[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sərfəli məhsul əldə etməyin yolu niyə bağlanır?

Natiq Cəfərli: “Türkiyə şirkətləri Rusiyada daha rahat işləyə bilirlər”

Osman Gündüz: “Vətəndaşlarımızın bu formada aldığı mallar yerli bazardan 2-3 dəfə ucuz başa gəlir”

““Trendyol”un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı “Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda elmi konfransda deyib.

O qeyd edib ki, Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha da artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin “Trendyol” platformasına məxsusdur: ““Trendyol”un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər. Bu yaxınlarda bu rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında mənim və həmkarımın bir məqaləsi dərc olunmuşdu. Fərz edək ki, “Trendyol”da fəaliyyət göstərən hər hansı bir “A” subyektinin Bakıda da pərakəndə satış mağazası var və “Trendyol”da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var. Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi “Trendyol”dakı qiymətlə rəqabət apara bilmir. Qeyd etdiyim məqalədə belə rəqabət narahatlıqlarının artacağı hallarda rəqabət orqanının hansı addımları atması barədə təkliflərim dərc edilmişdi. Təkliflər “Trendyol” və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40%-nin burda stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi. Bu təklifkər həmin qeyd etdiyim jurnalda dərc edilib. Amma hazırda bu barədə hökumətə verilmiş hər hansı təklif və ya aparılmış bir iş yoxdur. Bu, sadəcə mənim və digər əməkdaşımızın mövqeyidir ki, yerli bazar subyektlərinin haqsız rəqabətlə qarşılaşmaması üçün biz hesab edirik ki, bu sahədə gələcəkdə müəyyən requlyativ tədbirlər aparılmaqla Azərbaycanda satış dövriyyəsi yuxarı olan xarici mənşəli platformaların yerli nümayəndəliyi açılsın. Amma bu məsələ hazırda müzakirə mövzusu deyil. Bu, yalnız bir beynəlxalq təcrübədir. Azərbaycanda bu sahədə rəqabət şərtləri intensivləşdikcə rəqabət orqanları alqoritm əsaslı rəqabəti öyrənməlidir. Ümumiyyətlə, rəqəmsal bazarların tənzimlənməsinin qarşısındakı ən böyük çətinlik odur ki, həm iqtisadiyyatı, həm rəqabəti, həm də alqoritmi bilən mütəxəssis azlığı var”.
Sərfəli məhsul əldə etməyin yolu niyə bağlanır?

İqtisadçı-ekspert Natiq Cəfərli Musavat.com-a bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsinin “Trendyol”un fəaliyyəti ilə bağlı açıqlaması sübut edir ki, nə işlədiyi orqandan, nə də onun səlahiyyətlərindən xəbəri var: “Antiinhisar fəaliyyəti haqqında qanunda deyilir ki, bazarda hökmran mövqedə olan şirkətlərlə məşğul olmalıdırlar, qanunun 4-cü maddəsi: Hökmran mövqe - təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur.

Cavid Süleymanlı ilk növbədə işlədiyi orqan haqqında qanunu oxuyub-öyrənməlidir – “Trendyol” bazarda hökmran mövqe tutan şirkət deyil, klassik anlamda pərakəndə satışla məşğul olan şirkət də deyil – yəni Antiinhisar Xidmətinin bu işlə əlaqəsi yoxdur. Əgər işsizlikdən əziyyət çəkirlərsə, getsinlər, məsələn, dərman bazarını yoxlasınlar, bu bazarda satış həcminin 50%-ə qədərinə nəzarət edən şirkətlər var.

Cavid Süleymanlı deyir: “Azərbaycan bazarındakı pərakəndəçi “Trendyol”dakı qiymətlə rəqabət apara bilmir. Bu vəziyyətdə bir rəqabət orqanı olaraq bizim ölkədə yerləşən pərakəndə satış məntəqəsini qorumaq öhdəliyimiz var”. Onun işi vətəndaşın maraqlarını qorumaqdır, yəni onlar sevinməlidirlər ki, rəqabət var, onlayn satışla ənənəvi satışın rəqabətindən udan vətəndaşlar var.

Türkiyə şirkətləri, məsələn, Rusiyada daha rahat işləyə bilirlər. Onlayn ticarət dünyada 20 ildir sürətlə inkişaf edir, bu, tək mal satmaq deyil, həm də infrastrukturdur, yeni iş yerləridir, İT sektorunun inkişafı, yeni bilikli kadrlar deməkdir”.
Sərfəli məhsul əldə etməyin yolu niyə bağlanır?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də mövzu ilə bağlı şərh verib:
“Ölkədə haqsız rəqabəti “Trendyol” yaradırmış. Son illər Azərbaycanda yüzlərlə karqo (daşıma) şirkəti yaranıb. Hazırda təxminən 200-dək belə şirkət var. Azərbaycan vətəndaşları e-ticarət yolu ilə bu karqolarla xaricdən, Çindən, Avropadan və ABŞ-dan, Türkiyədən, o cümlədən bu ölkənin “Trendyol” platformasından şəxsi məqsədlər üçün müxtəlif mallar alırlar. Maraqlıdır ki, vətəndaşlarımızın bu formada aldığı mallar yerli bazardan 2-3 dəfə ucuz başa gəlir. Görünür bu sahədə yaranmış situasiya kimlərisə narahat edib. Yeri gəlmişkən, antiinhisar qurumu ilə bağlı qısa bir qeydimi də bildirmək istərdim. Antiinhisar Dövlət Xidmətinin yeni rəhbərliyi ilk dövrlərdə antiinhisar sektorunda müəyyən irəliləyişlər etmişdi. Biz də dəstək verirdik bu quruma. Ümid edirdik ki, bu Xidmət 17 il Rəqabət Məcəlləsinin qəbuluna mane olanlarla vuruşa biləcək.

Qurum bəzi tenderləri ləğv etdirə bildi, bir neçə ciddi antiinhisar qərar oldu. İnhisarçılar bu qurumu saya almağa başlamışdılar. Vətəndaş cəmiyyəti ilə əlaqələr güclənmişdi, amma son bir ildə proses xeyli zəiflədi. Real inhisarçılıq faktlarına, açıq-aşkar qanunsuz tenderlərə qarşı qurumun yanaşmaları ağlabatan olmadı. Elə son vaxtlardakı tədbirləri də göstərdi ki, güman ki, deyəcək bir şeyləri də olmadığından vətəndaş cəmiyyəti ilə əlaqələri kəsiblər”.

Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda daha bir təyinat


Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında daha bir mühüm vəzifəyə təyinat olub.

Polis polkovnik-leytenantı Azər Cümşüdov Muxtar Respublikanın Dəmiryolunda Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Bakı şəhər Suraxanı Rayon Polis İdsrəsində çalışıb.

Xatırladaq ki, bir müddət öncə Suraxanı RPİ-nin rəisi polkovnik Süleyman Neymətov Naxçıvan MR-ə yeni daxili işlər naziri təyin edilmişdi.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX vətəndaşları əməkdaşlığa cəlb etməyə çalışan erməniləri necə ifşa edib? - Video


İctimai Televiziyada “Baş tutmayan tələ” sənədli filmi yayımlanıb.

Sənədli filmdə ermənilər tərəfindən yaradılmış “Henoket” analitik mərkəz barədə də məlumat verilib.

DTX rəsmisi bildirib ki, sözügedən analitik mərkəzin fəaliyyəti Azərbaycanın müdafiə qabiliyyəti barədə məlumatlar toplamaqdan ibarət olub.

Məlumata görə, sözügedən mərkəz Tiqran Abramyan tərəfindən yaradılıb. O, qondarma rejimin rəhbərinin sabiq müşaviri vəzifəsində işləyib.

DTX toplanmış materiallar əsasında həmin mərkəzdə çalışan, fəallığı ilə seçilən Alen Qulyan ətrafında əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilib. Digərlərindən fərqli olaraq, Alen Qulyan sosial şəbəkələr vasitəsilə Azərbaycanda yaşayan şəxslərlə dostluq münasibəti yaratmağa cəhd götərir, əsasən, milli etnik azlıqlara üstünlük verir.

Bu hal nəzərə alınaraq əməliyyat keçirilib. Belə ki, DTX ölkəmizdə yaşayan etnik azlıq nümayənsi obrazı yaradaq onunla əlaqəyə keçib. O, yaradılan obrazla əlaqə quraraq çalışırdı ki, müxtəlif hərbi hissələrdə özünə mövqelər yaratsın.

Bu şəxslərin məqsədi pul müqabilində Azərbaycan haqqında məlumatlar toplamaqdan ibarət olub.

Daha ətraflı videoda:
]My Webpage

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin sözçüsü seçkilərin vaxtını açıqladı


“Trend, qarşıdakı günlərdə əks yöndə siyasi razılaşma olmadığı təqdirdə, may ayında seçkilərin vaxtında keçirilməsidir”.

Zəlzələdən sonra seçkilərin nə vaxt keçiriləcəyi ilə bağlı müzakirələrdən danışan Kalın bildirib ki, tendensiya seçkilərin vaxtında keçirilməsidir.

“Prezident bu qərarı təkbaşına qəbul edə bilməz. Parlament qərar verməlidir. Lakin günün sonunda təsirə məruz qalan 10 şəhərdə seçkilərin olub-olmayacağına Ali Seçki Şurası qərar verəcək. 2 milyondan çox insan bölgəni tərk edib. Onların getdikləri yerdə necə səs verəcəkləri kimi texniki problemlər var. Lakin tendensiya ondan ibarətdir ki, yaxın günlərdə bunun əksi ilə bağlı siyasi razılaşma olmazsa, may ayında seçkilər keçiriləcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda it 3 nəfərə hücum edib, 1 nəfər ölüb


Masallı rayonu Viləş kəndinin ərazisindəki örüş sahəsində həmin kəndin sakini Ceyhun Fərəcov kənd sakinlərindən birinə məxsus itin hücumuna məruz qalıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd edilib ki, ilkin məlumata görə, itin C.Fərəcovun bədəninin müxtəlif nahiyələrindən dişləməsi nəticəsində həmin şəxs ölüb.

"İt həmin vaxt orada olan Elməddin Məmmədov və Musa Kasımovu da bədəninin müxtəlif nahiyələrindən dişləyib. Həmin şəxslər Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. C.Fərəcovun ilkin ehtimala görə it dişləməsindən ölməsi, digər iki şəxsin isə it dişləməsi diaqnozu ilə xəstəxanaya daxil olması ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı araşdırma aparılır", - o deyib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eldar Mahmudovun övladları məhkəməyə verildi - DETALLAR


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları - Anar Mahmudov və Nərgiz Mahmudova məhkəməyə verilib.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, iddiaçı Ağarəhimov İlqar Ağarəhimoviç adlı vətəndaşdır.

Onun iddiası artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə baxılacaq. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. Açıq mənbələrdə məhkəmə çəkişməsinin detalları barədə məlumat yoxdur.

İlqar Ağarəhimovun iş adamı olduğu deyilir. İddialara görə, onun Anar Mahmudov və Nərgiz Mahmudovanı məhkəməyə verməsi biznes mübahisələri ilə bağlıdır.

Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutuduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksək rütbəli vəzifəli şəxsləri həbs edilib.

Həmin vaxt Eldar Mahmudovla bağlı yayılan məlumatlarda onun övladlarının hətta Avropada biznes imperiyası quruduqları iddia edilirdi.

Bu arada qeyd edək ki, hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Onun qızı Anar Mahmudovun həyat yoldaşıdır.

Nərgiz Mahmudova Eldar Mahmudovun kiçik qızıdır. Onun digər qızı Xurman Mahmudova yazardır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Karqo Şamil” yüzlərlə saxta şirkəti təcili ləğv edərək, İZİ itirmək istəyir... - İLGİNC İDDİALAR...


Ramiz Mehdiyevin ADAMI “Karqo Şamil”in DAMI Qazaxstanda uçdu...

İnsanlarımız çox vaxt haqlı olaraq soruşur ki, dövlət hara baxır, bu rüşvətxor məmurları görmürlər, bu boyda cinayət əməlləri olar və s...? Əlbəttə, sadə insanların bu cür suallarını başa düşmək olur...?
Amma... Əmması odur ki, dövlət quruculuğu çox çətin, uzun, həm də məşəqqətli prosesdir. Gəlin, unutmayaq ki, biz o boyda şovinist SSRİ-dən qopmuşuq, onun Azərbaycanda nə qədər Ramiz Mehdiyev, Nəcməddin Sadıkov və onun kimi “təmsilçi”ləri var. Biz hələ Ermənistan kimi mənfur düşməni, qonşu İranı demirik.
Elə bu yaxınlarda İranın ölkəmizdəki onlarla casusu həbs edildi. Son vaxtlar nə qədər nazir, komitə sədri, icra başçısı həbs olunub. Yəni deyəcəyimiz odur ki, çətin də olsa proses gedir. Cənab Prezidentimiz əbəs yerə demir ki, “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!”. Bəli, hazırda ölkəmizdə böyük təmizləmə, “oçistka” prosesinə start verilib.
Əbəs yerə deyil ki, tez- tez xəbərlərdə oxuyuruq ki, filan rektor ölkədən qaçarkən saxlanıldı...filan məmura STOP qoyuldu... filan nazir təlaş içərisindədir... Bir sözlə, bəzi məmurlar, biznesmenlər “siçovul” kimi qaçmağa hazırlaşırlar. Belə biznesmenlərdən biri də “Karqo Şamil”dir. Bəli, “Karqo Şamil” də çamadan əhval-ruhiyyəsindədir ( çemodannoye nastroeniye ) və taxta çamadanını dollarla doldurub start vəziyyətində dayanıb... Yəqin ki, “Karqo Şamil”i cəmiyyətimizə təqdim etməyə ehtiyac yoxdur. Uzun illərdir ki, yükdaşıma ilə, əsasən uzaq Çindən məhsulları ölkəmizə daşıyan “Karqo Şamil” PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin biznes şəriki olub. Bu hamıya bəllidir. Çünki uzun illərdir ki, Azərbaycanda Ramiz Mehdiyevin çətiri altında olmadan böyük biznes qurmaq mümkün olmayıb. “Karqo Şamil”in qurduğu cinayətkar mexanizmin qısa məzmununu açaq.
Deməli, əslində yük daşıma şirkəti müxtəlif iş adamlarının, biznesmenlərin yükünü daşımaqla məşğul olmalıdır. Vəssəlam. Amma “Karqo Şamil” biznesmenlərdən tələb edir ki, məhsullarınızı mənim şirkətimin adına vurun və mən yükünüzü daşıyım. Əks təqdirdə sizə gömrükdə problem yaradacam. İndi gördünüzmü, “Karqo Şamil”in başı üstündə təkcə Ramiz Mehdiyevin deyil, həm də gömrük şeflərinin çətiri olub. Beləcə, yüzlərlə, minlərlə biznesmenin məhsulları “Karqo Şamil”in saxta şirkətlərinə göndərilir. Şamil bu məhsulları gömrükdən çox ucuz, rüsum-filan ödəmədən keçirir, sonra öz anbarlarına vurur, məhsulların sahiblərindən nəinki gömrük rüsumu, hətta 2-3 dəfə artıq pul alır və daha sonra...
Bəli, Şamil bu yolla Azərbaycan dövlətinin büdcəsinə yüz milyonlar deyil, milyardlarla ziyan vurur. Bu hələ harasıdır..? Siz elə bilirsiniz ki, Şamil yüzlərlə şirkətinə görə, vergi ödəyir..? Ay-hay...”Karqo Şamil” tez-tez saxta şirkətləri ləğv edərək, cinayətin izini itirməyə çalışır. Və yenidən saxta şirkətlər açır. Və beləcə 10-15 ildir ki, bu əməllərini davam etdirir. Hərdən mediada oxuyuruq ki, filan ünvanda, filan mənzildə 50-60 şirkət qeydiyyatdan keçib. Bir mənzildə necə 50-60 şirkət qeydiyyatdan keçə bilər..? Bunlar hamısı saxta şirkətlərdir. “Karqo Şamil”lə dil tapa bilməyən biznesmenlərin yükü günlərlə, bəzən aylarla gömrük məntəqələrində qalır, külli miqdarda cərimə ödəməli olurlar.
İndi bildinizmi, “Karqo Şamil” Azərbaycan iqtisadiyyatı üçün “qara yara”dır. Bu gün Şamilin Bakının Binəqədidə və Azərbaycanın hər yerində dövlətdən qaçaqmalçılıqla oğurladığı pullar hesabına dəyəri milyonlarla olan varidatı mövcuddur. Həmçinin, 1000 hektarlarla torpaq sahəsi var. Tikinti-inşaat sahəsində də biznes fəaliyyəti göstərən “Karqo Şamil” Bakı şəhərində tikdirdiyi binaları ilə də tanınır. “Karqo Şamil” həm də bu günə qədər onlarla mətbuat nümayəndələrini ya məhkəməyə verib, ya da müxtəlif yollarla susdurub. Təbii ki, bu işdə ona Ramiz Mehdiyev, daha doğrusu, Ramiz Mehdiyevin tam dəstəyini almış sabiq şöbə müdiri Əli Həsənov dəstək verdiyi şübhəsizdir.
Redaksiyamıza daxil olan məlumata görə, son zamanlar “Karqo Şamil”in Qazaxstan Respublikasında külli miqdarda malları tutularaq müsadirə olunub. Bu adam öz ölkəmizdə etdiyi cinayətlərdən başqa qonşu dövlətlərlə də ölkəmiz arasında ciddi narazılıq yaradır.
Sözün qısası, qanun qarşısında kimliyindən asılı olmayaraq hər kəs cavab verməlidir və dövlətə ziyan vuran şəxslər cəzalandırılmalıdır. Artıq Azərbaycanda TƏMİZLƏMƏYƏ start verilib. Əminik ki, “Karqo Şamil” cəzasını alacaq və onun dövlətdən oğurladığı on milyardlarla vəsaitlər dövlət büdcəsinə qaytarılacaq. "Karqo Şamil"dən qaytarılan pullar hesabına Qarabağı nəinki bərpa, hətta cənnətə çevirmək olacaq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Peşə Təhsili Agentliyi tələbələrin başına oyun açır - NARAZILIQ VAR!


TvPress.Az-ın redaksiyasına keçmiş dəmiryol işçisi tərəfindən şikayət məktubu göndərilib. Məktubu olduğu kimi oxucularımızın və müvafiq təşkilatların diqqətinə çatdırırıq.

Hörmətli redaksiya. Dəmir yolundan məcburi şəkildə öz imzamızla mədəni surətdə kütləvi olaraq bizi işdən qovdular. 2 min manat da təzminat aldıq. Qərara gəldim ki, borc həmişə var, pulu dəyərli yerə yatırım, xərcləməyim. Getdim Bakı şəhəri, Təbriz küçəsi 17 ünvanında yerləşən Dəmiryolu və Metropoliten üzrə dövlət peşə təhsil mərkəzinə. Zülfüqar Əsgərov adlı rektora yaxınınlaşdım və dedim ki qiyabi oxuya bilərəmmi, çünki işə gedirəm. Zülfüqar müəllim dedi ki, ölkədə bu il ilk dəfə gecə növbəsi olacaq, ödənişli istəsəniz oxuya bilərsiz. Dedim lap yaxşı, mənim 11 illik təhsilim yoxdur, 9 illik varımdır, qəbul edirsinizmi, əgər qəbul etməsəniz, vaxtım var, gedim rayona regional təhsil idarəsinə müraciət edim, 11 illik təhsilimi alım. Zülfüqar müəllim dedi ki, ilk dəfədir axşam qrupu təşkil olunur, ona görə də mən də dəqiq bilmirəm, gözləyin Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyindən soruşum. Soruşdu və qəbul etdilər. Sentyabrda tam sənədlərimi topladım verdim, pulumu da ödədim- 2 dəfəyə 650 manat.

Kurs 1 illik idi və başladım oxumağa, daha doğrusu vaxt itirməyə. Səhər saat 7-də evdə çıxıb küçə süpürməyə gedirdim 28 may metrosu ərazisinə. 283 manat maaşla. 17.30-da işdən çıxıb yolpulu verməyim deyə Peşə məktəbinə piyada qaça-qaça getmişəm, 5 ay zülüm çəkmişəm evə saat 11-də gəlmişəm. Gecə mütamadi olaraq yoxlama gəlirdi məktəbə. Nəyi necə yoxlayırdılarsa, düz gəlib düz də gedirdilər. 5 ay sonra ayıldılar ki, bıy, biz səhv etmişik, 11 illik attestatı olmayanları çıxartdılar və məktəbdən qovdular. Ödədiyiniz pulu geri almaq üçün də yeni bank hesabı açın deyirlər. Mən təbii ki, qəbul etmədim. Lap mənə ödədiyim pulu geri verdilər, bəs 5 ay çəkdiyim əziyyət, qarda-qışda zülümlə gecə yollarda qalmağım, bunu necə ödəyəcəksiz. Peşə Təhsili Agentliyi deyir məktəb günahkardır, məktəb də deyir agentlik. İndi siz deyin kimdir günahkar? //aztoday.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuzda ƏCAİB-QƏRAİB İŞLƏR... - GİLEY


Tovuz rayonu, Qovlar şəhər sakini Qarayeva Adilə Zaman qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi ona aid olan torpaq sahəsində başqa şəxsin ev tikdiyini bildirir:

"Mən, Qarayeva Adilə Zaman qızı, yazaraq sizə başıma gələn haqsızlığı bildirmək istəyirəm.

Tovuz rayonu, Qovlar şəhərində mənə məxsus 30 sot torpaq sahəsi var. Amma həmin torpaq sahəsində başqa şəxs ev tikib.

Hal-hazırda da bütün sənədlərdə mənim adım qeyd olunub. Buna baxmayaraq İcra Hakimiyyətindəki rəsmi şəxslər tərəfindən işimə baxılmır, “bizə aid məsələ deyil” deyirlər. Sənədlə, sübutla göstərirəm ki, bu torpaq mənimdi, baxmırlar”.

Bu məsələ ilə bağlı Tovuz rayonu, Qovlar qəsəbəsinin İcra nümayəndəliyi əlaqə saxladıq. Bizə bildirdilər ki, torpaq sahibi xanım mütləq şəkildə məhkəməyə müraciət etməlidir: “Bizim qanunla elə bir səlahiyyətimiz yoxdur ki, gedib kimisə evindən çıxaraq və yaxud da evini sökək. Məhkəmənin qərarından sonra iş icra oluna bilər”.
Tovuzda ƏCAİB-QƏRAİB İŞLƏR... - GİLEY

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ