[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə qurumuş ağaclar təhlükə saçır - GİLEY

Şəhərin istər mərkəzi prospektlərində, istərsə də kənar küçələrində belə ağaclara rast gəlmək mümkündür. Belə ki, güclü külək əsdiyi zaman həmin ağaclar həm insanlara, həm də ətraf mühitə zərər vurur.

Bəs bu ağacların qurumasına səbəb nədir? Bununla bağlı müstəqil ekoloji ekspert İrşad Abbasov “MediaPost”un yerli bürosuna açıqlama verib.

Daha ətraflı aşağıdakı videoda:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident və xanımı dünya çempionatının açılış mərasimində - Video

Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilir.

Bakı Kristal Zalında baş tutan tədbiri Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan

Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər izləyirlər.

***

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək “Baku Crystal Hall”da keçiriləcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) idmançılardan ibarət heyətlə qatılıb.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məcnun müəllim, Şəkidə fermerlər çətin durumdadır... - Yeni nazir BUNA MÜDAXİLƏ EDƏCƏKMİ


Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə ötən ilin payızında 65 min hektara yaxın sahədə əkin aparılıb.

Millitv.az bildirir ki, Bizim.Media-nın yerli bürosuna Şəki rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən 65 min hektarın 32 min hektara yaxını arpa, 33 min hektara yaxını isə buğda əkinləri təşkil edir.

Rayonun Turan, Dəhnələr, Cəyirli, Qaratorpaq əraziləri əsasən dəmyə torpaqlar olduğundan və bu il qeyri-sabit hava şəraiti əsasən də yağmursuzluq fermerlərin çəkdiyi zəhmətin hədərə getməsi ilə nəticələnib.

Göz qaraldan boz sahələr

Yol boyu uzanan taxıl zəmiləri. İndi onların göz oxşayan, sünbülün-sünbülə dayaq duran vaxtı olmalıydı. Lakin ürək ağrıdan mənzərə ilə qarşılaşırsan, zəmilər boz çöllüyə bənzəyir. Artıq ikinci ildir ki, Şəkinin Turan qəsəbəsi daxil ətraf ərazilərdə əkilən min hektarlarla taxıl bitmir.

Ərazilər dəmyə torpaqlar olduğundan taxıllar ancaq yağış suları ilə qidalanır. Bu il isə yanvar ayından başlayaraq havaların quraq keçməsi ilk növbədə taxıl sahələrində məhsulun yetişməsinə mənfi təsir göstərib.

Fermer Davud Balaşov ötən il şəxsi torpaqları ilə yanaşı daha 80 hektarda icarə əsasında taxıl əksə də ili ziyanla başa vurub. Bu il də fermerin əkin sahələri boz səhranı xatırladır. Fermer deyir ki, müqavilə ilə 50 hektar taxıl əkirib. Bu isə fermerə 10-12 min manata başa gəlib.
Qonşuluqda əkin aparan fermer Şərif Qasımovun sözlərinə görə, hər hektara orta hesabla 500-600 manat xərc çəkilib. Şərif kişinin öz pay torpağında əkdiyi 15 hektardan taxıl götürəcəyinə inamı yoxdur.

Aqrar sığorta quraqlığa görə niyə yardım etmir?

Turan qəsəbə sakini Tərxan Kərimov bu il 45 hektarda əkin aparıb. O da digər fermerlər kimi ili ziyanla, əsasən də borcla başa vuracaq.

Deyir ki, aqrar sığorta daşqına, selə, digər təbii fəlakətlərə qarşı fermerin sahəsini sığortalayır. Lakin quraqlığa qarşı heç bir tədbir görülmür:

”Quraqlıq səbəbindən bu il məhsulumuz yoxdur. Aqrar sığorta da bizə quraqlığa görə yardım etmək fikrində deyil. Bir neçə dəfə müraciət etmişik. Doluya görə, leysana görə, qasırğaya görə sığorta var ancaq quraqlığa görə sığortadan boyun qaçırırlar. Dəfələlərlə sığorta idarələrinə müraciət etmişik hələlik bir nəticə yoxdur”.

T.Kərimov məsələ ilə bağlı fermerlərin Kənd Təsərrüfatı nazirliyinə də müraciət ünvanladığı, hazırda məsələnin araşdırma mərhələsində olduğunu bildirib.

Mütəxəssislər məsələni diqqətdə saxlayır.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Sahib Abdulhəmidov ilkin yaz aylarında dəmyə əkinlərdə kənd təsərrüfatı nazirliyinin müvafiq monitorinq qrupları ilə müşahidələr apardıqlarını və indiyə kimi rayon ərazisində 19 min hektara yaxın əkin ərazilərində taxıl məhsulu bitmədiyi haqda rəy verildiyini diqqətə çatdırıb:

“Sahələrin bitiş vəziyyətinə baxanda hiss olunur ki, burada yüksək fonda aqrotexniki qulluq həyata keçirilib. Ancaq bildiyimiz kimi rayon əsasən dəmyə ərazilərdə yerləşir. Taxıl əkinləri ancaq burada dəmyədə olduğuna görə taxıldan başqa heç nə əkmək mümkün olmadığından məcburdurlar ki, taxıl əksinlər. Əkilən taxıla göstərilən yüksək aqrotexniki qulluğa baxmayaraq , yüksək səviyyədə vəziyyət alınmasına baxmayaraq uzun sürən yağmursuzluq, quraq, anomal hava şəraiti taxılın məhv olmasına gətirib çıxarıb. Biz ayda iki-üç dəfə monitorinqlərə çıxır və sahələrin vəziyyəti ilə bağlı məlumatlar hazırlayırıq”.

Sektor müdiri bildirir ki, Şəkinin aran ərazilərindəki əkinlərin çoxu dəmyə torpaqlarda yerləşir. Aparılan müşahidə və monitorinqlər göstərir ki, Turan, Sarıca, Bolludərə, Qaratorpaq, Qayabaşı, Dəhnələr, Çayqaraqoyunlu, Şəki və başqa kəndlərin əksər əkinlərində məhsul bitməyib.

Məsələ ilə əlaqədar hazırda kənd təsərrüfatı nazirliyinin mütəxəsis qrupu rayonda monitorinqləri davam etdirir.

Fermerlər isə Kənd Təsərüfatı Nazirliyindən dəyimiş ziyanla bağlı tədbirlər görməyi xahiş edib. Belə ki, fermerlər aqrar sığorta qaydalarında dəyişiklik etməklə dəymiş ziyanın bir qisminin ödənilməsini mümkün hesab edir və müvafiq qurumlardan bununla bağlı xəbər gözləyirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Виктор, у вас совесть есть??!" - NARAZILIQ!
"Şikayətim "Qalaalti Hotel & Spa Complex"dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Daha sonra narazı vətəndaş yazır: "Yenə əmin olduq ki, keyfiyyətin reklama ehtiyacı yoxdur...
"Виктор, у вас совесть есть??!" - NARAZILIQ!

Ümumiyyətlə yeməkləri dadsız, bərbad. Günorta verilən qızardılmış skumbriyanı, "kartof fri"ni və s. yeməkləri axşam da qızdırıb müştərilərə verirlər.
Ümidimiz səhər yeməyinə idi, o da belə... Pendirləri elə bil, yerdən yığıblar, kükünün, göyərtisinin qumu dişivizin dibində simfoniya çalırdı. Öyrəndiyimə görə ”şef-povarın” adı Viktordu.
Виктор, у вас совесть есть???!
Otaqlardanda ki, yazmıram day, bu rezilliyi görmək lazım.
Məsləhət görmürük heç kimə.
Çox heyf ki, bizdə otellərin ulduzlarına görə keyfiyyətin səviyyəsini ölçən komissiya işləmir, yoxsa belə otelləri 3 ulduza endirmək lazımdır!"

DİA.AZ bildirir ki, narazı vətəndaş daha sonra fotodəlil təqdim edib:
"Виктор, у вас совесть есть??!" - NARAZILIQ!
"Виктор, у вас совесть есть??!" - NARAZILIQ!

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə şəhər Abbas Səhəd xəstəxanasının yiyəsi olacaqmı???

Redaksiyamıza dəfələrlə Gəncə səhiyyəsi ilə bağlı şikayətlər gəlmişdir. Bu dəfə isə Gəncə səhiyyəsindən şikayəti olan məhz Kanal1.az Informasiya Xəbər
Portalımızın baş redaktoru Arzu Orucovdur.
Belə ki, Arzu müəllim ailə üzvləri ilə birlikdə Gəncə şəhər Abbas Səhəd xəstəxanasında müayinədən keçmişlər. Şikayət məhz həmin xəstəxananın MRT bölməsindəndir.

Daha ətraflı danışsaq, sizlərə təqdim etdiyimiz video materialdanda məlum olur ki, xəstəxananın MRT şöbəsi insanların başına oyun açır.
Arzu müəllim Xəstəxanada Fərid həkimin qəbulunda olduqlarını bildirmişdir. Fərid həkim MRT həkimidir. Fərid həkimin MRT etdikdən sonra qoyduğu diaqnoz insanı şoka salır. Qadın pasientə qoyulan diaqnoz yaşla bağlı olaraq prostat həqiqətəndə gözə göründükdən artıqdır. Çox böyük sual yaranır. Ay Fərid həkim qadında nə vaxtdan prostat olur? Bunu hansı həkimlər müəyyən etmişlər.

Məsələ ilə bağlı Arzu müəllim özü Xəstəxananın MRT şöbəsinin həkimi Fərid bəylə əlaqə saxlamış və ona verilən kağızda qoyulan diaqnozun bu olduğunu bildirmişdir. Fərid həkim isə cavabında o hamıya verdiyimiz şablon cavablardır. Çoxda fikir verməyin. Çox maraqlıdır Gəncə səhiyyəsi gör nə gündə, gör nə vəziyyətdədir ki, Abbas Səhəd xəstəxanasının həkimləri xəstəni aldadaraq, ciddi müayinə etmədən şablon kağızlar hazırlayıb verirlər. Gəncə Səhiyyəsinin həkimləri xəstələri düşünmək əvəzinə bütün günü xəstəxanada oturub yalnız öz mənafelərini güdürlər. Bu Gəncə Səhiyyəsi barəsində ilk şikayətimiz deyil. Gəncə şəhərində yerləşən bütün xəstəxanalar bu vəziyyətdədir.

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Gəncə səhiyyəsi barəsində araşdırılma aparılmasını, xəstələri yox, öz mənafelərini düşünən həkimlər barəsində ciddi tədbir görmələrini xahiş edirik.

Kanal1.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib.

Dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb.

Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd edib ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib.

Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olunub, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirilib.

Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini deyib, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğulayıb.

Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edilib, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda dövlət büdcəsi saxta MMC-lər vasitəsi ilə açıq-aşkar talanır

Son illər Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən dövlət satınalmalarında yol verilən saxtakarlıqlar bitmək bilmir. Bu, sözügedən qurum tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilən bütün məlumatlarda özünü açıq şəkildə biruzə verir. Elə bir neçə gün əvvəl idarənin nəticələrini açıqladığı bir tenderdə olduğu kimi.

Sözügedən qurum yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu daha bir açıq tenderə yekun vurub. Qurum bu dəfə də qanunsuzluqdan yan keçməyib. “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 279.660 manat məbləğində satınalma müqaviləsi bağlamağa hazırlaşır.Bu barədə 05.05.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

Tender toplusunun şərtlərinə görə müsabiqənin başlama tarixi 12.04.2023-cü ilə, zərflərin açılış tarixi isə 17.05.2023-cü ilə təyin olunub. “SAFFİRA PLUS” MMC isə 26.01.2023-cü il tarixində, yəni müsabiqənin başlanılmasından 3 ay əvvəl dövlət qeydiyyatına alınib. Bu MMC ilin sonuna qədər Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsini müxtəlif dekorativ bitkilər, gül kolları ilə təmin etməlidir.

Göründüyü kimi MMC Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin keçirdiyi tenderlərdə qalib elan etdiyi digər MMC-lər kimi yeni yaradılıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Fətəliyeva Nurlanə Şahin qızı qeyd olunub.

Bəs Fətəliyeva Nurlanə Şahin qızı kimdi?

Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin yaşıllıqların salınması işləri üzrə mart ayında keçirilmiş dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi olmuş “4 MM AQRO” (VÖEN- 6701560141) MMC-nin də qanuni təmsilçisi. Hansı ki, araşdırdığımızda məlum oldu ki, “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda bu MMC -də “SAFFİRA PLUS” MMC ilə eyni tarixdə, eyni ünvanda dövlət qeydiyyatına alınıblar. Hansı ki, həmin kəndə dövlət qeydiyyatına alınmış “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi 2020-ci ildə ümumi olaraq 390 580 manat məbləğində bir neçə satınalma müqaviləsi bağlayıb. Həmin kənddə qeydiyyatda olan Hüseynov Sehran İmran oğlunun və qızlarının adına yaradılmış bir neçə MMC də vaxtaşırı Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin keçirdiyi dəyəri yüzminlərlə ölçülən tenderlərin qalibi olublar.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu bir açıq tenderə də 05.05.2023-cü il tarixdə yekun vurması barədə bir neçə gün öncə məlumat vermişdik. Burada isə “FİRE ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuşdu və 293.702 manat məbləğində satınalma müqaviləsinin bağlanılmasının nəzərdə tutulduğunu qurum dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlamışdı. Göründüyü kimi idarə son iki ayda yaşıllıqların salınması işlərinin satın alınması adı altında büdcədən beş yüz min manatdan çox ayırıb. Hansı MMC-lərə?

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin satınalma müqaviləsi bağladığı MMC-lərin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik. Yüzminlərlə manat dəyərində tender udan bu MMC-lərin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur. Eyni şəxslərə və onları qohumlarının adına yaradılan MMC-lərin saxta olduğu buradan da görməmək mümkün deyil. Qeyd edək ki, bu tip saxta MMC-lərlə şübhəli tenderlər Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən hər il təkrarlanır.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdı. Buradan sual yaranır.

Keçmiş Komitə sədrinin qardaşı olmaq İlyas Həsənova Azərbaycanın qanunlarından istədiyi kimi istifadə etməyə görəsən nə qədər haqq qazandırır. Saxta MMC-lərlə Yaşıllaşdırma İdarəsinin büdcəsini açıq-aşkar talayan İlyas Həsənovun qanunsuz əməllərinin qarşısı nədən alınmır? Maraqlı orasıdır ki, İlyas Həsənov bu qanunsuzluqları aidiyyatı dövlət qurumları ilə birgə həyata keçirir. Hətta İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi dövlət qurumunun rəsmi internet portalına yerləşdirilmiş köhnə məlumatları belə sildirir.

Bütün bu saxtakarlıqların başında isə kimin durduğu bəlli deyil. İlyas Həsənov, Əli Həsənov qardaşlarımı, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovmu? (Aktualinfo.org)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mövqelərimiz atəşə tutuldu

Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
KREDİT GÖTÜRMƏK ÜÇÜN DİREKTORDAN ARAYIŞ İSTƏDİ, BAŞINA GƏLMƏYƏN QALMADI… - Bank əvəzinə, direktordan faizə pul götürən Ordubad sakini külli miqdarda borca düşdü

Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Gilançay kənd sakini Kərimli Əyyub Həsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi oxuculara təqdim edirik:

“Mən, Kərimli Əyyub Həsən oğlu, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Gilançay kəndində anadan olmuşam. Hal-hazırda Ordubad rayon, Gilançay kəndində yaşayıram.

2011-ci ildə Ordubad rayon, Gilançay kəndində yerləşən “Biləv” su elektrik stansiyasında növbətçi-sürücü vəzifəsində işə başlamışam. 2011-ci ildən 2013-cü ilə kimi bankdan kredit götürmək üçün arayış alıb işimi həll edirdim. 2013- cü ildən sonra “Biləv” su elektrik stansiyasının direktoru Zeynalov Sahib Səfərəli oğlundan bankdan kredit götürmək üçün arayış istədim. O bidirdi ki, arayış verilmə prosesi dayandırılıb.

Daha sonra arayışın nə üçün lazım olduğunu soruşdu, mən də dedim ki, bankdan pul götürəcəkdim. Bir qədər fikirləşdikdən sonar mənə dedi ki, bank faizi kimi sənə pul verə bilərəm. Hər ay banka ödədiyin vəsaiti mənə ödəyərsən. Sən demə, bu insan pulu 20 faizlə verirmiş. Sonradan bildik ki, bu insan kredit təşkilatının üzvü imiş. Mənə də təcili pul lazım olduğundan, məcbur qalıb götürdüm. 1000 manat pul götürəndə faiziylə birgə 1200 manat ödəyirdik. Əlavə sənədləşməyə də 7 manat ödəyirdik. Pulu götürəndə və yaxud da aylıq ödəniş zamanı sənədləşmə aparırdı. Bəlkə də həmin sənədlər saxta idi, bilmədik.

Mən aldığım pulları vaxtı-vaxtında ödəmişəm, faiziylə birlikdə. Həmçinin, kimə pul verirdisə həmin adamdan kart tələb edirdi. Sonradan gördü ki, kreditə pul vermək xeyir edir, 1000 manatı 1 ilə yox, artıq 6 aya verdi, yenə eyni faizlə. 80 000 manat pulu dövlət idarələrinə faizlə verərək, özünə biznes qururdu.

2020-ci ildə yenidən bu insana işim düşdü. 3000 manat pul götürdüm və 3600 manata qol çəkdim. 4500 verirdisə 5400 manat qeyd edirdi. Maaş kartım Zeynalov Sahib Səfərəli oğlunda olduğuna görə, başqa bankdan da pul götürə bilməzdim.

Cəmi borcum, faiziylə birgə 5400 manat olmuşdu. Bir gün məni otağına çağırıb dedi ki, sən pulu artıq ödə, bitir, başqa adam var, ona pul verəcəyəm. Mən də bildirdim ki, maaşımdan artıq ödəyə bilmirəm. Bu sözü demişdim ki, məni təhqir edib, əl qaldırmağa başladı...

Gücüm olsaydı, ödəyib tez bitirərdim, yox idi. Qəzəbindən həmin ay işimə son verdi. Nə qədər çalışsam da, işimə qayıda bilmədim.

11 il 5 ay idi həmin idarədə işləyirdim. Axşam kor-peşman evə qayıtdım. Evimə zəng vuraraq, aldığım borcun faizi ilə 20 000 manat olduğunu dedi. Hədə-qorxu gələrək, “pulu verməsən, ailənin başına gəlməyən qalmayacaq”, - dedi. İşimiz polisə düşdü, başıma gələnləri danışdım…

Bu oyun tək mənim başıma açılmayıb. Polisdə düzünü, yəni borcumun 4500 manat olduğunu dedi. Məhkəmədə isə məndən 20 000 tələb etdi. Məhkəmə də bu borcu 16 min 560 manat dəyərləndirərək, mənim tərəfimdən ödənilməsi haqqında qərar qəbul etdi. Nə məhkəmədə, nə də polisdə bu insan bankın kağızlarını üzə çıxartmadı. Məhkəmə də tələb etmədi.

Sonradan ödədiyim pullar üçün sənədləri istəsəm də, yenidən vermədi. Dedi ki, sən ödə, neyniyirsən sənədi?!

Naxçıvanda rəhbərlik dəyişdikdən sonra bu insan yenə eyni bankın adından kreditə, artıq faizlə pul verməyə başlayıb…

Jalə FAMİLQIZI
hurriyet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu