Atəşkəs pozulanda sülhməramlıların nə işlə məşğul olduğu, hara yoxa çıxdığı bəlli oldu…

21:14 16.07.2021 26
Atəşkəs pozulanda sülhməramlıların nə işlə məşğul olduğu, hara yoxa çıxdığı bəlli oldu…
Qarabağda – Azərbaycan Respublikasının suveren ərazisində sülhməramlı missiyanı icra edən Rusiya kontingentinin yarıtmaz fəaliyyəti artıq heç kimdə şübhə doğurmur.

Missiyasının icrasına başladığı andan bir çox qalmaqallarla yadda qalan sülhməramlılar qarşısına qoyulan tapşırıqların icrasından çox uzaq bir mənzərə yaradır.

Son günlərdə tez-tez ermənilər tərəfindən Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması xəbərləri yayılır. Sülhməramlıların olduğu ərazidə ermənilərin atəşkəsi pozmağa necə cürət etməsi məsələsi qalsın bir yana, bu təxribatların qarşısını almalı olan sülhməramlıların öz enerji və vaxtını "daha səmərəli" işlərə sərf etdiyi ortaya çıxıb.

Erməni mətbuatı bu gün Rusiya sülhməramlısına təşəkkür başlıqları ilə dolub-daşır. Əslində bu təşəkkür sülhə verilən töhfəyə görə olsa, bizim üçün də təqdirəlayiq hal kimi qəbul oluna bilərdi. Lakin bu təşəkkürün arxasında sülhməramlıların yarıtmaz fəaliyyəti, öz missiyasının icrasını unutması, ona aid olan məsələlərdə yoxa çıxıb, dəxlisiz yerlərdə peyda olması dayanır.

Bəli, təşəkkür ona görə edilir ki, Rusiya sülhməramlıları Ağdərənin Sırxavənd kəndində taxıl biçini məsələsində əsl canfəşanlıq nümayiş etdirir. Əlində silah sülhü qorumalı olan sülhməramlılar atəşkəs pozulanda qeybə çəkilib, biçin vaxtı ortaya çıxır.

Axır ki, hamımızı maraqlandıran həmin sualın cavabını tapdıq. Atəşkəs pozulanda sülhməramlıların nə işlə məşğul olduğu, hara yoxa çıxdığı bəlli oldu. Onlar həmin vaxt ermənilərin əlinin altında tarlada işləyirlərmiş… Əfsuslar ki, bunu da özünə rəva bildi, məramı çoxdandır şübhə doğuran sülhməramlılarımız…

Ermənilərin isə bu mənzərədən razılıq etməsi heç qəribə görünmür. Çünki onlar Rusiya sülhməramlılarını gündüzlər tarlada işlədib o qədər yorurlar ki, sülhməramlılar ən lazımlı vaxtda – ermənilər atəşkəsi pozub təxribat törədəndə yorğunluqdan itib-batırlar.

Bütün bu məqamlar isə bizim gözümüzdən yayınmır. Ermənilərin sağlığına badə qaldıranı da, Qarabağa qanunsuz səfərlərə göz yumanları da, atəşkəs pozulanda yoxa çıxıb, gündüz biçinlə məşğul olanları da unutmuruq.

Unutmadığımız daha bir məqam isə 44 günlük müharibədir. Bu müharibədə Ali Baş komandanın başçılığı altında şanlı qələbə qazanan müzəffər Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edib.

Rusiya sülhməramlısı isə Azərbaycanın suveren ərazisində sadəcə sülhü qorumalı olan qonaqdır. Biz azərbaycanlılar hər nə qədər qonaqpərvər xalq olsaq da, dədə-babalarımızın adət-ənənələri və əmanət qoyduqları sözləri də heç vaxt unutmuruq. Atalar isə yaxşı deyiblər, "qonağa get deməzlər, altından palazı çəkərlər". Odur ki, qonaq ehtiyatlı olsun!
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:27

ABŞ 24 rus diplomatını ÖLKƏDƏN ÇIXARIR

00:24

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilir - RƏY QƏBUL EDİLDİ-YENİLƏNİB

00:21

150 manata satılan saxta COVİD-19 pasportları - YAXALANDILAR-FOTO

00:17

Polisi döyən deputat YAP-dan çıxarıldı

00:15

DİN-dən polisi döyən deputatla bağlı YENİ AÇIQLAMA

00:12

Peyvəndə hələ başlamayan tək ölkə

00:08

Polisdən daha bir ƏMƏLİYYAT: 40 kilo heroin və “patı”...

00:06

Nazir müavinindən jurnalistlərə TƏŞƏKKÜR: "Sizinlə qürur duyuruq"

00:02

Spirtli içki sevənlərin DİQQƏTİNƏ - yalnız ömrü qısaltmır...

02:13

Spirtli içki sevənlərin DİQQƏTİNƏ - yalnız ömrü qısaltmır...

02:11

Tokio-2020: Çin zirvədə, ABŞ Yaponiyanı qabaqladı – MEDAL SİYAHISI

02:09

Tokio-2020: Güləşçilərimiz mübarizəyə başlayır

02:05

Deputat Eldəniz Səlimov üzr istədi

02:02

Türkiyədəki yanğınsöndürənlərimiz arasında həlak olan yoxdur - RƏSMİ

02:00

Biləsuvarda iki yük maşını toqquşdu - 1 ÖLÜ, 3 YARALI

01:58

Cəlilabadda yük maşını aşdı, sürücü öldü

01:58

Cəlilabadda yük maşını aşdı, sürücü öldü

01:56

Bakı sakini dava zamanı bıçaqlandı

01:54

Ağstafa sakinini Tovuzda ilan sancdı

23:16

Deputat polisi döyüb - təfərrüatlar...

23:09

Məşhur müğənni tanınmaz halda -FOTO

23:07

Polisi döyən deputata görə Milli Məclisin sessiyası ÇAĞIRILIR

23:04

Polisi döyən deputata CİNAYƏT İŞİ açıldı - RƏSMİ - YENİLƏNİB

23:00

Şəmsəddin Xanbabayev: "Polisi döyən deputat restorana mənim maşınımda gedib"

22:56

Gürcüstanda yenə “lokdaun” olacaq?

01:01

DTX-nin həbs etdiyi xidmət rəisinin məhkəməsinin vaxtı məlum olub

00:58

Deputat Nabranda sərxoş halda polisi döydü — ŞOK

00:56

Avtomobillərin arxa şüşəsinə bunların vurulması qanunsuzdur - DYP

00:53

Məhkəmə terrorçu ermənilər barədə qərar verdi (YENİLƏNİB)

00:51

SOCAR İsveçrədə nəhəng layihədə iştirak edəcək - DETALLAR

00:48

Adil Vəliyevin milyonluq kolleksiyası və "ZİL" seçimi - Sabunçuda zibillər belə daşınır // VİDEO

00:43

Azərbaycanda daha 615 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

02:27

Fədayə Laçın Azərbaycana qayıdan kimi görün kimin məzarını ziyarət etdi - FOTO

02:26

Fədayə Laçın Azərbaycana qayıdan kimi görün kimin məzarını ziyarət etdi - FOTO