[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Martda 14 gün iş olmayacaq


Mart ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı müəyyənləşib.

Martın 8-i Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir.

Beləliklə, martda həftəsonları da daxil olmaqla 14 gün iş olmayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mərkəzi Klinikanın Gəncə Xəstəxanasında ÖZBAŞINALIQ - NARAZILIQ VAR!

Bu gün əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin əlçatanlığına və keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilir.Amma dövlət xəsətəxanası olan Mərkəzi Klinika Gəncə Xəstəxanasında İcbari tibbi sığortanın əsas prinsipləri pozulur.
Bu haqda Dünyanınsəsi.Az saytına Kəlbəcər rayon Zar kənd sakini Qurbanova Səmayə Məhərrəm qızı tərəfindən göndərilimiş olan video-şikayətdə qeyd edilir.
Şikayətçi bildirir ki, 28.01.2023-cü il tarixdə oğlu Əli Qurbanovun səhhətində yaranmış olan problemlə bağlı Gəncə şəhəri Rayonlararası Kardioloji Dispanserinə aparıblar.Orada aparılna müayinələr zamanı məlum olub ki, onun ürək damarlarına stent taxılmalıdır.Xəstəni göndərişlə Təcili Tibbi Yardım Xidmətinin maşını ilə Mərkəzi Klinkanın Gəncə Xəstəxanasına aprıblar.Sözügedən xəstəxanada bildirblər ki, xəstəyə stend qoyulmalıdır.Bunun üçündə xəstə sahiblərinə nə az, nə çox xəzinədarlığa 1100 manat da pul ödətdiriblər.31 yanvar xəsətəni klinkadan çıxaranda isə deyiblər ki, 7 manat da ödəməlisiniz.Belə olan halda hörmətli direktor Rövşən Veyisovdan suallarımıza cavab verməyi xahiş edirik.Bu tibb ocağını dünya standartlarına uyğun, müasir təbabətin tələblərinə cavab verən, modern avadanlıqlara təhciz edilməsində dövlət büdcəsindən MİLYONLARLA vəsait xərclənib.Bütün xidmətlər də dövlət büdcəsinin vəsaiti hesabına ödənməlidir.Onda nəyə görə dövlət xəstəxanasında məcburi köçkün ailəsi bu qədər vəsait ödəməlidir?

Bu cür hallarla hər gün sözügedən xəstəxanda yüzlərlə soydaşlarımız qarşılaşdığından hüquq mühavizə orqanlarının rəbərləri bu tibb ocağına bir əl gəzdirməsə işlər düzələsi deyil.
Redaksiya olaraq onu da qeyd etməkm istəyirik ki,bu fors-major vəziyyət araşdırılsa həm İcbari Tibbi Sığortanın dövlət büdcəsi hesabına ödəniş etdiyi həm də pasiyentdən əlavə olaraq 1100 manat alınması üzə çıxacaqdır.
Səsləndirilən iddia ilə bağlı maraqlı tərəflərin də mövqelərini dərc edə bilərik.
Pasiyentin video-şikayətini təqdim edirik: //Dünyanınsəsi.Az//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovun oğlu Qarabağ Qazisinin obyektini necə ələ keçirib... - VİDEOMÜRACİƏT


DİA.AZ bildirir ki, Şərur rayonu Çomaxtur kənd sakini, Qarabağ müharibəsi veteranı Əhmədov Vaqif adlı şəxs Azinforum.az-a müraciət edərək, halal mağazasının Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov tərəfindən necə əlindən alınmasından danışıb.

O bildirib ki, mülkiyyəti uğrunda mübarizədə müqavimət göstərdiyini görən Seymu Talıbov öz əlaltılarına veteranı «sındırmaq”la bağlı tapşırıq verib.

Veteranın müsahibəsini təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
LİLLİ `ARAZ`... - İTTİHAM VAR!


Məlumdur ki, tam əksəriyyət gündəlik həyatda istehlakçı olur və hər kəs müəyyən tələbatını ödəmək üçün mal alır, bəzi xidmət növlərindən faydalanır və digər addımlarını atır. Bir sözlə, bu cür gedişlə hər kəsin istehlakçı kimi hüquqları var. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qəbul olunmuş Qanun, Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. Bu Qanunda qeyd olunub ki, şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçı adlanır. Eyni zamanda bu anlayışa əsasən, hər kəs gündəlik şəxsi tələbatını ödəməyə çalışdıqda istehlakçı olur. İstehlakçı sayılmaq üçün mal, iş və xidmətlərdən faydalanmağın məqsədi şəxsi tələbatın ödənilməsi olmalıdır. O halda sual oluna bilər ki, görəsən hal-hazırda bu Qanundan irəli gələn tələblərə lazımi səviyyədə əməl olunurmu? Əsla yox! Adicə bir faktı qeyd edək ki, 27 yanvar 2023-cü il tarixdə, saat təqribən 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, hansı ki, “Kapital Bank”a məxsus filialın yaxınlığında fəaliyyət göstərən «Araz» supermarketlər şəbəkəsinin mağazasında əməkdaşımız və onun ailə üzvləri olmazın oyuna düçar olurlar. Qeyd edək ki, əməkdaşımız həmin vaxt ailə üzvləri ilə birlikdə olur və onlar həmin mağazadan 69 manat 52 qəpik dəyərində bazarlıq edirlər və az sonra əməkdaşımız əmək haqqı kartını kassada işləyən oğlana təqdim edir. Yəni, əməkdaşımızda nəğd pul olmur və o, istəyir ki, mağazaya ödəməli olduqları 69 manat 52 qəpik pul əmək haqqı kartından çıxarılsın. Bəli, əslində bu belə də olur və kartını ödəmə aparatına yaxınlaşdıran əməkdaşımıza, çox keçmir ki, qeyd olunan məbləğ pulun çıxılması haqda “SMS” də gəlir. Buna baxmayaraq, “Araz” supermarketlər şəbəkəsinin bu mağazasına məxsus kassada çalışan əməkdaş nə qədər çalışsa da, ödəmə aparatından çeki çıxara bilmir. O halda anlaşılmazlıq yaranır və çox keçmir ki, mağazanın Xəyal adlı əməkdaşı məsələyə müdaxilə edir. Bu müdaxilədən sonra da, problemi aradan qaldırmaq mümkün olmur. Elə ki, əməkdaşımız ailə üzvləri ilə birlikdə aldıqları ərzaq məhsullarını götürüb mağazadan bayıra çıxmaq istəyirlər, o halda mağazanın əməkdaşları onların qarşısını kəsirlər və bir növ ailə üzvlərini girov saxlayırlar. Hətta, mağazada çalışanlar əməkdaşımıza və onun ailə üzvlərinə “Siz ərzaq məhsullarını geri qaytarın, pulunuz üç gündən sonra kartınıza qaytarılacaq” deyirlər. Çox çəkçevirdən sonra əməkdaşımız və mağazanın bir nəfər işçisi yaxınlıqda fəaliyyət göstərən “Kapital Bank”ın filialına getməli olurlar. Bu filialda aparılan araşdırmalar zamanı bəlli olur ki, əməkdaşımızın əməkhaqqı kartından 69 manat 52 qəpik məbləğində pul tutulub. Hətta, bankda çalışan şəxs “Araz” supermarketlər şəbəkəsinin əməkdaşına “müştəridə heç bir günah yoxdur” da deyir. Qeyd edək ki, bu problemin araşdırılması dörd saat davam edir və əməkdaşımız həmin vaxt ərzində ailə üzvləri ilə birlikdə getgəllə, olmazın haqsızlıqlarla üz-üzə qalırlar. Bu problemlə bağlı “Qaynar xətt”ə məlumat verdikdə, onlar da “müştəridə heç bir günah yoxdur” deyə cavab verirlər.

Bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, mağazanın kassasında çalışan işçi (cavan oğlan) bu işdə naşı olduğundan, müştərilər belə bir problemlə üz-üzə qalırlar. Digər tərəfdən, mağazanın rəhbər şəxsləri kassada istifadə olunan ödəmə aparatında bu cür problemin olması haqda məlumatlı olsalar da, onlar mağazanın giriş qapısına “ödəmə aparatında problemlər yaşanır, ona görə də ödəmə nəğd şəklində həyata keçirilir” deyə elan yazıb asmırlar. Əgər belə bir elan yazılıb asılarsa, o halda müştəri irəli sürülən tələblər haqda məlumatlı olar və nəğd pulu olmadığı halda mağazadan bazarlıq etməz. Bütün bunlar da onu sübut edir ki, Bakıxanov qəsəb
LİLLİ `ARAZ`... - İTTİHAM VAR!


Məlumdur ki, tam əksəriyyət gündəlik həyatda istehlakçı olur və hər kəs müəyyən tələbatını ödəmək üçün mal alır, bəzi xidmət növlərindən faydalanır və digər addımlarını atır. Bir sözlə, bu cür gedişlə hər kəsin istehlakçı kimi hüquqları var. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qəbul olunmuş Qanun, Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. Bu Qanunda qeyd olunub ki, şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçı adlanır. Eyni zamanda bu anlayışa əsasən, hər kəs gündəlik şəxsi tələbatını ödəməyə çalışdıqda istehlakçı olur. İstehlakçı sayılmaq üçün mal, iş və xidmətlərdən faydalanmağın məqsədi şəxsi tələbatın ödənilməsi olmalıdır. O halda sual oluna bilər ki, görəsən hal-hazırda bu Qanundan irəli gələn tələblərə lazımi səviyyədə əməl olunurmu? Əsla yox! Adicə bir faktı qeyd edək ki, 27 yanvar 2023-cü il tarixdə, saat təqribən 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, hansı ki, “Kapital Bank”a məxsus filialın yaxınlığında fəaliyyət göstərən «Araz» supermarketlər şəbəkəsinin mağazasında əməkdaşımız və onun ailə üzvləri olmazın oyuna düçar olurlar. Qeyd edək ki, əməkdaşımız həmin vaxt ailə üzvləri ilə birlikdə olur və onlar həmin mağazadan 69 manat 52 qəpik dəyərində bazarlıq edirlər və az sonra əməkdaşımız əmək haqqı kartını kassada işləyən oğlana təqdim edir. Yəni, əməkdaşımızda nəğd pul olmur və o, istəyir ki, mağazaya ödəməli olduqları 69 manat 52 qəpik pul əmək haqqı kartından çıxarılsın. Bəli, əslində bu belə də olur və kartını ödəmə aparatına yaxınlaşdıran əməkdaşımıza, çox keçmir ki, qeyd olunan məbləğ pulun çıxılması haqda “SMS” də gəlir. Buna baxmayaraq, “Araz” supermarketlər şəbəkəsinin bu mağazasına məxsus kassada çalışan əməkdaş nə qədər çalışsa da, ödəmə aparatından çeki çıxara bilmir. O halda anlaşılmazlıq yaranır və çox keçmir ki, mağazanın Xəyal adlı əməkdaşı məsələyə müdaxilə edir. Bu müdaxilədən sonra da, problemi aradan qaldırmaq mümkün olmur. Elə ki, əməkdaşımız ailə üzvləri ilə birlikdə aldıqları ərzaq məhsullarını götürüb mağazadan bayıra çıxmaq istəyirlər, o halda mağazanın əməkdaşları onların qarşısını kəsirlər və bir növ ailə üzvlərini girov saxlayırlar. Hətta, mağazada çalışanlar əməkdaşımıza və onun ailə üzvlərinə “Siz ərzaq məhsullarını geri qaytarın, pulunuz üç gündən sonra kartınıza qaytarılacaq” deyirlər. Çox çəkçevirdən sonra əməkdaşımız və mağazanın bir nəfər işçisi yaxınlıqda fəaliyyət göstərən “Kapital Bank”ın filialına getməli olurlar. Bu filialda aparılan araşdırmalar zamanı bəlli olur ki, əməkdaşımızın əməkhaqqı kartından 69 manat 52 qəpik məbləğində pul tutulub. Hətta, bankda çalışan şəxs “Araz” supermarketlər şəbəkəsinin əməkdaşına “müştəridə heç bir günah yoxdur” da deyir. Qeyd edək ki, bu problemin araşdırılması dörd saat davam edir və əməkdaşımız həmin vaxt ərzində ailə üzvləri ilə birlikdə getgəllə, olmazın haqsızlıqlarla üz-üzə qalırlar. Bu problemlə bağlı “Qaynar xətt”ə məlumat verdikdə, onlar da “müştəridə heç bir günah yoxdur” deyə cavab verirlər.

Bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, mağazanın kassasında çalışan işçi (cavan oğlan) bu işdə naşı olduğundan, müştərilər belə bir problemlə üz-üzə qalırlar. Digər tərəfdən, mağazanın rəhbər şəxsləri kassada istifadə olunan ödəmə aparatında bu cür problemin olması haqda məlumatlı olsalar da, onlar mağazanın giriş qapısına “ödəmə aparatında problemlər yaşanır, ona görə də ödəmə nəğd şəklində həyata keçirilir” deyə elan yazıb asmırlar. Əgər belə bir elan yazılıb asılarsa, o halda müştəri irəli sürülən tələblər haqda məlumatlı olar və nəğd pulu olmadığı halda mağazadan bazarlıq etməz. Bütün bunlar da onu sübut edir ki, Bakıxanov qəsəbəsi ərazisində, hansı ki, “Kapital Bank”a məxsus filialın yaxınlığında fəaliyyət göstərən «Araz» supermarketlər şəbəkəsinin buradakı mağazasında müştərilərə lazımi səviyyədə xidmət göstərilmir. Çünki, əməkdaşımızın ailəlikcə üz-üzə qaldığı xoşagəlməz durum, məhz bizi belə qənaətə gəlməyə vadar edir. Hətta əməkdaşımızın bildirdiyinə görə, həmin gün təkcə onlar deyil, bir neçə müştəri də oxşar olaylarla üz-üzə qalmalı olurlar. Məsələnin təəccüf və təəccüb doğuran tərəfi o oldur ki, «Araz» supermarketlər şəbəkəsinin bu mağazasında günahın hansı tərəfdə olduğu bəlli olur, amma əməkdaşımızı dörd saat ailə üzvləri ilə birlikdə getgələ salan mağaza əməkdaşları, o cümlədən Xəyal adlı şəxs qarşı tərəfdən üzr istəmək əvəzinə, “yəqin ki, “Araz”ın kimə aidolduğunu yaxşı bilirsiniz” deməklə kifayətlənir. Bütün bunlar onu göstərir ki, «Araz» supermarketlər şəbəkəsinin bu mağazasında əsl dərəbəylikdir və bu mağaza müştəri narazılığı yaradan bir ünvandır. Ona görə də düşünürük ki, «Araz» supermarketlər şəbəkəsinin rəhbərliyi bu mağazadakı ab-havanı qaydaya salmaq, müştəri narazılığını aradan qaldırmaq üçün, çox yaxın vaxtlarda lazımi addımını atacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. //deryaz.az//əsi ərazisində, hansı ki, “Kapital Bank”a məxsus filialın yaxınlığında fəaliyyət göstərən «Araz» supermarketlər şəbəkəsinin buradakı mağazasında müştərilərə lazımi səviyyədə xidmət göstərilmir. Çünki, əməkdaşımızın ailəlikcə üz-üzə qaldığı xoşagəlməz durum, məhz bizi belə qənaətə gəlməyə vadar edir. Hətta əməkdaşımızın bildirdiyinə görə, həmin gün təkcə onlar deyil, bir neçə müştəri də oxşar olaylarla üz-üzə qalmalı olurlar. Məsələnin təəccüf və təəccüb doğuran tərəfi o oldur ki, «Araz» supermarketlər şəbəkəsinin bu mağazasında günahın hansı tərəfdə olduğu bəlli olur, amma əməkdaşımızı dörd saat ailə üzvləri ilə birlikdə getgələ salan mağaza əməkdaşları, o cümlədən Xəyal adlı şəxs qarşı tərəfdən üzr istəmək əvəzinə, “yəqin ki, “Araz”ın kimə aidolduğunu yaxşı bilirsiniz” deməklə kifayətlənir. Bütün bunlar onu göstərir ki, «Araz» supermarketlər şəbəkəsinin bu mağazasında əsl dərəbəylikdir və bu mağaza müştəri narazılığı yaradan bir ünvandır. Ona görə də düşünürük ki, «Araz» supermarketlər şəbəkəsinin rəhbərliyi bu mağazadakı ab-havanı qaydaya salmaq, müştəri narazılığını aradan qaldırmaq üçün, çox yaxın vaxtlarda lazımi addımını atacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. //deryaz.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçın yolunda son durum - Aksiyanın 53-cü günü


Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 53 gündür davam edir.

Havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.

İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu gün Gənclər Günüdür


2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə də Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaradıldı.

Tarixə nəzər salaq:


Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
Bu gün Gənclər Günüdür

Azərbaycanda gənclər forumunun keçirilməsi də gənc nəslə töhfələr verdi. Heydər Əliyevin 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi.

1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Yenə də həmin ildə (1996-cı il 22 iyun) Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Bu gün Gənclər Günüdür

Ulu öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılıb. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılıb.

2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi də Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”

Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Bu gün Gənclər Günüdür

Yuxarıda qeyd etdiyimiz prosesləri davamı olaraq 2007-ci il “Gənclər ili” elan olunub. Prezident İlham Əliyevin sözügedən mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub. Sərəncamla “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilib, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulub.

Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olublar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilib və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.
Bu gün Gənclər Günüdür

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.

Avropa gənclərin musiqi bayramı “Bakı Eurovision-2012.” Sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsi Bayraq meydanında inşa olunmuş “Baku Crystal Hall”da baş tutub.

Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.
Bu gün Gənclər Günüdür

Prezident İlham Əliyev 2016-cı il 24 fevral tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzaladı

Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.
Bu gün Gənclər Günüdür

Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir.
Bu gün Gənclər Günüdür

Tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstəriblər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər.

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ