Ümummilli lider Heydər Əliyevin doğum günüdür

22:35 10.05.2021 41
Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Bu gün Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin "Lenin" ordeni ilə, "Qırmızı Ulduz" ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:50

Ermənistanı SARSIDAN İDDİA: Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənəd imzalayacaq

19:07

Bank qazinin 12 min manat borcunu bağladı - FOTO

19:02

ÜST-dən QORXUNC XƏBƏRDARLIQ: Payızda yenidən…

19:00

Ermənilər Xankəndindəki evlərini niyə satıb gedirlər? - AÇIQLAMA

18:57

Təhsil haqları ARTIRILACAQ? - AÇIQLAMA

18:52

Prezident SƏRƏNCAM İMZALADI

18:50

Fulya Öztürk AÇIQLADI: "Filmin mənimlə heç bir əlaqəsi yoxdur" - FOTO

18:46

Nazirlər Kabinetindən önəmli QƏRAR

18:44

Saxta əlilliklə bağlı CƏZALANANLAR kimlərdir? - RƏSMİ

18:42

Azərbaycanda növbəti yumşalmaların vaxtı açıqlandı - VİDEO

18:00

Bakıdakı məşhur xəstəxanada vəzifəli şəxslər HƏBS EDİLİR

17:57

DTX Şuşada əməliyyat keçirdi - FOTO

17:53

Baş nazir QƏRAR İMZALADI

17:50

Müəllim məhkəmə qarşısında arvadının başını niyə kəsdi? - ŞOK TƏFƏRRÜAT - VİDEO

17:47

2 saylı “Kliniki Psixiatriya” xəstəxanasının Baş həkimi- İLQAR ƏFƏNDİYEV: “Həkimlərin hamısı eyni səviyyədə ola bilməz!”

19:06

Azad edilmiş ərazilərdə rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı hazırlanıb

19:01

"Rəhbər hakimin əmisi oğludur deyə şirkətə girə bilmirik"

18:52

Vaqif Mustafayevin mülkləri müsadirə olunur? - Ciddi maliyyə pozuntuları AŞKARLANDI

18:50

Sabiq nazirə hökm oxundu

18:47

"Tələbə götürdüyü krediti 20 ilə ödəyə bilər"

18:45

"Fulya" filmi çəkilir - FOTO

18:41

Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: "Qadın yazmışdı ki, çoxdan ayrılıblar"

18:15

Rafil Hüseynov Ağcabədinin DİZİNİ NECƏ BÜKÜB... - İLGİNC FAKTLAR

18:10

Sistem vurulandan sonra vəziyyəti pisləşdi, VƏFAT ETDİ

18:08

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

22:46

Mənim tərcihim yalnız ATU-“Stomatoloji Klinikası”dır!

22:41

Həkim-Onkoloq, Tibb üzrə Fəlsəfə Doktoru GÜNAY ƏHMƏDOVA: “Həkimlikdə əsas hədəf xəstəni sağlam vəziyyətə gətirmək olmalıdır!”

22:24

Şəhidin xanımı "Kristal Abşeron" MTK-nın yaydığı məlumatı YALANLADI: "4 deyil, 1 mənzil almışıq" - FOTOFAKT

22:21

Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...

22:16

Nabran yaxınlığında baş verən yanğın davam edir, bir helikopter, 26 texnika cəlb edilib – YENİLƏNİB+FOTO/VİDEO

22:11

"BakuBus" avtobusunun qəza törətdikdən sonra hadisə yerindən yayınması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB+VİDEO

22:05

Azərbaycanda karantin rejimi yenə yumşaldılır

22:03

Prezidentdən NÖVBƏTİ SƏRƏNCAM

22:01

Vətən müharibəsində şəhid olan tibb işçiləri - Bu gün onların günüdür