[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Administrasiyasının əməkdaşı nazir müavini TƏYİN EDİLDİ


Səadət Vidadi qızı Yusifova Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, o, bu təyinatadək Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İraq Prezidenti Azərbaycana gəldi


İraq Respublikasının Prezidenti Əbdül Lətif Camal Rəşid martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İraq Prezidentini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağda üçtərəfli görüş olub


Azərbaycan nümayəndələri və Rusiya Federasiyası sülhməramlıları komandanlığının rəhbər heyəti arasında mart ayının 1-də görüş olub.

Bu barədə Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti məlumat yayıb.

Məlumata görə, görüşdə Qarabağda yaşayan ermənilərin nümayəndələri də iştirak edib.

Görüşdə Laçın dəhlizindən avtomobillərin maneəsiz keçidinin bərpası müzakirə olunub. Tərəflər Qarabağın elektrik enerjisi və qazla fasiləsiz təchizatı məsələlərini də müzakirə ediblər. Bundan əlavə, görüş çərçivəsində Azərbaycan tərəfinin nümayəndələri tərəfindən 2 mədəndə ətraf mühitin monitorinqinin aparılması imkanlarından bəhs edilib.

Gələcək əməkdaşlıq, gərginliyin azaldılması, regionda dinc həyatın bərqərar olunması yollarının axtarılması barədə razılıqlar əldə olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
S&P agentliyi SOCAR-ın müstəqil kredit qabiliyyəti reytinqini yüksəldib


“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yüksək təminatlı borcunun uzunmüddətli emitent kredit və emissiya reytinqlərini “BB-” səviyyəsində təsdiqləyib, müstəqil kredit qabiliyyəti reytinqini (SACP) isə “b-“dən “b”yə yüksəldib.

“Report” S&P-yə istinadən xəbər verir ki, “sabit” reytinq proqnozu SOCAR-ın likvidliyinin idarə oluna biləcək səviyyədə olduğu, həmçinin hökumətin təcili və davamlı dəstək göstərməyə hazırlığının davam edəcəyi ilə bağlı gözləntiləri əks etdirir.

“Bu, həmçinin, şirkətin kapital qoyuluşu layihələri və əsas əməliyyatlarında heç bir böyük gecikmə, artıq xərc və ya əməliyyat problemlərinin olmayacağı və SOCAR-ın hökumətlə çox güclü əlaqələrində əsaslı dəyişikliklərin baş verməyəcəyinə dair gözləntilərimizi əks etdirir”, - deyə məlumatda bildirilib.

S&P bildirir ki, SOCAR hazırda xammal məhsullarının qiymətlərinin yüksək olmasından faydalanır ki, bu da 2022-2024-cü illərdə şirkətin mənfəətini və pul axınlarını artıracaq, həmçinin göstəricilərini yaxşılaşdıracaq: “Neft və qaz qiymətlərinin aşağı olması səbəbindən nisbətən zəif keçmiş 2020-ci ildən sonra daha əlverişli bazar şərtləri SOCAR-ın mənfəətinin xeyli artmasına gətirib çıxarıb.

SOCAR gəlirlərdə və pul axınında nəzərəçarpacaq artım nümayiş etdirib. Biz 2022-ci ildə konsolidə edilmiş EBITDA-nın təqribən 10 milyard manat olacağını proqnozlaşdırırıq, halbuki 2021-ci ildə bu göstərici 7,8 milyard manat və 2020-ci ildə isə cəmi 4,3 milyard manat olub”.

Agentlik hesab edir ki, reytinqin artması potensialı suveren reytinqin yüksəldilməsi ilə bağlı ola bilər:

“Hesab edirik ki, şirkətin böyük borcunu və dövlət dəstəyi ilə əlaqədar reytinqi onsuz da əhəmiyyətli dərəcədə yüksəltdiyimizi nəzərə alaraq, yaxın 1-2 ildə reytinqdə müsbət dəyişikliklərin baş verməsi ehtimalı azdır. Bundan sonra müsbət reytinq dəyişikliyi daha az aqressiv və daha proqnozlaşdırıla bilən maliyyə siyasəti üzrə SOCAR-ın müstəqil kredit qabiliyyəti reytinqinin azı “bb-” səviyyəsinə yüksəldilməsi, eləcə də məlumatların açıqlanması və hesabatlılıq daxil olmaqla, idarəetmə və korporativ idarəetmə təcrübələrinin yaxşılaşdırılması ilə dəstəklənə bilər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda Araz Əhmədovu saya salan yoxdur? – Sakinlərin şikayəti əks effekt verdi


Masallının Sıgincaq kənd sakinlərinin yerli icra qurumlarının yaratdığı özbaşınalıqdan xəbər vermişdik. Bildirmişdik ki, 7 min əhalisi olan Təklə icra nümayəndəliyi və bələdiyyə sədrinin fəaliyyətsizliyi nəticəsində Sığıncaq kəndində mal-qara üçün ayrılmış örüşün yolu zəbt olunub. Kənd sakini Zaidov Asim Eynulla oğlu tərəfindən örüş yolu dəmir hasara alınıb.

Sakinlərin şikayətinə reaksiya verən Masallı Rayon İcra Hakimiyyətindən AzToday.az-a bildirilmişdi ki, əraziyə baxış keçirilib:

“Qeyd etdiyiniz ərazi Təklə kənd inzibati ərazi dairəsinin Sığıncaq kəndin şimal hissəsində yerləşir. Sözügedən əraziyə 21 fevral 2023-cü il tarixində Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri baxış keçirmiş, örüş sahəsi ilə kəndi ayıran su aparıcı kanalın dəmir hasarla vətəndaş tərəfindən həyətinə salındığı müəyyən edilmişdir. Vətəndaşla maarifləndirici söhbət apırılaraq hasarı söküb ərazinin əvvəlki vəziyyətə gətirməsindən ötrü bir gün vaxt verilmişdir”.

Vətəndaşa hasarı sökməyə bir gün vaxt verən icra hakimiyyətinin məsul şəxsləri üstündən bir həftə keçməsinə baxmayaraq, nəinki problemi həll ediblər, əvəzindəı yeni problemlər yaradıblar. Sakinlər bildirir ki, Asim Zaidov çəkdiyi hasarı sökməyib. Onun özbaşınalığına etiraz edən kənd sakinlərini belə hədələyib. Nümayişkaranə şəçkildə hasarı sökməyəcəyini bildirib. Səbəb kimi də, icra nümayəndəliyinin və bələdiyyənin başqa sakindən pul alıb, örüş yolunu bağlanmasını göstərib.

Maraqlıdır ki, Asim Zaidovun örüş yolunu zəbt etməsinin cəzasız qalması onun qonşularını da bu işə həvəsləndirib. Sakinlərin sözlərinə görə, Mirzəyev Qulamhüseyin adlı sakin də icra nümayəndəsinin maraqlarını təmin etməklə örüş yolunun müəyyən hissəsini zəbt edib. Başqa bir kənd sakinin də yola hasar çəkdiyi bildirilir. Bir sözlə sakinlərin şikayəti bumerang effekti verib. Belə ki, müvafiq qurumların problemi həll etməməsi səbəbindən kəndin örüş yolunun zəbt olunması prosesi sürətlənib.

Sakinlər Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovu kəndə dəvət edib, icra nümayəndəliyinin və bələdiyyənin onlar üçün yaratdıqları problemlərini əyani görməyə səsləyiblər.

Məlumatlara görə, Təklə kənd inzibati ərazi dairəsinə məsul olan şəxslər kəndlərdə torpaqları qazaraq satırlarmış…

Sığıncaq kəndindəki hazırda durumun görüntülərini təqdim edirik:

AzToday.az
Masallıda Araz Əhmədovu saya salan yoxdur? – Sakinlərin şikayəti əks effekt verdiMasallıda Araz Əhmədovu saya salan yoxdur? – Sakinlərin şikayəti əks effekt verdiMasallıda Araz Əhmədovu saya salan yoxdur? – Sakinlərin şikayəti əks effekt verdiMasallıda Araz Əhmədovu saya salan yoxdur? – Sakinlərin şikayəti əks effekt verdiMasallıda Araz Əhmədovu saya salan yoxdur? – Sakinlərin şikayəti əks effekt verdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Su oliqarxların sahələrinə gedir, bəs yazıq kəndli necə dolanmalıdır?” - FAKT BUDUR!


Artıq ölkəmizdə Novruz Bayramı ilə əlaqədar bayram süfrələrinin bəzədilməsi üçün kənd təsərrüfatı məhsullarının kütləvi satışına start verilib.

Təbii ki, hər kəs ailə büdcəsinə uyğun olaraq bayram bazarlığını etməyi planlaşdırır. Ancaq uzun illərdir bayram ərəfələrində yarmarkalarda, eləcə də bazarlarda qiymət artımlarına rast gəlinir.

Bu Novruz Bayramı ərəfəsində də qiymətlərin qalxacağı istisna olunmur. Bəs görəsən, qiymət artımının qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov kənd məhsullarının qiymətinin artmasının səbəbinin mövcud şərait olduğunu deyib. Onun sözlərinə görə, əkinçilər ciddi su problemi ilə üzləşirlər:

“Qiymət artımından əvvəl buna səbəb olan faktları sadalamaq lazımdır. Bu gün bölgələrdə əkinçilər ciddi su qıtlığı yaşayırlar. Kür çayında su azalıb. Hərə bir motor qoşub suyu çəkir, su ancaq oliqarxların sahəsinə gedir. Belə davam etsə, 2-3 ilə Kür çayı quruyacaq. Su ehtiyatlarımız tükənir, bulaqlarımız quruyur. Nə qədər ki, dövlət strukturları arasında koordinasiya yoxdur, bu problemlər yerində qalacaq. Səlahiyyətlilər ancaq saxta statistika dalınca qaçdılar. Daha çox su məmurların, oliqarxların böyük fermer təsərrüfatlarına verilir. Adi fermer isə vaxtlı-vaxtında su ilə təmin olunmur. Əslində bu problemini çözmək elə də böyük maliyyə vəsaiti, böyük iş tələb etmir. Su bütün təsərrüfatlara ədalətli çatdırılarsa, problem çözülər.

Hazırda Şəmkirdə fermerlər çətin vəziyyətdədir. Onlar əkin sahələrinin suvara bilmirlər, durum acınacaqlıdır. Əsas gəlirləri təsərrüfat olan kənd sakinləri susuzluq səbəbindən məhsul götürə bilməyəcəklər. Su oliqarxların sahələrinə gedir, bəs yazıq kəndli necə dolanmalıdır? Kənd Təsərrüfatı Nazirliyi əkinçilərə subsidiya ödəyir. Lakin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti isə əkinə yararlı torpaqları lazımi su ilə təmin etmir.

160 min hektar örüş sahəsini əkinə yararlı torpaq sahəsinə çevirə bildilər və həmin torpaq sahələri oliqarxlar arasında bölündü. Lakin heç kim "bu torpaqlar hansı su ilə suvarılacaq?" sualına cavab vermədi. Mövcud əkin sahələrinin 30%-i sulama potensialına sahib deyil.

Bazar qorunmur. Biz yalnız qiymət baha olduğunda narazılığımızı bildiririk, amma bunun səbəblərini araşdırıb gün üzünə çıxarmırıq”.

Ekspert bayramqabağı təşkil olunan yarmarkaların fermerlərə heç bir maddi faydasının olmadığını qeyd edib:

“Bazar qorunmalıdır. Kənd təsərrüfatı məhsullarının ucuz satışı üçün yarmarkalar təşkil olunur? Bir nəfər çıxıb deməlidir ki, sən kimsən ki, kəndlinin məhsulunu ucuz satırsan? Sən hesablayıbsan ki, həmin məhsulun maya dəyəri nə qədərdir? Niyə hər zaman fermer əzilməlidir? Bu gün kənd təsərrüfatı məhsullarının əksəriyyəti maya dəyərindən aşağı satılır. Kənd Təsərrüfatı Nazirliyinin əmək məhsuldarlığının yüksəlməsi, məhsul dəyərinin yerinə oturması üçün dəyər zəncirini düzgün qurmalıdır.

Kəndli əkdiyindən pul qazanmalıdır, hədəf o deyil ki, şəhərdə yaşayanlar fermerin məhsulunu ucuz alsın. Ancaq icra nümayəndələri, bələdiyyələr bir qazel mal yığıb Bakıya gətirirlər, guya məhsulların ucuz satışını təşkil edirlər”.

Ş.Nəcəfov qeyd edib ki, səlahiyyətli qurumlar fermerin problemini həll etməlidir:

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti problemlə maraqlanmalıdır. Çayların suyu hara gedir araşdırmalıdırlar. Meliorasiya cəmiyyətinin sədri kimdir mən heç tanımıram. Bir dəfə problemlərlə maraqlanmayıb. Yalandan ingilis dili bilənləri gətirib rəhbər vəzifələrə qoyurlar. Sahədən xəbəri olan, problemləri çözə biləcək adamlar məsələ ilə maraqlanmalıdır”.Yenisabah.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Semaşko”da dəhşətli virus mənbəyi – SPİD, hepatit tullantıları həyətdə…


1 saylı Şəhər Kliniki Xəstəxanası (Semaşko) antisanitariya yuvasına çevrilib. Xəstəxana həyəti tullantılarla dolub – daşır.

DİA.AZ-ın məlumatına görə, Reportyor.info-ya göndərilən video faktdan da görünür ki, “Semaşko” zibil dağına çevrilib. Buna şərait yaradan isə xəstəxananın direktoru Könül doktor və Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Fərrux həkimdir. Deyilir ki, xəstəxananın bütün cərrahi şöbələrində olan əməliyyatlarda istifadə edilmiş sarğı və cərrahi materialları, eləcə də dializ şöbəsində bütün xəstələrin tullantıları (hepatit B və C, HİV, SPİD, dializli xəstələrin çoxunda bu viruslar var), damardaxili sistem şlanqları (hansı ki, həmin şlanqlarla qan və qan preparatları köçürülür) həmin zibilliklərdə “rəqs edir”.

Bundan əlavə, dezinfeksiya edilib yandırılmalı olan tibbi tullantılar həyətdə zibillik olaraq saxlanır və üç aydır ki, təmizlənmir. Bu da infeksiya mənbəyi, yoluxucu xəstəliklər ocağıdır. Həmin tullantılar yoluxucu xəstəliklər şöbəsinin olduğu binanın qabağında yığılıb dizə çatıb. Deyilir ki, bu məsələdə hər gün işə bahalı maşınlarda gələn direktor Könül və şöbə müdiri Fərrux doktorların günahı var. Onların zibilliyi təmizlətdirmirlər və nəticədə virus mənbəyi təhlükə saçmaqdadır. O da xəbər verilir ki, yoluxucu xəstəliklər şöbəsində reanimasiya ləğv olunub. Xüsusi təhlükəli pasientlərin qəbulu bu səbəbdən terapevtik və cərrahi xəstələrlə eyni yerdə aparılır. Eyni zamanda, 4 yoluxucu şöbə ləğv edilərək bir şöbədə birləşdirilib və eyni mərtəbədə müalicə gedir. Bir sözlə, cinayətə yol verilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev: “Azərbaycanla Beynəlxalq Miqrasiya Təşkilatı arasında çox sıx əlaqələr var”


“Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında çox sıx əlaqələr var”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorinonu qəbul edərkən deyib.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirakına görə Antonio Vitorinoya minnətdarlığını ifadə edən dövlətimizin başçısı Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin bu Hərəkatın daha da təsisatlanması istiqamətində bir sıra təşəbbüslərlə çıxış etdiyini bildirib.

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...