Vətən müharibəsində şəhid olan tibb işçiləri - Bu gün onların günüdür

22:01 17.06.2021 43
Vətən müharibəsində şəhid olan tibb işçiləri - Bu gün onların günüdür
Bu gün insanların xəstəliklərinə çarə axtaran ağxalatlı peşə sahiblərinin - tibb işçilərinin bayramıdır.

2001-ci ildən etibarən Azərbaycanda iyunun 17-si Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri də öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdilər. 44 gün boyunca cəbhədə qəhrəmanlıq və şücaət göstərən təkcə hərbi qulluqçular olmadılar, bu sırada həm də həkimlər, kiçik tibb işçiləri vardı.

Müharibədə onların da üzərinə çox böyük yük düşmüşdü. Vətən müharibəsinə qatılan həkimlər mərmi yağışı altında yaralı əsgərlərimizi xilas etmək üçün çarpışırdılar.

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı 159 hərbi tibb işçisi yaralanıb.

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsindən verilən məlumata görə, ümumilikdə 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

Qeyd edək ki, Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibbi işçisi olub. Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanından tibbi yardım göstərib.
2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxaranda aldığı güllə yarasından şəhid olub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhid həkimlərdən danışarkən Azərbaycan Tibb Universitetinin məzunları olmuş tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev, tibb xidməti leytenantı Azər Şəmilov, tibb xidməti leytenantı Turqut Xəlilbəyli, tibb xidməti leytenantı Adil Əfəndiyev, tibb xidməti leytenantı Mirlətif Ağayev, tibb xidməti kapitanı Anar Məmmədov, tibb xidməti giziri Eldar Abdullayev, tibb xidməti baş leytenantı Nurlan Fərəməzov, tibb xidməti baş leytenantı Şöhrət Qasımov, tibb xidməti leytenantı Tariyel Salmanov və digərlərini xatırlamalıyıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:27

ABŞ 24 rus diplomatını ÖLKƏDƏN ÇIXARIR

00:24

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilir - RƏY QƏBUL EDİLDİ-YENİLƏNİB

00:21

150 manata satılan saxta COVİD-19 pasportları - YAXALANDILAR-FOTO

00:17

Polisi döyən deputat YAP-dan çıxarıldı

00:15

DİN-dən polisi döyən deputatla bağlı YENİ AÇIQLAMA

00:12

Peyvəndə hələ başlamayan tək ölkə

00:08

Polisdən daha bir ƏMƏLİYYAT: 40 kilo heroin və “patı”...

00:06

Nazir müavinindən jurnalistlərə TƏŞƏKKÜR: "Sizinlə qürur duyuruq"

00:02

Spirtli içki sevənlərin DİQQƏTİNƏ - yalnız ömrü qısaltmır...

02:13

Spirtli içki sevənlərin DİQQƏTİNƏ - yalnız ömrü qısaltmır...

02:11

Tokio-2020: Çin zirvədə, ABŞ Yaponiyanı qabaqladı – MEDAL SİYAHISI

02:09

Tokio-2020: Güləşçilərimiz mübarizəyə başlayır

02:05

Deputat Eldəniz Səlimov üzr istədi

02:02

Türkiyədəki yanğınsöndürənlərimiz arasında həlak olan yoxdur - RƏSMİ

02:00

Biləsuvarda iki yük maşını toqquşdu - 1 ÖLÜ, 3 YARALI

01:58

Cəlilabadda yük maşını aşdı, sürücü öldü

01:58

Cəlilabadda yük maşını aşdı, sürücü öldü

01:56

Bakı sakini dava zamanı bıçaqlandı

01:54

Ağstafa sakinini Tovuzda ilan sancdı

23:16

Deputat polisi döyüb - təfərrüatlar...

23:09

Məşhur müğənni tanınmaz halda -FOTO

23:07

Polisi döyən deputata görə Milli Məclisin sessiyası ÇAĞIRILIR

23:04

Polisi döyən deputata CİNAYƏT İŞİ açıldı - RƏSMİ - YENİLƏNİB

23:00

Şəmsəddin Xanbabayev: "Polisi döyən deputat restorana mənim maşınımda gedib"

22:56

Gürcüstanda yenə “lokdaun” olacaq?

01:01

DTX-nin həbs etdiyi xidmət rəisinin məhkəməsinin vaxtı məlum olub

00:58

Deputat Nabranda sərxoş halda polisi döydü — ŞOK

00:56

Avtomobillərin arxa şüşəsinə bunların vurulması qanunsuzdur - DYP

00:53

Məhkəmə terrorçu ermənilər barədə qərar verdi (YENİLƏNİB)

00:51

SOCAR İsveçrədə nəhəng layihədə iştirak edəcək - DETALLAR

00:48

Adil Vəliyevin milyonluq kolleksiyası və "ZİL" seçimi - Sabunçuda zibillər belə daşınır // VİDEO

00:43

Azərbaycanda daha 615 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

02:27

Fədayə Laçın Azərbaycana qayıdan kimi görün kimin məzarını ziyarət etdi - FOTO

02:26

Fədayə Laçın Azərbaycana qayıdan kimi görün kimin məzarını ziyarət etdi - FOTO