[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə yenidən 6,4 bal gücündə zəlzələ oldu: Dağıntılar var


Türkiyənin Hatay şəhərinin Dəfnə rayonunda 6,4 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Kandili rəsədxanası məlumat yayıb.

Fevralın 20-də yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.

Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.

Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Aİ-nin Ermənistandakı missiyası ilk patrulunu həyata keçirib" - Borrell


“Avropa İttifaqının Ermənistandakı Missiyası (EUMA) bu gün ilk patrulunu həyata keçirərək fəaliyyətə başladı”.

Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell “Twitter“də bildirib.

“EUMA insanların təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək, bölgədə etimad yaradacaq və Ermənistanla Azərbaycan arasında sülh prosesində Aİ-nin səylərini dəstəkləyəcək”, - Borrel qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə qərarını açıqlayacaq


Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) fevralın 22-də İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycanın Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə qərarını açıqlayacaq.

Bu barədə Haaqa məhkəməsi məlumat yayıb.

Qeyd olunub ki, məhkəmə hakim Coan Donoqunun sədrliyi ilə Sülh Sarayında baş tutacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bizə get deyənədək buradayıq” - Türkiyədə səhra xəstəxanasında çalışan həkimimiz - VİDEO


Türkiyədəki dəhşətli zəlzələdən sonra bölgəyə müxtəlif ölkələrdən yardımlar göndərilməyə başladı. İlk yardıma tələsən ölkələrdən biri də qardaş ölkə Azərbaycan oldu.

Kahramanmaraşda Sahə Xəstəxanası yaradan azərbaycanlı həkimlər zəlzələdə xəsarət alanlara yardım etməyə davam edir. Türk telekanalının əməkdaşı azərbaycanlı həkim Eyvazov Qurbanla danışıb.

“Bizə get deyənədək burada kömək etməyə davam edəcəyik”, - deyə Qurban bildirib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NATO təbii fəlakət qurbanları üçün Türkiyəyə konteynerlər göndərir

NATO tərəfindən Türkiyəyə göndəriləcək mindən çox konteynerdən ilk 600-nü daşıyan gəmi İtaliyanın Taranto limanından çıxıb.

Bu barədə alyansdan bildirilib.

Məlumata görə, adətən NATO-nun təlim və əməliyyatlarında istifadə olunan qərargah kompleksində istilik, generator və tibbi kabinələr kimi imkanlar mövcuddur.

O da vurğulanıb ki, azı 4 000 zərərçəkənə müvəqqəti sığınacaq olacaq konteynerlər İskenderuna çatdırıldıqdan sonra düşərgənin tikintisinə başlanacaq.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elektron qaydada qeydiyyata alınan kommersiya qurumlarının sayı AÇIQLANDI


2023-cü ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1,409,597 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 faiz, o cümlədən kommersiya qurumlarının sayı 10,5 faiz artıb.

Yanvar ayı ərzində 1,237 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz çoxdur. Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 78,7 faizi elektron qaydada, 21,3 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Fevralın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb.

Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 86,7 faizi yerli investisiyalı, 13,3 faizi xarici investisiyalıdır. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 150 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,1 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 14,2 faiz təşkil edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elşad Həsənovun başa düşmədiyi HƏQİQƏT - İTTİHAM


"Azərbaycan icra hakimiyyət başçıları özləri və övladları iştirak etməyən Qarabağ müharibəsi mövzusundan danışmağı, vətən müharibəsində düşmən üzərində qazanılan qələbədən söz açmağı çox sevirlər. Amma müharibə veteranlarını, əlilləri, şəhid ailələrini eşitmək, onları dinləmək qəti istəmirlər!" DİA.AZ bildirir ki, bu ittihamı tanınmış jurnalist Tapdıq Abbas səsləndirib.

Jurnalist daha sonra yazır: "Hətta hər gün televiziyalarda təbliğ etdikləri ideyaları əməli olaraq həyata keçirmirlər, heç olmasa, onları vəzifəyə təyin edən ölkə Prezidentinin göstəriş və tapşırıqlarını yerinə yetirmirlər. Adamı dəhşətə salan odur ki, müharibə veteranlarına qarşı kobudluq edən icra başçıları arasında yeni təyin olunmuş gənc icra başçıları öndə gedir. Məsələn, Yasamal İcra hakimiyyətinin başçısı Elşad Həsənov hələ də başa düşmür ki, nəinki Qarabağ qazisinin, hətta istənilən vətəndaşın qəbulunu təmin etməyə borcludur. Çünki bu, onun vəzifəsidir. İcra başçısının bu cür yanlış hərəkət etməsi ilk növbədə ölkə Prezidentinin Qarabağ veteranları, əlilləri və şəhid ailələrinə qayğı və diqqət göstərmək barədə Sərəncamına və göstərişilərinə tamamilə ziddir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər vəzifəli şəxslər vətəndaşların müraciətlərinə bu cür məsuliyyətsiz və laqeyd münasibət göstərməyə haqqı çatmır. Ölkə Prezidenti özünü xalqın xidmətçisi adlandırır, amma icra başçısı xalqı, sanki dədəsinin kürsüsündə oturmuş kimi, kabinetə buraxmır!.."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"BARATTSON MMC" vergidən yayınır? - RƏSMİ AÇIQLAMA


""BARATTSON MMC" vergidən yayınır və mənə qarşı haqsızlıq edir".

Bu barədə Qlobal.az-ın elektron poçtuna Mamedov İlham Mürşüd oğlu tərəfindən göndərilən məktubda deyilir.

Məktub müəllifi daha sonra yazır: "Mən Ukrayna vətəndaşıyam və Birləşmiş Krallıqda yaşayıram. 23 Avqust 2022-ci ildə atam dünyasını dəyişmişdir və atamın qanuni vərəsələrindən biri olaraq əmlaklarla maraqlanarkən ona məxsus 1202 kv.m-lik obyektin BARATTSON MMC-də icarədə olduğunu öyrəndim. Obyekt Bakı şəhəri Bəxtiyar Vahabzadə 5 ünvanında yerləşir və evimizə gələn məbləğdən bilirəm ki, aylıq icarə haqqı 20.000 manatdır.

Yəni məlum olmuşdur ki, əmim Zamanov Zaman Muxtar oğlu pul mənimsəmə məqsədi ilə və vergidən yayınmaq məqsədi ilə atamın ona verdiyi etibarnamə ilə icarə müqaviləsində rəsmi məbləği 3057 AZN olaraq göstərib. İndi isə BARATTSON MMC icarə haqqını bizə verməkdən yayınır və məbləğin 3057 AZN olduğunu bildirir. Ekpertiza rəyi ilə icarə haqqının 20.000 AZN olduğu təstiqlənsə də BARATTSON MMC rəhbərliyi və əmim bu məbləği bizə vermir və öz aralarında bölüşürlər və beləcə aylıq 17.000 AZN məbləği bizdən gizlədirlər.

Bununla bağlı ekpert rəyi alınıb, vergi orqanlarına vergidən yayınma fakti olaraq şikayət olunub və məhkəməyə müraciət olunub".

Qlobal.az məsələ ilə əlaqədar "BARATTSON MMC" ilə əlaqə saxlayaraq Mamedov İlham Mürşüd oğlunun səsləndirdiyi iddialara münasibət öyrənib.

"Barattson" MMC-nin direktoru Zeynal Zeynalovun cavab məktubunda deyilir:

"Nəzərinizə çatdırırıq ki, yuxarıda göstərilən əmlakın 764.15 kv.m (ancaq xidməti istifadəyə yararlı) hissəsinin icarəyə verilməsi barədə mərhum Məmmədov Mürşüd Muxtar oğlunun nümayəndəsi ilə "BARATTSON” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 noyabr 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış və onun müddəti 5 il, yəni 24 noyabr 2026-ci il tarixinə qədər müəyyən edilmişdir.

Buna baxmayaraq vərəsələrdən Mamedli Nurana və Mamedov İlham "BARATTSON” Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq məktubu göndərərək, miras əmlaka sahiblik etməyə başladıqlarına görə icarə predmetinin boşaldılmasını tələb etmişlər.

Digər vərəsələr Mamedov Samir Mürşüd oğlu, Mamedov Ruslan Mürşüd oğlu isə "BARATTSON” Məhdud Məsuliyyətli Cəmiyyətinə bildirişlər verərək, mərhum Məmmədov Mürşüd Muxtar oğlu ilə "BARATTSON” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 noyabr 2021-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsi, ev 5 ünvanında yerləşən 201 nömrəli mülkün icarəyə verilməsi müqaviləsi üzrə hüquqi münasibətlər həmin müqavilə qüvvədən düşənə qədər davam etdirilməli olduğunu bildirmişlər.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.

Bundan başqa İcarə haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 3-cü bəndinə əsasən icarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir.

Yuxarıda göstərilənlərə və qanunvericiliyin tələblərinə əsasən nəzərinizə çatdırıram ki, mərhum Məmmədov Mürşüd Muxtar oğlu ilə "BARATTSON” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsi, ev 5 ünvanında yerləşən 201 nömrəli əmlakın icarəyə verilməsi müqaviləsi üzrə hüquq münasibətləri, həmin müqavilə qüvvədən düşənə qədər, yəni 24 noyabr 2026-ci il tarixə qədər davam etdirilməlidir.

İcarə predmeti olan əmlakla əlaqədar bidiririk ki, koronovirus pandemiyası ilə bağlı mərhum Məmmədov Mürşüd Muxtar oğlunun nümayəndəsi ilə razılaşma əldə olunmuş və 2 ilə yaxın müddət ərzində icarə haqqı ödənilməmişdir.

Hal-hazırda miras əmlakla bağlı vərəsələr arasında mübahisələr olduğu üçün, tərəfimizdən Bakı şəhəri 53 saylı Notariat ofisinə müraciət edilərək, icarə haqqının vərəsə müəyyən edilənədək notariusun depozit hesabına köçürülməsi xahiş edilmişdir.

Lakin 53 saylı Notariat ofisi icarə haqqının notariusun depozit hesabına köçürülməsinə icazə verməmişdir.

Həmin səbəbdən də 2022-ci ilin oktyabr ayından heç kimə icarə haqqı ödənilmir və qanun üzrə vərəsələr müəyyən edildikdən sonra icarə haqqı tam şəkildə onlara ödəniləcək.

Bundan başqa əmlakın icarəyə verilən 764.15 kv.m hissəsindən kənar sahənin pilləkən qəfəsi, ayaqyolu, dəhlizlər və s. köməkçi sahələrdən ibarət olduğuna görə onların təhvil verilməsi mümkün deyil.

İcarə müqaviləsinin ləğv və dəyişdirilməsi ilə əlaqədar nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I və II hissələrinə, 15-ci maddəsinin II hissəsinə, 29-cu maddəsinin II hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir.

Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.

Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri).

Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil.

Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi).

Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.

Hesab edirik ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilə azadlığı prinsipinə əsaslanan mülki hüquq subyektləri, yəni mərhum Məmmədov Mürşüd Muxtar oğlu ilə "BARATTSON” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsi, ev 5 ünvanında yerləşən 201 nömrəli əmlakın icarəyə verilməsi müqaviləsi tamamilə qanuna uyğundur və tərəflərin iradə ifadəsinə əsaslandığına görə onun dəyişdirilməsi yolverilməzdir.

Bunlardan başqa hal-hazırda mərhum Məmmədov Mürşüd Muxtar oğlunun vərəsələri Mamedov Samir Mürşüd oğlu, Mamedov Ruslan Mürşüd oğlunun cavabdehlər Mamedli Nurana və Mamedov İlhama qarşı sonuncuların ləyaqətsiz vərəsələr hesab edilmələri və vərəsəlik hüququndan məhrum edilmələri barədə və Mamedli Nurananın "BARATTSON” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində mülki işə baxılır.

Belə olan halda məhkəməyə qədər mübahisələrin həll edilməsini nəzərdə tutan pretenziya qaydası öz əhəmiyyətini itirmişdir".

Qlobal.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Kitabxanasında yaşanan problemlər: - Mayıl Əhmədov kimə xidmət edir


Əslində Prezident İlham Əliyev kadr islahatlarına 2018-ci ilin 11 aprelində keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəldikdən dərhal sonra başlayıb. Xatırlatmaq yerinə düşərdi ki, kadr islahatlarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə gənc kadr Ramin Quluzadənin təyinatı ilə start verildi.

Ardınca R.Quluzadənin Prezidentin İşlər İdarəsinə rəhbər təyin olunması ilə sözügedən qurumda ciddi islahatlar başlandı. Məsələn Prezidentin İşlər İdarəsinin tabeçiliyi də olan “Azərbaycan” nəşriyyatının idarəetməsində köklü dəyişiklik baş verdi və ölkə mediasına kölgə salan bir binaya çəki düzən verildi. Bundan başqa “Xalq qəzeti”, “Bakinskiy Rabiçi” qəzetlərinin məzmun və formasında müsbət mənada dəyişikliklər aparıldı.

Məlumat üçün bildirək ki, Prezident Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. Bununla belə, İşlər İdarəsi Prezident Administrasiyasının tərkibinə daxil deyil. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncama əsasən İşlər İdarəsinin say tərkibi 81 ştat vahidindən ibarət müəyyən edilib. Prezidentin İşlər İdarəsinə daxil olan qurumlar sırasında qəzetlər, pansionatlar, aqrokomplekslər, saraylar, avtoparklar və saydıqca bitməyən digər subyektlər var. İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatlardan biri də “Prezident kitabxanası”dır. Məlumat üçün bildirək ki, Prezident Aparatı işçilərinin vaxtında mühüm informasiya ilə təmin olunması istiqamətində kəskin zərurəti nəzərə alaraq 1993-cü ildə keçmiş S.M.Kirov adına Siyasi Maarif Evinin kitabxanası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təsərrüfat şöbəsinin sərəncamına verilib. O vaxtdan etibarən kitabxana ali icra hakimiyyəti, eləcə də icra hakimiyyətinin digər orqanlarının mütəxəssislərinə xidmət göstərməyə başlayıb. 23 yanvar 2003-cü ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə keçmiş V.İ.Lenin adına Mərkəzi şəhər kitabxanasının binası fondla birlikdə kitabxanaya verilib. Bu iki kitabxananın əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası təsis edilib. Dövlət idarəçiliyinin çox strateji sahələrindən biri olan Prezident Kitabxanasının fəaliyyəti təəssüflər olsun ki müasir tələblərə cavab vermir. Kitabxananın https://www.preslib.az/ elektron saytında lazım olan məlumatlar tam yerləşdirilməyib.

Halbu ki, bu saytın qurulmasına və oxucu sektorunun təlabatını ödəmək üçün büdcədən kifayət qədər vəsait ayrılıb. Belə bir durumun yaranması birbaşa Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun frəaliyyətindəki qüsurlarla bağlıdır. M.Əhmədov hələ Kitabxananın yaranmasnın 5 illiyində birdirmişdi ki, ” hazırda bu mədəni-maarif ocağı sənəd fondları və biblioqrafik ehtiyatlar yaradılması, kitabxana proseslərinin avtomatlaşdırılması, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi sahəsində əhəmiyyətli vəzifələr yerinə yetirir”. 2008-ci ildə verilən bu vəd 15 ildir ki hələ də yerinə yetirilmir. Kitabxanada tətbiq edilən “İRBİS-64 – Kitabxanaların Avtomatlaşdırılma Sistemi”ndə ki qüsurlar kitabxana- biblioqrafıya proseslərinin bütün mərhələlərini əhatə etmədiyindən, internet texnologiyalarını dəstəkləmədiyindən problemlər yaşanır. Bütün bu problemlərin kökündə isə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun yaşı və müasir tələblərə heç cür uyğunlaşa bilməməsidir. Siyasi dairələrdə Ramiz Mehdiyevin kadrı və vurğunu kimi tanınan bu şəxsin islahat prosesində əngəl olduğu açıqdan açığa ortadadır. Məhz belə kadrlar köhnə təfəkkürlə daim yeniləşən Azərbaycanın inkişaf tempi ilə ayaqlaşa bilməyənlər son qüvvələrini toplayıb müqavimət göstərirlər. İlham Əliyevin başlatdığı islahatlar paketində mühüm yer tutan kadr dəyişikliklərindən sonra kürsüsünü itirən, illərlə hegomonluq edən “eks”lər hər vəchlə görülən işlərə, aparılan islahatlara mane olmağa çalışır.

Bir neçə il öncə Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə də dövlət başçısı kadr islahatları ilə bağlı fikirlərini bildirdi, bəzi hallarda bu prosesə maneçilik törədildiyini söylədi: “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Mənbə: Cumhuriyyet.net
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Broker Əbülfəz”in 450 min dollarlıq kartof qalmaqalı - TƏFƏRRÜAT


“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ev dustaqlığına buraxılması günün əsas xəbərlərindən biridir.

Qaynarinfo xatırladır ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində həbs edilmişdi. Onun barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdı.

Qaynarinfo-ya daxil olan məlumata görə, Əbülfəz Məlikov həbsdə olduğu müddətdə onun biznes imperiyası ilə bağlı problemlər yaranıb. Ona və oğluna məxsus bir neçə şirkət məhkəməyə verilib. Bildirilir ki, proses onun qeyri-qanuni şəkildə yaradılan və fəaliyyət göstərən şirkətlərinin biznes sektorundan çıxarılmasına yönəlib. Bəzi iddialara görə, Əbülfəz Məlikovun nəzarətində olan bir neçə biznes strukturuna da əl qoyulub.

Bu arada Əbülfəz Məlikovun adının hallandığı 450 min dollarlıq qalmaqal barədə məlumat əldə etimişik. Məlumatda bildirilir ki, 2015-ci ildə Əlövsət adlı şəxslə Əbülfəz Məlikov arasında Azərbaycana kartof idxalı ilə bağlı sövdələşmə olub. Əbülfəz Məlikov işçisinin vasitəsi ilə həmin şəxsə 300 000 dollar verib. 150 000 dollar isə Əbülfəz Məlikovun işçisinin pulu olub. Lakin kartof idxalı baş tutmayıb.

İşçisi sonradan pulları geri qaytarsa da, Əbülfəz Məlikov bununla kifyətlənməyib. Bu məsələ məhkəməyə qədər uzanıb. Əlövsət adlı şəxs dədləduzluq maddəsi ilə həbs olunub. Məhkəmə onun barəsində 2 il şərti cəza təyin edib. //Qaynarinfo//

XƏBƏR LENTİ

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ