Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır

22:41 10.05.2021 307
Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır
Xalqımız bu gün xöşbəxt və qürurlu günlərinin yaşayır. Bu sevinci xalqımıza yaşadan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev, rəşadətli Azərbaycan Ordusu, "dəmir yumruq" kimi birliyimizdir. Dünyaya səs salan Zəfərimiz torpaqların əsl sahibinin kim olduğunu bir daha təsdiqlədi. 30 ilin işğalına son qoyub, düşməni diz çökdürən, Ermənistana və dünya dövlətlərinə tarix, hüquq, milli qürur dərsi olan 44 günlük İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı heç zaman torpaqlarının işğalı ilə barışmayacaqdır. Ötən il noyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "hücum" əmrini yüksək səviyyədə dəyərləndirdi, silaha sarılaraq 30 il düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdilər.
Mayın 8-i Qarabağın ürəyi Şuşamızın işğal günüdür. Artıq bu günü deyil, onun işğaldanda azad edildiyi tarixi - 8 noyabrı qeyd edəcəyik. Bu tarix dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı əsasında Zəfər günü kimi təsis olunub. 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra dəfələrlə işğaldan azad edilmiş torpaqlarımıza, o cümlədən Şuşamıza səfər edən, Cıdır düzündə Novruz tonqalını yandıran dövlətimizin başçısı İlham Əliyev bu sevinci xalqımızla bölüşməklə yanaşı, Cıdır düzündən işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırmışdır.
Bu gün diktə edən tərəf Azərbaycandır. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işləri gedir. Bu ərazilərimizdə təkmil idarəçilik sistemi mövcuddur. Prezident İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəsi fəaliyyət göstərir. Bu addım ilk olaraq Qarabağın tacı Şuşada atılıb. Ölkə başçısı İlham Əliyev Şuşaya hər səfərində bu inamı ifadə edir ki, bərpa və quruculuq işləri yüksək səviyyədə həyata keçiriləcək, Şuşa qədimliyini qoruyacaq, qısa zamanda cənnətməkana çevriləcək.
"Qarabağın incisi", "Cənubi Qafqazın konservatoriyası", "Qafqazın mədəniyyət məbədi" adlandırılan Şuşa şəhəri tarixi abidələrlə zəngindir. Şəhərdə 17 məscidi olan 17 məhəllə, 6 karvansara, türbələr, mədrəsələr və başqa mühüm tikililər mövcud idi. Ancaq bu tarixi abidələrin çoxu erməni işğalı dövründə dağıdılıb. Şuşada nisbətən salamat qalmış dini-tarixi abidələrdən biri də Yuxarı Gövhər ağa və ya Cümə məscididir.
Bütün dağıntılara, erməni vəhşiliklərinə rəğmən torpaqlarımızın işğaldan azad edilməsinin sevincini yaşayırıq. Dünya görsün ki, Azərbaycan illərdir necə vəhşi ilə üz-üzə olub. Hər bir addımında humanizm prinsiplərinə sadiqlik nümayiş etdirən Azərbaycan bunun qarşılığında erməni vandalizminin şahidi olub.
Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.
Bütün bunları əsas götürərərək Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamına əsasən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq.
2020-ci ilin noyabrında Şuşa şəhəri işğaldan azad olundu və son 28 ildə ilk dəfə olaraq soydaşlarımız məsciddə namaz qıla bildilər. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Gövhər ağa məscidinə baş çəkdilər. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş Qurani-Kərimi bağışladı. Qeyd etdiyimiz kimi, işğal vaxtı Yuxarı Gövhər ağa məscidi də dağıntılara məruz qalmışdı, ancaq orada artıq bərpa işləri həyata keçirilməyə başlanılıb. Tezliklə torpaqlarımız əvvəlki simasına qayıdacaq. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq bütün yeniliklər bu ərazilərimizdə öz əksini tapacaq. "Ağıllı şəhər" və "ağıllı kənd" strategiyasının hazırlanması ilə bağlı Prezident Sərəncamı da bu məqsədə xidmət edir.
Azərbaycanın iqtisadi imkanları qarşıya qoyulan bütün hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Bu günümüzün əsas tələbləri sırasında işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərinin qısa zamanda həyata keçirilməsi üçün Ermənistanın minalanmış sahələrin xəritələrini verməsidir. Bunun üçün beynəlxalq təşkilatlardan, dünyanın nüfuzlu dövlətlərindən Ermənistana beynəlxalq hüquq çərçivəsində təzyiq göstərilməsi dayanır. Azərbaycan xalqı torpaqlarının sahibi olaraq Böyük Qayıdışa hazırlaşır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU