GDU-da plagiat qalmaqalı

21:29 12.04.2021 44
GDU-da plagiat qalmaqalı

Redaksiyamıza Gəncə Dövlət Universitetinin “Təhsilin pedaqogikası və metodikası” kafedrasının dosenti Ziyafət Bayramova tərəfindən yazılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə ünvanlanmış şikayət ərizəsi daxil olmuşdur. Müraciəti olduğu kimi veririk:

“Hörmətli cənab Prezident, mən Gəncə Dövlət Universitetində baş verən bir özbaşınalıqla bağlı məlumat vermək istəyirik. Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin hazırki dekanı Apoyev Bayram Fəti oğlu 20 ildir ki,dekan işləyir. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya ixtisasını bitirmişdir, bir müddət orta məktəblərdə biologiya və coğrafiya müəllimi işləmişdir. İndi isə “Pedaqogika” kafedrasının dosenti və “Pedaqoji” fakültənin dekanıdır. O, professor Akif Abbasova pul verərək özünə doktorluq dissertasiyası yazdırıb.Maraqlıdır, hal-hazırda görkəmli filoloqlar Nizami yaradıçılığında nəyi isə axtarıb tapa bilmirlər, çünki bu böyük şair ətraflı tədqiq olunub. Bu coğrafiya müəlliminin doktorluq dissertasiyasının mövzusu Nizami Gəncəvinin yaradıcılığı ilə əlaqəlidir. Hazır dissertasiya işi tapana qədər elmi şurada müzakirə olunmadan bir neçə dəfə doktorluq dissetasiya işinin adı dəyişdirilmişdir. Heç bir elmi yaradıcılıq məzuniyyətində, heç bir kitabxanada olmayıb. Maraqlıdır,elmi-tədqiqat işini bu adam harada aparıb? Bu şəxs bütün günü tələbələrdən rüşvət yığmaqla məşğul olub. 20 ildir ki,dekan kimi rüşvət yığma fəaliyyətini davam etdirir.Bunun rüşvət yığmaqdan nə vaxt başı açıldı ki,bu elmi-tədqiqat işi apardı? Bayram Apoyev özü dəfələrlə etiraf edib ki, “Ali Attestasiya Komissiyasında mənim yaxın adamım var, ona 30000 manat vermişəm, ekspertdən də keçmişəm, kim istəsə ona kömək də edə bilərəm.Ali Attestasiya Komissiyasındakı yaxın adamım 30000 manat alıb doktorluq dissertasiyasını təsdiq elətdirir”. Bayram Apoyev bu günlərdə guya kitab yazıb: Heydər Əliyev və Nizami Gəncəvi. Halbuki,bu kitabı ona pul müqabilində professor Mübariz İmran oğlu Yusifov yazıb. İndi də Bayram Apoyev deyir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, professor Əliyev Ramiz İbrahim oğlu və İbtidai təhsil fakültəsinin dekanı, Əməkdar Elm Xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov mənim yaxın dostlarımdır. Onlar mənə söz veriblər, yaxın günlərdə doktorluq dissertasiyamı təsdiq etdirəcəklər. Bayram Apoyevin plagiat sözündən xoşu gəlir, belə ki, onun kitabları müxtəlif alimlərin kitablarından köçürmə olduğu kimi, plagiat kitablara da özü rəy verib.Məsələn,Bayram Apoyevin müavini İlqar Haqverdiyevin və GDU-nun “Bədən tərbiyəsi və idman” kafedrasının sabiq müdiri Ağayev İlham Mansır oğlunun birgə həmmüəllifliyi ilə ərsəyə gələn ” Fiziki tərbiyə dərslərinin təşkili və keçirilməsi metodikası” dərsliyi. Sözü gedən dərs vəsaitinin orijinal variantını – “Fiziki tərbiyənin nəzəri-metodik və praktik işlərinin əsasları”nı yazıb ərsəyə gətirən Azərbaycan Pedaqoji Universitetin dosenti, pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının ” Fəxri bədən tərbiyəsi və idman işçisi”, SSRİ idman ustası Baloğlan Quliyevdir. Hazırda həmin dərs vəsaiti Prezident kitabxanasındadır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 17 fevral 2010-cu il tarixli, 202 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş bu kitab 2009-cu ildə Bakıda, ADPU-da işıq üzü görsə də, sonradan, daha dəqiqi, 2016-cı ildə GDU-nun müəllimləri – İlham Ağayev və İlqar Haqverdiyev həmin kitabdan plagiatlıq edərək yeni bir dərs vəsaiti “ərsəyə gətiriblər”. Bu kitaba müsbət rəy verən elə həmin Bayram Apoyev olmuşdur. Məlumunuz edirəm ki, Bayram Apoyevin doktorluq dissertsiyasını pedaqogika üzrə elmlər doktoru, professor Akif ABBASOV yazıb.Bayram Apoyevin özünün bu dissetasiasiya işindən ümumiyyətlə, xəbəri belə yoxdur. Bayram Apoyev deyir ki, yaxın günlərdə dissertasiya işim AAK tərəfindən təsdiq olunacaq və diplomumu alacam. Bütün bunlar Ali Attestasiya Komissiyasında işləyən bəzi şəxslərin korrupsiyaya bulaşdığını göstərir. Hörmətli cənab Prezident,Sizdən xahiş edirik ki,bu hərc-mərcliyin qarşısını alasınız. Bir də bildirmək istəyirəm ki, Gəncə Dövlət Universitetinin rəhbərliyi, konkret olaraq rektorun müşaviri Asif Cavadov mənim adımdan müxtəlif aidiyyəti təşkilatlara cavab göndərir ki, guya ərizəni mən yazmamışam. Mən yazdığım ərizəyə tam cavabdehəm və xahiş edirəm ki, ərizəmdəki faktlar araşdırılsın və lazımi tədbir görülsün”.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:59

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə ezam olunub

21:59

İnsanların yayda maska taxmasından imtina oluna bilər? - AÇIQLAMA

21:57

Şəhidimizin xanımından Gədəbəyin icra başçısına İTTİHAM... - "Bizə bir qarış torpağı da qıymadı"

21:51

Ermənistanın növbəti təxribatı: Lavrovun səfərinin gizli detalları - NƏ BAŞ VERİR?

21:48

QMİ sədrindən dəfn və yas mərasimlərinə icazə ilə bağlı - Açıqlama

21:45

General-polkovnik Tofiq Ağahüseynov dəfn edildi - Fotolar

17:26

 Ordumuz irəliləyib - Ermənistan KİV

17:23

Fitrə zəkatının çıxarılma vaxtı AÇIQLANDI

17:21

29 il sonra Cıdır düzündə festival

17:18

Prezident: "Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq"

17:16

Bu gün Şuşada "Xarıbülbül" müsiqi festivalı başlayır

17:13

Azərbaycan vətəndaşlarına VACİB XƏBƏR: Müddəti uzadıldı

00:27

Koronavirus bizi nə vaxt tərk edəcək?

00:23

Qazaxın icra başçısı həbs edilir?

00:20

Ərdoğan Şuşaya BUNUN üçün gəlir - Putin və Paşinyanın planı ALT-ÜST oldu

00:16

Prezidentdən Ermənistana xəbərdarlıq: "Odla oynamasınlar, yumruq yerindədir"

00:14

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

00:09

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” - İlham Əliyev

23:51

Başı bəlalı Sumqayıt Dövlət Texniki Kolleci düzəlmir ki, düzəlmir..... İDDİA

23:47

TƏBİB-də iclas keçiriləcək - Yeni qərarlar GÖZLƏNİLİR

23:41

GÖZƏLLİYİN ƏTRİ - CHARMLADY

22:44

Baş prokuror klinikalardakı qanunsuzluqlardan danışdı

22:41

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır

22:38

Prezident Naxçıvanda Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib

22:35

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

12:28

Faşizm üzərində qələbədən 76 il ötür

12:27

Azərbaycanda yeni qərar qəbul edildi: Avqustun 1-dək...

12:22

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi yoxsa Hərbi Poliqon?

12:00

“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert

22:22

Bələdiyyə sədrinin bacısı oğlu qazini döydü - İŞƏ POLİS QARIŞDI

22:20

İcra başçısı süpürgəçi vəzifəsi təklif etdiyi qazi ilə bağlı yalan məlumat yaydı - "Məsələni xahiş edirəm, yayındırmayın!"

22:18

Xalq Şairi Musa Yaqub dəfn edilib - FOTO

22:15

"Volkswagen Bakı Mərkəzi" icra başçısının əlindən ALINDI - SƏBƏB

22:13

AAAF Park sakinindən şikayət: - “Kommunal xərclər artıq yazılır”