Uşaqlarda koronavirusun əlamətləri - AÇIQLAMA

22:16 12.04.2021 33
Uşaqlarda koronavirusun əlamətləri - AÇIQLAMA
Dünya Səhiyyə Təşkilatının koronovirusa görə pandemiya elan etdiyi bu dövrdə təbii ki, valideynlər də uşaqlarına görə çox narahatdır. Düzdür, virus yaşlılar üçün daha təhlükəlidir.

ZamanTV.AZ xəbər verir ki, COVID-19 pandemiyası başlayandan bir sual hamını düşündürür. Uşaqlar bu infeksiyaya yoluxurmu? Yolxuma zamanı hansı əlamətlər özünü göstərir?

Bununla bağlı tibb üzrə fəlsəfə doktoru, dosent Lalə Rüstəmova BiG.AZ-a açqılama verib.

"Uşaqlar da böyüklər kimi bu infeksiyaya yoluxa bilər. Oksford universitetinin prof.Endryu Pollard hesab edir ki, uşaqlarda daha yüngül simptomlar olur.

Çin xəstəliklərin profilaktikası və nəzarət mərkəzinin məlumatına əsasən 19 yaşdan aşağı uşaqlarda Covid-19 2%, amerika tədqiqatçılarının məlumatına görə isə 1% halda qeyd olunur. Pandemiya başlayandan daha çox böyüklər yoluxurdu, çünki onlar iş yerlərində, nəqliyyatda, kollektivdə daha çox olurdular.

Karantin dövründə isə uşaqlar evdə valideynləri ilə qaldıqlarından və təmaslar artdığından onlar da yoluxa bilirlər.

Dünya tendensiyası göstərir ki, böyüklərə nisbətən uşaqlar daha az ehtimalla yoluxurlar. Ola bilər ki, uşaqlar arasında yoluxma daha çox olsun, çünki böyüklərlə müqayisədə onlar daha az müayinə olunurlar.

Çinli tədqiqatçıların məlumatlarına əsasən yoluxmuş uşaqlarda hərarət, öskürək, bədəndə ağrı, asqırma, boğazda ağrı kimi əlamətlər özünü göstərir. Xəstələrin 1/3-nün pnevmoniya əlamətləri, xırıltı, təngnəfəslik olmadan keçir.

Böyük Britaniya pediatrı Qrem Roberts qeyd edir ki, uşaqlarda daha çox yuxarı tənəffüs yolları zədələnir və böyüklərdə olduğu kimi ağır pnevmoniya əlamətləri olmur. Ağirlaşma 6% halda olur. Çində ÜST komissiyasının hesabatına görə yoluxmuş uşaqlarda 2,5% halda xəstəlik ağır, 0,2% halda kritik formada keçir. Belə ehtimal edilir ki, SARS COV-2 virusunun orqanizmə keçməsi üçün lazım olan ACE-2 reseptoru uşaqlarda daha azdır, həm də yaş artdıqca orqanizm virusa daha həssas olur. Həmçinin uşaqların bu infeksiyaya az yoluxması onların immun sistemi ilə bağlıdır. Onların immun sistemi bu virusu daha yaxşı nəzarətdə saxlamağa imkan verir. Daha bir məqam odur ki, böyüklərdə Covid-19 zamani "sitokin fırtınası" (hipersitokinemiya) immun sistemin artıq reaksiyası digər orqanların da zədələnməsinə ve letal nəticəyə səbəb olur. Uşaqlarda isə immun sistem o qədər də inkişaf etmədiyindən belə güclü "sitokin fırtınası" baş vermir. Əlbəttə, uşaqlarda koronavirus infeksiyasının xüsusiyyətləri ilə bağlı hələ çox suallar cavabsızdır. Buna görə də istənilən halda infeksiyadan maksimum qorunma vacibdir."
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:59

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə ezam olunub

21:59

İnsanların yayda maska taxmasından imtina oluna bilər? - AÇIQLAMA

21:57

Şəhidimizin xanımından Gədəbəyin icra başçısına İTTİHAM... - "Bizə bir qarış torpağı da qıymadı"

21:51

Ermənistanın növbəti təxribatı: Lavrovun səfərinin gizli detalları - NƏ BAŞ VERİR?

21:48

QMİ sədrindən dəfn və yas mərasimlərinə icazə ilə bağlı - Açıqlama

21:45

General-polkovnik Tofiq Ağahüseynov dəfn edildi - Fotolar

17:26

 Ordumuz irəliləyib - Ermənistan KİV

17:23

Fitrə zəkatının çıxarılma vaxtı AÇIQLANDI

17:21

29 il sonra Cıdır düzündə festival

17:18

Prezident: "Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq"

17:16

Bu gün Şuşada "Xarıbülbül" müsiqi festivalı başlayır

17:13

Azərbaycan vətəndaşlarına VACİB XƏBƏR: Müddəti uzadıldı

00:27

Koronavirus bizi nə vaxt tərk edəcək?

00:23

Qazaxın icra başçısı həbs edilir?

00:20

Ərdoğan Şuşaya BUNUN üçün gəlir - Putin və Paşinyanın planı ALT-ÜST oldu

00:16

Prezidentdən Ermənistana xəbərdarlıq: "Odla oynamasınlar, yumruq yerindədir"

00:14

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

00:09

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” - İlham Əliyev

23:51

Başı bəlalı Sumqayıt Dövlət Texniki Kolleci düzəlmir ki, düzəlmir..... İDDİA

23:47

TƏBİB-də iclas keçiriləcək - Yeni qərarlar GÖZLƏNİLİR

23:41

GÖZƏLLİYİN ƏTRİ - CHARMLADY

22:44

Baş prokuror klinikalardakı qanunsuzluqlardan danışdı

22:41

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır

22:38

Prezident Naxçıvanda Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib

22:35

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

12:28

Faşizm üzərində qələbədən 76 il ötür

12:27

Azərbaycanda yeni qərar qəbul edildi: Avqustun 1-dək...

12:22

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi yoxsa Hərbi Poliqon?

12:00

“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert

22:22

Bələdiyyə sədrinin bacısı oğlu qazini döydü - İŞƏ POLİS QARIŞDI

22:20

İcra başçısı süpürgəçi vəzifəsi təklif etdiyi qazi ilə bağlı yalan məlumat yaydı - "Məsələni xahiş edirəm, yayındırmayın!"

22:18

Xalq Şairi Musa Yaqub dəfn edilib - FOTO

22:15

"Volkswagen Bakı Mərkəzi" icra başçısının əlindən ALINDI - SƏBƏB

22:13

AAAF Park sakinindən şikayət: - “Kommunal xərclər artıq yazılır”