Qusar İcra Hakimiyyəti formal müqavilələr bağlamaqda davam edir - Şair Alxasovun "qara" müqavilləri..

16:37 7.06.2021 30
Qusar İcra Hakimiyyəti formal müqavilələr bağlamaqda davam edir - Şair Alxasovun "qara" müqavilləri..
ZamanTV.az Teref.az-a istinadən xəbər verir ki, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun haqqında yazılanlara inansaq o hələ 2019-cu ildən həbs olunmalı idi. Amma göründüyü kimi o hələ də işinin başındadır və barəsində yazılanlara baxmayaraq əməllərini davam etdirməkdir. Aktualinfo.org hələ bir müddət əvvəl Şair Alxasovun Qusar rayon İcra Hakimiyyətinə birbaşa tikinti biznesindən gəldiyi barədə məlumat vermişdi. Rayonda aparılan bir sıra tikinti, quraşdırma işləri barədə bu günlərdə redaksiyaya verilən məlumatlarda Şair Alxasovun sözügedən işlərə ayrılan milyonlarla dövlət vəsaitini müxtəlif yollarla mənimsəmək hesabına var dövlət sahibi olduğu, mal,mülk əldə etdiyi bildirilir.

Qeyd edək ki, Şair Alxasov artıq on dördüncü ildir ki,Qusar rayonuna başçılıq edir.Bu müddət ərzində rayonu bir tikinti biznesmeni kimi idarə etmiş Şair Alxasovun yol verdiyi qanunsuzluqların nə qədəri gizlədilib,nə qədəri açıqdı heç kimə bəlli deyil. Aktualinfo.org mediada yer alan bəzi məlumatlar əsasında Qusar rayon İcra Hakimiyyəti tərəfindən elə son bir neçə ayda keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında yol verilmiş bəzi nöqsanları araşdırıb.Bunlar dövlət satınalmalarına ictimai nəzarət artdıqdan sonra tenderlərdə yol verilmiş qanunsuzluqların bir qismidir.İndi təsəvvür edin bir neçə il əvvəl Şair Alxasovun rəhbərlik etdiyi İcra Hakimiyyəti nə qədər belə qanunsuzluqlara yol verib.

Qusar rayon İcra Hakimiyyəti başçısı aparatının kotirovka sorğusu elanına əsasən əsaslı təmir işlərinin satın alınması üzrə 18313.97 manat, inventarların satın alınması üzrə 18 470 manat, minik avtomobillərinə ehtiyyat hissələrinin satın alınması üzrə 5 996 manat məbləğində satınalma müqavilələri 01.06.2021-ci il tarixdə fiziki şəxs Bağırov Elvin Abdulla oğlu ilə bağlanmışdır.

Dəftərxana və təsərrüfat malların satın alınması üzrə 6011.8 manat məbləğində satınalma müqavilələri 07.04.2021-ci il tarixdə fiziki şəxs İbrahimov Namiq Tofiq oğlu ilə bağlanmışdır.

Satınalmaların vahid elektron portalında Qusar rayon İcra Hakimiyyəti başçısı aparatının elan etdiyi kotirovka sorğularının baş tutmadığı göstərilir. Lakin İcra Hakimiyyəti fiziki şəxs Bağırov Elvin Abdulla oğlu ilə müqavilə bağladığı barədə elan vermişdir.

Yuxarıda qeyd etdiklərimiz Qusar rayon İcra Hakimiyyətinin keçirdiyi kiçik həcmli kotirovka sorğularıdır. Amma gəlin Qusar rayonunda yol infrastrukturun yaxşılaşdırılması, əsas avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması məqsədi ilə dövlət büdcəsindən rayon İcra Hakimiyyətinə hər il ayrılan vəsaitlərə diqqət yetirək.

Şəhər yollarının əsaslı təmiri işləri üzrə 434 479.95 manat məbləğində satınalma müqaviləsi 15.04.2019-cu il tarixdə “TİKİNTİ TƏMİR RR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TİKİNTİ TƏMİR RR” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 14.01.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şabran rayonu Bor-Bor kəndi, qanuni təmsilçisinin isə Əmrahov Hüseyin Nurəddin oğlu olduğu göstərilir. Qeyd edək ki,2019-cu ilin yanvarında dövlət qeydiyyatına alınmış MMC apreldə Qusar rayon İcra Hakimiyyəti başçısının sifarışi əsasında Qusar şəhər yollarının əsaslı təmir işlərini aparıb.Amma apardığımız araşdırmalar MMC ilə İcra Hakimiyyəti arasında müqavilələrin formal olaraq bağlandığını deməyə əsas verir.

Sonrakı ildə isə,Qusar rayon İcra Hakimiyyəti Aparatı şəhər yollarının əsaslı təmiri üzrə 539 097.75 manat dəyərində satınalma müqaviləsini 07.08.2020-ci il tarixdə “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 8 saylı Ərazi Vergilər İdarəsində 11.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Beyləqan rayonu,Beyləqan şəhəri, Əzizbəyov ev 28,qanuni təmsilçisinin isə Rəhimov Firdovsi Yaqub oğlu olduğu göstərilir. Amma ötən il apardığımız araşdırmalarda MMC-nin qanuni təmsilçisi Abdulov Zəfər Yusif oğlu olduğu göstərilmişdi. Sözügedən MMC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin işdə yol verdiyi ciddi nöqsanlara görə ötən il iyunun 25 də tutduğu vəzifədən azad edilmiş Zəfər Abdulova məxsus oldiğu bildirilir.

Hər şey bunlarla təbii ki, bitmir. Qeyd edək ki,İcra Hakimiyyətinin inventarların satın alınması,maşın və avadanlıqların satın alınması,minik avtomobillərin ehtiyyat hissələrinin satın alınması,əsaslı təmiri işlərinin aparılması kimi satınalmalar üzrə “LUAR” , “AYSU-2012” və “Raul-2018” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə bağlanan müqavilələr də elə formal xarakteri daşıyıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:50

Ermənistanı SARSIDAN İDDİA: Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənəd imzalayacaq

19:07

Bank qazinin 12 min manat borcunu bağladı - FOTO

19:02

ÜST-dən QORXUNC XƏBƏRDARLIQ: Payızda yenidən…

19:00

Ermənilər Xankəndindəki evlərini niyə satıb gedirlər? - AÇIQLAMA

18:57

Təhsil haqları ARTIRILACAQ? - AÇIQLAMA

18:52

Prezident SƏRƏNCAM İMZALADI

18:50

Fulya Öztürk AÇIQLADI: "Filmin mənimlə heç bir əlaqəsi yoxdur" - FOTO

18:46

Nazirlər Kabinetindən önəmli QƏRAR

18:44

Saxta əlilliklə bağlı CƏZALANANLAR kimlərdir? - RƏSMİ

18:42

Azərbaycanda növbəti yumşalmaların vaxtı açıqlandı - VİDEO

18:00

Bakıdakı məşhur xəstəxanada vəzifəli şəxslər HƏBS EDİLİR

17:57

DTX Şuşada əməliyyat keçirdi - FOTO

17:53

Baş nazir QƏRAR İMZALADI

17:50

Müəllim məhkəmə qarşısında arvadının başını niyə kəsdi? - ŞOK TƏFƏRRÜAT - VİDEO

17:47

2 saylı “Kliniki Psixiatriya” xəstəxanasının Baş həkimi- İLQAR ƏFƏNDİYEV: “Həkimlərin hamısı eyni səviyyədə ola bilməz!”

19:06

Azad edilmiş ərazilərdə rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı hazırlanıb

19:01

"Rəhbər hakimin əmisi oğludur deyə şirkətə girə bilmirik"

18:52

Vaqif Mustafayevin mülkləri müsadirə olunur? - Ciddi maliyyə pozuntuları AŞKARLANDI

18:50

Sabiq nazirə hökm oxundu

18:47

"Tələbə götürdüyü krediti 20 ilə ödəyə bilər"

18:45

"Fulya" filmi çəkilir - FOTO

18:41

Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: "Qadın yazmışdı ki, çoxdan ayrılıblar"

18:15

Rafil Hüseynov Ağcabədinin DİZİNİ NECƏ BÜKÜB... - İLGİNC FAKTLAR

18:10

Sistem vurulandan sonra vəziyyəti pisləşdi, VƏFAT ETDİ

18:08

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

22:46

Mənim tərcihim yalnız ATU-“Stomatoloji Klinikası”dır!

22:41

Həkim-Onkoloq, Tibb üzrə Fəlsəfə Doktoru GÜNAY ƏHMƏDOVA: “Həkimlikdə əsas hədəf xəstəni sağlam vəziyyətə gətirmək olmalıdır!”

22:24

Şəhidin xanımı "Kristal Abşeron" MTK-nın yaydığı məlumatı YALANLADI: "4 deyil, 1 mənzil almışıq" - FOTOFAKT

22:21

Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...

22:16

Nabran yaxınlığında baş verən yanğın davam edir, bir helikopter, 26 texnika cəlb edilib – YENİLƏNİB+FOTO/VİDEO

22:11

"BakuBus" avtobusunun qəza törətdikdən sonra hadisə yerindən yayınması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB+VİDEO

22:05

Azərbaycanda karantin rejimi yenə yumşaldılır

22:03

Prezidentdən NÖVBƏTİ SƏRƏNCAM

22:01

Vətən müharibəsində şəhid olan tibb işçiləri - Bu gün onların günüdür