"Türklər qalib olanadək elə bilirdik ingilislər Allahdır" - ÇANAQQALA 106

22:57 18.03.2021 334
"Türklər qalib olanadək elə bilirdik ingilislər Allahdır" - ÇANAQQALA 106
“Çanaqqala savaşı bir insanın öz bacarığından artığını edə bilməsi baxımdan da önəmlidir”.

Bu sözləri Çanaqqala döyüşünün 106-cı ildönümü münasibətilə Lent.az-a danışan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

E.Həsənli bildirib ki, bu döyüşdə 3 minədək azərbaycanlı da şəhid olub:
“Çanaqqala döyüşü türk millətinin nə qədər mübariz, nə qədər azadlıq və müstəqillik istəməsinin bariz nümunəsidir. Birinci Dünya Müharibəsində Osmanlı imperiyası dörd bir yanda məğlub olurdu. O dövrün supergücləri olan İngiltərə və Fransa, həmçinin Yunanıstan Çanaqqalanı asanlıqla ələ keçirəcəyini düşünürdülər. Çanaqqalada məğlub olmaq bütün Türkiyənin işğal olunması demək idi. Ancaq türk dünyası həmin döyüşdə 250 mindən çox şəhid versə də, məğlub olmadı. 57-ci alay tamamilə məhv oldu. Qadınlar da həyat yoldaşları və oğulları ilə birgə bu döyüşdə böyük şücaət göstərmişdilər. Bu döyüşdəki qalibiyyət Mustafa Kamal Atatürkün də qabiliyyətli sərkərdə kimi dünyaca məşhur olmasına gətirib çıxardı. Çanaqqala savaşında 3 minədək azərbaycanlı şəhid olub. Bu savaş bir insanın öz bacarığından artığını edə bilməsi baxımdan da önəmlidir. Hətta süngü-bıçaqla döyüşlər zamanı piyadaların əzmkarlığı, dönməzlik dünya tarixinə qəhrəmanlıq kimi düşdü. Osmanlı imperiyasının son qələbəsi 1918-ci ildə Bakının işğaldan azad edilməsi oldu. Həmin tarixi hadisəni Azərbaycan dövləti yüksək dəyərləndirərək, 100 illik münasibətilə parad keçirdi”.

Ekspertin sözlərinə görə, Çanaqqala döyüşü dünya xalqlarının müstəqillik istəyinə və imperialistlərin müstəmləkə siyasətinə son qoydu
“Mahatma Qandi deyirdi ki, türklər qalib gələnə qədər elə bilirdik ki, Allah da ingilislərdir. Məhz Çanaqqala savaşındakı qələbə, ingilis və fransız imperialistlərinin müstəmləkəsi altında qalan xalqların azadlıq istəyinə yol açdı. Bu qələbə onu göstərdi ki, kimsə istədiyi vaxt istədiyi yeri işğal edə bilməz. Türkiyə onu göstərdi ki, müasir silahları olmasa da, özündəki əzm və mübarizlik hər şeydən üstündür. Türkiyə həm Çanaqqala, həm də İstiqlal savaşlarından sonra bir çox siyasi proseslərə qoşuldu, Şimali və Cənubi Koreya, Şimali Kipr məsələsində müstəsna rol oynadı. İndi də terrorçuluqla mübarizədə Türkiyənin rolu yüksəkdir. Qarabağdakı zəfər Çanaqqala zəfərinin davamıdır. Müstəqillikdən sonra Türkiyə Azərbaycana ən böyük dəstək verən ölkə oldu. Həmçinin Azərbaycan da neft-qaz kəmərlərinin, Avropaya daşınan bütün yüklərin Türkiyədən keçməsi ilə öz dəstəyini göstərib. Bundan əlavə, dünyada Türkiyəyə ən böyük investisiyanı Azərbaycan qoyub. 20 milyard dollar. İkinci yerdəki ölkə ilə arasında 10 dəfə fərq var. Türkiyə Azərbaycanın ordu quruculuğunda çox böyük dəstək göstərdi. Azərbaycan da elə o dövr istiqlal savaşlarında Türkiyəyə xam neft, qızıllar və könüllü döyüşçülərlə dəstəyini göstərmişdi. Bu onu göstərir ki, iki qardaş ölkə arasındakı münasibətlər bütün dünyaya bu baxımdan ən böyük nümunədir”.

Həmsöhbətimiz türk dünyasının şanlı tarixi olan bu zəfəri həm də azadlıq istəyən bütün xalqların bayramı kimi qeyd edib:

“Türkiyənin Çanaqqala savaşı zamanı istər quruda, istərsə də dənizdə apardığı savaş çox önəmlidir. Həmin döyüşlərdə quru qoşunlarına polkovnik-leytenant rütbəsi ilə başçılıq edən Atatürkün alman generaldan general vəzifəsini və bütün qüvvələri istəyərkən o, generalın “bunlar artıq deyilmi?” sualına “hələ azdır, mən bütün qüvvələri idarə edə bilərəm” deməsi Atatürkün necə bacarıqlı komandan olmasının bariz nümunəsidir.

Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan və Türkiyənin liderləri daim iki ölkənin qardaşlığına yüksək önəm verərək, bütün proseslərdə bir-birinə dəstək olub. Çanaqqala zəfəri, təkcə türk dünyasının yox, dünyada bütün azadlıq, istiqlal istəyən xalqların bayramıdır”.

Qeyd edək ki, Çanaqqala savaşı 1915-1916-cı illərdə Birinci Dünya Müharibəsi ərəfəsində baş verib. 1915-ci ilin martın 18-də ingilis gəmisi və fransız qüvvələri İstanbulu ələ keçirmək üçün Osmanı sahil qüvvələrini bombalayaraq, döyüşə başladılar. “Antanta” ittifaqına daxil olan dövlətlərdən döyüşdə iştirak edən Böyük Britaniya imperiyası, Avstraliya, Fransa, Britaniya Hindistanı, Yeni Zelandiya 302 min, Osmanlı, Almaniya və Avstriya-Macarısyan imperiyaları 250 min itki vermişdi. 1916-cı il yanvarın 9-da bitən döyüş Osmanlı qüvvələrinin qələbəsi ilə başa çatıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT

10:49

“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?

10:07

Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?

09:46

Sabahdan tətil başa çatır