[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DYP-dən Anım Günü ilə bağlı MÜRACİƏT


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 27 Sentyabr – Anım Günü ilə bağlı müraciət edib.

Bu barədə idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yol polisi Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabana ziyarətçilərin hər il olduğu kimi axınını nəzərə alaraq həmin ərazilərdə gün ərzində təhlükəsizliyi təmin etmək məqsədilə nizamlayıcı qismində xidməti təşkil edəcək:

“Lakin bütün ziyarət edən şəxslərdən xahiş edirik ki, hərəkətin intensivliyini nəzərə alaraq, əraziyə şəxsi avtomobilləri ilə deyil, ictimai nəqliyyatla gəlsinlər. Şəxsi minik avtomobilləri ilə gələn ziyarətçilər isə avtomobillərini yolun hərəkət istiqamətindən saxlamasınlar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Borclu olduğu 150 min dolları qaytarmamaq üçün “torba tikdi”… – HƏBSXANADAN ŞOK MƏKTUB

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Məmmədov Ədalət Məhərrəm oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edir. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Möhtərəm Prezident!

Diqqətinizə çatdırım ki, 07.03.2019-cu il tarixindən hal-hazıradək günahsız olaraq həbsdə saxlanılıram. Belə ki, özüm zərərçəkən olduğum halda, mənə borclu olan şəxslərdən alınan rüşvət hesabına qanunsuz olaraq azadlıqdan məhrum edilmişəm. Çox təəssüf ki, aidiyyəti orqanlara yazdığım ərizə-şikayət-müraciətlərə indiyədək heç bir cavab verilməyib.

Bildirmək istəyirəm ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş icraçı müstəntiqi, polis polkovnik-leytenantı Fəxri Babazadə mənə qarşı dələduzluq edib külli miqdarda vəsaitimi mənimsəmiş şəxslərdən rüşvət alaraq, barəmdə saxta cinayət işi açıb.

Cənab Prezident!

Sizin məhkəmə-hüquq sistemində apardığınız islahatlar, istintaq orqanlarında səffaflığa riayət edilməsi, neqativ halların aradan qaldırılması, günahsız şəxslərin əsassız ittiham edilməsi barədə kəskin çıxış və göstərişləriniz ictimaiyyət və mənim kimi günahsız yerə şərlənərək, nahaqdan cəza çəkən vətəndaşlar tərəfindən müsbət qarşılansa da, əfsuslar olsun ki, polis polkovnik-leytenantı Fəxri Babazadə kimi məmurlar tərəfindən neqativ hallara yol verilməklə, Sizin humanizm prinsiplərinizə qara kölgə salınır, ictimaiyyət arasında xoşagəlməz narazılıqlara səbəb olur.

Xüsusilə qeyd etmək istəyirəm ki, ictimaiyyət arasında "Banditizm" kimi tanınan DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müəyyən əməkdaşları qanunlara meydan oxumaqla, istənilən şəxsi həbs etmək gücünə malik olduğunu düşünürlər. Çünki onların bütün qanunazidd hərəkətlərinə hüquq-mühafizə orqanları tərəfindən göz yumulur, heç bir qanuni tədbir görülmür. Elə bunun nəticəsidir ki, özüm zərərçəkmiş olduğum halda, hüquqlarım tapdalanıb, barəmdə baş müstəntiq, polis polkovnik-leytenat Fəxri Babazadə tərəfindən əsassız cinayət işi açılıb. Əldə etdiyim məlumata əsasən, saxta ittihamla təqsirli bilinməm üçün mənə külli miqdarda borclu olan şəxslərdən - Əhmədova Xanımqız Fərəc qızından 25 min manat, Qarayev Nizami Müslüm oğlundan 5 min manat - rüşvət alınıb. Bundan əvvəl baş müstəntiq Fəxri Babazadə mənim özümdən 30 min manat rüşvət istəyib. Mən imtina etdiyim üçün, qarşı tərəflə sövdələşib, haqlı olduğum halda məni haqsız duruma salaraq tamamilə qondarma ittihamla həbs etdirib, hətta məhkəməyə təsir göstərərək, ən ağır cəzanın verilməsinə nail olub.

Hörmətli Prezident!

İbtidai istintaq və məhkəmə proseslərində baş vermis analoqu olmayan qanun və hüquq pozuntularına dair tərəfimdən dəfələrlə sizlərə, eləcə də aidiyyəti üzrə yuxarı instansiyalara etdiyim çoxsaylı əriz-şikayətlərimə etinasız yanaşılaraq cavablandırılmayıb. Hal-hazıradək də heç bir qanuni tədbir görülmədiyinə görə, son ümid yeri kimi Sizə açıq məktubla müraciət etməyə məcbur oldum.

Polkovnik-leytenant Fəxri Babazadə tərəfindən pozulmuş hüquqlarımının, yol verilmiş qanun pozuntularının qısa xülasəsini diqqətinizə çatdırıram. Bildirmək istəyirəm ki, DİN-də hal-hazırda xidmət edən Şahmar Əhmədov tərəfindən 50 min dollar, anası Əhmədova Xanımqız Fərəc qızı tərəfindən isə 100 min ABŞ dolları (ümumilikdə 150 min dollar) həcmində pul vəsaitim dələduzluqla mənimsənilib. Mən qarşı tərəfdən pulumu tələb etdikdə isə, müstəntiq F.Babazadə şantajçı Əhmədova Xanımqız Fərəc qızından 250 min manat rüşvət alaraq, ailə üzvlərini (həyat yoldaşı Rövşən Əhmədovu (Şahmar Əhmədovun atası), qızı Gülşəni və kürəkəni Cavad Kərimovu) şahid kimi istintaqa cəlb edərək, heç bir mötəbər dəlil, sübut, fakt olmadan ziddiyyətli ifadələrlə cinayət işi açıb(mənə heç bir rəsmi məlumat göndəriş, məktub göndərilmədən və zəng etmədən), iki gün sonra cinayət işinin dayandırılması barədə ardıcıl olaraq iki dəfə qərar qəbul etmişdir.

İlk öncə onu qeyd etmək istəyirəm ki, həyat yoldaşı və oğlu tərəfindən mənə külli miqdarda olan borcu qaytarmamaq üçün ölkənin hüquq-mühafizə orqanlarına etdiyi şikayətlər əsassız olduğu üçün rədd edilmişdir.

Haşiyə olaraq bildirmək istəyirəm ki, həyat yoldaşı Rövşən Əhmədov öz yaxın qohumunu əvvəl ölümlə hədələyib, sonradan 10 kq qızıl-zinət əşyalarını, əmlak və torpaq sahələrini ələ keçirib və bu səbəbdən də AR.CM-nin 132.221.177.178.179-cu maddələri ilə həbs edilib.

18.02.2018-ci il tarixdə Əhmədova Xanımqız Fərəc qızının DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə barəmdə etdiyi şikayət baş müstəntiq Hacı Əfəndiyev tərəfindən araşdırılıb və iddialar təsdiqini tapmadığı üçün rədd edilib. Sonradan - 2018-ci ilin aprelində qarşı tərəfin təkrar şikayətini baş müstəntiq Fəxri Babazadə icraata götürüb. Mən onunla söhbət zamanı artıq bu işlə bağlı bir dəfə izahat verdiyimi, şantajçının ailə üzvlərinin mənə külli miqdarda borclu olduqlarını bildirdim. Məndən təkrarən izahat və sənədlərin sürətini qəbul edən F.Babazadə sərbəst getməyimi bildirdi. Dindirmədən bir ay sonra məni təkrarən idarəyə çağırdı ki, mən cinayət işinin başlanmasını rədd etmişəm, ancaq X.Əhmədova yenə şikayətçidir, sənin onun ərindən aldığın 62 min manat pulu istəyir.

Mən bunun böhtan olduğunu bir daha onun diqqətinə çatdırdıqda, müstəntiq dedi ki, bu işin həlli üçün ya mən 30 min manat verməliyəm. Dedi ki, 30 kin ver, işə birdəfəlik son qoyulsun, ya da həmin pulu qarşı tərəf verməyə hazırdır ki, mənə cinayət işi açılsın. Mən onun təklifini rədd etdikdə, səhər saat 10:00-da təkrar idarəyə gəlməyimi istədi.

Səhərisi gün deyilən vaxtda idarəyə getdim. Məni inzibati binada qəbul edib, dəhlizdə gözləməyimi bildirdi. Hardasa axşam saat 19:00-da idarəyə şantajçı X.F.Əhmədovanı, onun qızı və kürəkənini çağırıb, hamımızı xidməti otağına apardı. Kabinetində mənə bir gün əvvəl verdiyi sualları verib, əvvəl şantajçı, sonra isə onun yanında gətirdiyi yalançı şahidlərlə üzləşdirdi. Heç bir məntiqə, hüquqi normaya sığmayan şəkildə qanunvericiliyin tələbinə zidd olaraq, fakt üzrə cinayət işi açılmadığı halda, belə bir üzləşdirmə aparıb, protokol tərtib etdi. Mən ondan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını istədikdə, cavab verdi ki, poçtla yaşayış yerinə göndəriləcəkdir.

Bizi qeyri-qanuni olaraq (2018-ci ilin iyun ayının əvvəlində) üzləşdirən F.Babazadə iddiaçı tərəfi sərbəst buraxdıqdan sonra, məni 3 saat dəhlizdə saxlayıb, axşam saat 22:00-da sərbəst buraxdı. Bu dindirilmədən bir həftə sonra mənə zəng etdi ki, istəyirsənsə mən şikayətçini susdurum, sənə deyiləni həll edib gətirməlisən. Mən ona şantajçının ailə üzvünün məndən ələ keçirdikləri pulun qaytarılmasını xahiş etdikdə, sərt cavab verdi ki, sən həmin pulla bağlı məhkəməyə müraciət et.

Mən aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə şikayət edib, ərizənin surətini (icraata qəbul edilmiş) baş müstəntiq F.Babazadəyə verdim ki, onlar mənə 150 min dollar (245 min manat) borclu olduqları halda (və bu pulu təsdiqləyən müvafiq sənəd, etibarnamə, şahid ifadələri, məhkəmə qərarı və şəxsin yazılı izahatı olduğu halda) necə ola bilər ki, mən 62 min manat borclu olum?! Və verdiyim izahatımda şantajçının şikayət ərizəsində qeyd etdiyi hər bir epizodun saxtakarlığını sübuta yetirən şəkildə tam və hərtərəfli izahatını vermişdim. Məndən şikayət ərizəsinin surətini alan F.Babazadə heç bir cavab vermədi. Bütün qanunvericiliyin tələbini pozub, ancaq pul qoparmaq üçün bütün variantlardan istifadə edən F.Babazadə barəmdə cinayət işi və ibtidai-araşdırma olmadığı halda 15.06.2019-cu il tarixdə qeyri-qanuni olaraq ölkədən çıxışıma məhdudiyyət qoydu.

2018-ci ilin iyun ayında məndən sənədi götürən F.Babazadə, məni bir də 09.10.2019-cu il tarixdə zəng vurub idarəyə çağırdı. Bu vaxta kimi bir dəfə də olsun mənə zəng etməmiş, yaşayış yerimə hər hansı bir rəsmi məktub göndərməmişdir. Qanunlara meydan oxuyan F.Babazadənin zənginə uyğun olaraq 30 dəq sonra BMCQMİ-də oldum. Kabinetində məni qəbul edib bildirdi ki, səninlə bu gün vacib üzləşdirmə və dindirilmələr olacaq və sən şübhəli şəxs qismində saxlanılacaqsan. Mənə sözarası vurğuladı ki, vaxtında sənə deyiləndə razılaşıb versəydin, bu hadisə baş verməyəcəkdi. Əlavə etdi ki, “bizə lazım olan məbləğ qarşı tərəfdən ödənilib”.

Açıq-aşkar heç nədən qorxmayan F.Babazadə mənimlə üzləşdirməyə DİN-nin keçmiş əməkdaşı, polis polkovnik-leytenantı, mənə borcu və mənimlə ədavəti olan Qarayev Nizami Müslüm oğlunu çağırıb, barəmdə əvvəlcədən yazılmış, 5 min manat rüşvət alınaraq icraata qəbul edilmiş şikayət ərizəsinə uyğun şəkildə suallar verdi və mənim saxta ittihamlarla həbsə atılmağıma şərait yaratdı.

Möhtərəm Prezident!

Heç bir halda sübuta yetirilə bilməyən, müstəntiqin iç üzünü ifşa edib təsdiqləyən şikayət ərizəsində barəmdə yazılan böhtan xarakterli epizodları və N.M.Qarayevin şikayət ərizəsini olduğu kimi açıqlayıb, hüquqi qiymət verilməsini xahiş edirəm. Onu da xahiş edirəm ki, 1995-2018-ci ilin avqust ayına kimi DİN-də polis nəfəri kimi xidmət edib, sonra polkovnik-leytenat rütbəsi alaraq Nəqliyyatda Baş Polis İdarəsinin Dövlət Dəmiryolu Polis İdarəsi rəisinin müavini olmuş Qarayev Nizami Müslüm oğlunun barəmdə yazmış olduğu böhtan xarakterli şikayət ərizəsini rüşvət alıb araşdırmadan icraata qəbul edən, daxili işlər orqanlarında xidmətdə olan şəxsi bilə-bilə “zərərçəkmiş” kimi tanıyıb, məni əssassız ittiham edən baş müstəntiq F.Babzadə barəsində ciddi tədbir görülsün. Hesab edirəm ki, F.Babazadənin DİN-dən xaric olunaraq cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar olduğu səbəbindən, mənim barəmdə irəli sürülən saxta ittihamlara xitam verilməli, sifarişli çıxarılan hökm və məhkəmə qərarları ləğv edilməlidir”.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaçmazın rəhbərləri bunu hər gün görsələr də… – GİLEY

“Xaçmaz şəhəri Mehman Babayev adına 1 nömrəli orta məktəbin şagirdləri ciddi təhlükə altındadır. Məktəbin bitişiyində qanunazidd şəkildə “Pub” alkoqollu obyekt fəaliyyət göstərir”. Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Narazı vətəndaşlar mövcud təhlükəli durumdan yerli məmurların da xəbərdar olduğunu, amma hansısa tədbir görmədiyini də bildirirlər.

Sakənilər dia.az-a yazır: “Bu obyektin fəaliyyəti uşaqlar üçün zərərli mühit formalaşdırır. Xaçmaz Rayon İcra Hakimiyyətinin önündə hər gün baş verən bu qanunsuzluğa biganə münasibət isə daha da acınacaqlı vəziyyətdən xəbər verir.

Belə bir obyekt məktəbin sərhədlərindən ən azı 150 metr kənarda, uşaqların diqqətindən uzaqda olmalıdır. Təəssüf ki, aidiyyəti orqanlar biraz mənfəət üçün uşaqların gələcəyini qaraldırlar”.

Məsələ ilə bağlı dia.az olaraq əlaqədar qurum və təşkilatları da dinləməyə hazırıq…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda məktəbliyə zorakılıq edən sabiq məmur internat məktəbinə direktor təyin olunub - AXI NİYƏ?!

Lənkəran icra başçısının məktəbliyə zorakılıq edən sabiq müavini internat məktəbinə direktor təyin olunub.

DİA.AZ-ın APA-ya istinadən xəbərinə görə, məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavini Rasilə Arifqızı Osman Mirzəyev adına Lənkəran uşaq evinin müdiri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xüsusi karantin rejiminin müddəti uzadıldı


Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Müvafiq Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xalqımız şəhid cənazələri qəbul edir – Kardiologiya İnstitutunun direktoru isə… – VİDEO

Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda növbəti kuryoz hadisə baş verib. Dünən institutun direktoru Gülnaz Dadaşova bu vəzifəyə təyin olunmasının 5 illiyini təntənəli şəkildə qeyd edib.
Harda görünüb ki, ciddi bir elm ocağının rəhbəri, özünü professor adlandıran şəxs vəzifə təyinatının ildönümünü (?!) qeyd etsin, çələnglər (bəli, gül dəstələri deyil, məhz çələnglər!), hədiyyələr, zərflər qəbul etsin?!(Sosial şəbəkələrdə bunu əks etdirən video və fotolar yayılıb)
Ölkə rəhbəri öz ad günlərini qeyd etmədiyi, yaxud çox sadə şəkildə, xalqın arasında qeyd etdiyi halda, institut direktorunun vəzifə təyinatını təmtəraqlı şəkildə qeyd etməsini necə başa düşmək olar? Bu, hansı məntiqə sığır?
Özü də bu hadisə nə vaxt baş verir?
Ölkə üçün taleyüklü məsələlərin həll olunduğu, Qarabağda lokal antiterror tədbirlərinin keçirildiyi, Azərbaycanın az qala hər şəhərinə şəhid cənazələrinin göndərildiyi, şəhid analarının gözüyaşlı qaldığı, millətin şəhidləri dəfn etməyə səfərbər olduğu bir vaxtda! Dünyanın əksər güclərinin, beynəlxalq təşkilatların, böyük dövlətlərin Azərbaycanın üzərinə gəldiyi bu günlərdə institut direktorunun, özünü bu millətin ziyalısı sayan şəxsin belə addım atmasına nə deyəsən?
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın bu addımı presedenti olmayan, elm aləmində görünməyən bir hadisə, bəlkə də bir “ilk”dir. Yəqin, o, bir alim kimi bu “yeniliyi” ilə Ginnesin “Fəxri Rekordlar Kitabına” düşməyə “layiqdir”!
O da maraqlıdır ki, Gülnaz Dadaşova bu addımı kollektivin böyük əksəriyyətinin iradəsinin ziddinə olaraq atıb. İddialara görə, kollektivin iradı, narazılığı nəzərə alınmayıb. Məhz elə buna görə də “yubiley” tədbirində direktorun yaxın ətrafı – Kardiologiya İnstitutunun baş həkimi, elmi və klinik bölmədə çalışan həkimlər, inzibati şöbənin rəhbərliyi iştirak ediblər. Bir sıra şöbə müdirləri, adlı-sanlı həkimlər isə direktorun “yubileyini” boykot ediblər.
Əldə etdiyimiz məlumata görə, məhz direktorun yarıtmaz idarəçiliyi nəticəsində Kardiologiya İnstitutunun əməkdaşlarının böyük əksəriyyəti ondan narazıdır. Bəlkə direktor təntənəli “yubiley” tədbirini elə onlardan qisas almaq üçün keçirib? Sözün düzü, bu olayın komik, yoxsa tragik olduğunu ayırd etmək çətindir. Ancaq bir məsələ dəqiqdir ki, Kardiologiya İnstitutunun direktoru belə şahşahlı tədbirləri, yubileyləri çox sevir. Əgər belə olmasaydı, o, bu yaxınlarda 44 yaşı tamam olan institutun 45 illik yubileyini keçirməzdi! Elə buna görə institutda deyirlər ki, əgər həyatda olsaydı, yəqin ki, tanınmış müğənni İlhamə Quliyeva belə bu cəhətinə görə Gülnaz Dadaşovaya qibtə edərdi!
Və sonda. Görəsən, hörmətli səhiyyə naziri Teymur Musayev institut direktorunun vəzifəyə təyin olunmasının 5 illiyini qeyd etməsinə, kollektivdən bahalı hədiyyələr qəbul etməsinə necə baxır? Yəqin ki, normal. Çünki o, hələ 44 yaşı tamam olan institutun 45 illik yubileyini keçirəndə institut direktoru barədə ölçü götürməli idi… Nə etmək olar, burası Azərbaycandır və biz hələ deyəsən, uzun müddət səhiyyə sistemində belə anormal hadisələrin şahidi olacağıq…
Məsələ ilə bağlı Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın mövqeyini dərc etməyə hazırıq.
My Webpage
www.cumhuriyyet.net
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərovun müavininin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Azərbaycan mühərrik və sənaye yağlarının istehsalçısı olan "Technoil” MMC daha bir tenderin qalibi olub.

Şirkət Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "Mersedes-Benz Vito” və "Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün mühərrik və transmissiya yağlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 121 982,5 AZN-dir.

Beləliklə, şirkətin cari ildə qalib seçildiyi tenderlərin sayı11-ə çatıb. Bundan əvvəl şirkət, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Samur-Abşeron Kanalının İstismarı İdarəsinin, Təcili Yardım Avtobazasının, "Azəraliminüm” MMC-nin, "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin, Ağdam Mexaniki Suvarma İdarəsinin, İmişli Suvarma Sistemləri İdarəsinin, Oğuz Suvarma Sistemləri İdarəsinin, Daxili Qoşunlar Baş İdarəsinin və Xocavənd Suvarma Sistemləri İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olub.

Bu müsabiqələrin ümumi maliyyə dəyəri 1 964 646, 24 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır.

Şirkətin təsisçilərindən biri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevdir. Elvin Hacıyev müsahibələrinin birində bu faktı gizlətməyib. "Technoil” bizim ailədən gələn layihədir”, deyə o bildirib.

Bəzi iddialara görə, şirkətin tenderlərdə qalib seçilməsində bu amilin mühüm rolu var.

Bu ilin iyun ayında "Technoil” MMC məhkəməyə verilib. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş başlanıb və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Nəticə barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. \\Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Araz` marketin də çörəyi fırıldaqdan çıxır... - FOTOFAKT

Daha bir market alıcıları aldatmaqla məşğuldur.

Tezadlar.az saytına müraciət edən alıcı bildirib ki, "Araz Market"-dən diş pastası alıb. Bu zaman o saktakarlıqla üzləşib. Belə ki, vitrində diş pastasının qiyməti 2.55 qəpik olub. Amma kassaya yaxınlaşan zaman 2.55 qəpikdən deyil, 2.69 qəpikdən vurulub. Nəticədə, alıcı 2.55 qəpik əvəzinə, 2.69 qəpik ödəməli olub.

Məsələ ilə bağlı alıcı etirazını bildirsə də, ona cavab verməli olan marketin məsul şəxsi tapılmayıb.

Həmin məhsulun və qəbzin fotosunu təqdim edirik:
`Araz` marketin də çörəyi fırıldaqdan çıxır... - FOTOFAKT
`Araz` marketin də çörəyi fırıldaqdan çıxır... - FOTOFAKT

Tezadlar.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto


Erməni separatçılar uzun illər işğal altında saxladıqları ərazilərimizi tərk edərkən yenə də mina terroru törədiblər.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, görüntülərdə Ağdərə ərazisi olduğu bildirilən yola çox sayda minalar basdırıldığı görünür.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eldar Əzizovun işdən çıxardığı Həsrət Əmrahov bu qadının adına 100 minlik maşın alıbmış - Sürücünü də aparıb


Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin sabiq direktoru Həsrət Əmrahovun çalışdığı dövrdəki əməlləri - qanunsuz olaraq ağacların kəsilməsi barədə xəbər vermişdik.

Bu dəfə Həsrət Əmrahov işlədiyi dövrdə aldığı bahalı avtomobil barədə məlumat verəcəyik.

DİA.AZ bildirir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, sabiq direktor “Land Rover Discoveri” avtomobili alıb.
Avtomobil H.Əmrahovun vəzifə başında olduğu vaxt - 14.02.2022 -ci il tarixdə rəsmi olaraq qeydiyyata alınıb.
Həmin tarixdən bugünədək avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti, 1058 məhəlləsi ev 34 a menzil 8 ünvanında qeydiyyatda olan 30.01.1970 ci il təvəllüdlü Əmrahova Aytən Nüsrət qızının adınadır.

Saytımıza verilən digər məlumata görə, Həsrət Əmrahov rəis işlədiyi dövrdəki sürücüsünü də özü ilə aparıb.
Maraqlısı bundadır ki, həmin sürücü idarə tərəfindən əvvəlki qaydada maaşla təmin olunur.
Bunua da indiki onun müavini olmuş 69 yaşlı “pensioner” rəis Mirdamət Seyidov göz yumur.
Xatırladaq ki, BŞİH-in başçısı Eldar Əzizovun əmrinə əsasən, bu ilin mart ayında Həsrət Əmrahov tutduğu vəzifədən azad edilib.
Hazırda Həsrət Əmrahovu onun müavini olmuş 69 yaşlı Mirdamət Seyidov əvəzləyir. Direktor səlahiyyətlərinin icrası ona həvalə edilib.

Bildirək ki, Land Rover Discoveri” avtomobilinin bazar qiyməti təxminən 100 min manatdan çoxdur.
Eldar Əzizovun işdən çıxardığı Həsrət Əmrahov bu qadının adına 100 minlik maşın alıbmış - Sürücünü də aparıb
Eldar Əzizovun işdən çıxardığı Həsrət Əmrahov bu qadının adına 100 minlik maşın alıbmış - Sürücünü də aparıb

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...