Həkim-Onkoloq, Tibb üzrə Fəlsəfə Doktoru GÜNAY ƏHMƏDOVA: “Həkimlikdə əsas hədəf xəstəni sağlam vəziyyətə gətirmək olmalıdır!”

22:41 17.06.2021 57
Həkim-Onkoloq, Tibb üzrə Fəlsəfə Doktoru GÜNAY ƏHMƏDOVA: “Həkimlikdə əsas hədəf xəstəni sağlam vəziyyətə gətirmək olmalıdır!”
Biz ilin bütün fəsillərində vaxtaşırı xəstələnirik. Xəstələndikdə isə həkimlərin yardımına ehtiyacımız olur. Biz isə heç düşünmürük ki, həkimlər də digər insanlar kimi xəstələnə bilirlər. Hətta, onların işləri gərginlik və stress tələb etdiyi üçün adi insanlardan daha çox həkimlər xəstələnirlər. Buna səbəb isə həkim peşəsinin çətin və məsuliyyət tələb etməsidir.

Həkimlər də bizim kimi adi insanlardır. Bunu xüsusi qeyd edim ki, yaxşı və ya bir-neçə diplomun olması həkimin səhv etməməsi demək deyil. Buna səbəb isə onun savadsızlığı da deyil.
Əsl təbib özü üçün yaşamır. O, həmişə kiminsə dadına yetmək, kiməsə kömək etmək, insanların sağlamlığını qorumaq barədə düşünür. Bizləri vaxtsız ölümün pəncəsindən xilas etməyə çalışır. Elə bu yolda öz ömrü şam kimi əriyir, amma təəssüflənmir.

Bəlkə, doğrudan da həkimlərin həyatınıın gözəlliyi də şan-şöhrəti də bundadır?

Bu gün Azərbaycanda xeyli sayda mammoloq-onkoloq həkimləri çalışır. Şübhəsiz ki, hər hansı bir insanda bu və ya digər narahatlıq olanda ilk növbədə həkim-onkoloqlara müraciət edir. O, da öz növbəsində geniş dünyagörüşünə malik olmalı və klinikanı yaxşı bilməlidir.
Xəstəliklərin simptomlarının təxminən eyni və oxşar olmasına baxmayaraq ağıllı, təfəkkürlü onkoloq xəstənin düzgün müayinəsini apardıqdan sonra yönləndirməlidir.
Poliklinika, klinikalarda çalışan həkim-onkoloqlar yüksək intellektual biliyə, təhsilə və dünyagörüşünə malik olan həkim olmalıdır.

Xəstələrin ümidi, işıqlı nəzərləri həkimlərdən sağlamlıq umur. ZamanTV.az arazxeber.az-a istinadən bildirir ki, Sağlamlığımızın keşiyində duran, yaşamağımızın qayğısına qalan, gələcəyimizin təminatçısı olan həkimlərimizdən bir də Onkoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitenin (ATU) Onkoloji Klinikasının həkimi Günay Əhmədovadır.

Gəlin müsahibimizi daha yaxından tanıyaq!...
Günay Əhmədova Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsinə 1999-cu ildə daxil olub və oranı 2005-ci ildə akademik dərəcəli diplomla müvəffəqiyyətlə bitirib. Həkim ailəsində dünyaya göz açmış müsahibimiz 2006-2008-ci illərdə Tibb Universitetinin Onkologiya kafedrasında Klinik ordinatura keçib. 2008-2012-ci illərdə həmin kafedrada aspiranturada təhsil alıb, tibb üzrə fəlsəfə doktoru adını qazanıb.Hazırda Tibb Universitetinin Onkoloji Klinikasında mammoloq-onkoloq vəzifəsində çalışır.

Müsahibimin sözlərinə görə valideynləri ona deyirdi :-“Qızım, həkimlik peşəsi gözəldir, şərəflidir. Belə şəfqətli xasiyyətinlə səndən gözəl həkim olar. Həkim hərtərəfli biliklərə malik olmalıdır. Bunun üçün insan daim mütaliə edib, yeni biliklərə can atmalıdır. Bununla belə insanları müalicə edərkən yiyələndiyi biliklər, qazandığı təcrübə və humanizmi onların dərdlərinə əlac etməlidir”. Valideynlərinin bu hikmətli tövsiyələrinə əməl etməklə, müsahibimiz həkim olub.
Media əməkdaşı olaraq, Günay həkim haqqında yazmaq mənə çox xoşdur. O, bacarıqlı həkim-onkoloq olmaqla yanaşı, eyni zamanda sadə və qayğıkeş anadır.
İşlədiyi hər yerdə kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. O, həkim üçün lazım olan müsbət keyfiyyətləri özündə cəmləşdirib. Günay həkim həyatını insanların sağlamlığı keşiyində dayanmağa həsr edib.
Onun müalicəsi nəticəsində ayağa qalxan xəstələr əminliklə deyə bilərəm ki, həyatda yaşamağın şirinliyini qazanıblar.

Əməklərinə verilən qiymətdən söhbət düşərsə deyə bilərəm ki, Günay həkimin ən böyük mükafatı xəstələrin minnətdarlıqları, onların ailə üzvlərinin xoş sözləridir.
Bəli, həkim ömrü bu minnətdarlıqlar, şəfa həsrətli xoş sözlər içərisində şam kimi əriyib gedir. Damla-damla başqalarının canına hopub, ona yeni həyat bəxş edir.
Bəli, Günay Əhmədova xalqımızın, dövlətimizin sağlamlığının xidmətində dayanan vicdanlı həkimlərimizdən biridir. Sağaldıb ayağa qaldırdığı xəstələrin hər biri isə onun mükafatıdır!

Sonda Günay həkimi bütün jurnalistlər və kollektivimiz adından 17 iyun Səhiyyə işçilərinin peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.Ona möhkəm can sağlığı, işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıram...Sağ olun ki, varsınız. O qızıl əlləriniz heç vaxt dərd görməsin.
Sizin kimi həkimlərə Səhiyyəmizin ehtiyacı çoxdur. Allah uğurlarınızı,nailiyyətlərinizi hər zaman davamlı etsin DOKTORUM!..
Həkim-Onkoloq, Tibb üzrə Fəlsəfə Doktoru GÜNAY ƏHMƏDOVA: “Həkimlikdə əsas hədəf xəstəni sağlam vəziyyətə gətirmək olmalıdır!”
Aybəniz Füzuliqızı Abdulova,
“Azərbaycan İnformasiya Agentliyi”nin
Xüsusi müxbiri.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:27

ABŞ 24 rus diplomatını ÖLKƏDƏN ÇIXARIR

00:24

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilir - RƏY QƏBUL EDİLDİ-YENİLƏNİB

00:21

150 manata satılan saxta COVİD-19 pasportları - YAXALANDILAR-FOTO

00:17

Polisi döyən deputat YAP-dan çıxarıldı

00:15

DİN-dən polisi döyən deputatla bağlı YENİ AÇIQLAMA

00:12

Peyvəndə hələ başlamayan tək ölkə

00:08

Polisdən daha bir ƏMƏLİYYAT: 40 kilo heroin və “patı”...

00:06

Nazir müavinindən jurnalistlərə TƏŞƏKKÜR: "Sizinlə qürur duyuruq"

00:02

Spirtli içki sevənlərin DİQQƏTİNƏ - yalnız ömrü qısaltmır...

02:13

Spirtli içki sevənlərin DİQQƏTİNƏ - yalnız ömrü qısaltmır...

02:11

Tokio-2020: Çin zirvədə, ABŞ Yaponiyanı qabaqladı – MEDAL SİYAHISI

02:09

Tokio-2020: Güləşçilərimiz mübarizəyə başlayır

02:05

Deputat Eldəniz Səlimov üzr istədi

02:02

Türkiyədəki yanğınsöndürənlərimiz arasında həlak olan yoxdur - RƏSMİ

02:00

Biləsuvarda iki yük maşını toqquşdu - 1 ÖLÜ, 3 YARALI

01:58

Cəlilabadda yük maşını aşdı, sürücü öldü

01:58

Cəlilabadda yük maşını aşdı, sürücü öldü

01:56

Bakı sakini dava zamanı bıçaqlandı

01:54

Ağstafa sakinini Tovuzda ilan sancdı

23:16

Deputat polisi döyüb - təfərrüatlar...

23:09

Məşhur müğənni tanınmaz halda -FOTO

23:07

Polisi döyən deputata görə Milli Məclisin sessiyası ÇAĞIRILIR

23:04

Polisi döyən deputata CİNAYƏT İŞİ açıldı - RƏSMİ - YENİLƏNİB

23:00

Şəmsəddin Xanbabayev: "Polisi döyən deputat restorana mənim maşınımda gedib"

22:56

Gürcüstanda yenə “lokdaun” olacaq?

01:01

DTX-nin həbs etdiyi xidmət rəisinin məhkəməsinin vaxtı məlum olub

00:58

Deputat Nabranda sərxoş halda polisi döydü — ŞOK

00:56

Avtomobillərin arxa şüşəsinə bunların vurulması qanunsuzdur - DYP

00:53

Məhkəmə terrorçu ermənilər barədə qərar verdi (YENİLƏNİB)

00:51

SOCAR İsveçrədə nəhəng layihədə iştirak edəcək - DETALLAR

00:48

Adil Vəliyevin milyonluq kolleksiyası və "ZİL" seçimi - Sabunçuda zibillər belə daşınır // VİDEO

00:43

Azərbaycanda daha 615 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

02:27

Fədayə Laçın Azərbaycana qayıdan kimi görün kimin məzarını ziyarət etdi - FOTO

02:26

Fədayə Laçın Azərbaycana qayıdan kimi görün kimin məzarını ziyarət etdi - FOTO