[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalist icra başçısı ilə ÇƏKİŞMƏDƏ - Baş prokurorluğa TƏŞƏKKÜR ETDİ


Dünən qeyd etdiyim kimi, Beyləqan rayon icra hakimiyyəti başçısı və ayrı-ayrı vəzifəli şəxslər barədə müraciətim əsasında açılmış cinayət işi ilə bağlı Prezident İlham Əliyevə etdiyim son müraciətimlə əlaqədar olaraq bu gün Baş Prokurorluq yanında KQMBİ dəvət edilmişdim. Dəvətlə bağlı bu günləri həmin ünvanda oldum. "Antikorrupsiya" idarəsində məni İdarənin istintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Cahangirov yüksək ehtiramla qəbul etdi və istintaq işinin yekun nəticələri ilə bağlı məni ətraflı şəkildə məlumatlandırdı. Yeri gəlmişkən qeyd etməliyəm ki, cinayət işi üzrə istintaq mərhələsindən məlumatsız idim və prosesin gedişi barədə konkret bilgiyə sahib deyildim.
Bu gün isə Baş prokuror Kamran Əliyevin şəxsən göstərişi ilə mən KQMBİ dəvət olunaraq istintaq prosesinin nəticələri barədə bilgiləndirilidim. Öncəliklə hörmətli Baş prokuror Kamran Əliyevə və məni qəbul edib işin hallarıni mənə ətraflı şəkildə izah edən KQMBİ-nin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Cahangirova dərin təşəkkürümü bildirirəm. Əslində əvvəlcədən bir jurnalist olaraq Baş prokuror Kamran Əliyevə etdiyim müraciətimə həssaslıqla yanaşılacağına, ərizəmdə qeyd etdiyim korrupsiya cinayətlərini ehtiva edən bütün elementlərin ciddi şəkildə araşdırılacağına cinayət işinin materiallarında adı keçən vəzifəli şəxslər barədə hüquq müstəvisində tədbirlər görüləcəyinə əmin idim. Belə də oldu. Əminliyini özünü doğrultdu. Hər kəs etdiyi əmələ görə öz layiqli cəzasını aldı.Bir daha ölkənin Baş prokurorluğuna və əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm.
İşin təfərrüatları barədə isə bir qədər sonra geniş yazacam. Bircə onu deyə bilərəm ki, Baş prokurorluq yanında KQMBİ tərəfindən açılmış cinayət işi üzrə 1 milyon manata yaxın pul vəsaitinin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Ramin Məhəmmədoğlu
RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-nin tutduğu gömrük generalları AZADLIĞA BURAXILDI


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan gömrük generalları Ehtiram Xəlilov və Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov azadlığa buraxılıb.

Məhkəmə onların barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə istintaq orqanının təqdimatına baxıb.

Qərara əsasən, generallar ev dustaqlığına buraxılıb.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Həyat yoldaşımla birgə heç bir paylaşım etmirəm" - Elməddin Cəfərov


"Həyat yoldaşımla birgə heç bir paylaşım etmirəm. Ailəmlə gündəmə gəlməyi sevmirəm və mənim şəxsi həyatım paylaşılmır. Sənətim paylaşıla bilər. Həyatım niyə manşet olsun ki? İnşallah, elə bir durum olmaz. Nəyə lazımdır, bilsinlər ki, Elməddin bu gün nə yedi evdə? Bunu edənlər də var. Bu sözüm kimlərinsə xətrinə dəyə bilər, amma vallah mən yaxşı baxmıram".

Bu sözləri aktyor Elməddin Cəfərov "Düzünə qalsa" verilişində deyib. Sənətçi yaşadığı həyatı sosial şəbəkədə nümayiş etdirənləri tənqid edib:

"Yediyi yeməyi, yatdığı otağı, çimdiyi hamamı paylaşırlar. Axı nəyin axtarışındasınız? Nəyə ehtiyac var? Bəlkə kiminsə evində o yeməyi yoxdur... Camaata niyə travma verirsən? Bəlkə onun elə otağı, hamamı yoxdur. Dağ çəkir olmayanlara".

Elməddin "Tək səbr"in dağılma səbəblərindən danışıb:

"Heydər Əliyev Sarayında konsert verirdik, bütün biletlər satılırdı, hətta pilləkənlərdə adamlar da otururdu. Əvəzində 75 dollar - 60 manat pul alırdıq. 20-30 min pul qalırdı, Fərda ilə mən 60 manat alırdıq. Gerisini siz düşünün ki, o biri yoldaşlarımız nə qədər alırdı. Bölgələrdə 5 gün ardıcıl konsert verirdik, konsert sonu pul itirdi, oğurlanırdı. Nə möcüzə idisə, hər dəfə də pul oğurlanırdı. Pul necə oğurlanırdı? Pulqabından... Amma pul kisədə olurdu. Maraqlı gəlirdi ki, axı 30 min pulqabına necə sığırdı? Desəydilər ki, kisə oğurlanıb, hə. Amma pulqabı niyə? Bu kimi nüanslar var idi. Biz 5 gün konsert verib pulsuz qayıdırdıq, Bakıda hansı yarım saatlıq tədbirdən o pulu çıxarırdıq. Hamımız evlənmişdik, ailəmiz, kirayə haqqımız var idi. Yoxsa biz pul dalınca deyildik. Ailəm, 1 yaşlı uşağımla necə kirayədə qalım? Mən onlardan maşın, ev almaq pulu istəmirdim ki, işlədiyim maaşımı istəyirdim. Sonda da 3-4 ayın maaşı batdı, ondan sonra da hamı dağılıb getdi. Övladım olanda xəstəxana üçün 200 dollar tapa bilmədim, onda ilk dəfə məcbur olub toya getdim".

Elməddin ona təklif edilən 100 min manatdan danışıb:

"Həmişə yüksək məbləğlərdən öz imicimə görə imtina etmişəm. Mobil şəbəkələrdən biri həmin filmə baş sponsorluq edirdi. Deməli, çəkiliş günümə 6000 manat verirdilər, 1 aya qədər çəkiliş olacaqdı. 100000-dən yüksək qonoara razı idilər. İstədiyim maşın var idi, onu almaq istəyirdim. Pulu da gətirmişdilər, pula baxırdım, bir də ssenariyə, psixoloji təsir edirdi. Amma bəyənmədiyim üçün imtina etdim. Ard-arda ilin ən yaxşı aktyoru seçilmişəm. O vaxt film bazarında Azərbaycanda ən bahalı aktyor idim. Pandemiyadan öncə. Üstəlik Türkiyədə də Azərbaycandan kənar ən bahalı aktyor kimi tanınırdım. Adamların pulu olmayanda məni hansısa filmə şərik edirdilər. Yetər ki, mən baş rola çəkilim".

Axşam.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Talış kəndinin Baş planı ilə tanış oldu


Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, burada kəndin Baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şəraitə baxıblar.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident ailəsi ilə birlikdə Talış kəndinə getdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Dövlət başçısı Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində orta məktəb binasında yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçısı, birinci xanım və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə də tanış olublar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, burada kəndin Baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şəraitə baxıblar.

Sonra dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə tanış olub, kənd sakinləri ilə görüşüb söhbət ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan bu məbləğə görə Rusiyaya meydan oxuyur? - ARAŞDIRMA


İsveçrənin ən məşhur və etibarlı banklarından sayılan "Credit Suisse"də Ermənistanın yüzlərlə vətəndaşının hesabları aşkarlanıb. Həmin hesabların arasında məxfi olanlara yatırılan pulların izi Ermənistanın sabiq, habelə, indiki rəhbərliyinə gedib çıxır. Maraqlıdır ki, məhz bu hesablara astronomik məbləğdə pullar yatırılandan sonra Ermənistanın hakimiyyət dairələrində aşkar anti-Rusiya ritorikası güclənib.

Sürix, "Paradelplatz" meydanı. Böyüklüyünə və nüfuzuna görə UBS-dən sonra İsveçrənin ikinci bank konqlameratı sayılan "Credit Suisse Group" bankının mənzil-qərargahının yerləşdiyi bina.

2011-ci ildən etibarən qlobal bank sistemində ən əhəmiyyətli banklardan birinə çevrilən "Credit Suisse"də yüz minlərlə insanın, şirkətin və təşkilatın hesabları, az qala trilyonlarla dollar vəsait var.

O pullarla hesabların arasında Ermənistanın 500 vətəndaşına təqribən 400 bank hesabı məxsusdur.

Hesabların total əksəriyyəti iş adamları və şirkətlərin vəsaitinin toplandığı akkauntlar olsa da, bəzi hesablar məxfidir.

Ermənistanın sabiq dövlət başçısı Armen Sarqsyan və onun bacısı Karine Sarqsyanın hesabları kimi.

A.Sarqsyan hələ Ermənistanın Britaniyadakı səfiri postunda çalışanda onun sözügedən bankdakı hesabında ən azı 10 milyon İsveçrə frankı vardı.

Anonim mənbə Ermənistan vətəndaşlarının, xüsusilə də bu ölkənin rəhbərliyinin gizli hesabları barədə məlumatlar verməyə razılaşıb.

Armen Sarqsyanın 2016-cı ilədək fəaliyyətdə olmuş hesabından o, sürəkli istifadə edib. Lakin sonradan o, bəhs etdiyimiz hesabı qapadaraq ofşor zonasında qeydə alınmış şirkətlərin adına rəsmiləşdirilmiş daha 3 hesab açıb.

İsveçrə banklarından birində hesab açmaq və həmin hesaba pul yatırmaq, təbii ki, cinayət deyil. Amma bu maliyyə vəsaitini vergilərdən yayındırmaq, gizlətmək, çoxsaylı ofşor şirkətlərin hesablarına paylayaraq iz itirməyə çalışmaq cinayətdir.

Armen Sarqsyan 2018-ci ilin aprelin 18-də Ermənistan prezidenti postuna seçiləndən sonra həmin hesablar barədə heç bir məlumat verməyib, heç nə olmayıbmış kimi davranıb.

O, 2022-ci ilin yanvarın 23-də qəflətən vəzifəsindən istefa verəndən sonra da "Credit Suisse"dəki hesabları barədə açıqlama verməyib, maliyyə vəsaitini bəyan etməyib.

Üstəlik, o, Sent-Kit və Nevis adalarının vətəndaşlıq pasportu da daşıdığından, gizli hesabların bir qisminin o pasportla rəsmiləşdirildiyi də istisna deyil.

Belə ki, Ermənistanda 2011-ci ilin mayın 26-da qəbul olunmuş "İctimai qulluq haqqında" qanuna və Ermənistan hökumətinin 2011-ci ilin dekabrın 15-i tarixli 1819 saylı qərarına görə, A.Sarqsyan əmlakı və maliyyə vəsaiti barədə vergi bəyannaməsi təqdim edəndə "cəmi" 8 milyon ABŞ dollarına malik olduğunu yazmışdı.

Sonralar, A.Sarqsyan Ermənistanın dövlət başçısı olanda həmin məbləğ kağız üzərində fasiləsiz azalıb. Halbuki, reallıqda məbləğ onlarla yox, yüzlərlə dəfə artıb. Artımın mənşəyi, yüz milyonlarla dolların sonradan milyardlarla dollara, daha dəqiq olsaq, 8,4 milyard dollara çevrilməsi barədə isə A.Sarqsyan susub.

Süküt indi də davam edir.

Qanunsuz gəlirləri, sirli milyardları və bank hesabları barədə sualları cavablamaqdan boyun qaçıran A.Sarqsyan sadəcə bildirib ki, Ermənistanın Britaniyadakı səfiri vəzifəsini tamamilə ödənişsiz əsaslarla ("pro-bono") icra edib, üstəlik "öz şəxsi vəsaitini sərf edib": "Vəzifəli şəxslərin belə hallarda gəlir və vergi bəyannamələri təqdim etməli olmaları barədə dəqiq qaydalar yoxdur. Ermənistanın digər "pro-bono" işləmiş vəzifəli şəxsləri də bəyannamələr verməmişdilər".

"Credit Suisse" bankında A.Sarqsyanın 3 hesabının olması artıq dəqiq faktdır.

Bu bankda 1997-ci ildə Ermənistan vətəndaşı Nina Minasyanın adına da hesab açılıb və ilkin vəsait qismində ora 10 milyon İsveçrə frankı yatırılıb.

Adi prosedur sayıla bilər, lakin həmin dönəmdə N.Minyasanın, sənədlərə görə, 14 yaşı vardı.

14 yaşlı erməni qızın 10 milyon İsveçrə frankını necə və hansı yollarla əldə etməsi suallar doğurur. Lakin məbləğin mənşəyi barədə heç bir açıqlama verilməyib.

Hazırda N.Minasyanın hesabında 106 milyon İsveçrə frankı var.

Nina Minasyan real insandır. O, Ermənistandakı "VivaCell-MTC" mobil rabitə şirkətində 2014-cü ilədək çalışıb, sonra İrəvanı tərk edərək İsveçrəyə yollanıb.

Nina Minasyan indi də İsveçrədə yaşayır.

Maraqlı olan onun atasının adıdır: "Robert".

Nina Minasyanın adına hesab 1997-ci ilin mart ayında açılıb.

Robert Köçəryan 1997-ci ilin martında Ermənistanın baş naziri "təyin" edilib.

Nina Minasyanın böyük oğlunun adının Sedrak olduğu vurğulanır.

Robert Köçəryanın atasının adı Sedrakdır.

Ən nəhayət, Robert Köçəryanın hələ 1981-ci ildə Əsgəran sakini Tosxik Gevorkovna Zakaryanla (rəsmən ərə gedəndən sonra Tsoxik Minasyan olub) qeyri-rəsmi nikahda yaşadığı deyilirdi.

106 milyon İsveçrə frankı çox "qəribə" şəkildə, "təsadüfən" oğluna Robert Köçəryanın atasının adını verən, sənədlərdə isə özünün atasının adı "Robert" göstərilən Nina Minasyanın yalnız bir hesabda olan vəsaitidir.

Belə hesabların minimum 8 olduğu, həmin hesablarda təxminən 12 milyard İsveçrə frankının akkumulyasiya edildiyi iddia olunur.

Ninanın anası Tsoxikə gəldikdə isə o, 22 il Ermənistan Dövlət Əmlak Komitəsində çalışıb, 2021-ci ilədək daxil audit şöbəsinə rəhbərlik edib. İki il əvvəl işdən çıxan T.Zakaryan Ermənistanı tərk edib.

Nina və anası indi İsveçrənin Bern şəhərində yaşayırlar.

"Təsadüf"ə baxın ki, Robert Köçəryanın Avropa İttifaqı ölkələrindəki şirkətlərindən 8-i məhz Bern şəhərində rəsmi qeydiyyatdan keçirilib və o şirkətlərdən də 4-nün idarə heyətinin sədri kağız üzərində "Z.Minassian" kimi göstərilmiş şəxsdir.

Jurnalist fəaliyyətinə İrəvandakı "Dpryutyun" qəzetində başlayan, sonralar "Lragir", "Lragir-or", "Molorak" qəzetlərində çalışan, "Oragir" qəzetini yaradıb baş redaktor olan Nikol Paşinyan indi transparentlikdən, korrupsiya ilə mübarizədən, ləyaqətdən və şərəfdən danışmağı çox sevir.

Lakin 2004-cü ilin noyabrında İrəvanın mərkəzində, N.Paşinyanın baş redaktor olduğu "Haykakan Jamanak" qəzetinin redaksiyasının yaxınlığında onun avtomobilinin partladılmasını ermənilər unutmayıblar.

Paşinyan bu partlayışda Ermənistanın ən zəngin iş adamlarından biri, "Çiçəklənən Ermənistan" Partiyasının sədri, oliqarx Qagik Sarukyanı suçlamışdı.

Sarukyan da ittihamları rədd etmişdi.

"Ulaq Dado" ləqəbi ilə tanınan Q.Sarukyan, halbuki, gerçəkdən də Paşinyana nifrət edirdi, indi də belədir.

Buna rəğmən o, Ermənistanın kurort şəhəri sayılan Saxkadzorda (əsl adı Dərəçiçəkdir - müəl.) 4 hektar ərazidə ağacları kəsərək villa inşa etdirmişdi və bundan xəbər tutaraq oliqarxı "kompromat"la şantaj etmiş N.Paşinyana 50 min dollar verməyə razılaşmışdı.

Məbləğ N.Paşinyanın İsveçrədəki hesabına köçürülmüşdü.

Həmin hesabda sonrakı illərdə, daha doğrusu, 2013-cü ilədək təqribən 16,5 milyon İsveçrə frankı toplandı.

2013-cü ildə hesab qapadıldı, əvəzində müxtəlif şəxslərin şirkətlərin adlarına 12 bank hesabı açıldı.

Təqribi hesablamalara görə, sözügedən hesablarda hazırda 9 milyard dollara yaxın vəsait var və son transfer isə 123,2 milyon dollar olub. Transfer təqribən 71 şirkətin ödənişləri, köçürmələri və tədiyyələri qismində rəsmiləşdirilərək sonradan 13 şirkətin hesablarına yatırılıb.

Bəhs olunan şirkətlərin istisnasız olaraq hamısı ofşor bölgələrində rəsmi qeydiyyata alınmış strukturlardır.

Bundan başqa, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İsveçrə "Credit Suisse" bankındakı şəxsi hesabına 1 milyon dollar köçürməsi ilə bağlı sənədlər də var.

Pul köçürməsi elektron şəkildə həyata keçirilib.

A.Akopyan dəfələrlə İsveçrədə səfərdə olub və nəzərə alsaq ki, Nikol Paşinyanın müxtəlif adlarla rəsmiləşdirdiyi şirkətlərin də hesablarının çoxu məz bu ölkədəki banklardadır - qanunauyğunluqları sezmək çətin deyil.

Nikol Paşinyanın bank hesablarına ən son transferlərdən sonra Ermənistanın baş nazirinin ritorikasının dəyişməsi, onun açıqlamalarında aqressiya və sərtliyin artması da "təsadüf" sayıla bilər.

Ermənistan hakimiyyətinin rəhbərinin məhz yeni maliyyə köçürməsindən sonra xarici siyasət kursunda zahirən də olsa, dəyişkliklər etməyə başlamasının tam əlaqəli proseslər, bir-birini tamamlayan hadisələr olmasıı iddia etmirik.

Lakin Ermənistan hakimiyyətinin mahiyyəti dəyişməzdir: ölkəni idarə edənlər həmişə merkantil maraqlarını ermənilərin mənafelərindən üstün tutublar.

İrəvanda iqtidarlar dəyişsə də, təməl içgüdüyə çevrilmiş tamah ünsürü stabildir.

Elçin Alıoğlu
Trend
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəzər İcra Hakimiyyəti ilə qum dəllalları arasında toqquşma - TƏFƏRRÜAT

Son vaxtlar Xəzər rayon İcra Hakimiyyəti ilə qum dəllalları arasında ciddi mübahisə yaranıb.

Hurriyyet.az bu barədə etibarlı qaynaqlara istinadən xəbər verir.
Maraqlıdır ki, mənbə hazırda Xəzər rayon İcra Hakimiyyəti rəhbərliyinin qum dəllallarına gücünün çatmadığını iddia edir.
Əldə etdiyimiz məlumata əsasən, sözügedən şəbəkə bəzi qurumlarla anlaşmaya gedərək, rayonun müxtəlif ərazilərindən - dəniz kənarından, eləcə də digər yerlərdən qum daşımaqla məşğuldur ki, Xəzər rayon İcra Hakimiyyəti bunun qarşısını ala bilmir.
Mənbə deyir ki, açıq-aşkar dələduzluqla məşğul olan dəllallar Xəzərdən daşıdıqları qumu Suraxanı rayonu ərazisindəki özlərinə məxsus əraziyə gətirərək, burada torpaqla və “yanmış qum”la qarışdırırlar. Yaxud da Bakıdakı tikinti ərazilərindən çıxarılan torpağı ələyərək, Xəzərdən daşıdıqları quma qatıb, tikinti bazarına saxta mal çıxarırlar.
“Təəssüf ki, bu günə qədər hüquq mühafizə orqanları da onlara qarşı heç bir tədbir görməyib. Hətta elə yerdən qum daşınır ki, o ərazilər birbaşa ölkə başçısının nəzarətindədir”, - deyə mənbə bildirir. Onun sözlərinə görə, müvafiq qurumlarla, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ciddi şəkildə anlaşmaya gedən həmin dələduz şəbəkə öz məkrli planlarını hakimiyyətdə yüksək vəzifə və səlahiyyət sahibi olan bəzi məmurların adından istifadə etməklə həyata keçirir və bununla külli miqdarda gəlir əldə edirlər.
Məlumata əsasən, sözügedən qum dəllalları tikinti bazarında əməlli-başlı monopoliya da yaradıblar. Çünki normalda bazarda bir yük maşını qum 450-500 manata satılırsa, onlar 400-420 manata, bəzi hallarda isə daha aşağı qiymətə təklif edərək, özlərinə ciddi alıcı kütləsi formalaşdırıblar. Hətta bir sıra iri tikinti şirkətlərinin də həmin dələduz şəbəkə ilə anlaşma içərisində olduğu vurğulanır.
Lakin çox təəssüflə qeyd edirik ki, bu gün Azərbaycan hökuməti və məlum qum dəllallarının fəaliyyətinə “yaşıl işıq” yandıran müvafiq qurumlar cəmi bir neçə həftə öncə qardaş Türkiyədə baş verən zəlzələnin dəhşətli nəticəsini nəzərə almaq istəmirlər. Çünki mütəxəssislər yarasız qumla tikilən binaların nəinki bir neçə ballıq zəlzələ zamanı, hətta zəlzələ olmadan belə, yaxın gələcəkdə qardaş ölkədə yaşanan faciənin eynisini bizə də yaşada biləcəyini bildirirlər.

Hurriyyet.az

P.S. Mövzunu davam etdirəcəyik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Taleh Qaraşovun yaxın kadrı MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR - Başçı işçisini qurtara biləcəkmi?


Rüşvətə görə həbs edilən Lənkəranın baş memarı Elgün Abdullayevin cinayət işi icraata verilib.

DİA.AZ APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq cinayət işi hakim Elxan Süleymanovun icraatına verilib.

Cinayət işi məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi müdirinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı Elgün Abdullayevin fərdi-yaşayış evi və qeyri-yaşayış sahəsinə dair sənədlərinin hazırlanması müqabilində 100 min 250 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsi və cəmi 33 min 500 manat pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Elgün Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

***

DİA.AZ qeyd edir ki, məlum ajitoajlı həbs ərəfəsində yerli KİV-də Elgün Abdullayevlə bağlı ilginc iddialar da səslənmişdi və açıq şəkildə qeyd olunurdu ki, E.Abdullayev hələ də Lənkərana rəhbərlik edən Taleh Qaraşovun yaxın kadrıdır və Lənkəran RİH başçısı ilk əvvəl hətta onu azadlığa çıxarmağa da çalışıb.

HƏMİN MƏQALƏ BURADA: 26 ilin icra başçısının başı dərddə

Elə buna görə də, hazırki məhkəmənin də "maraqlı" keçəcəyini söyləmək olar. Ən azından ona görə ki, Qaraşov cənabları adamını həbsdən qurtarmağa çalışacaq...

ZƏRURİ QEYD: Onu da xatırladaq ki, bu olay Taleh Qaraşovun kadrları ilə bağlı baş verən ilk həbs qərarı deyil. Hətta Lənkəran icra başçısının müavinlərindən biri bir neçə ay əvvəl məktəbli qıza zor tətbiq etməsi səbəbilə mühakimə olunmuşdu...

Məsələ ilə əlaqədar olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçın yolunda ekoaksiyanın 97-ci GÜNÜ


Azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 97 gündür davam edir.

Aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.

Etirazçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Şuşada hazırda az dumanlı hava şəraiti müşahidə olunur.

Hüquq-mühafizə orqanları bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kənd Təsərrüfatı Nazirliyinin müəssisəsinin vergi borcu üzə çıxdı - FOTOFAKT


"Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC-nin dövlətə külli miqdarda vergi borcu üz çıxıb.

32gun.az-a daxil olan məlumata görə, müəssisənin bugünə olan vergi borcu 146 min 950 manatdır (146950.14AZN).

Kənd Təsərrüfatı Nazirliyinin müəssisəsinin vergi borcu üzə çıxdı- FOTOFAKT
Kənd Təsərrüfatı Nazirliyinin müəssisəsinin vergi borcu üzə çıxdı - FOTOFAKT

Onu da bildirək ki, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin direktoru Rasim Şəfiyevdir.

MMC-nin nizamnamə kapitalı 508794.00 AZN-dir.
Kənd Təsərrüfatı Nazirliyinin müəssisəsinin vergi borcu üzə çıxdı - FOTOFAKT

Qeyd edək ki, Rasim Şəfiyevin qardaşı Şəfiyev Məhərrəm Əhər oğlu "Bərdə-Çörək” ASC-nin rəhbəri, YAP Bərdə rayon təşkilatı İdarə heyətin üzvü, partiya fəalıdır. (32gun.az)
Kənd Təsərrüfatı Nazirliyinin müəssisəsinin vergi borcu üzə çıxdı - FOTOFAKT

XƏBƏR LENTİ

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT