[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranda 39 milyondan çox insanın həyatı risk altındadır


İranda torpaq çökməsi kritik vəziyyətə çatıb.

Bu barədə İranın Yol və Şəhərsalma Araşdırma Mərkəzinin akademik heyətinin üzvü Əli Beytullahi bildirib.

Onun sözlərinə görə, torpaqların çökməsi 39 milyondan çox insanın həyatını risk altında qoyur: "Ölkədə torpağın çökməsi riski altında olan insanların sayı 39 milyon nəfər olaraq qiymətləndirilir ki, bu da bütün ölkə əhalisinin 49%-ni əhatə edir. 380 şəhər və 9200 kənd yerin çökməsi təhlükəsi ilə üzləşib, bəzi hallarda şəhərlərin bütün ərazisi, bəzi hallarda isə şəhər sərhədlərinin bir hissəsi çökmə zonalarına yerləşdirilib".

Məlumatda İranın paytaxtı Tehran da çökmə riski ilə üzləşən bölgələr sırasındadır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə zəlzələdə ölənlərin sayı 48 min nəfərə çatır


Türkiyədə fevral ayının 6-da baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer deyib.

Onun sözlərinə görə, ölənlərin sayı artaraq 47 975 nəfərə çatıb. 935 722 şəxs isə zəlzələ bölgəsindən təxliyə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Novruz bayramına sayılı günlər qalıb. Artıq həm marketlər, həm də səyyar satış məntəqələrində bayram bazarlığı məhsulları satışa çıxarılıb. Məhsul bol, qiymətlər isə...

Qarşıdan Novruz gəlir. Torpağın oyanışı, yazın başlanğıcının xəbərçisi. Novruz hər birimizin səbirsizliklə gözlədiyi, adət-ənənələri ilə ailəmizə sevinc bəxş edən ən qədim milli bayramlarımızdandır. Rəngarəng adət-ənənələrlə, folklorumuzun ən şirin deyimləriylə zəngin bu bayramın həm də özünəməxsus süfrə mədəniyyəti var. Bir-birindən fərqli və dadlı şirniyyatlar, yeməklər, çərəzlər... İndi bir çoxlarımızı, xüsusilə də valideynləri düşündürən ən mühüm sual uşaqlarımıza sonsuz sevinc yaşadan Novruz süfrəsinin neçəyə başa gələcəyidir.

“Kaspi” qəzeti bayram bazarlığına çəkəcəyiniz xərcin nə qədər olacağını araşdırıb.

Bazarda üzləşdiyimiz mənzərə

Bayram süfrələrinin olmazsa-olmazı çərəzlərdir: fındıq, qoz, püstə, badam, iydə, innab... Üstəlik içliyi fındıq və ya qozdan hazırlanan şəkərbura, paxlava, İrəvan kətəsi və s. həmişə Novruzun bəzəyi olub.

Gəlin birlikdə bu gözəl nemətlərin qiymətləri ilə tanış olaq. Bayram ərəfəsində piştaxtalarda olan qiymətlər təxminən belədir: fındıq (qabıqlı) – 6-8, fındıq ləpəsi – 13,50-30, qoz (qabıqlı) – 7-10, qoz ləpəsi 13-30, badam (qabıqlı) 6-8, badam ləpəsi 25-30, püstə 28-39, iydə və innab isə 8-10 manat civarındadır.
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Novruz bayramının atributu sayılan səməninin də qiyməti boyundan, formasından, bəzəyindən asılı olaraq dəyişir. Ən sadə səmənini 2-3, bər-bəzəkli, xonça üstündə “qız evi”nə aparılan, ay, ulduz, buta formalı qablardakı səməninin qiyməti isə 25-30 manatdır.

Təəssüfləndirici məqam odur ki, indi səmənini hazır şəkildə pul verib alırıq. Amma əvvəllər hər bir ocaqda evin xanımı özü “Səməni, saxla məni, ildə cücərdərəm səni” deyib, buğda göyərdərdi. İnsanlar inanardı ki, səməni yaxşı cücərsə, həmin il onlar üçün ruzili-bərəkətli, xeyirli-uğurlu il olacaq.

Novruz süfrəsinin bəzəyi plov

Plov isə bizim bütün bayramlarımızın, xoş günlərimizin əvəzsiz təamıdır. Bir qazan turşu-qovurmalı plov üçün ərzaqların qiymətləri də dodaq uçuqladır. İndi bazarlarda müştərilərə təqdim olunan 1 kq ət 15-17, 1 kq düyü 3-6, kərə yağı 10-20, şabalıd 8-12, rəng və növlərindən asılı olaraq albuxara 6-13, ərik qurusu 13-25, kişmiş 6-12 manatdır. Belə olduğu halda 4-5 nəfərlik bir ailə üçün plovun hazırlanmasına təxminən 37-54 manat vəsait lazımdır.
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Şəkərbura, paxlava bəzək verir xonçaya

Bayram xonçası şəkərburasız, paxlavasız olmaz. Gəlin 1 kq içlikdən hazırlanan (bu ölçüyə əsasən 60-80 şəkərbura hazırlamaq mümkündür) şəkərburanın orta qiymətini də hesablayaq. Təxminən 1 kq fındıq ləpəsi 13,50-30, şəkər tozu 1.60-2, un 1.20-2, 1 litr süd 2, 1 ədəd yumurta 0.16, kərə yağı 10-20 manatdır. Reseptə uyğun hesablasaq, evdə 1kq-lıq içlikdən bişirilən şəkərbura bizə təxminə 40-60 manata başa gəlir. 1 kq içlikdən hazırlanan paxlavaya da təxminən elə bu qədər pul xərcləməli olacağıq. Satışda isə şəkərburanın bir ədədi ölçü və “brend”indən asılı olaraq 0.80-1.50, paxlavanın isə 1 kq-ı 18-30 manat arası dəyişir. Burada həm də şəkərbura və paxlavanın içliyində hansı ləpədən (qoz və ya fındıq) istifadə olunması da böyük rol oynayır.
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Kasıb malı – şorqoğalı

Şəkərbura, paxlavaya baxanda şorqoğalı nisbətən ucuz başa gəlir. Çünki içliyi un və ədvalardan ibarətdir. Amma ona da kifayət qədər çox kərə yağı istifadə olunur. Bir kiloqram undan şor qoğalı hazırlamaq üçün bizə təqribən 20-25 manat lazımdır. Qeyd edim ki, satışda ölçüsündən və “brend”indən asılı olaraq şorqoğalının qiyməti 0.50-1.20 manat arası dəyişir.
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Minimum məbləğlə bayram bazarlığı

Bəs biz necə az pul xərcləyib, bayrama hazırlaşa bilərik? İqtisadçı Eldəniz Əmirov deyir ki, bu, həddindən artıq çətin sualdır: “İndiki qiymətlər çərçivəsində məhdud vəsaitlərlə bayram keçirmək üçün məsləhət vermək çox çətindir. İnsanların əlində bəlli – minimum miqdarda məbləğ, bazarda isə artan qiymətlər var. Amma bunu deyə bilərəm ki, bayram yarmarkalarında nisbətən ucuz qiymətlər olur. Bazarlarda günün sonuna doğru qiymətlər müəyyən qədər enir, alış-verişin azaldığı bir vaxtda nisbətən ucuz məhsullar tapmaq mümkündür. Məsləhətim budur ki, insanlar öz büdcələrinə uyğun, yəni çox da israfçılıq etmədən, minimal pul xərcləməklə bayram bazarlığı etsinlər. Ən vacib məhsulları almaq lazımdır. Bu isə hər ailənin ehtiyacına uyğun olaraq dəyişir”.
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Yarmarkalarda alverçi yox, fermer olmalıdır

İqtisadçı bayram yarmarkaları ilə bağlı da danışdı: “Sözün əsl mənasında kənar subyektlərin müdaxiləsi olmadan birbaşa fermerlərin özünün məhsullarını bazara çıxarmağa real şərait yaradılmalıdır. Yarmarkalar tək həftə sonları yox, bayram ərəfəsində 7-10 gün müddətində təşkil olunmalıdır. Elə bir mexanizm formalaşdırılmalıdır ki, yarmarkalarda məhsul satanlar, həqiqətən də, alverçilər yox, fermerlər olsun”.

Düşünəndə görürük ki, mövcud qiymətlərlə başa gələcək bayram bazarlığı orta statistik azərbaycanlı üçün əlverişli deyil. Amma yenə də Novruz yeni gün deməkdir. Yeni gün isə yeni sabah, yeni ümiddir. Ümidlərimizin bu bayram çin olması arzusu ilə...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tiflisdə parlament binası yaxınlığında mitinq keçirilir


“Qirçi” müxalifət partiyası Tiflisdə parlament binası yaxınlığında orduya məcburi çağırışa qarşı mitinq keçirir.

“Biz məcburi qarovulun (həbsxanalarda qarovul xidmətinin) ləğvini tələb edirik. Əgər həqiqətən orduda islahat aparmaq istəyiriksə, bu saxta islahatdan əl çəkməli, heç kimi zorla orduya gətirməməkdən, əsgərlərə normal məvacib verməkdən, onlara şərait yaratmaqdan başlamalıyıq”, - parlamentdəki “Qirçi” siyasi qrupunun rəhbəri İaqo Xviçia bildirib.

Aksiyada yüzlərlə insan iştirak edir, onların çoxu tələbələrdir. Parlamentin yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti açıqdır.

Aksiya dinc şəraitdə keçirilir.

Qeyd edək ki, cümə günü Müdafiə Nazirliyi parlamentin Gürcüstanın yeni Müdafiə Məcəlləsini nəzərdən keçirdiyi barədə bəyanat yayıb.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili orduya çağırış sisteminə yenidən baxılması zərurətini bəyan edib. Yeni qaydalara əsasən, xidmət 6, 8 və 11 ay müddətinə tətbiq ediləcək. 10 min lari (təxminən 3700 dollar) ödəməklə ildə bir dəfə ordudan möhlət almaq mümkün olacaq.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarabağ” darmadağın etdi, Musa liderliyə yüksəldi


Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Çempionatın lideri "Qarabağ” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Səbail”i sınağa çəkib.

Premyer Liqanın məğlubedilməz komandası "Qarabağ” uğurlu seriyasını bu matçda da davam etdirib. Ağdamlılar qarşılaşmanın taleyini birinci hissədə həll ediblər. 24-cü dəqiqədə Elvin Cəfərquliyev hesabı açıb. Bundan 10 dəqiqə sonra Musa Qurbanlı fərqlənərək, qollarının sayını 18-ə çatdırıb və bombardirlər yarışında birinci pilləyə yüksəlib.

Julio Romao 53-cü dəqiqədə cərimə meydanı həndəvərindən mükəmməl zərbə ilə toru silkələyib. Bu, həm də qarşılaşmada vurulan sonuncu qol olub və "Qarabağ” meydanı 3:0 hesablı qələbə ilə tərk edib.

Qalibiyyət sayəsində Qurban Qurbanovun kollektivi xal ehtiyatını 68-ə çatdırıb. Autsayder "Səbail” isə 17 xalda qalıb.

Qeyd edək ki, turun "Kəpəz” – "Zirə” və "Turan Tovuz” – "Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, "Sabah” "Sumqayıt”ı 4 cavabsız qolla üstələyib. Tura martın 12-də keçiriləcək "Şamaxı” – "Neftçi” matçı ilə yekun vurulacaq.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradıldı - SƏRƏNCAM


Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradılır.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“İdman sahəsində hökumətlərarası təşkilatları, idman hərəkatlarını, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və idman mütəxəssislərini bir araya toplayan UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransı (MINEPS) dünyada bədən tərbiyəsi və idman sahəsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur.

2022-ci il oktyabrın 28-də Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CIGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında Ev sahibliyi haqqında Saziş imzalanıb və Azərbaycan 2023-cü ildə keçiriləcək Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına (MINEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə ev sahibliyi etmək hüququ əldə edib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri:

Azərbaycan Respublikasının gənclər və idman naziri

Təşkilat Komitəsinin üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini;

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini;

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini;

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini;

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini;

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini;

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini;

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini;

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini;

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini;

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini;

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini;

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri;

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi;

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyasının Baş katibi;

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini;

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri;

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri;

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti;

Bakı Konqres Mərkəzinin direktoru.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sevda Şirinova vəfat edən rəisin yerinə onu təyin etdirdi - 6 ayda iki rəhbər dəyişib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinə yeni rəis təyin edilib.

DİA.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Bəhruz Məmmədov Kadr siyasəti Baş İdarəsinin Xidməti Vəsiqələrinin Verilməsi və Qeydiyyatı Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, sözügedən idarənin rəhbəri təyin olunub.

Qeyd edək ki, Bəhruz Məmmədovun bacısı Sevinc Məmmədova FHN-nin Tibb Xidmətində ümumi şöbənin rəis müavinidir. Bəhruz Məmmədov həmçinin Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın yaxın adamı hesab olunur.
Sevda Şirinova vəfat edən rəisin yerinə onu təyin etdirdi - 6 ayda iki rəhbər dəyişib

Sevda Şirinova

Xatırladaq ki, ötən ilin sentyabr ayında Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinin rəisi, polkovnik Elçin Mirzəxanov 55 yaşında qəfildən vəfat edib. Onun yerinə Teymur Rəhimov təyin edilsə də, sonradan müməmmalı səbəblərdən vəzifəsindən kəanrlaşdırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev: “Azərbaycan-Bolqarıstan strateji əməkdaşlığının əməli nəticələrini görürük”


“Sizi (Bolqarıstan Prezidenti Rumen Radev - red.) Bakıda görmək çox xoşdur. Ümid edirəm ki, Forumdakı iştirakınızdan məmnun olacaqsınız”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı Rumen Radev ilə videokonfrans formatında görüşündə bildirib.

X Qlobal Bakı Forumunda iştirak etmək üçün səfərinə görə Bolqarıstan Prezidentinə təşəkkür edən dövlətimizin başçısı deyib:

“Sizin şəxsi iştirakınız Qlobal Bakı Forumunun səviyyəsini yüksəldir və əlbəttə, əminəm ki, Siz bu beynəlxalq tədbirin potensialına mühüm töhfə verəcəksiniz. Həmçinin Sofiyadakı görüşlərimizi də məmnunluqla xatırlayıram - keçən il rəsmi səfərim zamanı və interkonnektorun açılışı mərasimində. O vaxtdan ötən dövrdə işlər uğurla irəliləyir və biz strateji əməkdaşlığımızın çox əməli nəticələrini görürük”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bulvar İdarəsi ilə əməkdaşları arasında XƏBƏRSİZLİK: Beş dəqiqə giriş etmək üçün niyə ödəniş tələb olunur?


Dənizkənarı Bulvar İdarəsi bulvara girişdə artıq pul alır.

Dənizkənarı bulvar daxilində yerləşən restoranlardan birinə getmək üçün idarə əməkdaşları iki manat pul tələb edirlər. Onlar üçün maşının oradan bir saata, 5-10 dəqiqəyə çıxmasının əhəmiyyəti yoxdur.

Əməkdaşlara taksi sürücüsünün müştərini düşürüb çıxacağı bildirilsə də, pul ödənilmədən əraziyə buraxmırlar. Əməkdaşlar deyirlər ki, bunun üçün idarə çek verir, vergi ödəyir. Yəni buna görə mütləq pul ödənilməlidir.

Qeyd edək ki, bir müddət öncə də bu məsələ gündəmə gəlmişdi. Dənizkənarı Bulvar İdarəsindən Oxu.Az-a açıqlama verilmişdi ki, əraziyə beş dəqiqəlik girib-çıxmaq üçün heç bir ödəniş tələb olunmur.

Hətta idarənin əməkdaşları tərəfindən bu cür münasibətin göstərilmədiyi bildirilmişdi. İdarə ilə əməkdaşları arasında heç bir əlaqə yoxdur: idarə tərəfindən mediaya açıqlama verilir ki, iki manat tələb edilmir. Əməkdaşlar isə deyirlər ki, idarə rəhbərliyi belə açıqlama veribsə, bizə özləri zəng edib bildirsinlər ki, maşının 5-10 dəqiqəlik əraziyə girməsi üçün vətəndaşdan pul almayaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirdə təhsil AĞLAR GÜNƏ QALIB... - "Nə qədər nöqsan var yazacağam..."

Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə şagirdlərdən məcburi qayda 6 manat pul yığılıb. Şagirdləri özəl kurslara məcburi imtahana göndərilir. Adlarının cəkilməməsini istəməyən şagirdlər təəccüblənir ki, biz bilmirik neçənci gün və hansı saatda hansı kursa imtahana getməliyik. Elm və Təhsil Nazirliyi, Kürdəmir rayon təhsil idarəsinin bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik". DİA.AZ bildirir ki, bu açıqlama ilə Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri, Bakı İnsan hüquqları klubunun idarə heyətinin üzvü Lətafət Məlikova çıxış edib.

Qeyd edək ki, Lətafət Məlikovanın bu iddiasından sonra onun təhsil sistemində çalışan yaxınlarına, konkret olaraq bacısına təzyiqlərin edildiyini də bildirib. Lətafət Məlikova deyir:

"Sizə xəbərdarlıq edirəm.
Nə qədər nöqsan var yazacağam.
Məktəbin ucan binasından yazıram bacımı cağırırlar.
Məktəblərdə yığılan rüşvətdən yazıram,bacımı dərsdən cıxarıb təziq edirlər.
Ondan tələb edirlər statusumu silim.
Ömründə bir hədiyyə , bir dəstə gül almayan,yüksək səviyyədə dərs kecən bacımın həmin məmurlara bir sözü var." Mənim bacım müstəqildir, azaddır."
.
Məktəblər haqqında yazdığım statuslarımı məktəbin və rayonun qiymətləndirmədə yüksək bal yığan müəllim bacıma dəxli yoxdur.
Bacımı müəllimlərə tərifnamə , medal verəndə, dərs bölgüsü olanda axtarın. Axı o əsl müəllimdir...."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?