[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kirayədə yaşayan iki şirkət `sahibi` - Burası AZƏRBAYCANDIR!

“Yemək yeyərkən belə onu düşünürəm. Boğazımda düyün kimi qalıb. Kasıb bir insan üçün 30 min manat çox böyük puldur. Heç olmasa, ev ala bilərdim. Hər hansı bir işə yatırardım. Bu hadisədən sonra həyatım mənfiyə doğru 180 dərəcə dəyişdi”.

DİA.AZ bildirir ki, bir otaqlı evdə 300 manata kirayə qalan Təbriz Əlizadə sənəd üzərində iki şirkətin sahibidir.

O deyir ki, 2021-ci iyulun 6-da işə düzəlmək adı ilə müraciət etdiyi Həmid Hüseynov onu aldadaraq adına etibarnamə alıb.

Dediyinə görə, ona yüksək maaşlı işlə təmin olacağı vəd edilmişdi. Təbriz bir gün aldığı zənglə adına ondan xəbərsiz iki şirkətin yaradıldığını öyrənib.

Daha ətraflı aşağıdakı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərpaşa Nemətov teatrda Ramiz Novruza vida mərasimi keçirilməsinə niyə icazə vermədi?


Ötən gün vəfat edən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruza onun uzun illər çalışdığı Akademik Milli Dram Teatrında vida mərasiminin keçirilməməsi, dəfn mərasimində Mədəniyyət Nazirliyi rəsmilərindən heç kimin iştirak etməməsi cəmiyyətin narazılığına səbəb olub. Xüsusən də 42 il səhnəsində can qoyduğu Akademik Milli Dram Teatrında vida görüşü keçirilməməsi böyük təəssüf və təəccüb doğurub. İddialara görə, adı çəkilən ana teatrın rəhbəri Azərpaşa Nemətov aralarında olan soyuq münasibət üzündən bu cür qərəz nümayiş etdirib.

Aktyorun layiqli şəkildə son mənzilə yola salınmamasına ilk narazılığını bildirənlərdən biri Xalq artisti Əli Nur olub.

O, Musavat.com-a açıqlamasında deyib:

"Ramiz Novruz kimi çox dəyərli sənətkar layiqli dəfn edilməli idi. Axı Ramiz Novruz elə-belə aktyor deyil. O, Azərbaycan kinosunun, teatrının böyük aktyorudur. Bu sənətkar da gərək şərəflə, ləyaqətlə, adına layiq, həmçinin Azərbaycan mədəniyyətinin, dövlətinin adına layiq dəfn olunaydı. Axı bu cür aktyorlar səhnədə 50 il can qoymuş adamlardır. Ramiz Novruz Akademik Milli Dram Teatrının səhnəsindən götürülməli idi, Mədəniyyət Nazirliyinin yüksək səviyyəli məmurları heç olmasa hərəsi bir-iki kəlmə söz deyəydi. Ramiz Novruzu gizli şəkildə dəfn etmək axı ayıbdır!"

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Fazil Mustafa da məsələ ilə bağlı öz narazılığını bildirib. Bakıvaxtı.az saytına danışan millət vəkili qeyd edib:

"Ramiz Novruz kifayət qədər tanınmış aktyor, Xalq artisti idi. Allah ruhunu şad etsin, çox dəyərli sənət adamını itirdik. Onun həm statusuna, həm də dəyərli sənət adamı olmasına görə, son mənzilə yola salınması daha səviyyəli keçirilməli idi. Bunu niyə təşkil etmədilər, açığı, bunun mahiyyətini bilmirəm. Hər bir halda Xalq artistinin son mənzilə yola salınması daha fərqli olmalı idi".

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkədə qeyd edib:

"Ramiz Novruz böyük sənətkar olmaqla yanaşı, mükəmməl şəxsiyyət idi. Biz öyrənmişik ki, xalqın adına layiq sənətkarları xalq özü son mənzilə yola salır. Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və yaxud bir zal olmadı ki xalq, sənət dostları sənətkarla vidalaşa bilsin?!"

Jurnalist Aygün Muradxanlı: "Xalq artisti, prezident təqaüdçüsü, Azərbaycanın teatr məbədi sayılan Akademik Milli Dram Teatrının aktyoru Ramiz bəyi evindən götürdülər. Sənət üçün bacardığını edən sənətkara səhnə ilə, sənət dostlarını onunla teatrda vidalaşmağa qoymadılar. Kim? Kim olacaq? Teatrın qapısına qıfıl vuran Azərpaşa Nemətov, dilinin qıfılı götürülməyən nazir Adil Kərimli. Heç cür anlamıram ki, nədən Azərbaycanda vəzifə sahibləri pislik etməyə bu qədər həvəslidirlər? Guya bilmirlər ki, buna görə yüzlərlə, minlərlə insan onlara neqativ göndərir? Bilirlər, amma etdiklərindən qalmırlar…

Ahıl yaşına varan, Azərbaycan teatrını illərdir minib çapan Azərpaşa Nemətov haqqında hələ 1 adamdan xoş söz eşitməmişəm. Yəqin bugünkü əməlini eşidənlər ən yaxşı halda "76 yaşı var, elə bil özü ölməyəcək" deyiblər. Ramiz Novruzun getdiyi yer bəllidir - Haqqın dərgahı. Azərbaycan hara gedir? Bu qədər nahaqla…"

Məsələ ilə bağlı Musavat.com olaraq Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətovun mövqeyini öyrənmək üçün onunla əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz alınmadı. Adı çəkilən teatrın mətbuat xidmətindən isə sualımıza bu cür cavab verildi:

"Artıq uzun illərdir dünyasını dəyişən görkəmli sənətkarlarla vida mərasimi onların öz evində keçirilir. Bu, qəbul olunmuş qaydadır. İctimaiyyətin, teatrsevərlərin narahatlığını anlayırıq və onların bu istəyinə böyük hörmətlə yanaşırıq".

Musavat.com

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar