[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan hansı seriallara baxdığını açıqladı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hansı serialları izlədiyini açıqlayıb.

Ərdoğan bunu “Kökümüz mazide, gözümüz atide” proqramında bildirib.

Belə ki, proqram zamanı tələbələrdən biri Ərdoğanın sevimli serialını soruşub.

"Düşünürəm ki, “Diriliş Ərtoğrul”dan sonra “Barbaros” hazırda gündəmdədir. “Barbaros” diqqət mərkəzinə çevrilib. TRT-də yayımlanan “Gönül dağı” da var. Bu işlər digər kanallarda da böyük maraq yaradır”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti tarixi serialların digər ölkələrdə də böyük marağa səbəb olduğunu bildirib:

"Körfəzdə, xüsusən də Latın Amerikasında tarixi seriallar maraq doğurur. Düşünürəm ki, bundan sonra da böyük maraq yaradacaqlar. Ona görə də bu tipdə seriallar çəkilməyə davam edilir”.Qafqazinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan KİV: “Qarabağda Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən 30-35 min nəfər var”


Ermənistan mətbuatında maraqlı məlumat yayılıb.

Hazırda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yerləşən Azərbaycan ərazilərində yaşayan ermənilərin gələcək taleyilə bağlı mülahizələr yürüdən KİV həmin əhali üçün iki çıxış yolunun olduğunu bəyan edib.

Bildirilib ki, variantlardan biri vəziyyətin olduğu kimi saxlanılması, ikincisi isə ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsidir.

Qeyd olunub ki, hazırda bölgədə ikinci varianta razı olan 30-35 min erməni var.

Vurğulanıb ki, yaxın gələcəkdə uyğun seçim etməyən ermənilərin Ermənistana köçməkdən başqa çıxış yolu qalmayacaq.

Belə ki, Emənistanın baş naziri Nikol Paşinyan 2022-ci il oktyabrın 7-də Praqa Bəyannaməsini imzalamaqla və Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu mahiyyətcə tanıyıb və həmin sənədlə Paşinyan üzərinə öhdəlik götürüb ki, bundan sonra həmin şəxslərə Ermənistan Respublikası vətəndaşlığı verilməyəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda futbol matçından sonra azarkeş bıçaqlandı


Misli Premyer Liqasının 20-ci turunda bu gün keçirilmiş "Səbail" - "Kəpəz" oyunundan sonra azarkeş bıçaqlanıb.

"Kəpəz" klubundan "Report"a verilən məlumata görə, hadisə final fitindən sonra matçın oynanıldığı "ASCO Arena"nın yaxınlığında baş verib.

Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman "Səbail"in tərəfdarlarından biri bıçaqla "Kəpəz" fanatına xəsartə yetirib.

Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıb. Yaralının həyati təhlükəsinin olmadığı və durumunun kafi qiymətləndirildiyi bildirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, "Səbail" - "Kəpəz" matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lavrov Ceyhun Bayramova zəng etdi


Yanvarın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Laçın yolundakı vəziyyəti müzakirə ediblər.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının bütün treklər üzrə ritmik işin bərpasının vacibliyi vurğulanıb.

Bu kontekstdə Rusiya tərəfi Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğunu deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bu universitetin dekanı SAXLANILDI


Azərbaycanda universitet dekanı saxlanılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb.

F. Nəsibovun korrupsiya əməliyyatı çərçivəsində saxlanıldığı bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı yeni cərimələr müəyyənləşdi


Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr və cinayət məsuliyyəti müəyyənləşib.

Bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu” ilə bağlı imzaladığı fərmanda əksini tapıb.

Dəyişikliyə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni:

- maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə;

- maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə;

- maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə;

- maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə;

- maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə;

- maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxsin öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurarkən xarici hüquqi təsisatın idarəçisi olduğunu bəyan etməməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxsləri iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

Xarici ölkədə (ərazidə) təsis edilən (qeydiyyatdan keçən) hüquqi şəxsin kənar idarəçisi qismində çıxış edən şirkətin xidmət təminatçısının öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurması zamanı şirkətin xidmət təminatçısı qismində iştirak etdiyini bəyan etməməsinə və bununla əlaqədar zəruri bütün məlumat və sənədləri təqdim etməməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxsləri iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

Maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Maliyyə institutları tərəfindən əməliyyatların icra edilməməsinə dair “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan qırx min manatadək məbləğdə cərimə edilir.

Maliyyə monitorinqi orqanının əməliyyatların dayandırılması barədə qərarının maliyyə institutları tərəfindən icra edilməməsinə, hər bir əməliyyata görə vəzifəli şəxslər dörd min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər qırx min manatdan əlli min manatadək məbləğdə cərimə edilir.

Bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

Dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmamasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

Auditor xidməti göstərən şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi və ya məlumat və sənədlərin saxlanmasına dair tələblərə riayət olunmamasına, yaxud maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində maliyyə monitorinqi orqanının verdiyi yazılı göstərişlərin vaxtında və ya tam icra edilməməsinə, həmçinin nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aktivlərin dondurulması üzrə tədbirlərin görülməməsinə, hər bir fiziki şəxs və ya quruma görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan əlli min manatadək məbləğdə cərimə edilir.

Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident fərman İMZALADI


Prezident İlham Əliyev “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

“Hədəfli maliyyə sanksiyaları haqqında” qanun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının (HMS) tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.

HMS terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə görə tətbiq oluna bilər.

HMS fiziki şəxslərə və qurumlara qarşı tətbiq oluna bilər. Qurumların dairəsi qanun layihəsinin 1.1.4-ü maddəsində göstərilir. HMS tədbirlərinin tətbiqi üçün əsas BMT TŞ-nin müvafiq qətnamələridir. HMS cinayət mühakimə icraatı çərçivəsində tətbiq edilən tədbirləri əvəzləmir və önləyici xarakter daşıyır.

HMS tədbirləri aşağıdakı formalarda icra edilir:

- sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlərinin təxirəsalınmadan dondurulması;

- sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsinin qadağan olunması.

Aktivlər terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi fəaliyyəti ilə əlaqəli olub-olmamasından asılı olmayaraq dondurulur.

Sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar beynəlxalq siyahılara BMT TŞ-nin müvafiq sanksiya komitələri tərəfindən, ölkədaxili siyahıya isə Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil edilir.

Beynəlxalq və ölkədaxili siyahılar HMS dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirəsalınmadan və sanksiya tətbiq edilmiş fiziki şəxslərə və qurumlara xəbərdarlıq etmədən aktivlər dondurulmalıdır.

Qanun fevralın 1-dən qüvvəyə minir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırılıb


Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırılıb.

Bu, Prezident İlham Əliyevin “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.
Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı – hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə yaradılacaq və idarə olunan internet informasiya ehtiyatı olacaq.

Fərmana görə, aktivləri səhvən dondurulmuş fiziki şəxslərin və qurumların aktivləri həmin fiziki şəxslərin və qurumların hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə edilən müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq uyğunsuzluq təsdiq edildikdən sonra təxirəsalınmadan azad edilməlidir. Dövlət Təhlükəsizliyi Xidməti həmin müraciətə dərhal baxmalıdır.

Fərmana əsasən, aşağıdakı fiziki şəxslər və qurumlar Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edilirlər:

- terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi, yaxud belə əməllərin törədilməsində hər hansı şəkildə iştirak etməsi və ya kömək göstərməsi, habelə həmin əməllərin törədilməsinə cəhd göstərməsi, terrorçu olması, terrorçu qrupun (dəstənin, təşkilatın) yaradılmasında və ya fəaliyyətində hər hansı formada iştirak etməsi ilə bağlı əsaslı şübhələr olan fiziki şəxslər və qurumlar;

- yuxarıda göstərilən fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar;

- yuxarıda göstərilən fiziki şəxslərin və qurumların adından, yaxud onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslər və qurumlar.

Dövlət Təhlükəsizliyi Xidməti fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsinə dair təqdimatı Azərbaycan Respublikası Baş Prokurorluğunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş nəzarət orqanlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) və ya maliyyə monitorinqi orqanının əsaslandırılmış müraciəti, həmçinin xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında, habelə öz təşəbbüsü ilə verir. Təqdimata müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılacaq.

Xarici dövlətin səlahiyyətli orqanı fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıya daxil edilməsi üçün sorğunu Dövlət Təhlükəsizliyi Xidmətinə birbaşa, yaxud “Cinayət işlərinə dair hüquqi yardım haqqında” qanun və ya bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş qaydada təqdim edir.

Dövlət Təhlükəsizliyi Xidməti xarici dövlətin səlahiyyətli orqanının sorğusunun Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən bu Qanunda nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır və tələblərə riayət olunmadıqda əlavə məlumatların və sənədlərin təqdim edilməsinə dair müraciət edir.

Dövlət Təhlükəsizliyi Xidməti xarici dövlətin səlahiyyətli orqanının sorğusuna 15 gün müddətində baxır və sorğuya baxılmanın nəticəsi barədə xarici dövlətin səlahiyyətli orqanına yazılı formada məlumat verilməsini təmin edir. Əlavə araşdırma tələb edildikdə sorğuya baxılma müddəti uzadıla bilər.

Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdə Dövlət Təhlükəsizliyi Xidməti həmin fiziki şəxsi və ya qurumu təxirəsalınmadan ölkədaxili siyahıya daxil edərək bu barədə məlumatı hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirir, əlaqə vasitələri məlum olduqda fiziki şəxsləri və qurumları ölkədaxili siyahıya daxil edilmələri barədə məlumatlandırır.

Məhkəmə xarici dövlətin vətəndaşı olan, xarici dövlətdə qeydiyyatda olan və ya yaşayan fiziki şəxsin, həmçinin xarici dövlətdə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə qərar qəbul etdikdə, Dövlət Təhlükəsizliyi Xidməti həmin dövlətin aidiyyəti orqanlarına bu barədə yazılı formada məlumat verilməsini təmin edir.

Ölkədaxili siyahıya daxil edilmə üçün əsaslar aradan qalxdıqda Dövlət Təhlükəsizliyi Xidməti öz təşəbbüsü və ya fiziki şəxs və ya qurumun, o cümlədən həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxslərin müraciəti əsasında fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə məhkəməyə təqdimat verir. Dövlət Təhlükəsizliyi Xidməti fiziki şəxsin və ya qurumun, o cümlədən həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxslərin müraciətinə 15 gün müddətində baxır və müraciət əsaslı hesab olunarsa, fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə məhkəməyə təqdimat verir. Əlavə araşdırma tələb edən müraciətlərə 1 ay müddətində baxılır.

Fiziki şəxs və ya qurum üçüncü dövlətin sorğusuna əsasən ölkədaxili siyahıya daxil edildikdə, sorğu göndərən dövlətin və ya həmin fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və ya yaşadığı və ya qurumun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi dövlətin sorğusu əsasında və ya öz təşəbbüsü ilə Dövlət Təhlükəsizliyi Xidməti ölkədaxili siyahıdan çıxarılma barədə təqdimatla məhkəməyə müraciət edə bilər. Dövlət Təhlükəsizliyi Xidməti sorğuya 15 gün müddətində baxır və sorğuya baxılmanın nəticəsi barədə xarici dövlətin səlahiyyətli orqanına yazılı formada məlumat verilməsini təmin edir. Əlavə araşdırma tələb edildikdə sorğuya baxılma müddəti uzadıla bilər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Maliyyə Monitorinqi Xidməti haqqında fərman imzaladı


Prezident İlham Əliyev 18 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiq edilməsi barədə” 23 fevral 2009-cu il tarixli fərmanını ləğv edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

XƏBƏR LENTİ

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO