"Mall"lar və toy məclisləri ilə bağlı deputatdan AÇIQLAMA

19:44 3.05.2021 46
"Mall"lar və toy məclisləri ilə bağlı deputatdan AÇIQLAMA
Bu gündən Azərbaycanda növbəti peyvənd mərhələsinə start verilib, ölkəmizdə yeni növ peyvəndin tətbiqinə başlanılır.

Belə ki, bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər "COVID-19" xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria" vaksinindən (İstehsalçı şirkət "AstraZeneca") də istifadə edə biləcəklər. "Vaxzevria" peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılıb.

Bundan əlavə mayın 2-də Rusiyadan Azərbaycana "Sputnik V" vaksinlərinin 40 min dozadan ibarət ilk partiyası gətirilib. Bütün bunlar ölkəmizdə koronavirusa qarşı effektli mübarizəni gücləndirməyə və karantin rejiminin daha tez yumşalmasına ümidləri artırır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Afət Həsənova ölkəmizə yeni növ vaksinlərin gətirilməsinin və bu gündən etibarən tətbiqinə başlanmasının çox sevindirici hal olduğunu qeyd edib.

O bildirib ki, bütün bunlar ilk növbədə Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına göstərdiyi böyük diqqətin bariz nümunəsidir:

"Bilirsiniz ki, bu gün dünyada peyvəndlərin bölüşdürülməsi ilə bağlı ədalətsizliklər və ikilistandartlar mövcuddur və bir çox ölkələr ya hələ də peyvəndi əldə edə bilməyib, ya da məhdud sayda əldə edib. Lakin Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz vaxtında və kifayət qədər peyvənd əldə etməyi bacarıb. Artıq insanlar üçün peyvənd seçimi etmək imkanı da yaranıb, vətəndaşlarımız istədiyi peyvəndi seçib vurdura bilər. Bu əlbəttə ki, çox sevindirici haldır və virusa qarşı daha effektiv mübarizə aparmaqla bu bəladan daha tez azad olmağımıza və normal həyata qayıtmağımıza imkanları artırır.

Dövlət vaksinlərlə bağlı lazımi tədbirləri görüb, ölkəmizə yetərincə vaksinin gətirilməsini təmin edib. Lakin koronavirusa qarşı mübarizənin daha effektli olması üçün vətəndaşlarımız da öz üzərinə düşən vəzifəni yerin yetirməli və vaksinasiya prosesində aktiv iştirak etməlidir.

Vaksinasiya yeni başlayanda onun mənfi təsirləri haqqında bəzi şayiələr gəzirdi, lakin zaman keçdikcə, insanlar peyvənd olunduqca bu şayiələrin əsassız olduğu məlum oldu. Bu gün eyni zamanda dünyada əhalisinin böyük hissəsi peyvənd olunaraq normal həyata dönən ölkələr də var və buna misal olaraq İsraili göstərmək olar. Bəs bizim qarşımızı kəsən nədir? Ölkəmizə yetərincə vaksin gətirilib, insanlar üçün hətta vaksin seçim etmək imkanı da yaradılıb.

Bu gün biz toyların keçirilməsinə icazə verilməsini, "Mall"ların açılmasını istəyirik, karantin rejiminin yumşaldılmasını istəyirik, amma bunun üçün vacib olan vaksinasiya prosesində fəallıq göstərmirik. Düşünürəm ki, insanlarımız bu barədə düşünməlidir və hazırda virusdan qurtulmağın yeganə yolunun peyvənd olduğunu bilməlidir.

İnsanlarımız nə qədər aktiv şəkildə vaksinasiya prosesində iştirak etsələr, bir o qədər tez zamanda kütləvi immunitet yaranar və karantin rejimi yumşaldılar, toyların keçirilməsinə, "Mall"ların açılmasına icazə verilə bilər. Yəni hər şey artıq insanların öz əlindədir, əgər normal həyata qayıtmaq istəyiriksə, vaksinasiyada aktiv iştirak etməliyik, qoyulan qaydalara riayət etməliyik".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:59

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə ezam olunub

21:59

İnsanların yayda maska taxmasından imtina oluna bilər? - AÇIQLAMA

21:57

Şəhidimizin xanımından Gədəbəyin icra başçısına İTTİHAM... - "Bizə bir qarış torpağı da qıymadı"

21:51

Ermənistanın növbəti təxribatı: Lavrovun səfərinin gizli detalları - NƏ BAŞ VERİR?

21:48

QMİ sədrindən dəfn və yas mərasimlərinə icazə ilə bağlı - Açıqlama

21:45

General-polkovnik Tofiq Ağahüseynov dəfn edildi - Fotolar

17:26

 Ordumuz irəliləyib - Ermənistan KİV

17:23

Fitrə zəkatının çıxarılma vaxtı AÇIQLANDI

17:21

29 il sonra Cıdır düzündə festival

17:18

Prezident: "Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq"

17:16

Bu gün Şuşada "Xarıbülbül" müsiqi festivalı başlayır

17:13

Azərbaycan vətəndaşlarına VACİB XƏBƏR: Müddəti uzadıldı

00:27

Koronavirus bizi nə vaxt tərk edəcək?

00:23

Qazaxın icra başçısı həbs edilir?

00:20

Ərdoğan Şuşaya BUNUN üçün gəlir - Putin və Paşinyanın planı ALT-ÜST oldu

00:16

Prezidentdən Ermənistana xəbərdarlıq: "Odla oynamasınlar, yumruq yerindədir"

00:14

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

00:09

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” - İlham Əliyev

23:51

Başı bəlalı Sumqayıt Dövlət Texniki Kolleci düzəlmir ki, düzəlmir..... İDDİA

23:47

TƏBİB-də iclas keçiriləcək - Yeni qərarlar GÖZLƏNİLİR

23:41

GÖZƏLLİYİN ƏTRİ - CHARMLADY

22:44

Baş prokuror klinikalardakı qanunsuzluqlardan danışdı

22:41

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır

22:38

Prezident Naxçıvanda Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib

22:35

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

12:28

Faşizm üzərində qələbədən 76 il ötür

12:27

Azərbaycanda yeni qərar qəbul edildi: Avqustun 1-dək...

12:22

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi yoxsa Hərbi Poliqon?

12:00

“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert

22:22

Bələdiyyə sədrinin bacısı oğlu qazini döydü - İŞƏ POLİS QARIŞDI

22:20

İcra başçısı süpürgəçi vəzifəsi təklif etdiyi qazi ilə bağlı yalan məlumat yaydı - "Məsələni xahiş edirəm, yayındırmayın!"

22:18

Xalq Şairi Musa Yaqub dəfn edilib - FOTO

22:15

"Volkswagen Bakı Mərkəzi" icra başçısının əlindən ALINDI - SƏBƏB

22:13

AAAF Park sakinindən şikayət: - “Kommunal xərclər artıq yazılır”