "Ümumi dövlət" kimi planlar təklif etdilər. Lakin bu təkliflərin hər biri ərazi bütövlüyümüzün bərpasına zərbə olduğu üçün qəbul edilmədi. Vətən müharibəsi zamanı 3 həmsədr ölkənin ayrı-ayrılıqda fəaliyyəti bir daha göstərdi ki, onların məqsədi mövcud status-kvonu qoruyub, saxlamaqdır. Əslindən öz ölkəsində erməni lobbisini gücləndirən ölkələrin Azərbaycanın manafeyini müdafiəsi yönündə addım atması inandırıcı deyil".

Politoloq söyləyib ki, 44 günlük Vətən Müharibəsi bir daha göstərdi ki, bu ölkələrin, xüsusilə də Fransanın 30 illik fəaliyyəti sadəcə işğalçını dəstəkləmək olub: "Bu 3 həmsədr ölkənin səfirlərinin bu yaxınlarda Şuşaya getməkdən imtina etməsi onların fəaliyyətinin əsas mahiyyətini ortaya qoydu. Əslində bu həm də diplomatik kobudluq və milli maraqları heçə saymaqdır. Ona görə də düşünürəm ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bu cür passiv qalması bütün tərəflər üçün əlverişlidir. Zamanı gələndə yəqin ki, cənab prezidentin təklif etdiyi 3+3, yəni Azərbaycan, Gürcüstan, Türkiyə, İran, Ermənistan və Rusiya birgə formatı qurulacaq. Bu o deməkdir ki, regiona başqa ölkələr buraxılmasın və bu dövlər arasında iqtisadi əməkdaşlıq formatı qurulsun. Hesab edirəm ki, bu yolla bölgədəki bütün problemləri həll etmək mümkündür. Bu gün birtərəfli olaraq ATƏT-in Minsk Qrupundan imtina etsək, digər dövlətlərin təzyiqi ilə qarşılaşa bilərik".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:27

ABŞ 24 rus diplomatını ÖLKƏDƏN ÇIXARIR

00:24

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilir - RƏY QƏBUL EDİLDİ-YENİLƏNİB

00:21

150 manata satılan saxta COVİD-19 pasportları - YAXALANDILAR-FOTO

00:17

Polisi döyən deputat YAP-dan çıxarıldı

00:15

DİN-dən polisi döyən deputatla bağlı YENİ AÇIQLAMA

00:12

Peyvəndə hələ başlamayan tək ölkə

00:08

Polisdən daha bir ƏMƏLİYYAT: 40 kilo heroin və “patı”...

00:06

Nazir müavinindən jurnalistlərə TƏŞƏKKÜR: "Sizinlə qürur duyuruq"

00:02

Spirtli içki sevənlərin DİQQƏTİNƏ - yalnız ömrü qısaltmır...

02:13

Spirtli içki sevənlərin DİQQƏTİNƏ - yalnız ömrü qısaltmır...

02:11

Tokio-2020: Çin zirvədə, ABŞ Yaponiyanı qabaqladı – MEDAL SİYAHISI

02:09

Tokio-2020: Güləşçilərimiz mübarizəyə başlayır

02:05

Deputat Eldəniz Səlimov üzr istədi

02:02

Türkiyədəki yanğınsöndürənlərimiz arasında həlak olan yoxdur - RƏSMİ

02:00

Biləsuvarda iki yük maşını toqquşdu - 1 ÖLÜ, 3 YARALI

01:58

Cəlilabadda yük maşını aşdı, sürücü öldü

01:58

Cəlilabadda yük maşını aşdı, sürücü öldü

01:56

Bakı sakini dava zamanı bıçaqlandı

01:54

Ağstafa sakinini Tovuzda ilan sancdı

23:16

Deputat polisi döyüb - təfərrüatlar...

23:09

Məşhur müğənni tanınmaz halda -FOTO

23:07

Polisi döyən deputata görə Milli Məclisin sessiyası ÇAĞIRILIR

23:04

Polisi döyən deputata CİNAYƏT İŞİ açıldı - RƏSMİ - YENİLƏNİB

23:00

Şəmsəddin Xanbabayev: "Polisi döyən deputat restorana mənim maşınımda gedib"

22:56

Gürcüstanda yenə “lokdaun” olacaq?

01:01

DTX-nin həbs etdiyi xidmət rəisinin məhkəməsinin vaxtı məlum olub

00:58

Deputat Nabranda sərxoş halda polisi döydü — ŞOK

00:56

Avtomobillərin arxa şüşəsinə bunların vurulması qanunsuzdur - DYP

00:53

Məhkəmə terrorçu ermənilər barədə qərar verdi (YENİLƏNİB)

00:51

SOCAR İsveçrədə nəhəng layihədə iştirak edəcək - DETALLAR

00:48

Adil Vəliyevin milyonluq kolleksiyası və "ZİL" seçimi - Sabunçuda zibillər belə daşınır // VİDEO

00:43

Azərbaycanda daha 615 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

02:27

Fədayə Laçın Azərbaycana qayıdan kimi görün kimin məzarını ziyarət etdi - FOTO

02:26

Fədayə Laçın Azərbaycana qayıdan kimi görün kimin məzarını ziyarət etdi - FOTO