Şəhidin xanımı "Kristal Abşeron" MTK-nın yaydığı məlumatı YALANLADI: "4 deyil, 1 mənzil almışıq" - FOTOFAKT

22:24 17.06.2021 43
Şəhidin xanımı "Kristal Abşeron" MTK-nın yaydığı məlumatı YALANLADI: "4 deyil, 1 mənzil almışıq" - FOTOFAKT
Xəbər verdiyimiz kimi, "Kristal Abşeron" MTK-dan 5 illik daxili ipoteka ilə ev alan şəhid Əzizov Teymur Əli oğlunun ailəsi şirkət tərəfindən hörmətsizliklə qarşılaşıb. Belə ki, Teymur Əzizov şəhid olduqdan sonra ailə aylıq ödənişi ödəmədiyinə görə 5800 manat cərimə yazılıb. Ailə "Kristal Abşeron" MTK-ya müraciət edərək 5 illik ödənişin üzərinə faiz kimi hesablanan 57 min manat və ödəniş olunmayan 9 ay ərzində kəsilən 5800 manat cərimənin silinməsini istəyib. Lakin şirkət şəhidin ailəsinə yardım etməkdən imtina edib. Bu barədə xəbər saytımızda dərc olunduqdan sonra "Kristal Abşeron" MTK məsələ ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilirdi ki, T. Əzizov "Kristal Abşeron"dan ümumilikdə 4 mənzil, 2 qeyri-yaşayış (ticarət) sahəsi və 2 avtodayanacaq alıb. Lakin artıq 2 ilə yaxındır ki, ödənişlərində gecikmələr yaranıb. Hazırda 4 mənzil üzrə qalıq borc ümumilikdə 100 min 37 manat təşkil edir. T. Əzizov İkinci Qarabağ müharibəsində şəhid olduqdan sonra "Kristal Abşeron" MTK-nın təsisçiləri onun varisi – həyat yoldaşı Səmədova Zeynəb Vəli qızına dəfələrlə 2 mənzil üzrə olan 50 min 18 manat məbləğində borcun şirkət tərəfindən ödənilməsini təklif ediblər. Lakin o, bununla razılaşmayıb.

Şirkətdən, həmçinin, bildirilib ki, "Kristal Abşeron" MTK 44 günlük Vətən müharibəsi ərzində və ondan sonrakı dövrdə Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat, "YAŞAT" Fonduna 100 min manat ödəyib, eləcə də silahlı qüvvələrimizə zəruri yük avtomobilləri və müxtəlif növ tikinti texnikası ilə dəstək olub.

"Kristal Abşeron" MTK-nın yaydığı məlumat şəhid ailəsini qəzəbləndirib.

Şirkətin yaydığı məlumatla bağlı Sonxeber.az-a açıqlama verən şəhid Teymur Əzizovun həyat yoldaşı Zeynəb Səmədova "Kristal Abşeron" MTK-nın sözlərini təkzib edib:

"Məlumatda deyildiyi kimi, biz 4 mənzil almamışıq. Özünüz də gəlib çəkə bilərsiniz. Sadəcə 195 min 700 manat dəyəri olan bir mənzil almışıq. O mənzilin də 95 min 700 manatı ödənilib. Cəmi 100 min manat borc qalıb. 100 min manatın 57 mini faizdir. Biz bu 57 min faizin və Teymur şəhid olduğu vaxtdan bu günə kimi ödənilməyən aylar üçün yazılan 5800 manat cərimənin silinməsini istəyirik. Bundan əlavə, məlumatda deyildiyi kimi iki yox, bir obyektimiz var. Obyektin ödənişləri vaxtlı-vaxtında ödənilir. 25 min borc qalıb. O pulu aybaay ödəyirik. "Kristal Abşeron" MTK-dan obyektin borcunun silinməsini istəməmişik. O obyektdə də ətir satılır. Bunu işıqlandırıb şişirtməyin nə mənası var? Məgər şəhid ailəsi acından ölməlidir? Sevinməlidirlər ki, iki ali təhsili olan, bir neçə dil bilən şəhidimiz var. Bu gün şəhidin 6 yaşlı övladı ingilis və rus dillərində sərbəst danışır. Gəlib üzr istəməlidirlər ki, 5 ayda bizə yaşatdıqları əsəbə görə bətnimdəki iki əkiz övladımın ölümünə səbəb olublar.

Qarşı tərəfin mövqeyini öyrənmədən "Kristal Abşeron" MTK-nın yaydığı məlumatı işıqlandıran mətbuat orqanı barədə şikayət ərizəsi təqdim etmişik. 4 otaqla 4 mənzil səhv salınmasın. Bəli, bizim balaca obyektimiz var. Bir daha deyirəm: bu gün biz onun iddiasını etmirik, sadəcə aldığımız 195 min 700 manat dəyərində olan mənzil üçün faiz kimi yazılan 57 min manat və 5800 manat cərimənin silinməsini istəyirik. Cəmi 100 min manat borcumuz qalıb. Onun 57 mini faizdir. Teymurun şəhid olduğunu bilə-bilə, 5800 manat cərimə yazmaq və 51 min manat pul təklif etdiklərini demək düzgün deyil. Bizi çağırıb "Yuxarı instansiyalardan göstəriş verilib ki, heç bir şəhid ailəsinə köməklik edilməsin. Biz lazımi qədər YAŞAT fonduna pulumuzu ödəyirik. Sadəcə 20 min manat sizə kömək edə bilərik. Gələn aydan da 2750 manat aylıq ödənişinizi ödəyin" dedilər.

"Kristal Abşeron" MTK-dan tələb edirəm ki, yaydığı məlumatı sübuta yetirsin. Məlumatda deyilir ki, vətəndaş 2 il ərzində ödəniş etməyib. Bu necə ola bilər? Biz 60 aylıq daxili kreditlə o mənzili almışıq. Problem bankla olsaydı, şikayəti də onlardan edərdim, "Kristal Abşeron" MTK-dan niyə edim? 22 ayın ödənişi olub və ümumi məbləğdən 95 min 700 manat silinib. "Kristal Abşeron" MTK-nın söylədiyi 2 ili hesablayanda elə çıxır ki, kredit bizim adımıza qeydiyyata alınmayıb. Bunu ortaya atıblar ki, media yazsın. Bu gün mən "Kristal Abşeron" MTK-dan evimin kreditini silməyi istəmirəm. Heç bir kişinin pulu ilə evimizin qurulmasını istəmirik. O evdən şəhid çıxıbsa, bizə halal pul lazımdır. Tək istəyimiz 57 min manat faizi və 5800 manat cərimənin silinməsini istəyirik".

Məsələ ilə bağlı "Kristal Abşeron" MTK ilə əlaqə saxladıq. Şirkətdən bu gün şəhidin xanımı ilə görüşüləcəyi söylənilsə də, Zeynəb Səmədova "Kristal Abşeron" MTK-dan heç kimin onunla əlaqə saxlamadığını vurğulayıb.
Şəhidin xanımı "Kristal Abşeron" MTK-nın yaydığı məlumatı YALANLADI: "4 deyil, 1 mənzil almışıq" - FOTOFAKT
Şəhidin xanımı "Kristal Abşeron" MTK-nın yaydığı məlumatı YALANLADI: "4 deyil, 1 mənzil almışıq" - FOTOFAKT
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:27

ABŞ 24 rus diplomatını ÖLKƏDƏN ÇIXARIR

00:24

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilir - RƏY QƏBUL EDİLDİ-YENİLƏNİB

00:21

150 manata satılan saxta COVİD-19 pasportları - YAXALANDILAR-FOTO

00:17

Polisi döyən deputat YAP-dan çıxarıldı

00:15

DİN-dən polisi döyən deputatla bağlı YENİ AÇIQLAMA

00:12

Peyvəndə hələ başlamayan tək ölkə

00:08

Polisdən daha bir ƏMƏLİYYAT: 40 kilo heroin və “patı”...

00:06

Nazir müavinindən jurnalistlərə TƏŞƏKKÜR: "Sizinlə qürur duyuruq"

00:02

Spirtli içki sevənlərin DİQQƏTİNƏ - yalnız ömrü qısaltmır...

02:13

Spirtli içki sevənlərin DİQQƏTİNƏ - yalnız ömrü qısaltmır...

02:11

Tokio-2020: Çin zirvədə, ABŞ Yaponiyanı qabaqladı – MEDAL SİYAHISI

02:09

Tokio-2020: Güləşçilərimiz mübarizəyə başlayır

02:05

Deputat Eldəniz Səlimov üzr istədi

02:02

Türkiyədəki yanğınsöndürənlərimiz arasında həlak olan yoxdur - RƏSMİ

02:00

Biləsuvarda iki yük maşını toqquşdu - 1 ÖLÜ, 3 YARALI

01:58

Cəlilabadda yük maşını aşdı, sürücü öldü

01:58

Cəlilabadda yük maşını aşdı, sürücü öldü

01:56

Bakı sakini dava zamanı bıçaqlandı

01:54

Ağstafa sakinini Tovuzda ilan sancdı

23:16

Deputat polisi döyüb - təfərrüatlar...

23:09

Məşhur müğənni tanınmaz halda -FOTO

23:07

Polisi döyən deputata görə Milli Məclisin sessiyası ÇAĞIRILIR

23:04

Polisi döyən deputata CİNAYƏT İŞİ açıldı - RƏSMİ - YENİLƏNİB

23:00

Şəmsəddin Xanbabayev: "Polisi döyən deputat restorana mənim maşınımda gedib"

22:56

Gürcüstanda yenə “lokdaun” olacaq?

01:01

DTX-nin həbs etdiyi xidmət rəisinin məhkəməsinin vaxtı məlum olub

00:58

Deputat Nabranda sərxoş halda polisi döydü — ŞOK

00:56

Avtomobillərin arxa şüşəsinə bunların vurulması qanunsuzdur - DYP

00:53

Məhkəmə terrorçu ermənilər barədə qərar verdi (YENİLƏNİB)

00:51

SOCAR İsveçrədə nəhəng layihədə iştirak edəcək - DETALLAR

00:48

Adil Vəliyevin milyonluq kolleksiyası və "ZİL" seçimi - Sabunçuda zibillər belə daşınır // VİDEO

00:43

Azərbaycanda daha 615 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

02:27

Fədayə Laçın Azərbaycana qayıdan kimi görün kimin məzarını ziyarət etdi - FOTO

02:26

Fədayə Laçın Azərbaycana qayıdan kimi görün kimin məzarını ziyarət etdi - FOTO