Qonşu ölkədə toy və yas məclislərinə icazə verildi, Azərbaycanda isə hələ ki...

17:06 22.07.2020 452
Qonşu ölkədə toy və yas məclislərinə icazə verildi, Azərbaycanda isə hələ ki...
İyulun 20-dən etibarən Gürcüstanda toy, yas və digər kütləvi məclislərin keçirilməsinə icazə verilib. Qaydalara əsasən toy məclisləri açıq havada təşkil edilməli və hökumətin qoyacağı yeni qaydalara əməl edilməlidir. Tələblərdən biri də odur ki, məclislərdə qonaq sayı 100 nəfərdən çox olmamalıdır.
Qeyd edək ki, bundan əvvəl Türkiyə və Rusiyada toyların keçirilməsinə icazə verilmişdi. Türkiyədə toy salonları iyulun 1-dən açılıb. Qaydalara əsasən, toy etmək istəyənlər daha çox açıq havada məclis təşkil etməyə üstünlük verməlidir. Yoluxma riskini azaltmaq üçün toylar qısa keçirilir, salonların girişinə, masalara spirt yerləşdirilir. Həmçinin stollar arasında məsafə ən azı 1,5 metr olmalı, qarşılama, yola salma və hədiyyə vermə zamanı qucaqlaşma olmamalıdır. Birlikdə şəkillər çəkdirmək də qadağandır.
Azərbaycanda isə təxminən 5 aydan çoxdur ki, toy mərasimləri keçirilmir. Dəfələrlə bu barədə müzakirələr aparılsa da, məsələ hələ də öz həllini tapmayıb. Bəzi ekspertlər qeyd edir ki, toy mərasimlərinin bərpa olunmaması bir çox sahələrə təsir göstərdiyi kimi demoqrafik məsələyə də təsirsiz ötüşməyəcək.

Mövzu ilə bağlı tibb elmləri namizədi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a danışıb: “Prezident ölkədə pandemiya başlayanda bir söz dedi: ”Bizim üçün Azərbaycan vətəndaşının sağlamlığı hər şeydən önəmlidir". Beləliklə, qarşıda duran ən önəmli məsələ vətəndaşlarımızın sağlamlığıdır. Bunun üçün də çalışmalıyıq ki, pandemiyanı tam nəzarət altına alaq, lazımi tədbirlər görək.
Çox təəssüflər olsun ki, may ayından başlayaraq ölkədə virusa yoluxanların sayı artmağa başladı. Hətta günlərlə yoluxanların sayı 500 nəfərdən yuxarı oldu. Təbii ki, belə bir zamanda insanların kütləvi şəkildə bir yerə toplanması təhlükəlidir.
Məlum məsələdir ki, toy və yaslarda nə sosial məsafə gözləmək, qaydalara əməl etmək, nə də bütün bu məsələlərə nəzarət etmək mümkündür. Azərbaycanda insanların kütləvi toplaşdığı yerlər də əsasən toy məclisləri, qapalı məkanlardır.
Doğrudur, biz başa düşürük ki, insanların arzusu var ki, övladına toy etsin, yaxın adamları, dostları bu məclisdə iştirak etsin, onun sevincini bölüşsünlər və sairə.
Amma pandemiyanın şərtləri fərqlidir. Ona görə də toy mərasimlərinin, həmçinin 10-dan çox insanın bir yerə toplaşdığı məclislərin qadağan olunmasının, həmçinin yas mərasimlərinin çox az sayda insanın iştirakı ilə keçirilməsinin doğru qərar olduğunu hesab edirəm".
Musa Quliyev qeyd etdi ki, bu qaydalar heç də insanların evlənməsinin qarşısına sədd çəkmir: “İnsanlar karantin qaydalarını pozmadan evlənə bilərlər və biz bunu təcrübədən də gördük. Məlum olduğu kimi, bu ərəfədə yalnız ailə şənliyi ilə keçirməklə və yaxud sadəcə, nikah kəsdirməklə evlənənlər oldu.

Beləliklə, bundan əvvəl ən azı 400-500 nəfərin toplaşdığı toy mərasimləri indiki dövr üçün real deyil. Ümumiyyətlə, biz bu adətdən imtina etməli, gələcəkdə də daha sadə və az insanın iştirakı ilə mərasimlər keçirməyi düşünməliyik.
Bəli, Gürcüstanda artıq toy və digər mərasimlərin keçirilməsi artıq bərpa olunub. Lakin Azərbaycanla müqayisədə Gürcüstanda situasiyalar fərqlidir. Bildiyiniz kimi, orada virusa yoluxanların sayı az oldu. Həmçinin Gürcüstanda bir müddət xeyli sərt karantin rejimi tətbiq edildi, daha sonra isə pandemiyanın başa çatdığını elan etdilər.
Ümumiyyətlə, şahidi olduq ki, koronavirus pandemiyası hər ölkədə özünü fərqli nümayiş etdirdi".
Musa Quliyevin sözlərinə görə, Azərbaycanda pandemiya avqust ayında səngiyə bilər: “Bununla belə, toy, yas mərasimlərinin, eləcə də kütləvi tədbirlərin yalnız müəyyən şərtlər daxilində keçirilməsinə icazə verilməlidir. Çünki pandemiyanın bitməsi virusun tamamilə sıradan çıxması demək deyil. Buna görə də kütləvi tədbirlərdə, o cümlədən toylarda yoluxma halları baş verə bilər. Təsəvvür edin, toyda bir nəfərdə koronaviris olarsa, onlarla insanın yoluxma riski var.
Beləliklə, aidiyyəti orqanlar qadağalar tətbiq edəndə bunu heç də öz xoşlarından etmirlər. Biz bilirik ki, karantin rejimi qadağalarının həm iqtisadi, həm mənəvi, psixoloji tərəfləri də var. Lakin zərurət budur ki, virusun yayılmaması üçün bütün tədbirlər həyata keçirilsin, o cümlədən toy məclisləri hələlik qadağan olunsun.
Lakin indi yay vaxtıdır. Ola bilər ki, qarşıda açıq havada, az insanların iştirakı ilə keçirilən toy məclislərinə icazə verilsin. Bunun üçün Operativ Qərargahın qərarlarını gözləməliyik".
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR