Azərbaycanın şəhid jurnalistləri - SİYAHI

19:37 4.06.2021 33
Azərbaycanın şəhid jurnalistləri - SİYAHI
Azərbaycanın şəhid jurnalistləri
Onlar eyni gündə doğulub, eyni gündə ölmədilər, ancaq hamısı şəhid oldular.

İllər boyu Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində xalqımız minlərlə şəhid verdi. Onlar arasında xidməti vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlər də var. Bugünkü hadisədə olduğu kimi...

4 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş Kəlbəcərin Susuzluq kəndinə çəkiliş aparmağa gedən jurnalistlər - AzTV-nin operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) həlak olublar.

1. Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, hərbçilər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayımlanırdı. Çingiz Mustafayevin Xocalı soyqırımına dair çəkilişləri Ermənistanın imicini bütün dünyaya tanıtdı. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayev 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

2. Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərov 1991-ci ilin 9 yanvarında Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilir. Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirmişdi. O, reportajlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə geniş yer verirdi. 1992-ci il noyabrın 6-da Salatın Əsgəroavaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

3. Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək AzTV-də işləyib. Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

4. Fəxrəddin Şahbazov 1950-ci ildə anadan olub. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz operator peşəsində çalışıb. Fəxrəddin qaynar döyüş meydanlarından reportajlar hazırlayaraq xalqa, eləcə də xarici ölkələrə çatdırıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Fəxrəddin Şahbazova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

5. Kazımağa Möhsün oğlu Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakulətisini bitirdikdən sonra peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar alanda heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da silaha sarılıb. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralanıb. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa döyüşlər bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılıb. Kazımağa 15 iyun 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.

6. Osman Mirzəyev 1937-ci ildə dünyaya göz açıb. O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunub. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

7. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Onlar içərisində olan AzTV-də işıqçı kimi fəaliyyət göstərən Arif Hüseynzadə də vardı.

8. Məhərrəm İbrahimov(Əlioğlu) 1982-ci il iyun ayının 1-də Bakıda dünyaya gəlib. Ailəlidir, iki oğul övladı var. 2021-ci il iyunun 4-də erməni təcavüzkarlarının Kəlbəcər rayonunda basdırdığı minaya düşərək həlak olub.

9. AzTV-nin operatoru Sirac Abışov1989-cu il avqustun 29-da Qubadlıda doğulub. Sumqayıt şəhərində yaşayırdı. 2013-cü ildən 2018-ci ilə qədər APA TV-də çalışan Sirac 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Ailəlidir.
2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndində minaya düşərək həlak olub.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:50

Ermənistanı SARSIDAN İDDİA: Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənəd imzalayacaq

19:07

Bank qazinin 12 min manat borcunu bağladı - FOTO

19:02

ÜST-dən QORXUNC XƏBƏRDARLIQ: Payızda yenidən…

19:00

Ermənilər Xankəndindəki evlərini niyə satıb gedirlər? - AÇIQLAMA

18:57

Təhsil haqları ARTIRILACAQ? - AÇIQLAMA

18:52

Prezident SƏRƏNCAM İMZALADI

18:50

Fulya Öztürk AÇIQLADI: "Filmin mənimlə heç bir əlaqəsi yoxdur" - FOTO

18:46

Nazirlər Kabinetindən önəmli QƏRAR

18:44

Saxta əlilliklə bağlı CƏZALANANLAR kimlərdir? - RƏSMİ

18:42

Azərbaycanda növbəti yumşalmaların vaxtı açıqlandı - VİDEO

18:00

Bakıdakı məşhur xəstəxanada vəzifəli şəxslər HƏBS EDİLİR

17:57

DTX Şuşada əməliyyat keçirdi - FOTO

17:53

Baş nazir QƏRAR İMZALADI

17:50

Müəllim məhkəmə qarşısında arvadının başını niyə kəsdi? - ŞOK TƏFƏRRÜAT - VİDEO

17:47

2 saylı “Kliniki Psixiatriya” xəstəxanasının Baş həkimi- İLQAR ƏFƏNDİYEV: “Həkimlərin hamısı eyni səviyyədə ola bilməz!”

19:06

Azad edilmiş ərazilərdə rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı hazırlanıb

19:01

"Rəhbər hakimin əmisi oğludur deyə şirkətə girə bilmirik"

18:52

Vaqif Mustafayevin mülkləri müsadirə olunur? - Ciddi maliyyə pozuntuları AŞKARLANDI

18:50

Sabiq nazirə hökm oxundu

18:47

"Tələbə götürdüyü krediti 20 ilə ödəyə bilər"

18:45

"Fulya" filmi çəkilir - FOTO

18:41

Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: "Qadın yazmışdı ki, çoxdan ayrılıblar"

18:15

Rafil Hüseynov Ağcabədinin DİZİNİ NECƏ BÜKÜB... - İLGİNC FAKTLAR

18:10

Sistem vurulandan sonra vəziyyəti pisləşdi, VƏFAT ETDİ

18:08

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

22:46

Mənim tərcihim yalnız ATU-“Stomatoloji Klinikası”dır!

22:41

Həkim-Onkoloq, Tibb üzrə Fəlsəfə Doktoru GÜNAY ƏHMƏDOVA: “Həkimlikdə əsas hədəf xəstəni sağlam vəziyyətə gətirmək olmalıdır!”

22:24

Şəhidin xanımı "Kristal Abşeron" MTK-nın yaydığı məlumatı YALANLADI: "4 deyil, 1 mənzil almışıq" - FOTOFAKT

22:21

Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...

22:16

Nabran yaxınlığında baş verən yanğın davam edir, bir helikopter, 26 texnika cəlb edilib – YENİLƏNİB+FOTO/VİDEO

22:11

"BakuBus" avtobusunun qəza törətdikdən sonra hadisə yerindən yayınması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB+VİDEO

22:05

Azərbaycanda karantin rejimi yenə yumşaldılır

22:03

Prezidentdən NÖVBƏTİ SƏRƏNCAM

22:01

Vətən müharibəsində şəhid olan tibb işçiləri - Bu gün onların günüdür