Makron Ərdoğanla görüşə niyə can atır? - ŞƏRH

02:06 12.06.2021 252
Makron Ərdoğanla görüşə niyə can atır? - ŞƏRH
Son şillə biabırçılıqları, pərt olmaqlarından sonra Fransa prezidenti Emanuel Makron istənilən ciddi platforma ilə liderlik imicini formalaşdırmaq istəyir. Heç Fransa vətəndaşlarına da sirr deyil ki, Makronun hakimiyyətə gəlişi yalnız islamafob və ermənipərəst çıxışları ilə yadda qalıb.

Bu isə o deməkdir ki, Makron nə fransızlar, nə də Avropa qitəsi üçün əlamətdar bir ideya ilə çıxış etməyib. Türkiyə liderinin də ötənlərdə “Makronun həkimə ehtiyacı var” sözləri Emanuelin Eyfel xəyallarını qarışdırıb. Lakin buna baxmayaraq Paşinyanla qucaqlaşan Makron Ərdoğanla da görüşə can atır. Niyə?

ZamanTV.az Bizim.Mediaya istinadən xəbər verir ki, bu suala cavab tapmaq üçün millət vəkili Elman Nəsirova müraciət etdik. Deputat bildirdi ki, iyunun 14-də NATO-nun zirvə görüşü ərəfəsində Makronun Ərdoğanla görüşəcəyi barədə məlumatlar yayılıb.

Vurğulanır ki, görüşün keçirilməsində təşəbbüskar Makrondur:

“Suallar yaranır ki, son dövrlər Makron Fransası ilə Türkiyə münasibətlərində gərginlik yaşanmaqdadır. Baxmayaraq ki, hər iki ölkə NATO üzvüdür və deməli Şimal Alyansı üzrə hərbi müttəfiqdirlər. Belə olan vəziyyətdə iki dövlət arasındakı məlum ziddiyyətlər fonunda belə bir görüşün keçirilməsində Makronun çox maraqlı olmasının hansı amillər şərtləndirə bilər?

Əvvəla onu qeyd eləyim ki, NATO üzrə müttəfiqlər olan Fransa və Türkiyə arasında münasibətlərin gərginləşməsinin səbəbkarı Emanuel Makronun özüdür.

Bir çox hallarda onun Ankaranı əsassız ittiham etməsi, birmənalı şəkildə Yuinanıstanın yanında olması, Aralıq dənizi regionunda Türkiyə-Yunanıstan arasında formalaşmış ziddiyyətlər fonunda rəsmi Afinanı açıq şəkildə müdafiə etməsi, Vətən Müharibəsi dövründə Makron “ermənidən daha çox erməni” olmaq niyyətini gizlətməməsi, İrəvana dəstəklə bağlı mövqeyini nəinki fransızca, daha çox erməni dilində ifadə etməsi, “Twitter” səhifələrində ermənicə Ermənistana olan məhəbbətini izhar etməsi kimi faktlar diqqətdən yayınmır”.

Elman Nəsirov Makronun Ərdoğana olan neqativ münasibətindən də söz açaraq bildirdi ki, Türkiyə lideri də buna cavab olaraq Makronu qeyri-ciddi siyasətçi adlandırıb. Makronun anti-Türkiyə mövqeyi Paris-Ankara münasibətlərinə xeyli kölgə salıb. İndiki məqamda belə bir görüşün keçirilməsində Makronun maraqlı olmasını şərtləndirən əsas amil isə onunla bağlıdır ki, “Makronun Fransadakı nüfuzu son dərəcə aşağı düşüb. Reytinqi olduqca aşağıdır. Hətta Fransada yüzlərin məktubu deyilən bir sənəd də ortaya çıxıb. Sənədi Fransa generalları imzalayıb və onlar Makronun hərbi-siyasi səhvləri dilə gətirir, ona etiraz edirlər. Eyni zamanda ölkə əhalisi arasında da Makronun reytinqi olduqca aşağıdır.

Şarl de Qoll dirilib Frasnsa xalqına əmanət etdiyi 5-ci respubliklanın başında Makronun dayandığını görsəydi, yəqin ki, de Qoll yenidən o dünyaya qayıdardı. Yəni o Fransaya belə 5-ci respublikla əmanət etməyib. Makron bu respublikanı xeyli zəiflətdi”.

Millət vəkilinin fikrincə, Makronun sözügedən görüş istəyi onunla əlaqəlidir ki, Ərdoğan kifayət qədər nüfuzlu siyasətçidir:

“Ona görə də mövqeləri kifayət qədər zəifləmiş Makronun nüfuzlu bir siyasi lider olan Ərdoğanla görüşünün keçirilməsi Emanuelə siyasi dividendlər gətirə bilər. Ərdoğan onunla görüşə razılıq versə, Makronun enməkdə olan nüfuzu qalxa bilər. Hesab edirəm ki, bu cür qiymətləndirmək lazımdır. Eyni zamanda, Türkiyənin də bu tip görüşün baş tutmasında maraqlı olması anlaşılandır. Çünki bu danışıqlarda Suriya, Liviya ətrafındakı vəziyyət müzakirə olunacaq. Həmçinin Qarabağ münaqişəsindən sonrakı müəyyən tənzimləmə məsələləri barədə də diskussiyalar istisna deyil. Artıq bunun anonsu verilib.

Cənab Ərdoğanın Ermənistanın Azərbaycana qarşı mina müharibəsi aparmaq siyasətini qabardacağı bəllidir. Çünki bu məsələ ilə bağlı Türkiyə liderinin prinsipial mövqeyi var”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT