[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cavid Qurbanovun kadrı haqqında ilginc iddialar... - NARAZILIQ VAR!


Kəlbəcərli 3 uşaq anası 4 aydır diri olduğunu sübut edə bilmir, icra başçısı onu “öldürüb”… Kəlbəcərin icra başçısı Azər Qocayev barəsində rast gəldiyim bir xəbər düzü mənə maraqlı yumor təsiri bağışladı.
Onu da qeyd edim ki, yüz illər boyu böyük fikir adamları bəzən problemlərə ciddi prizmadan deyil, yumor, satira, hətta ironiya, sarkazm tərəfdən yanaşıblar. Bəli, Kəlbəcərin icra başçısı öz işi ilə məşğul olmaq əvəzinə İDMAN-a güc verib, əzələlərini şişitrməklə məşğuldur. Hətta cavan icra başçısı şikayətçilərə də hərdən yumruq atır-filan...
Deməli, Kəlbəcər camaatı yazır ki, İcra başçısı Azər Qocayev kabinetdə idman etməklə, trenajorla məşq etməklə kifayətlənməyib, hələ üstəlik....
Bəli, xəbərə görə, Azər Qocayev yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsindəki villasının alt mərtəbəsini “trenajor zalı”na çevirib. İddiaya görə, icra başçısı işə getməmişdən əvvəl hər səhər dayanmadan idman edir, hərdən lap dərinə gedir... İcra başçısı bu hərərkrətləri ilə deyəsən cammatı qorxuzmaq istəyir.
Sözün qısası, icra başçısı hər yerdə deyir ki, “Sağlam bədəndə sağlam ruh olar"...
Birinci ondan başlayaq ki, Azər Qocayev böyük səhvə yol verir. Niyə..? Çünki hər sağlam bədəndə sağlam ruh olsaydı, onda danalar, öküzlər və s ən sağlam ruha sahib olardılar, ay Qocayev. Əslində məsələ belədir: Sağlam ruh sağlam bədəndə olur, Azər müəllim. Kəlbəcərlilərin dediyinə görə, yuxarıdan Azər Qocayevə baramaçılığın inkişafı ilə bağlı tapşırıq gələndə, o, yaxınlarından soruşub ki, barama nədir..? Bu bilirsiniz nəyə bənzədi..? Bir dağ adamından soruşurlar ki, HAMAM görmüsən, cavab verir ki, həə, 2 kilo da yemişəm... İndi Azər Qocayevi qınamayın ee....Sumqayıtda doğulmuş, orada böyümüş, güc-bəlal İlə Sumqayıt universitetinin “mantyor” fakültəsini bitirmiş, ömründə rayona, kəndə ayağı dəyməyən Azər Qocayev nə bilsin ki, barama, yaxud ipək qurdu nədir..? Vaxtilə bir lətifə var idi. Şəhər adamını rayona rəhbər göndərirlər. Ferma müdirindən soruşur ki, bu nədir, deyir inəkdir, bu nədir, deyir kələdir. Təzə rayon rəhbəri soruşur ki, kələ nə üçündür...Yazıq ferma müdiri utana-utana izah edir...Rayonun təzə böyüyü gülə-gülə deyir ki, ta denən inəyin əridi də...
İndi bizi qınamayın Azər Qocayev kimi yeni kadrlar nə bilir barama nədir. Ona görə də Azər Qocayev bütün günü idmanla məşğul olur...
Gəlin, Azər Qocayevin avtobioqrafiyasına nəzər salaq. Qocayev Azər Bəhlul oğlu - 07.09.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 2009-cu ildə “Sumqayıtelektrikşəbəkə” ASC-də nəzarətçi kimi başlayıb. 2010-2017-ci illər ərzində “Azərenerji” ASC-nin “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2017-2020-ci illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb. Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Fikir verdinizmi, bu adam ömründə 1-cə gün də idarəetmə işində çalışmayıb, kiçik bir kollektivi idarə etməyib. Bəs Kəlbəcər boyda 100 minlik rayonu bu adam necə idarə edəcək..?
Nə isə qayıdaq Azər Qocayevin əməllərinə. Bu adam kresloya oturan kimi korrupsiya maşınını işə salıb. Belə ki, mediada yazılanlardan bəlli olur ki, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb.
Bəli, cavan icra başçısı Azər Qocayev vəzifəsindən sui-istifadə etməklə rayonun Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məmmədovun vasitəçiliyilə məktəb direktorlarından rüşvət tələb edərək alıb.
Bunu biz demirik aaa, bütün mətbuat yazır.
İcra başşçısı Kəlbəcər RTŞ-nin tabeliyindəki 5, 9, 10, 11, 22, 55, 98, 109, 115 saylı və digər məktəb direktorlarının hər birindən 500 manat rüşvət alması məktəb direktorlarının izahatlarında və digər sübutlarla öz əksini tapıb. Hələ bu harasıdır..?
Mediada yazılanlardan bəlli olur ki, Azər Qocayev bir müddət əvvəl Kəlbəcər İH-nə məxsus ianə fondunu ləğv edib. İddia edilir ki, buna səbəb həmin fonda yığılan küllü miqdarda maddi vəsaitin məhz Azər Qocayev tərəfindən qeyri- səmərəli şəkildə xərclənərək talanması, pulların mənimsənilməsidir. İddia edilir ki, həmin fakt üzrə də prokurorluqda ciddi araşdırmalar aparılır. Hələ bu harasıdır…? Azər Qocayev sağ adamı ölü çıxarır.
Bəli, Kəlbəcər sakini Alışanova Lətafət Asif qızı deyir ki, aldığı təqaüdün qəflətən kəsilməsindən narahat olaraq Gəncədə yerləşən DSMF-yə müraciət edib, orada ona deyiblər ki, SƏN ÖLMÜSƏN, ona görə də DİRİ olduğunu sübut etməlisən.
Yəni DİRİ olduğunu sübut etmək üçün mütləq polisin 102 xidmətinə zəng etməli, ASAN xidmətə gedib qan analizi verməlisən və sübut etməlisən ki, həqiqətən dirisən. Yazıq 3 uşaq anası olan Lətafət xanım indi qalıb yollarda. Uzun get-gəllərdən sonra binəva xanıma məlum olub ki, kəndin icra nümayəndəsi Ələkbər Ələsovla icra başçısı Azər Qocayev əlbir olaraq binəvanı “öldürüblər” və müavinətini həzm-rabedən keçiriblər. Vallah hər şey eşitmişdik, amma beləsini ilk dəfədir eşidirik. Bu da gənc icra başçısı.
Redaksiyamıza daxil olan məlumata görə, Hesablama Palatası icra başçısı Azər Qocayevin 3 illik fəaliiyəti ilə bağlı ciddi yoxlama aparıb və… Yaxın zamanda Azər Qocayev yola salınacaq. Hara..? Onu yaxın zamanda biləcəyik.
P.S. Mən uşaq olarkən, Sumqayıtda qohum evində oturmuşdum. Birdən qohumlardan biri gəldiki filan qohumun bacısı Gülnarı qaçırdıblar. Evdə hamı bir-birinə dəydi. Sonradan ağbirçək və ağsaqallar bir araya gələrək, maraqlı söhbət etdilər. Həmin söhbətdən bəzi xatırlatmaları növbəti sayımızda sizinlə bölüşəcəyik. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AZƏRİQAZ VƏTƏNDAŞLARI BELƏ NARAZI SALIR… – ŞİKAYƏTLƏR

Azəriqaz göstərdiyi xidmətlə vətəndaşları narazı salmaqda davam edir. Qazın təzyiqinin az olmasından tutmuş, abunəçiyə xəbərdarlıq etmədən sayğacını dəyişmək kimi problemlər yaradan İctimai Birliklə bağlı şikayətlər tükənmir.

Tribunainfo.az xəbər verir ki, Azəriqazın özbaşınalığından təngə gələn “Milli Fikir Mərkəzi”nin sədri Şəhriyar Məcidzadə üzləşdiyi problemlə bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, Azəriqaz əməkdaşları ona heç bir məlumat vermədən və akt tərtib etmədən sayğacını dəyişib, qazı kəsib gediblər:

“Bir dəfə yaşadığım ünvanda qaz sayğacının müqaviləsini yeniləmədən gəlib qaz sayğacını kartlı sayğaca dəyişmişdilər. Qonşu xəbər elədi ki, sayğacdan qaz buraxır. Zəng elədim, şikayət elədim ki, mənimlə müqaviləni yeniləməmisiniz. Akt tərtib edib təhvil-təslim etməmisiniz. Hələ üstəlik də quraşdırdığınız sayğacdan qaz buraxır. İndi isə gəlib gizlincə, mənə xəbər etmədən, müqaviləni dəyişmədən yenə təhvil-təslim aktı tərtib etmədən növbəti dəfə sayğacı dəyişib kartla olmayan sayğac quraşdırıblar.

Yığışın bir yolluq müzakirə edin qərar verin ki, mənim yaşadığım evin sayğacı kartla olacaq yoxsa kartsız? Lazımdırsa xarici ekspertlərə müraciət edin, parlamentdə müzakirəyə çıxarın, amma bir qərar verin.
Sayğacı aktsız filansız dəyişmək bir tərəfə, qazı da kəsib gediblər. Zəng edib qaynar xəttə şikayət edirəm ki, niyə belə etmisiniz? Cavab verirlər ki, bəzən abonentlər evdə olmurlar. İndi bu müqavilənin yenilənməsinə, təhvil-təslim aktının tərtib edilməməsinə haqq qazandırır? Nə deməkdir bu? Oturduqları yerə, tutduqları vəzifəyə hörmət etmirlər. Niyə etsinlər ki, milyonlar dönür. Vaxt var təhvil təslim aktı tərtib etməyə? Vaxt var borc qəbzi təqdim etməyə? Belə lazımsız şeylərə niyə vaxt sərf etsinlər?
Əgər Azəriqaz dövlət qurumudursa, o, dövlətin qoyduğu qanunlarla idarə olunursa abonentlə müqavilə bağlanmalı, sayğac dəyişilirsə akt tərtib edilməlidi. Qaz kəsilmədən borc qəbzi təqdim edilməlidi. Təqdim edilmirsə, deməli, bu qurum dövlətin müəyyən etdiyi qaydalarla yox özündən çıxardığı hansısa ənənələr, anlayışlarla fəaliyyətini tənzimləyir”.

Azəriqaz İB-dən şikayətçi olan vətəndaş Aytac Atakişiyeva da problemini sosial şəbəkədə paylaşıb. O bildirib ki, uzun müddətdir qazın aşağı təzyiqlə verilməsindən əziyyət çəkirlər:

“Qazın təzyiqi yoxdur, üzr istəyirəm, hamamda çimmək də olmur heç. Onsuz da təzyiqi olmayan qazı axşam saat 5-6-dan sonra daha da azaldırlar. Bir damcı günəş görən kimi qazın təzyiqini azaltmayın, onsuz da pulunu ödəyib işlədirik. Bu qədər də olmaz axı. Qaynar xəttə yığanda da hamısı eyni sözü deyir, “şikayətinizi yönləndirdik”, amma hara, kimə yönəldiblərsə 2 həftədir heç bir nəticə yoxdur”. //Tribunainfo.az//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muxtar Babayev meşə fondunun torpaqlarını Qubada kimlərə peşkəş edib - İTTİHAM VAR!


“Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır.”
Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
“Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir.- deyə Prezident vurğulayıb.- Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar,dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz.
Prezidentin sözlərinə görə, siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır: “Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə məmurları işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”.

Xatırlatmaq istərdik ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin regionlarda yol verdiyi özbaşınalıqlardan bəhs edən araşdırma yazı vermişdik. Burada söhbət Quba meşəbəyliyinin 96 və 97 -ci kvartalında yerləşən 30 ha meşə sahəsinin 2020-ci ildə 49 illik icarə müqaviləsi adı altında nazir Muxtar Babayevin kürəkəni Elçinə şəxsən “hədiyyə” etməsindən gedirdi. İctimaiyyətə məlumat kimi təqdim etdiyimiz məqalədən sonra bizimlə əlaqə saxlayan rayon sakinləri məsləni xırda detallarına qədər açıqladılar. Rayonda olan nümayəndəmiz də faktı yerində bir daha təsdiq etdi.
Beləliklə, məlum oldu ki, ETSN Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin balansında olan və Quba meşəbəyliyinin 96 və 97-ci kvartallarında, Sudax kəndi yaxınlığında yerləşən sıx meşə fondunun 210 ha- torpaq sahəsi ayrı-ayrı işbazlara bağ salmaq ( gilas, alma armud) adı altında qanunsuz olaraq 2020-ci ildə icarə müqaviləsi bağlayaraq pul qarşılığında satilmışdır. Həmin 210 ha-ın 30 ha-nı isə cənab nazir Quba rayonunda yaşayan bacısının kürəkəni Elçinə, 30 ha-nı isə dostu və özünü nazirin əmisi oğlu kimi ictimaiyyətə sırımağa çalışan ETSN Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru olmuş Fizuli Babayevin Azərbaycan Beynəlxalq Bankın Quba filialında şöbə müdiri vəzifəsində işləyən Murad adlı kürəkəninə peşkəş etmişdir. Qalan meşə sahəsinin 150 ha isə ayrı-ayrı pullu və imkanlı yerli biznesmenlərə pulla icarəyə verilmişdir. Məsələn, imkanlı şəxs olan Ərəbov Manafa 15 ha meşə təhvil verilmişdir ki, bu adam da icarə müqaviləsi bağlamağına baxmayaraq həmin ərazidə qanunsuz soyuducu və anbarlar inşa etdirmişdir. Xatırladaq ki, 210 ha meşə fondu Quba-Xudat yolunun sol tərəfində, Qusarçayı keçdikdən sonra, asfalt zavodun yaxınlığında yerləşən hissəsinin yol kənarından Fizuli Babayev üçün də 3 ha sahə ayrılmışdır. F.Babayev şosse yolun kənarında yerləşən həmin ərazidəki bütün meşə cinsli ağacları kökündən çıxarıb təmizlətmiş, əvəzində heç bir ağac əkməmişdir. Hazırda həmin 3 ha ərazini 100 min manata satışa çıxarmışdır. Yəni, kimin pulu varsa, F.Babayevi görüb dövlətin torpağını ala bilər. Meşə fondunun digər böyük ərazisi də uzun müddət Quba Regional Vergilər İdarəsində vəzifədə işləmiş Şöhrət müəllim tərərəfindən icarəyə götürülmüşdür. Məlumatlı mənbənin verdiyi açıqlamalardan məlum olur ki, sözügedən 210 ha meşə fondu torpağının təxminən 3/2 hissəsi sıx formada qorunaraq saxlanılmış palıd, vələs, qovaq, zoğal, və s. qiymətli meşə cinsli ağaclardan ibarət olmuşdur. Qalan 70 ha ərazidə isə ETSN tərəfindən qoz bağı və tinglik ağaclar salınmışdır. 10 ildən çoxdur ki, bu bağın saxlanması- suvarılması, kultivasiya işləri, mühafizəsi və s. üçün dövlət büdcəsindən hər il üçün 110 min manat vəsait ayrılıb xərclənmişdir. Və çox təəssüflər olsun ki, bu qədər maya dəyəri qoyulmuş on hektarlarla qoz bağı və tinglik sahə bir andaca ağır texnikanın köməkliyi sayəsindən kürünərək məhv edilmişdir. Eləcə də yabanı sıx meşə ağaclarının hamısı ( iri diametrli qovaq və palıd ağacları da daxil) yer üzündən silinmişdir. Əvəzində isə naziri və dostu F.Babayevin kürəkənlərinin hər birinə 30 ha olmaqla, qalanları da pullu adamlara satılmaqla geniş gilas, armud, ərik, armud bağları salınmışdır. Və maraqlısı budur ki, icarəyə götürülən bu yerlədən məhsul götürüb satan işbazlar dövlət büdcəsinə bir qəpik də olsa ödəniş etmirlər. Elə nazirin kürəkəni Elçin də daxil olmaqla. Sanki, nazir dövlətin deyil, öz dədsinin meşəsi kimi bu torpaqları “hədiyyə” edibmiş.

Bəs qanunvericilikdə nə deyilir?

Torpaq sahələri bütövlüklə Dövlət Əmlak Komitəsinin balansındadır. Meşə fondu torpaqları isə Dövlət Əmlak Komitəsinə aid olmadığından icarəyə verilə bilməz.
Meşə fondları torpaqlarının icarəyə verilməsi” haqqında AR Prezidentinin 2016-cı ildə qəbul etdiyi Sərəncamda isə göstərilir ki, “Meşə fondu torpaqlarının yalnız açıq sahələri uzunmüddətli icarəyə verilə bilər.” Yəni, yalnız seyrək kol kosdan ibarət olan meşə fondlarının icarəyə verilməsindən söhbət gedə bilər. Amma nazir Muxtar Babayev 2019-cu ildən Şəkidə Göynük meşəbəylində icarəyə vermiş 1500 ha, 1361 ha isə Layısqı meşəbəyliyi ərazisindən, Oğuz rayonun Daşağıl meşəbəyliyində icarəyə vermiş 840 ha sıx meşə ərazisinin Qəbələdə verdiyi və icarə müqaviləsi baş tutmayan 1300 ha çoxu yeniyetmə ağclardan ibarət sıx meşəliyi hüquqi və fiziki şəxslərə verməklə Prezidentin tapşırıq və göstərişlərinə qarşı qanunsuz hərəkətlərə yol vermişdir. Milli təbii sərvətlərimiz maddi maraqların təmin olunması qarşılığında buldozerlərin altında birdəfəlik məhv edilmişdir. Bir sözlə, ETSN rəhbərinin birbaşa qanunsuz göstərişi sayəsində Azərbaycanın son min illik tarixində görünməmiş ekoloji terror törədilmişdir. 2019 və 2020-ci illərdə Regional Meşə Təsərrüfatı Mərkəzlərində hüquqi və fiziki şəxslərlə bağlanan müqavilələrin 1-ci səhifəsində Ekologiya Nazirliyinin möhürü ilə icarə müqaviləsi öz təsdiqini tapmışdır. Bu da o anlama gəlir ki, nazir Muxtar Babayevin birbaşa göstərişləri əsasında Azərbaycanın müxtəlif regionlarında minlərlə ha sıx meşə fondu kürünərək məhv edilmiş, ekoloji cinayətlər törədilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, ötən il yaydığımız araşdırma yazısı hal hazırda Baş Prokurorluğun göstərişinə əsasən aidiyyatı üzrə araşdırılmaqdadır. Araşdırmanın nəticələri barədə dəyərli oxucularımıza əlavə məlumatlar veriləcəkdir.

Aktualinfo.org-un araşdırma qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"`Bizim Ev` MTK bizim evlərə GÖZ DİKİB" - Sakinlər ÇARƏSİZ DURUMDA


Birincisi, ondan başlayaq ki, yüksək mərtəbəli binalar tikən Mənzil Tikinti Kooperativləri ( MTK ) tikintiyə icazə almaq üçün bəzi icra hakimiyyətlərinə və bəzi qurumlara külli miqdarda rüşvət verirlər.
İkincisi, məmurla sövdələşən MTK rəhbəri binanın tikiləcəyi ərazidə yaşıllıqları məhv edir və şəhərin ekologiyasına dəhşətli ziyan vurur. Bu təzə problem deyil.
Hələ illər öncə, daha doğrusu, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev cənabları keçirdiyi müşavirələrin birində bu məsələyə çox kəskin münasibət bildirmişdir: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Vaxtilə Bakıda ağaclar yox idi. Rus yazıçısı Maksim Qorkinin sözlərini yada salın, Bakıda 2-3 ağac gördüm. Bakıxanov, Badamdart qəsəbələrində, Xalqlar dostluğu parkında nə boyda əziyyətin hesabına yaşıllıqlar saldıq, becərdik. Bunu xalq üçün, millət üçün, Bakının iqlimi üçün edirdik. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”. Açıq deməliyik ki, bu məsələdə MTK rəhbərləri ilə yanaşı icra başçılarının, memarların da günahı var.
Digər problem odur ki, binalar tikib milyonlar qazanan MTK rəhbərləri təkcə yaşıllıqları məhv etmir, həm də ətrafda yaşayan sakinlər üçün dözülməz mühit yaradırlar. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev dəfələrlə göstəriş verib ki, məhəllə daxili ərazilərdə tikinti aparmayın. Prezidentin tapşırığına baxmayaraq MTK sahibləri məhəllədaxili ərazilərdə tikinti aparır, az qala sakinlərin ağzının içinə girirlər. Həmin tikintilər məhəllə sakinləri və ərazidə oynayan uşaqlar üçün ciddi təhlükə yaradırlar.
Bütün bunlar azmış kimi binaların tikintisi zamanı səs-küydən sakinlər öz evlərində rahat otura bilmirlər. Məlumdur ki, qaydaya görə, bina tikən MTK rəhbərinə yeni binanın ətrafında 100-dən artıq ağacın əkilməsi tapşırılır. Ağac əkmək, onları kəsənlərin başlarına dəysin, olan yaşıllığı məhv etməsinlər.
Belə MTK-lardan biri də “Bizim Ev” MTK-dır. Yeri gəlmişkən, MTK-ların yaşıllıqlara ən çox qənim kəsildiyi rayonlar Yasamal və Nəsimi rayonlarıdır.
Bəli, “Bizim Ev” MTK da neçə vaxtdır ki, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində tikinti aparır. Tikinti vaxtilə məşhur olan “Məhsul” stadionunun soyunub-geyinmə zalını da zəbt edib. Bizim Ev MTK təkcə stadionun ərazisini deyil ee, məhəllədaxili əraziləri zəbt edib, vətəndaşların istirahət yeri, uşaqların əyləncə məkanı tikinti meydançasına, poliqona çevrilib. Onlar voleybol meydançasını zəbt ediblər. Bircə onu deyək ki, həmin ərazinin tikintidən əvvəlki fotolarına baxan olsa, dəhşətə gələr.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, “Bizim Ev” MTK küləkli havada sakinlərin başına beton, qum, çınqıl ələyir, sakinlər SƏS-KÜYDƏN nevroz həddinə çatıblar…
Görəsən, FHN, Yasamal icra hakimiyyəti bu boyda qanunsuzluqları görmür..?
Tikintinin getdiyi məhəllənin sakinləri haralara, hansı dövlət qurumlarına şikayət etməyiblər..? Qanunsuz tiknti nəticəsində ətrafda yaşayan sakinlərin evlərinə də ziyan dəyib, bu 100 minlərlə ziyanı kim ödəyəcək..?
Onu da qeyd edək ki, yeni tikilən binanın pəncərələrindən məhəllə sakinlərinin evlərinin içi görünür. Bu dözülməz haldır. “Bizim Ev” MTK-nın sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilir. Hətta qeyd etdiyimiz ərazidə tikilən binaya Əsabil Qasımovun qardaşı oğlu Elvin Qasımovun nəzarət etdiyi də bəllidir. Allah belə nəzarəti kəssin. Hələ bu harasıdır..?
Özünü İmişli Mürşüd adlandıran birisi, dünənə qədər rayonda dana otarırdı. İndi gəlib Bakıda tikinti biznesi ilə məşğul olur və şikayət edən sakinlərə deyir ki, mənim qabağımda kimsə dayana bilməz. Sakinlər son ümid yeri kimi cənab Prezidentdən kömək istəyirlər. Bütün bunlar öz yerində. Bəs...? Bəs, bu ölkənin Ekologiya Nazirliyi, FHN, Baki ŞİH, Yasamal RİH, Şəhərsalma və Arxitektura Komitəsi, Hüquq Mühafizə Orqanları hara baxır ? Bəs nəyə nəzarət edirsiniz, cənablar..?
P.S. Yasamal rayonu Zərdabi küçəsi "Bizim Ev" MTK-nın yerləşdiyi ünvana bir Ali qonaq gəlsə hər an təhlükə mənbəyi olan bu binanın tikintisinə icazə verən şəxslər görəsən vəzifələrini qoruya biləcəkmi? //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəray Gəraybəylinin rektoru olduğu ATU-da nə baş verir? - Bu klinikanın direktoru istefa verdi


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Novruz oğlu Musayev vəzifəsindən istefa verib.

DİA.AZ bildirir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, universitetin rektoru Gəray Gəraybəyli artıq Surxay Musayevin istefasını qəbul edib.

Əldə etdiyimiz digər məlumata görə, 2020-ci ilin 26 martında bu vəzifəyə təyin olunan Surxay Musayevin istefa verməsinin səbəbi aylardır tibb işçilərinə əmək haqlarının verilməməsidir. Hazırda həkim kimi klinikada fəaliyyətini davam etdirən professor və ATU rəhbərliyi tibb işçilərinin əmək haqlarının ödənilməsi üçün çıxış yolu axtarırlar.

Səhiyyə sistemində aparılan islahatlar görünür Azərbaycan Tibb Universitetinə və onun nəzdindəki təşkilatlara hələ də çatmayıb. Dövlət vəsaiti hesabına tikilərək 2010-cu ildə istifadəyə verilən, ümumi sahəsi 25 min kvadratmetr olan 14 mərtəbəli, 400 çarpayılıq stasionar və məsləhət-diaqnostika şöbələrinə malik klinikada hər gün 400 xəstənin stasionar, 300-350 nəfərin isə ambulator qaydada müalicəsi nəzərdə tutulub. Buna baxmayaraq, hələ də dövlətin vəsaiti hesabına qorunub-saxlanılan kilinika müəmmalı səbəblərdən xəstə tapa bilmir. Nəticədə aylardır tibb işçilərinin əmək haqlarının verilməsində problemlər yaşanır.

Qeyd edək ki, Tədris Terapevtik Klinikasının işçiləri maaşlarının verilməməsindən şikayət edib. ATU-nun bir qrup əməkdaşı hüquqlarının pozulduğunu iddia edir. İşçilər uzun zamandır maaşlarını ala bilmədiklərini və təhdid edilərək öz hesablarına məzuniyyətə göndərildiklərini qeyd ediblər. "Maaş almağımız üçün xəstəyə ehtiyacımız var”, deyə tibb işçisi bildirib.

Məsələ barədə ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova oxu.az-a açıqlamasında bildirib ki, ötən gün universitetin rektoru, professor Gəray Gəraybəyli və prorektorların iştirakı ilə şikayətçilərlə görüş olub: "Görüşün nəticəsində Elmi Şura keçirildi və xüsusi bir vəziyyət olaraq, qərar qəbul olundu ki, işçilərin ikiaylıq maaşı universitetin büdcəsindən ödənilsin. Bu gün onlar maaşlarını alacaqlar”.

O bildirib ki, Tədris Terapevtik Klinikasının kommunal xərcləri də ödəniləcək: "Şikayətçilərin digər şikayət etdikləri məsələlərlə bağlı araşdırma aparılır”.

Onu da qeyd edək ki, ATU-da edilən təyinatlar da bir neçə aydır söz-söhbətlərə səbəb olur. Belə ki, cəmi 4 ay əvvəl Türkiyənin Adnan Menderes Universitetinin dosenti Mücahit Avcil ATU-nun Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunub. Türkiyə mətbuatında yeni direktorun keçmiş fəaliyyətindən narazılığı əks etdirən xeyli məqaləyə rast gəlinir. "Sözcü” qəzetində isə Mücahit Avcilin baş həkim olduğu bir ildə əhalinin xəstəxanadan şikayətlərinin həddən artıq çoxaldığı qeyd olunur. Xüsusən poliklinika şöbəsində həkimlərin tapılmadığı vurğulanıb.

Adı müxtəlif qalmaqallarda hallanan Mücahit Avcilin Tədris Cərrahiyyə Klinikasına direktor təyin edilməsi də müəyyən şübhələr doğurur.

Xatırladaq ki, 25 mart 2023-cü ildə "ATU-nun prorektorunun iki oğlu da yanında işləyir - Qanun buna icazə verirmi?” başlığı ilə yazı da dərc etmişdik. Belə ki, ATU tədris və müalicə işləri üzrə prorektoru Əliyev Sabir Cahan oğlunun çox sayda qohum-əqrabası, ona yaxınlığı ilə seçilən şəxslər də bu ali təhsil ocağında çalışır. Bu azmış kimi, Sabiq Əliyevin iki oğlu da - Samir Əliyev və Orxan Əliyev də ATU-da fəaliyyət göstərir.

Əldə etdiyimiz digər məlumata görə, universitetin rektoru Gəray Gəraybəyli başda olmaqla ATU rəhbərliyində təmsil olunan digər şəxslərin də yaxınları müxtəlif vəzifələrdə çalışırlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu qədər bahaçılığın qabağında da AZAL-a DOTASİYA AYRILIR... - ekspertdən REAKSİYA


"AZAL dövlət şirkətidir. Ordan gələn gəlir də dövlətin mənfəəti sayılır".

DİA.AZ "Kommersant.az"a istinadla xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı Akif Nəsirli dövlətin hava nəqliyyatına ayırdığı dotasiya haqqında danışarkən deyib. Ekspert bildirib ki, AZAL-ın gəlirləri kifayət qədərdir, amma mənimsənilir:

"AZAL-ın gəlirləri kifayət qədərdir. Lakin gəlirlər də korrupsiyaya məruz qalır. Bu, ölkənin yüksək səviyyəli məmurlarının qatıldığı korrupsiya əməliyyatlarıdır. Buna görə də həmin məmurlar AZAL-a təkrar dotasiyanın ayrılmasını təmin edirlər. Bir qrup məmur tərəfindən gəlirlər mənimsənilir, əvəzində dövlətdən AZAL-a dotasiya ayrılması təmin olunur".

Qeyd edək ki, yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə 1 milyon 882,6 min və ya 2021-ci ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, daşımaların 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Kristal Abşeron"un tikdiyi binanın təməlində yaranan oyuğa betonu kim vurur? - FOTOLAR


“Qobu-PARK”-da yaşayış binasının təməlində çökmələr baş verir. Hansısa qurumlar yaranan oyuqlara beton vurmaqla məşğuldur.

Türkiyədə baş verən dəhşətli zəlzələ Azərbaycanda tikilən binaların keyfiyyəti məsələsini yenidən gündəmə gətirdi. Vətəndaşlarımız sosial şəbəkələrdə müzakirələr apararaq sakini binaların keyfiyyəti məsələsini sorğuya çəkirlər. Türkiyədə baş verən zəlzələnin vurduğu ziyan çoxaldıqca, həlak olan insanların sayı artdıqca hər gün vətəndaşlarımız da təlaş keçirirlər. Bəlkə də insanlarda yaranan bu təlaşın, narahatlığın nəticəsidir ki, fevral ayının 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov APA.TV-yə müsahibə verərək ölkədə tikinti keyfiyyətinin çox yüksək səviyyədə və baş verə biləcək istənilən zəlzələyə davamlı olduğunu bildirdi. Tikinti sahəsinə cavabdeh olan dövlət rəsmisinin uyğun zamanda belə fikirlər səsləndirməsi ictimaiyyət arasında yaranan söz-söhbətə müəyyən qədər son qoydu.

Doğrudanmı Bakıda tikilən yaşayış binalarının hamısı keyfiyyətli, baş verə biləcək zəlzələlərə davamlıdır?

Müşahidələr və ekspertlərin açıqlamaları onu göstərir ki, Bakı və digər şəhərlərdə xeyli sayda qəzalı vəziyyətdə olan binalar var. Qəza vəziyyətində olan bu binaların böyük əksəriyyəti sovet dönəmində inşa edilib. Lakin son illər Bakıda inşa edilən binaların da arasında xeyli sayda qəzalı binalar var.

Qlobal.az xəbər verir ki, belə qəzalı binalardan biri də Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu-PARK 1” yaşayış kompleksində 4 və 8 saylı binalardır.

Bu binaların təməlində problem yarandığı və buna görə də binaların əyildiyi bildirilir.

Dəfələrlə mövcud problemlə bağlı mediada çoxsaylı yazılar dərc edilib.

Bu yazılardan sonra ötən ilin oktyabr ayında 8 saylı binanın təməl hissəsinə 35 kub metrədək beton töküldü.

Lakin aradan 4-5 ay keçməsinə baxmayaraq, binanın təməl hissəsində yenidən problem yarandığı bildirilir.

Məlumata görə cari ilin fevral ayının birinci ongünlüyündə yenidən 8 saylı binanın təməl hissəsində yaranan oyuqlara beton vurulub.

Lakin sakinlər binada yaranan problemin aradan qaldırılması istiqamətində görülən işlərin yetərli olmadığını, bir müddətdən sonra eyni problemin təkrarlanacağını bildirirlər.

Qeyd edək ki, “Qobu-Park 1” Yaşayış kompleksinin podrat işlərini “Kristal Abşeron” MTK həyata keçirib.

Məsələ ilə əlaqədar Qaradağ rayon İcra Hakimiyyətindən və “Kristal Abşeron”-dan münasibət öyrənə bilmədik. //QLOBAL.AZ//
"Kristal Abşeron"un tikdiyi binanın təməlində yaranan oyuğa betonu kim vurur? - FOTOLAR
"Kristal Abşeron"un tikdiyi binanın təməlində yaranan oyuğa betonu kim vurur? - FOTOLAR
"Kristal Abşeron"un tikdiyi binanın təməlində yaranan oyuğa betonu kim vurur? - FOTOLAR
"Kristal Abşeron"un tikdiyi binanın təməlində yaranan oyuğa betonu kim vurur? - FOTOLAR
"Kristal Abşeron"un tikdiyi binanın təməlində yaranan oyuğa betonu kim vurur? - FOTOLAR
"Kristal Abşeron"un tikdiyi binanın təməlində yaranan oyuğa betonu kim vurur? - FOTOLAR
"Kristal Abşeron"un tikdiyi binanın təməlində yaranan oyuğa betonu kim vurur? - FOTOLAR
"Kristal Abşeron"un tikdiyi binanın təməlində yaranan oyuğa betonu kim vurur? - FOTOLAR
"Kristal Abşeron"un tikdiyi binanın təməlində yaranan oyuğa betonu kim vurur? - FOTOLAR
"Kristal Abşeron"un tikdiyi binanın təməlində yaranan oyuğa betonu kim vurur? - FOTOLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rafiq Aslanovun oğlundan BU QƏDƏR PUL HARDANDIR? - İcazə verin, şübhələnək


Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanovun oğullarının İngiltərə vətəndaşı olması və orada 10 milyonlarla əmlaka, bahalı avtomobillərə və biznesə sahib olması barədə 2 gün öncə ölkə mətbuatında məlumat yayılıb. İlk öncə Rafiq Aslanovun özü və bu on milyonların mənbəyi haqqında qısaca məlumat verək.
Deməli, illər öncə Azərbaycanı suvarma suyu ilə təmin etmək üçün Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi sonra isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi var idi. Rafiq Aslanov həmin qurumlarda İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb.
İndi gördünüzmü, meliorasiya ilə bağlı qurumun əsas FİQURU Rafiq Aslanov olub. Yəni maliyyə, iqtisad, əmək haqqı məsələsi bu adama baxıb. 2006-cı ildə qurumun adı dəyişdirilərək Azərbaycan Hidromelioreasiya və Su Təsərrüfatı ASC oldu. Yəni daha müstəqil qurum oldu, heç kimə tabe olmadı. O vaxtdan Rafiq Aslanov ASC-nin sədr müavinidir və bu gün də həmin vəzifədədir. Rafiq Aslanov bu illər ərzində dövlət vəsaiti hesabına başa gələn suyu yüzlərlə sahibkarın, fermerin süni balıq göllərinə sataraq milyonlar qazanıb. Yazıq kəndlilər isə bağını suvarmağa su tapmır. Rafiq Aslanovun bacısıoğlu “Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev təkcə bir kranı 1 milyon manata sataraq dayısı ilə bölüşüb.
Söhbət 1 krandan gedir haa… Rafiq Aslanov uzun illər qurumun tabeçiliyində olan idarələrə məxsus texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb yüz minlər qazanıblar. Hələ saxta tenderləri, geri qaytarılan “otkat”ları demirik. Rafiq Aslanov Vətən müharibəsinin qızğın vaxtı, doğulduğu Füzuli şəhəri uğrunda döyüşlərin getdiyi bir dönəmdə Londonda yaşayan oğluna 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində mənzil alıb. Yeri gəlmişkən, əslən Füzulidən-Qarabağdan olan Rafiq Aslanovun 2 oğul övladı var və ikisi də İngiltərə vətəndaşıdır. Rafiq Aslanov kimilər cənab Prezidentimizə yalan məlumat verərək deyirlər ki, ölkədə 40-50 faiz su itkisi var. Heç orta əsrlərdə, kəndlilərin kustar arxlardan istifadə etdiyi zamanlarda 40-50 faiz su itkisi olmurdu. XXI əsrdə, müasir texnologiyanın olduğu zamanda necə 40-50 fazi su itkisi ola bilər, cənab Rafiq Aslanov..?
Bu qədər su itməyib ee….sənin tərəfindən oğlanların üçün Londonda villaların, bahalı avtomobillərin alınmasına xərclənib. Bəli, biz soruşuruq ki, Rafiq Aslanov sənin 1998-ci il təvəllüdlü oğlun İlkin Aslanov 7 ildən artıqdır ki, Londonda yaşayır, bir neçə ildir İngiltərə vətəndaşıdır və Londonda milyonluq mülklərə, şirkətlərə sahibdir. 23 yaşlı bu cavan oğlan bu 100 milyonları necə qazandı..? Axı, sən onu Londona dövlət hesabına oxumaq üçün göndərmişdin ki, gəlib dövlətimizə yararlı bir mütəxəssis olsun. Axı, sən Xarici İşlər Nazirliyi ilə hansı saxtakarlığa getmisən ki, övladının biri Londonda ola-ola, ikincisini də göndərmisən. Bu bizim ölkədə qeyri mümkündür. Amma bu başqa bir yazının mövzusudur.
Rafiq Aslanov sənin ikinci oğlun Afiq Aslanov da Londonda yaşayır, böyük şirkətlərin sahibidir. Onun şirkətinin balansında olan avtomobillər: * Bentley Arnage T (2009-cu il, qiyməti 250 min dollar) * Audi A3 * Mercedes S-Class (magıc vısıon control, qiyməti 220 min avro), * Mercedes E 63 AMG (100 min dollar) * Mercedes Viano * Range Rover Sport Və daha nələr. Bu siyahını kifayət qədər uzada bilərik. Amma nə faydası. Sonda Rafiq Aslanova sualımız: Səni bu Azərbaycana nə bağlayır..?
P.S. Zamanında bütün mətbuat car çəkirdi ki, Rafiq Aslanov Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bütün işçilərinin əmək haqlarına şərikdir, heç kim inanmırdı. Gördünüzmü pullar haradadır. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AMEA-nın laboratoriya müdiri öz şirkətinə yüz minlərlə manatlıq tender qazandırıb

"Görünən odur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz funksiyalarını tam olaraq yerinə yetirmir ki, satınalmalarda bu qədər böyük problemlər üzə çıxır"

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu “Sinam” MMC ilə dəyəri 129 min 847 manat olan satınalma müqaviləsi imzalayıb. Müqavilənin şərtinə görə, şirkət bir il boyunca instituta proqram təminatı ilə bağlı texniki avadanlıqlar verməlidir. Bu, iki tərəf arasında olan ilk müqavilə deyil. Dövlət Satınalmalarının reyestrində qeyd olunub ki, İdarəetmə Sistemləri İnstitutu 2021-ci ildə də “Sinam” MMC ilə 21 min 240 manat dəyərində satınalma müqaviləsi imzalayıb. Bu müqavilə ilə şirkət AMEA-nın institutuna proqram təminatının alınması və quraşdırılması xidmətlərini göstərib.

Bəs niyə “Sinam” MMC?

Şirkət 6 iyun 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin təsisçisi və rəhbəri Elçin Əliyevdir. Elçin Əliyev AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun  laboratoriya müdiridir. Yəni, Əliyev rəhbərliyində təmsil olunduğu qurumun tenderində özünə məxsus şirkəti qalib edib və ümumilikdə 151 min manatlıq tender müqaviləsi imzalayıb.
AMEA-nın laboratoriya müdiri öz şirkətinə yüz minlərlə manatlıq tender qazandırıb

Dövlət Satınalmalarının reyestrində qeyd olunub ki, 2019-cu ildən 2023-cü ilə qədər olan dövrdə AMEA bu şirkətlə dəyəri yüz minlərlə manat olan 41 satınalma müqaviləsi imzalayıb.

“Dövlət Satınalmaları haqqında” qanunun 13-cü maddəsinə görə, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Bu maddənin 1-ci hissəsində isə qeyd olunur ki, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslər satınalmalarda maraqlarının olub-olmamasını bəyan etməlidirlər.
AMEA-nın laboratoriya müdiri öz şirkətinə yüz minlərlə manatlıq tender qazandırıb

SİNAM şirkətinin rəhbəri Elçin Əliyevin prezident İlham Əliyevlə görüşü də olub. Şirkət Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi üzrə də işləyib. Bununla bağlı tender məlumatları olmasa da, prezidentin rəsmi internet səhifəsində qeyd olunub ki, Ağalı kəndində ağıllı idarəetmə mərkəzi ilə tanışlıq zamanı SİNAM şirkətinin rəhbəri Elçin Əliyev İlham Əliyevə “ağıllı həllər” proqram təminatı ilə bağlı məruzə edib. O bildirib ki, Ağalı kəndindəki internetin sürəti ölkə üzrə orta sürətdən dəfələrlə artıqdır.

İqtisadçı Rəşad Həsənov deyir ki, “Dövlət satınalmaları haqqında” qanunda qeyd olunur ki, maraqlar koniflikti yaradan hallar heç bir halda satınalmalarda icazə verilən hallar olmamalıdır.

Onun sözlərinə görə, şirkət rəhbərinin həm də AMEA-da çalışması maraq toqquşmasının yaranmasına səbəb olur: 

“Bu da ilk növbədə dövlət vəsaitlərinin qeyri-səmərəli formada xərclənməsinə əlverişli şərait yaradır. Çünki satınalmalarda ədalətlilik və rəqabətlilik prinsipinin qorunmamasına səbəb olur. Burada qeyri-şəffaf maliyyələşmə imkanlarının mümkünlüyündən də söhbət gedə bilər. Adətən bənzər hallarda əvvəlcədən əməkdaşlıq edilən şirkətlərlə, bir-birini tanıyan insanlar arasında belə bir sövdələşmənin qurulması vəsaitlərin bir qisminin mənimsənilməsi üçün daha əlverişli imkan yaradır. Təəssüf ki, görünən odur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz funksiyalarını tam olaraq yerinə yetirmir ki, satınalmalarda bu qədər böyük problemlər üzə çıxır” – deyə iqtisadçı Rəşad Həsənov bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının maliyyə şöbəsindən  Abzas Media-ya bildirilib ki, “Sinam” MMC ölkədə milli mühasibat uçotu sistemlərinin tətbiqi ilə məşğul olur və ona görə satınalmaların qalibi kimi o şirkət seçilir. "Müqaviləni AMEA-nın ayrı-ayrı idarələri imzalayır deyə, biz daha ətraflı cavab verə bilmirik"- AMEA-dan bildirilib.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutundan isə suallarımıza cavab verməkdən imtina ediblər.

Abza.org 
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ucar sakininin adına külli miqdarda pul götürdü və... - VƏTƏNDAŞDAN ŞOK İDDİA


Ucar rayonu Boyat kənd sakini Güləliyev Andrey Nəsib oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hafiz Məmmədov (Hafka Hafiz) və oğlu Kənan məni aldadıb adıma küllü miqdarda kreedit götürüb aldadıb məni pis vəziyyətə qoyublar.
Belə ki, mən qohumumun vasitəsi ilə 2009-cu ildə Hafka Hafizin Bakı şəhərindən Teymur Əliyev küçəsindəki villasında qulluqçu işləyirdim.2012-ci il tarixdə Hafka Hafiz mənə dedi ki, şəxsiyyət vəsiqəni götür nümayəndə ilə get «ZQAN» banka sənədə imza et səni yeni vəzifəyə təyin edirəm.
Mən də Hafka Hafizin nümayəndəsi ilə gedib əvvəlcədən hazırlanmış sənədə imza etdim.Sonradan mənə məlum oldu ki, Hafka Hafiz mənim adıma 700.000 (yeddi yüz min) manat ZQAN bankdan kredit götürüb.Bir neçə ay sonra isə mənim iştirakım olmadan Hafka Hafizin oğlu Kənan ZQAN bankdan mənim adıma 100.000 ABŞ dolları kredit götürüb.
Mən bu barədə Hafka Hafizə dedikdə bildirdi ki, narahat olma kredit vaxtında ödəniləcək heç bir qorxusu yoxdur.Mən onun imkanna və kişi kimi söz verməsinə inanıb arxayın oldum.
Ancaq 2018-ci ildə Hafka Hafizin villasından işdən çıxıb başqa idarədə tır maşnına sürücülük etməklə məşğul olmağa başladım.2020-ci il tarixdə mənə Ucar Məhkəməsindən bildiriş gəldikdə məlum oldu ki, kredit borcuna görə mənə qarşı iddia qaldırılıb.Kredit borcum olaqn 700 min manat faizlər hesablanmaqla 875 min manat, 100 min ABŞ dolları isə 196 min ABŞ dolları olmuşdur.Bu isə ümumilikdə bir milyan manatdan çox pul edir.“ZQAN” və “Bank of Azərbaycan” bankları müflis olduğu üçün səlahiyətləri əmanətlərin sığortası fonduna keçmişdir.
İndi mən Azərbaycandan kənara yük daşıya bilmirəm çünki bir milyon manatdan çox kredit borcum olduğu üçün ölkədən çıxışıma stop qoyulub.Həttda borcu ödəyə bilməsəm məni həbs gözləyir.Mənim isə nəinki bir mlyonu heç min manatı ödəməyə maddi imkanım yoxdur.Hafka Hafiz və oğlu Kənan məni aldadıb cinayət yolu ilə adıma kredit götürüb evimi yıxıblar.Onların bu hərəkətləri cinayət əməli hesab olunur.
Qeyd edim ki, həttda kredit götürülən zaman bankın sədr müavini Şamil Aslanov bütün sənədləri özü hazırlayıb gətirdi mənə imza etdirdi.Sonradan mən Şamil Aslanova zəng edib məni nə üçün aldatdıqlarını bildirdikdə dedi ki, mən 500 min manata qədər kreditin verilməsində iştirak edirəm ondan yuxarı məbləqlərə Hafka Hafiz özü razılıq verməlidir.Həmin vaxt mən Şamil Aslanova bildirdim ki, bəs Kənan Məmmədov 100 ABŞ dolları krediti iştirakım olmadan mənim adıma götürməsinə nə üçün razılıq vermisən sualını verdikdə cavab verə bilmədi.Dedi bütün bu saxtakarlıqları Hafka edib.Şamil Aslanovla aramda telefon danışıqları olan səs yazısı var.
Qeyd edim ki, “ZQAN” və “Bank of Azərbaycan” banklarının sədr müavini Şamil Aslanov hazırda Xətai rayon icra hakimiyyətində məsul vəzifədə işləyir.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən xahiş edirəm şikayətimi araşdırıb mənə qarşı cinayət törətmiş Hafka Hafizin və oğlu Kənanın barəsində ciddi tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu