[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AZAL-ın vitse-prezidenti qiymət siyasətindən danışdı


“Dünyada cərəyan edən siyasi proseslər, yüksək inflyasiya templəri, yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir. Əksər aviaşirkətlər kimi AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur”.

Bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev AZƏRTAC-a müsahibəsində bildirib.

S.Rzayev aviaşirkətin qiymət siyasəti ilə bağlı görülən işlərdən də danışıb. Onun sözlərinə görə təkcə 2022-ci ildə yanacağa olan qiymət beynəlxalq birjalarda 4 dəfəyə yaxın bahalaşıb: “Bütün bunlara baxmayaraq, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur.

AZAL xarici hava limanlarında ən uyğun vaxtları və ən yaxın eniş terminallarını özündə birləşdirən slotlar alır. Həmçinin, aviaşirkət tərəfindən mütəmadi olaraq müxtəlif stimullaşdırıcı aksiyalar keçirilir, sərnişinlərə daha sərfəli qiymətlərlə daimi istiqamətlərdə səyahət etmək imkanı yaradırılır. Bundan başqa, aviaşirkətin qəbul etdiyi Strateji İnkişaf Planı da sərnişinlərin rahatlığının və səmərəliliyinin təmin olunmasına hesablanıb”.

Onun sözlərinə görə, AZAL tarixində ilk dəfə olaraq aviaşirkət ötən ili ilkin nəticələrə görə beynəlxalq maliyyə standartlarına əsasən xalis mənfəətlə başa vurub: “2022-ci il maliyyə nəticələrinə görə AZAL üçün uğurlu olub. Həm xarici, həm də yerli kreditorlar qarşısında bir çox öhdəliklər icra olunub. Hava gəmisi parkının genişləndirilməsi və yenilənməsi ilə bağlı ötən il alınan “Airbus A320Neo” tipli 3 hava gəmisi üçün daxili vəsaitlər hesabına ilkin ödənişlər və komissiya məbləğləri ödənilib”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident müəllimlərin maaşını ARTIRDI


Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradıldı - SƏRƏNCAM


Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncamına dəyişiklik edib.

Sərəncamla Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri (Sumqayıt Regional Mədəniyyət İdarəsi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Şəki Regional Mədəniyyət İdarəsi, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsi, Şəmkir Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Bərdə Regional Mədəniyyət İdarəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdaş Regional Mədəniyyət İdarəsi, Sabirabad Regional Mədəniyyət İdarəsi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsi və Lənkəran Regional Mədəniyyət İdarəsi) əsasında Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, aşağıdakı regional mədəniyyət idarələri yaradılır:

1. Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;

2. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;

3. Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;

4. Qarabağ Regional Mədəniyyət İdarəsi;

5. Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;

6. Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;

7. Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;

8. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;

9. Mil–Muğan Regional Mədəniyyət İdarəsi;

10. Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;

11. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;

12. Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu şəxslərin maaşı artırılıb


Azərbaycanın dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya XİN: “Moskva Bakı və İrəvana sülh sazişinin parametrlərinin hazırlanmasında köməklik göstərir”


“Rusiya tərəfi Azərbaycana və Ermənistana sülh sazişinin parametrlərinin hazırlanmasında köməklik göstərir”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib.

Onun sözlərinə görə, İrəvan və Bakı arasında barışıq 2020-2022-ci illər üçün ən yüksək səviyyədə bir sıra prioritet tədbirləri, o cümlədən iki ölkə arasında nəqliyyat əlaqələrinin açılmasını, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını, vətəndaş cəmiyyəti vasitəsilə əlaqələrin inkişafını nəzərdə tutan sazişlər kompleksinə əsaslanır.

Nazir müavini qeyd edib ki, ümumilikdə bu addımlar, regionda davamlı, sabit və ədalətli bir dünya üçün şəraitin yaradılmasına səbəb olmalıdır

“Bizim vasitəçiliyimiz hər iki tərəfin maraqlarını nəzərə alan qarşılıqlı məqbul həllər tapmaq üçün konstruktiv və mənalı dialoqu təmin etməkdir. Bu məqsədlə Rusiya Federasiyası xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvana və Bakıya müntəzəm səfərlər edir (sonuncu dəfə - fevralın 9-10 və 14-15-də). Biz, həmçinin tərəflərin yanaşmalarını nəzərə alaraq, sülh prosesinin əsas prinsipləri və parametrləri ilə bağlı Rusiyanın mülahizələrini tərəfdaşlarımıza çatdırdıq”, - deyə M.Qaluzin bildirib.

Mənbə: TASS
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
28 illik idarəçilik dövrü təftiş edilib: Ağacan Əbiyev niyə ölkədən gedib?


Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın ölkədən qaçmasıyla bağlı xəbər bir neçə gün mətbuatın gündəmini zəbt etdi. Universitetin sabiq şöbə müdiri Dürdanə Əliyevanın istintaqa cəlb olunmasından sonra qəfildən “qeybə çəkilən” keçmiş rektor personası ətrafında müxtəlif söz-söhbətlərin meydana çıxmasına rəvac verdi.

Düzdür, adı ətrafında yaranmış ajiotajın səngimədiyini görən Nurlana Əliyeva sonradan bu xəbəri təkzib etdi. O, məhkəmədə iştirak etməməsini rəsmi bildiriş almamasıyla əlaqələndirərək, özünün “aydan arı, sudan duru” olduğunu sübut etməyə çalışdı. Amma istintaq materiallarında Nurlana Əliyeva ölkədən kənarda olduğu üçün onun ifadəsinin alınmamasıyla bağlı xüsusi qeyd var.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Nurlana Əliyeva həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkəni tərk edən yeganə rektor deyil. Azərbaycan Dövlət İdman Akademiyasının keçmiş rektoru Ağacan Əbiyevin də oxşar problemi var.

Məlumatlı şəxsin bildirdiyinə görə, 2015-ci ildə vəzifəsini itirən Ağacan Əbiyev beş il hər hansı təhlükə ilə üzləşməyib. O, Milli Məclisin deputatı olduğu üçün toxunulmazlıq hüququndan maksimum istifadə edib. Amma 2020-ci ildə keçirilən parlament seçkisində təkrar deputat seçilmədiyi üçün bəzi problemlərlə üz-üzə qalıb.

Mənbə deyib ki, xələfi Fuad Hacıyev 2020-ci ildən sonra Ağacan Əbiyevin Azərbaycan Dövlət İdman Akademiyasına rəhbərlik etdiyi 28 illik dövrü təftiş etməyə başlayıb. O, sabiq rektorun dövründə baş vermiş kifayət qədər ciddi qanun pozuntularının üstünü açıb. Sonra isə topladığı materialları tədbir görülməsi üçün prokurorluq orqanlarına təqdim edib. Bundan sonra keçmiş rektorun “qara günləri” başlayıb. Əbiyev həbs təhlükəsi ilə üzləşdiyini görəndən sonra təcili ölkəni tərk etməli olub.

Aldığımız məlumata görə, Ağacan Əbiyev təxminən bir il sürgün həyatı yaşayıb. Amma sonradan köhnə əlaqələri hesabına üzləşdiyi təhlükəni dəf edərək, ölkəyə qayıda bilib. Bu hadisədən sonra 86 yaşlı sabiq deputat və keçmiş rektorun özünü ictimai-siyasi proseslərdən tamamilə təcrid etdiyi bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah qar yağacaq

Fevralın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı, gecə və səhərin erkən saatlarında Abşeron yarımadasının şimalında qısamüddətli qara keçəcəyi gözlənilir. Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti isti, gündüz 3-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Narazı sahibkarlar Muxtar müəllimin qapısına qədər gəldilər... - Bakıda AKSİYA

Bu gün bir qrup Ağsu rayon sakini ekologiya və təbii sərvətlər nazirliyinin qarşısında toplaşaraq, nazirl Muxtar Babayevlə görüşmək istəyiblər. Nazirin qəbul vaxtı olsa da, nazirlikdən bildiriblər ki, nazir Muxtar Babayev hazırda iş yerində olmadığı üçün qəbul edə bilməzlər.

Xatırladaq ki, 2020-ci ildə, Prezident İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinə dövlət tərəfindən tikinti layihəsi verərək, hazırda olan obyektləri söküb, verilən layihəyə uyğun şəkildə tikmələri tapşırığı verilib. Prezidentin müşaviri Zeynal Nağdəliyev dövlət adından bildirib ki, layihə tikilib təhvil verildikdən sonra sahibkarlara müqavilə sənədi veriləcək.

Sahibkarlar bildirirlər ki, verilən layihəni külli miqdarda kredit götürərək və digər formalarda borca düşərək tamamlasalar da, Ekologiya nazirliyi onlarla müqavilə bağlamır.

Sahibkarlar bildirirlər ki, layihəni bitirdikdən sonra, onlara sənəd verəcəklərini bildirsələr də, nəinki sənəd verilmir, əksinə Ekologiya nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib. //teref.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ya vətəndaşlıqdan imtina, ya da intihar edəcəm…” - Göyçaydan ŞİKAYƏT


Göyçay şəhəri, R.Rza küçəsi 109 ünvanında yaşayan Aşurov Əli Cümşüd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin ölkə rəhbərliyinə ünvanlanan müraciətini olduğu kimi oxuculara təqdim edirik:

"Mən, Aşurov Əli Cümşüd oğlu, 2 ildən artıqdır ki, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Mərkəzində (Göyçay Məşğulluq Mərkəzi) özünəməşğulluq proqramına qoşulmuşdum. Lakin bu vaxt ərzində “daşdan səs çıxdısa, onlardan da xəbər gəldi” deyərdim. Hansı ki, məndən xeyli sonra qeydiyyatdan keçən şəxslər istədikləri mal-qara və ya avadanlıqlarla təmin edilməkdədir. Mən isə boş ümidlərdən əl çəkərək, yenidən Göyçay Məşğulluq Mərkəzinə müraciət etdim. Bu dəfə işıq, qaz, su, yaxud da kommunal idarələrin birində işləmək istədiyimi bildirdim.

Mərkəzin Nizami adlı əməkdaşı adımı qeydiyyata saldı və mənə bildirdi ki, növbənin sənə nə vaxt çatacağı haqqında heç nə deyə bilmərəm.

Həqiqət budur ki, hər kim onlara sərf edirsə, ya da kimin arxa-dayağı varsa, tapşırılıbsa, həmin şəxslər işlə təmin olunur. Mənim kimi gündəlik 1 tikə yavan çörəyə möhtac olan, övladları uğrunda özünü daşa-kəsəyə vuran, 100 ildən qalmış köhnə və qəzalı evdə yaşayan çarəsiz insanlara gəldikdə isə, növbəni gözlə deyirlər.

Sizə bildirmək istəyirəm ki, ailəliyəm və 2 körpə övladım var. Mən gənc olanda atam vəfat edib. Öncə qeyd etdiyim kimi, yüz ildən qalmış köhnə və qəzalı evdə yaşayırıq.

Deyirlər ki, rayonda fəaliyyət göstərən dövlət idarələri və ya təşkilatlarında iş yoxdur. Göyçay Məşğulluq Mərkəzinin əməkdaşı Nizami başda olmaqla, orada hər kəs mənə saymamazlıq edir, vəziyyətimin olduqca acınacaqlı olmasına baxmayaraq, məsuliyyətsiz yanaşırlar. Gözümü açandan eşidirəm ki, “filankəslər adlarını yuxarıda qeyd etdiyim idarələrə yazdırıb, evində otura-otura havayı maaş alırlar”. Məgər mən də bu ölkənin vətəndaşı deyiləm?!

Üstəlik, onlardan fərqli olaraq əlimin zəhməti ilə qazanıb, halal yemək amacındayam.

Cənab Prezident! Siz "Dövlət hər bir vətəndaşına sahib çıxır" deyirsiniz. Xəbəriniz varmı ki, Nizami kimi məmurların laqeyd, birtərəfli, məqsədyönlü davranışları sayəsində biz vətəndaşlarda dövlətə qarşı yanlış fikirlər yaranmaqdadır. Onların ücbatından iki çıxış yolundan birini seçməyə məcburam: ya vətəndaşlıqdan imtina edərək xarici səfirliklərdən kömək istəməliyəm, ya da intihar etməliyəm. Birinci seçim dövlətimin şanına xələl gətirəcəyindən, ikinci seçimin, yəni öz canıma qıymağımın isə məni əbədi cəhənnəm əhli edəcəyindən qorxuram.

Siz məmurları təyin etdiyiniz zaman "Vətəndaşlara sahib çıxın, xalqa olan xidmətinizdə ədalət prinsipini rəhbər tutun" deyə əmr edirsiniz. Lakin bəzi vəzifəli şəxslər sanki biz kasıbların qanına, malına susayıblar, elə bil biz azərbaycanlı deyilik, ya da onlar bizdən deyillər. Ən pis olan odur ki, həmin özbaşınalıqları edən məmurlar həqiqətləri Sizdən gizlətməyə çalışırlar”.

Redaksiyadan. Yazıda adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ