[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xankəndi-Laçın yolunda aksiya 72 gecədir davam edir


Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda azərbaycanlı fəalların əhval-ruhiyyəsi yüksəkdir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Görün, adı korrupsiyada keçən sabiq rektorun oğlu harada vəzifə tutur - İLGİNC FAKT


Bakı Slavyan Universitetinin sabiq rektoru, YAP Qadınlar Şurasının keçmiş sədri və deputat olmuş Nurlana Əliyevaya qarşı iddi korrupsiya ittihamları səsləndirilir.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin vəzifəli şəxsi olmuş Durdanə Əliyevanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçən prosesdə təqsirləndirilən şəxs sabiq rektorunu ittiham edib.

O, bildirib ki, bütün qanunsuzluqlarının başında Nurlana Əliyeva dayanır. Ona görə də sabiq rektor məhkəməyə gəlməlidir.

Ancaq dəfələrlə çağırılmasına baxmayaraq, Nurlana Əliyeva məhkəməyə gəlməkdən imtina edib. Buna görə də onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Gununsesi.info-nun araşdırması zamanı korrupsioner rektorun oğlunun Mərkəzi Seçki Komissiyasında çalışdığı bəlli olub.

Belə ki, sabiq rektorun oğlu İlqar Əlizadə MSK katibliyinin rəisi vəzifəsini tutur.

Onu da vurğulayaq ki, Nurlana Əliyeva Milli Məclisin sabiq komitə sədri Hadi Rəcəblinin qudasıdır.

Gununsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ədliyyə Nazirliyi xüsusi təyinatlılara geyimi bu qiymətə alır – Şübhəli tender


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayı tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Tekstıl Təmınat MH” MMC (VÖEN- 1504975041) olub.

Tender müsabiqəsinin şərtlərinə əsasən “Tekstıl Təmınat MH” MMC Penitensiar Xidmətin sifarişi əsasında bu qurumun tərkibində olan xüsusi təyinatlılar üçün geyim satacaq və qarşılığında 45 min 595 manat alacaq.

Məlumat üçün bildirək ki, MMC Penitensiar Xidmətə hər birindən 42 dəst olmaqla komufulyaj rəngli özəl tərkibli parçadan xüsusi geyim dəsti, komufulyaj rəngli özəl tərkibli parçadan xüsusi səhra jileti, komufulyaj rəngli özəl tərkibli parçadan təbii xəz boyunluqlu gödəkçə və uzunboğaz dəri vinniks çəkmə satacaq.

Açıqlanan məlumatlardan belə görünür ki, Penitensiar Xidmətin Mühafizə Alayında xidmət keçən xüsusi təyinatlılar üçün alınan 1 ədəd geyimin (geyim dəsti, jilet, gödəkçə və ayaqqabı) qiyməti 1 085 manat 60 qəpik təşkil edir.
Rəsmi məlumatlara görə, “Tekstıl Təmınat MH” MMC 13 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı isə cəmi 5 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 49, m. 55-də yerləşir.
Şirkətin qanuni təmsilçisi Cəfərli Həsən Yelmar oğludur.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Tekstıl Təmınat MH” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Bilinən yeganə məlumat odur ki, şirkət dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə qalib olmağa başlayıb.

Yeniavaz.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AQTA-nın regional rəisi saxta “Multifood” pendirlərinin satışına niyə göz yumub? - BU NƏDİ BELƏ?

Bakıda bəzi mağazalarda qida təhlükəsizlik çıxarışı ləğv edilən "Multifood” əmtəə nişanı adı altında yarasız holland pendirləri satılır.

DİA.AZ bildirir ki, Qaynarinfo-nun əməkdaşı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində fəaliyyət göstərən "Gülman” MMC-nin "Multifood” əmtəə nişanı adı altında istehsal edilib, satışa çıxarılan yararsız holland pendiri aşkarlayıb.

Məsələ ilə bağlı ötən ilin dekabr ayının 29-da AQTA-ya rəsmi sorğu ünvanladıq. Sorğumuza AQTA-nın Xızı-Abşeron Regional Bölməsinin rəisi İrfan İsgəndərov bu gün cavab verib.

AQTA rəsmisi bildirib ki, "Gülman” MMC-nin direktoru Cəfərov Əli Telman oğlunun məsələ ilə bağlı izahatı alınıb: "Multifood” əmtəə nişanın istehsalçısı Abşeron rayonu, Xırdalan şəhəri, Quşuluq Yaşayış Massivində fəaliyyət göstərən "Gülman” MMC-nin direktoru Cəfərov Əli Telman oğlunun məsələ ilə bağlı yazılı izahatı alınıb. Sahibkar izahatında "Gülman” MMC-nin qeyd edilən ünvanda fəaliyyətini dayandırdığını və müəssisənin qida təhlükəsizlik çıxarışının ləğv edildiyini, lakin etiketləri şəriki Quliyev Orxan Ələkbər oğlunda qaldığını bildirib.
AQTA-nın regional rəisi saxta “Multifood” pendirlərinin satışına niyə göz yumub? - BU NƏDİ BELƏ?
AQTA əməkdaşları tərəfindən daha sonra mobil telefon vasitəsilə Quliyev Orxan Ələkbər oğlu ilə əlaqə saxlanılıb. Orxan Quliyev isə "Multifood” əmtəə nişanlı etiketlərin Xırdalan şəhəri, N.Gəncəvi 156 ünvanında fəaliyyət göstərən, ona məxsus anbarda saxlanıldığını bildirib. Tərəfimizdən qeyd olunan anbara baxış keçirilib və "Multifood” əmtəə nişanlı etiketlər məhv edilib”.

İrfan İsgəndərovun cavabında bəzi qaranlıq məqamlar ortaya çıxır. Qurum müəssisənin bağlanması faktını öz adı ilə deyil, MMC direktorunun diliylə bizə çatdırır.

Sual olunur ki, lisenziyası ləğv edilən müəssisənin məhsulları mağazalarda necə satılır? Bunu siz və yaxud əməkdaşlarınız görməyibmi?

Digər bir qaranlıq məqam "Multifood” əmtəə nişanlı etiketləri MMC direktorunun dostunun anbarında niyə saxlanılır? Və yaxud satılan pendirlərin üzərində niyə vurulub?

Digər bir sual: Şirkət bağlanıbsa, hansı səbəbdən ilk cümlədə "fəaliyyət göstərən MMC" qeyd edilir?

AQTA-nın Xızı-Abşeron Regional Bölməsinin rəisi İrfan İsgəndərovun yuxarıda qaranlıq qalan suallarımıza cavabını da işıqlandıra bilərik.

Mövzuya qayıdacağıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Daşqın Rəhimov oğlumu şərləyərək, boynuna 60 min manat pul qoyub” – NAXÇIVANIN ƏDLİYYƏ NAZİRİ HAQDA ŞOK İDDİA


Naxçıvan şəhər sakini, 1960-cı il təvəllüdlü Hümbətov Famil Fəzi oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi İddia edir ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Daşqın Rəhimov onun oğlunu şərləyərək, boynuna 60 min manat pul qoyub:

“Mən, Hümbətov Famil Fəzi oğlu, yazaraq sizdən xahiş edirəm ki, mənim problemimi işıqlandırasınız.

Deməli, 2013-cü il, fevral ayının 11-dən oğlum Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Daşqın Rəhimovun telefon mağazasında işləyirdi. Həmin vaxtlar Daşqın Rəhimov Naxçıvan şəhər Prokrorluğunda çalışırdı. Günlərin bir günü D.Rəhimov dükanı təhvil-təslim etmədən, oğlumun üzərinə 60 min manat borc yazaraq, “bunu ödəməlisən” demişdir. O, oğlumun şəxsi maşınının acarlarını əlindən alaraq, polis cərimə meydançasına aparmışdır.

Oğlumu isə 2 sutka şəhər prokrorluğunda girov saxladılar. Həmin vaxt oğluma işgəncələr verərək, pulu boynuna qoymaq istəyiblər ki, özü öz yazısı ilə təsdiq etsin. Oğluma “boynuna almasan, cibinə nəşə qoyub səni o adla tutduracağıq”, - deyiblər. Oğlum izahat verərkən də, işgəncələrə məruz qalarkən də qeyd edib ki, Daşqın Rəhimov mağazanı yoxlamadan borc qoyur mənim üstümə. Amma buna məhəl qoyan olmayıb. Məcbur olub 20 min manat dəyərində olan maşınımı 10 min manata satdım. Həyətyanı torpağımı da ucuz qiymətə satdım. Gəlinimin, yoldaşımın qızıllarını dəyər-dəyməzinə satıb 30 min manat pul ödədim.

Naxçıvanda hakimiyyət dəyişdikdən sonra DTX-ya müraciət edərək başıma gələnləri danışdım. 1 ay sonra mənə zəng vurub dedilər ki, şikayət etdiyiniz insan barəsində sizə köməklik göstərə bilmirik, Respublika Prokurorluğuna müraciət edin.

Mən dəfələrlə Respublika Prokurorluğuna müraciət etsəm də, eyni cavabı almışam. Belə başa düşürəm ki, Naxçıvanda Ədliyyə Nazirliyinə sözü keçən bir qrum yoxdur?

Sizdən xahiş edirəm ki, bu məsələni işıqlandırın, bəlkə bir köməyi ola.

Redaksiyadan: Bu, bir iddiadır, nə qədər doğru və yanlış olduğunu biz deyə bilmərik. Odur ki, Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnam Kərimov NECƏ MANE OLUR... - NARAZILIQ!


Kənd təsərrüfatı mütəxəssisi, təqaüd yaşıma 3 il qalmış mühəndis-mexanik vəzifəsindən kənarlaşdırılan İsgəndərov Qədir İsgəndər oğlu Azərbaycan Respublikasının vitse prezidenti Mehriban Əliyevaya MÜRACİƏT ünvanlayıb.
Bir nüxsəsi Faktinfo.az saytına ünvanlanan müraciətdə şikayətçi aqrar sektorun idxaldan asılılığından yazır, İnam Kərimov və komandasının qarşıdakı aylarda heç şeyi gizlədə bilməyəcəyini vurğulayır.

Əmək müqaviləsinə heç bir əsas olmadan xitam verilmiş kənd təsərrüfatı mütəxəssisinin müraciətini olduğu kimi təqdim edirik:

40 ilin kənd təsərrüfatı mütəxəssiyəm, təqaüd yaşıma 3 il qalmış əmək müqaviləmə "Aqroservis" ASC-nin sədri Elmin Rəhimov tərəfindən xitam verildi. Məni 20.12.2022-ci ildə "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində mühəndis-mexanik vəzifəsindən uzaqlaşdırdılar. (Onu da qeyd edim ki, elə də bir vəzifəliliyi yox idi, isti yay günlərində sahələrdə, maşın və mexanizmləri təmir etmişəm, kabinetdə oturub rüşvət yığmamışam, vəzifə maaşımla dolanmışam).

Nazirə, ölkə rəhbərliyinə etdiyim şikayətlərə bir neçə cümlə ilə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbərindən aldığım məktubda deyilir: "Etdiyiniz şikayətlərlə bağlı Əmək Məcəlləsinin, qanunvericiliyin tələblərinin pozulmadığı müəyyənləşib. Anlayışla qarşılamağınız xahiş olunur”.

Yəni belə anlaşılır ki, Əmək Məcəlləsinin tərəflərini əsas götürüb müddətli əmək müqaviləsi bağlamışdıqsa, istər ixtisaslı, istərsə də ixtisassız, həmçinin təqaüd yaşınıza 3 il qalmış işinizdən kənarlaşdırmışıqsa, qəbul edib, susmalısan.Digər tərəfdən o demək olur ki, bir qrup uğursuz hüquqşünas dəstəsinin korporativ maraqlarına uyğun gəlmədiyindən işdən kənarlaşdırılmısan.Sus və verilmiş qərarla barış.

Hörmətli Mehriban xanım!

Nazirlik rəsmisi işəgötürənin əmək müqaviləsinin hər il yenilənməsini, 2023-cü il üçün isə mənimlə əmək müqaviləsinin bağlanmamasını normal hesab edir. Amma əmək müqaviləsinin 46-cı maddəsinin bəzi hissələrini nəzərə alsaq, bu o demək deyil ki, mənimlə əmək müqaviləsi bağlanmaması normaldır.

Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin başa çatması) əsas götürülüb əmək müqaviləmə xitam verilib. Bu maddə təsdiq edir ki, qanun pozuntusuna, nöqsana yol verməmişəm. Heç bir əsas göstərilmədən əmək müqaviləmə xitam verilib. Digər tərəfdən isə sual olunar: "Aqroservis" ASC-nin Ağstafa bölməsində işlədiyim mühəndis-mexanik ştatı ixtisara düşməyibsə və bu ştata ehtiyac varsa, rəhbərliyin nə marağı var ki, mənimlə əmək müqaviləsi bağlamır, xahiş edirəm bunun aydınlaşdırılmasına göstəriş verin.

Hörmətli Mehriban xanım!

Nazir İnam Kərimov və komandası yüzlərlə kənd təsərrüfatı mütəxəssisini qeyri-peşəkarlarla əvəzlədi. Narazılığın miqyası belə nəzərə alınmadı. Olsun! Əminəm, bir gün bunlara bu mövzuda sual verən tapılacaq. Kənd təsərrüfatı mütəxəssislərini işdən kənarlaşdırdınız, heç olmasa bir uğura imza atdınızmı, sualı veriləcək. Məqsədiniz bol və məhsuldar kənd təsərrüfatı məhsulu istehsal etmək idisə, nədən ölkə bu qədər idxaldan asılı vəziyyətə salındı, sualı onlara veriləcək. Hətta, 2017-ci ildən aqrar sektora ayrılan dövlət vəsaitinin həcminin dəfələrlə artması hesabına nə əldə edildiyi soruşulacaq.

Əminəm ki, onda mənim və mənim kimi yüzlərlə kənd təsərrüfat mütəxəssisinin nə qədər haqlı olduğu müəyyənləşəcək.

Hörmətlə,

İsgəndərov Qədir İsgəndər oğlu

//Faktinfo.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllı sakini rayon Məhkəməsinin hakimi İlqar Hüseynovdan DAD DÖYÜR - Şikayət

BİA.az-a İsmayıllı rayonu M.Orucov küçəsi 41 nömrəli ünvanda yaşayan Telli Hacıyeva şikayət ərizəsi göndərib. Vətəndaşın şikayəti İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynov barədədir.

Şikayətci yazır: "Mən 2007-ci ildə ailə qurmuşam. Həmin ildən həyat yoldaşımla birlikdə həyat yoldaşımın nənəsinin evinə gəlin köçmüşəm. O vaxtdan İsmayıllı rayonu M.Orucov küçəsi 41 nömrəli evə, yəni yoldaşımın nənəsigildə həyat yoldaşımla pasport qeydiyyatına düşmüşük. 2010-cu ildə həyat yoldaşım dünyasını dəyişib. Mən və 3 övladım həmin ünvanda qeydiyyatda olmaqla hazırda orada yaşayırıq.

Sözü gedən bu mənzildə bizdən başqa həyat yoldaşımın nənəsi və biz yaşamışıq. 2020-ci ilin sentyabr ayında yoldaşımın nənəsi də dünyasını dəyişib. Onu da bildirmək istəyirəm ki, gəlin gəldiyim gündən həmin nənəyə mən baxmışam. Evin komunal xərclərini mən ödəmişəm. İndi isə həyat yoldaşımın bibisi Əliyeva Aybəniz Paşa qızı mənim 3 uşaqımla evdən çıxmaqımı tələb edərək İsmayıllı rayon məhkəməsinə müraciət edib.Bu işə baxmaq üçün məhkəmənin hakimi İlqar Hüseynov 5 dəfə ayrı-ayrı vaxtlarda hazırlıq iclası keçirib, aylarla, yəni 4 aya yaxın qarşı tərəfdən danışmalar və razılaşmalar vasitəsi ilə məhkəməni uzadaraq qarşı tərəfin xeyrinə qərar qəbul etdi. Aldığım məlumata görə məhkəmədə hazırlıq İCLASI 1 dəfə olur. Bəs, görəsən hakim İ.Hüseynov nə məqsədlə məhkəməni 5 dəfə hazırlıq keçirməklə uzatdı.Mənə elə gəlir ki, hakim qarşı tərəfdən gözlədiyini aldıqdan sonra qeyri-qanuni olaraq evi Aybəniz Əliyevaya verməyi qərara aldı.

Məhkəmənin sonunda hakimə iradımı bildirdim. O, isə saymazyana, kobudcasına məni rədd etdi. Xahiş edirəm hakim İ.Hüseynovun qanuna zidd hərəkəti, davranışı, kobudluğu ilə bağlı tədbir görəsiniz. Mənə qanun çərçivəsində həmin mənzildə yaşayış hüququnun verilməsində köməklik edəsiniz."

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
İsmayıllı sakini rayon Məhkəməsinin hakimi İlqar Hüseynovdan DAD DÖYÜR - Şikayət
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iki rayona yeni polis rəisi təyin edib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, nazirin əmri ilə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov işdən çıxarılıb. O, Xətai Rayon Polis İdarəsinə rəis təyin edilib.

Digər təyinat isə uzun müddətdir boş qalan Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə olub. Nazirin əmri ilə Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov vəzifəsindən azad edilib. O, Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı


Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 may saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl karantin rejiminin müddəti 1 mart saat 06:00-dək uzadılmışdı.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident bu nazirliyin səlahiyyətini artırdı - Fərman


Gənclər və İdman Nazirliyinin idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə çərçivəsində terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaratmaq və onların əsasnamələrini təsdiq etmək sahəsində hüququ ləğv edilib.

Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Prezidentin digər fərmanı ilə “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən dəyişikliklə bu sahədə səlahiyyətlər Səhiyyə Nazirliyinə verilib.

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...