[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Prezidenti İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib


Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərindəki helikopter qəzası ilə bağlı başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Çin və Azərbaycan yaxşı dostlardır" - İlham Əliyev


"Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub".

Bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı Çin lideri ilə ötən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdüklərini xatırladıb: “Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. “Bir kəmər, bir yol” sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı. Bu mənim üçün böyük şərəf idi”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sığorta şirkətləri Mərkəzi Bankı saymadı - NƏ ETMƏLİ?


Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası fəaliyyəti üzrə müvafiq icazəsi olan sığorta şirkətləri onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyil.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir. Qurum bəyan edib ki, “İcbari sığortalar haqqında” Qanuna əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Belə hallar baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və yaxud yazılı şəkildə müraciət etməklə AMB-yə şikayətlərini bildirə bilərlər, bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi sığortaçının icbari sığorta şəhadətnaməsini satması təmin edilir.

Hazırda icbari avtosığorta bazarında vəziyyətə nəzarət edilməsi və mövcud problemlərin həlli məqsədilə mütəmadi olaraq AMB ciddi monitorinqlər həyata keçirir, hərtərəfli təhlillər və qiymətləndirmələr aparır.

Qeyd edək ki, son vaxtlar mühərrik həcmi 2000 kub/sm-dən az olan avtomobillər icbari sığorta olunmur. Bu da onların sığorta olunmamaya görə 50 manat cərimə olunması deməkdir ki, bu da reallaşır.

Sığorta şirkətlərinin bu özbaşınalığına nə vaxt son qoyulacaq?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bununla bağlı Cebhe.info-ya bildirib ki, qanunvericilikdə bununla bağlı hər hansı bir məhdudiyyət, qadağa yoxdur:

“Sığorta şirkətlərinə elə bir səlahiyyət verilməyib ki, hansısa avtomobili sığorta etsinlər, yaxud imtina etsinlər. Qanunun tələbinə görə icbari sığorta ilə bağlı müraciət edəndə sığorta şirkəti həmin nəqliyyat vasitəsinə icbari sığorta şəhadətnaməsi verməli, qeydə almalıdır. Ancaq son vaxtlar sığorta şirkətləri özbaşına olaraq risk qrupu müəyyənləşdiriblər. Onların düşüncəsi ilə həmin maşınlar risk qrupuna aiddir, tez-tez qəzalar baş verir, taksidə daha çox istifadə olunur, təhlükəlidir. Ona görə də həmin avtomobillərin sığortasından imtina edirlər. Bu, tamamilə absurd yanaşmadır. Artıq məsələ ictimailəşəndən, bir neçə aydır ki, müzakirə olunandan sonra nəhayət ki, Mərkəzi Bank “yerindən tərpəndi”. Guya neçə ayda Mərkəzi Bankın bu məsələdən xəbəri yox idi. Hər şeydən xəbəri var idi, görürdülər, bilirdilər. Sanki gözləyirdilər ki, nə vaxta qədər uzada biləriksə, uzadaq, sonra bir tədbir görərik. Nəhayət, Mərkəzi Bank qərar verib, 10 gün ərzində sığorta şirkətlərinə tapşırıq verilib, artıq 4 gün geridə qalıb.

Tələb ondan ibarətdir ki, bütün sığorta şirkətləri öz saytları vasitəsilə icbari sığortanın qeydə alınmasına imkan yaratmalıdırlar. Yəni vətəndaş internetdə gedib hansısa sayta daxil olub, öz telefonunun balansını artıra bilirsə, internet vasitəsilə avtomobilinə aid olan məlumatları yazıb, ödəniş edəcək. Nə sığorta agenti, nə də digərləri ilə təmasda olacaq”.

Ekspert bildirib ki, bunun sosial cəhətdən bir təsiri olacaq:

“Müəyyən agentlər işsiz qalacaq. Ancaq sürücüləri də incitmək olmaz. Məhz onların məsuliyyətsizliyi nəticəsində bir çox sürücü avtomobilini sığorta etdirmədiyinə görə cərimə olunub. Bunun da kompensasiyasını ödəməlidirlər, ancaq ödəməyəcəklər. Nə qədər insanı ziyana saldılar, özbaşına, qanunda tutulmadığı halda bu addımı atıblar”.

Ekspertin sözlərinə görə, ancaq yaxın günlərdə bu məsələnin həllini tapacağı gözlənilir:

“Dünən də bir açıqlama verildi ki, sığortadan imtina etmək qanunsuzdur. Çox təəssüf ki, bu açıqlamanın ardınca bir neçə sürücü sığorta şirkətlərinə müraciət etsə də,yenə də onların avtomobilinin sığorta edilmədiyini bildiriblər. Mənim tövsiyəm odur ki, bir neçə gün gözləsinlər, bəlkə də online qaydada sığorta mümkün olacaq. Bu reallaşmazsa, nə baş verəcəyini zaman göstərəcək. Əslində bu çox pis bir yanaşmadır. Ölkə başçısının imzaladığı Dövlət Proqramına nəzər salsaq görərik ki, burada elektromobillər, hibrid avtomobillər, daha aşağı mühərrik həcmi olan, daha az yanacaq yandıran, ətraf mühiti daha az çirkləndirən avtomobillərin təşviqi, stimullaşdırılması nəzərdə tutulur.

Biz bunu reallaşdırmağa çalışsaq da, sığorta şirkətləri də bunun əksinə gedir, biz mühərrik həcmi aşağı olan avtomobilləri qeydə almırıq. Axı bu maşınların hamısı taksi deyil, əksəriyyəti şəxsi istifadədir. Sən kimsən ki, özbaşına qərar verirsən, qeydə almırsan? Buna görə həmin avtomobil dilleri, şirkətlər birləşib dövlətə qarşı iddia qaldırar ki, siz mənim brendimi gözdən salırsınız, satışına mane olursunuz. Bu zaman dövlət milyonlar itirə bilər. Həmin brendlər bizi məhkəməyə verər, beynəlxalq məhkəmələrdə süründürərlər. Onlar bunun məsuliyyətini dərk etmirlər və bu qədər özbaşınalıq olmaz”.

Qeyd edək ki, məsələ ilə bağlı bir neçə sığorta şirkətinə, o cümlədən "Amrah Sığorta", "Ata Sığorta", "Atəşgah Sığorta"ya müraciət etsək də, onlar bu suala cavab verməkdən yayındılar. Yalnız “Azərbaycan Sənaye Sığorta”dan hazırda mühərrik həcmi 2000 kub/sm-dən az olan avtomobillərin icbari sığorta olunduğunu bildirdilər, ancaq digər suallara cavab verməkdən imtina olundu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

Müsahibəni təqdim edirik.

Müxbir: Cənab Prezident, Sizi Davosda yenidən görmək çox xoşdur.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizi də bir daha görməyimə çox şadam. Burada sonuncu görüşümüz xatirimdədir və bu imkana görə sizə təşəkkür edirəm.

Müxbir: Azərbaycanla Çin arasında dostluq, Sizin Çin xalqına münasibətiniz tərəfimizdən çox yüksək dəyərləndirilir.

Prezident İlham Əliyev: Bəli, siz haqlısınız. Bizim çox yaxşı münasibətlərimiz var. Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub.

Müxbir: Bu, Sizin doğum gününüzə təsadüf edirdi? O, Sizi doğum gününüz münasibətilə təbrik etdi.

Prezident İlham Əliyev: Hətta ondan öncə, biz keçən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdük. Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı.

Müxbir: Çinin böyük dostu?

Prezident İlham Əliyev: Bu mənim üçün böyük şərəf idi.

Müxbir: Cənab Prezident, bu məlumatı paylaşdığınız üçün çox sağ olun. Azərbaycan və Çin haqqında danışarkən söhbət təkcə müzakirələrdən yox, praktiki fəaliyyətdən də gedir. Bu da yüksək qiymətləndirilir və hətta deyərdim ki, bizi heyran edir. Azərbaycanı və Çini bir-birinə daha uzun müddətə dayanıqlı şəkildə yaxınlaşdıracaq əməkdaşlıq fəaliyyətini necə görürsünüz?

Prezident İlham Əliyev: Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var.

Müxbir: Başa düşürəm ki, infrastruktur, enerji və tikinti sahələrində investisiyalarla bağlı çoxlu müzakirələr və praktiki addımlar olub. Məsələn, Azərbaycanda fəaliyyət göstərən Çin şirkətləri tərəfindən. Bəs onlar və ölkənizə gələn digər investorlar üçün hansı siyasəti təmin edirsiniz?

Prezident İlham Əliyev: Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq. Lakin, biz investorları gəlməyə məcbur edə bilmərik. Biz yalnız...

Müxbir: Dəvət edə bilərsiniz?

Prezident İlham Əliyev: Dəvət edə bilərik.

Müxbir: Onları yaxşı qarşılayaraq və yaxşı siyasətlərlə...Bu barədə söhbət edərkən mən “Bir kəmər, bir yol” layihəsi haqqında danışmaq istəyirəm. Çünki bu il, cənab Prezident, “Bir kəmər, bir yol” təşəbbüsünün 10-cu ildönümüdür. Azərbaycan indi artıq “Bir kəmər, bir yol” layihəsinə çevrilmiş təşəbbüslərdə çox konstruktiv rol oynayır. Çinlə “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı nailiyyətlər, koordinasiya və əməkdaşlıqla bağlı düşüncələriniz nədir? Gələcəyi necə görürsünüz? Çünki dünya çox sürətlə dəyişir. Beləliklə, strateji nöqteyi-nəzərdən hansı istiqamətdə irəliləyirsiniz?

Prezident İlham Əliyev: Əvvəla, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik.

Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir. Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Çinin artıq yeni bir dəmir yolu layihəsinin təşəbbüsü ilə çıxış etdiyini və onu artıq başladığını bilirəm - Çin-Qırğızıstan-Özbəkistan. Bu layihə də bizə, Xəzər dənizinə istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur. Orta Dəhlizin parlaq gələcəyi var.

Müxbir: Əlbəttə ki.

Prezident İlham Əliyev: Mən buna tamamilə əminəm.

Müxbir: Orta Dəhliz bu baxımdan getdikcə çox vacib rol oynayır. Cənab Prezident, “Bir kəmər, bir yol” layihəsində çoxlu yeniliklər olub. Layihə indi daha çox yaşıl, ekoloji cəhətdən təmiz və daha yüksək keyfiyyətə malikdir. Bu, sizin Çinlə və bəzi başqa ölkələrlə əməkdaşlığınızda özünü necə göstərir?

Prezident İlham Əliyev: Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik.

Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq. Dediyim kimi, biz ilkin sənədləri imzalamışıq. Əlbəttə ki, müqavilələr gələcəkdə imzalanacaq. Lakin bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var. Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil.

Müxbir: Cənab Prezident, mən 10 dəqiqədir Sizi dinləyirəm. Mən çox işin görüldüyünü, çox şeyə artıq nail olunduğunu eşitdim və bu, olduqca böyük təəssürat yaradır. Çünki son vaxtlar çox söz danışılır, ancaq əməllər daha çox qiymətləndirilir. Mən ötən illərdə iştirak etdiyim bir neçə Dünya İqtisadi Forumunu xatırlayıram, biz bir səhnədə idik, Siz mənim moderatorluq etdiyim paneldə iştirak edirdiniz.

Prezident İlham Əliyev: Bəli, xatırlayıram.

Müxbir: Bizim bir neçə ətraflı müsahibəmiz oldu, Sizin çox konstruktiv olduğunuzu xatırlayıram. Siz öndə olmaq istəyirsiniz ki, insanlara ölkənizin necə hazır olduğunu deyəsiniz. Məni hər zaman bir məsələ maraqlandırır ki, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır?

Prezident İlham Əliyev: İlk növbədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm.

Müxbir: Deməli, demək istəyirsiniz ki, mən doğru sual verirəm?

Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur. Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam. Siz tamamilə haqlısınız ki, çoxlu sözlər danışılır, çoxlu bəyanatlar, açıqlamalar verilir, sonra isə onlar tamamilə yoxa çıxır və bu açıqlamaları, vədləri verənlər, onları ya unudur, ya da özlərini elə aparırlar...

Müxbir: Onlar da yoxa çıxır.

Prezident İlham Əliyev: Onlar da yoxa çıxır, tamamilə doğrudur. Biz yalan vədlərə əsaslanan çox sayda siyasi və ya seçki kampaniyaları görmüşük. Lakin bu, uğura gətirib çıxarmayıb, uğur yalnız müvəqqəti olub. Çünki insanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər. Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var.

Müxbir: Sirr nədən ibarətdir. Bölüşə bilərsinizmi?

Prezident İlham Əliyev: Mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram. Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır. Onların daha yaxşı yaşamaları üçün nəyə ehtiyacları var və bu daha yaxşı həyatı necə təmin etmək olar? Müxtəlif alətlər var. İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb.

Müxbir: Demək asandır, sübut etmək isə çətindir.

Prezident İlham Əliyev: Bəli. Mən demək olar ki, 20 illik prezidentliyim dövründə söylədiyim hər bir sözə görə məsuliyyət daşıya bilərəm. Millətimizin əldə etdiyi ən böyük nəticələrdən biri işğal altındakı ərazilərin 2 il əvvəl azad edilməsi oldu. Bu, həm də tarixi nailiyyət idi, bəlkə də ən mühüm tarixi nailiyyət.

Müxbir: Cənab Prezident, Sizdən enerji böhranı haqqında danışmağı xahiş edirəm. Bu, həm də bu il Dünya İqtisadi Forumunda müzakirə olunan ən mühüm mövzulardan biridir. Enerji böhranı başlayandan Sizin ölkəniz strateji cəhətdən başqaları ilə əməkdaşlıq edir ki, Azərbaycanın qlobal problemlərin həllində mühüm rol oynamasını təmin etsin. Cənab Prezident, ətraflı danışa bilərsinizmi, bu ideyaları strateji cəhətdən irəli sürməyi, Dünya İqtisadi Forumunda deyildiyi kimi, maraqlı tərəfləri bir araya gətirməyi və bunu belə aktual vaxtda etməyi necə bacardınız? Mən, həmçinin bu enerji böhranının gedişatını Sizin necə gördüyünüzü eşitmək istərdim.

Prezident İlham Əliyev: Bizim bu sahədəki təşəbbüslərimizə və nailiyyətlərimizə gəlincə, ilk növbədə, biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq. Biz ilkin sərmayələri cəlb edərkən kəmərlərimiz yox idi. Kəmərlər sonra inşa olundu. Bu kəmərləri inşa etmək üçün biz tranzitorlarla, qonşularımızla razılaşmalı idik. Biz hər kəs üçün uduşlu bir vəziyyət yaratmalı idik, ədalətli olmalı idik, əməkdaşlığa və dəstəyə hazır olmalı idik. Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib.

Biz komanda işini qurmağa nail olduq. Biz bu işi məhz belə qura bildik. İndi - bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Çünki Avropada qaz çatışmazlığı var və bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq, bu, mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan sözsüz ki, təbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə, coğrafiyamızı genişləndirəcəyik.

Müxbir: Siz deyirsiniz ki, hazırsınız. Şans sizin tərəfinizdə olacaq.

Prezident İlham Əliyev: Bəli.

Müxbir: Siz bunu nəzərdə tutursunuz?

Prezident İlham Əliyev: Tamamilə doğrudur.

Müxbir: İndi dünyaya nəzər salın. Dünya İqtisadi Forumunun mövzusu “Parçalanmış dünyada əməkdaşlıq”dır. Bu mövzunun seçilməsinin səbəbi ondan ibarətdir ki, əməkdaşlıq etmək çətindir. Bu mənada ölkənizin lideri olaraq və hazırda dünyanın çağırışlarına qarşı konstruktiv rol oynayarkən Siz əməkdaşlığın mənasını nədə görürsünüz? Əməkdaşlığı çətinləşdirən nədir?

Prezident İlham Əliyev: Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi. Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub.

Müxbir: Bu, həyat kimidir.

Prezident İlham Əliyev: Bu, həyat kimidir, tamamilə doğrudur. Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür. Bu suala cavab verərkən sizin diqqətinizə çatdıra biləcəyim daha bir misal bizim Qoşulmama Hərəkatının sədri kimi səylərimizdir. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz həqiqətən də nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik. Çünki böyük güclər arasında qütbləşmə açıq-aşkardır. Böyük güclərin maraqları arasındakı uçurum ola bilsin ki, kiçilməyəcək. Ona görə də faktiki olaraq alternativ kimi yaradılmış, lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər.

Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik. 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar.

Bir daha qeyd etmək istəyirəm ki, bu gün dünyanın üzləşdiyi əsas problemin legitim mənbəyi yoxdur. Bunlar, sadəcə, baxışlar, ambisiyalar və virtual liderlik uğrunda mübarizə ilə bağlıdır.

Müxbir: Məsələnin tərəfinizdən bu cür qoyuluşu xoşuma gəldi.

Prezident İlham Əliyev: Bilirsiniz, bu liderliyi ölçmək mümkünsüzdür. O, virtualdır və ixtiyarınızda olan media tərəfindən yaradıla bilər. O, nəzarətinizdə olan QHT-lər tərəfindən yaradıla bilər. Ancaq, necə deyərlər, rəqabət mühitində siz bunu sübut edə bilməzsiniz. Bu səbəbdən onlar gərək silahları yerə qoysunlar və bəşəriyyətin üzləşdiyi problemlərə diqqətlərini yönəltsinlər – yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması. Budur fundamental problemlər.

Müxbir: Cənab Prezident, dedikləriniz Çin tərəfindən təklif edilmiş “Vahid Gələcək Birliyi” ideyasını xatırladır. İnsan olaraq bizim eyni elementar ehtiyaclarımız var. Biz kimin bizə xoş münasibət bəslədiyini, dostlarımızı tanıyırıq və uzunmüddətli perspektivdə kiminlə irəli gedə biləcəyimizi bilirik.

Prezident İlham Əliyev: Əlbəttə. Sizə səmimi deyə bilərəm ki, dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Siz bunu qlobal miqyasda edirsiniz. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur. Baxın, Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səyləriniz sayəsində nail olmusunuz.

Müxbir: Cənab Prezident, mənim sonuncu sualım var. Bu gün Davos İqtisadi Forumunun açılışında çıxış edən Çinin Baş nazirinin müavini Liu He bizim ölkənin iqtisadi inkişafa və islahatlara sadiqliyini, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini bəyan etdi. Bilirəm ki, Sizin Çin rəsmiləri ilə tez-tez təmaslarınız olur. Siz Çinin bu məsələlərə sadiqliyini necə qiymətləndirirsiniz və bunlar ölkəniz üçün nə deməkdir?

Prezident İlham Əliyev: Dedikləriniz çox vacib məsələlərdir. Siz bunu daha yaxşı bilərsiniz. Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır – artım nə qədər olacaq, faiz dərəcəsi hansı səviyyədə olacaq və sair. Bu, bir məsuliyyətdir və hökumətiniz bu qlobal məsuliyyəti dərk edir. Ölkənizin yüksəkrütbəli rəsmisi Davosda belə bəyanatla çıxış edirsə, bu, dünya iqtisadiyyatı, bütün ölkələr, o cümlədən bizim ölkə üçün də çox yaxşı siqnaldır. Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir. Siz onilliklər ərzində müəyyən edilmiş hədəflərə müntəzəm surətdə nail olmusunuz. Biz sizə uğurlar diləyirik. Çünki həm qlobal iqtisadiyyatın bir parçası, həm də dost olaraq biz bütün planlarınızın həyata keçməsini arzulayırıq. Sizin iqtisadi göstəriciləriniz qlobal iqtisadiyyata və bir çox ölkələrə ciddi dərəcədə təsir edir.

Müxbir: Cənab Prezident, Siz çox təvazökarsınız. Rəhbərliyinizlə ölkənizin nailiyyətləri münasibətilə Sizi təbrik edirəm. Cənab Prezident, Çin təqviminə görə bu il dovşan ilidir və bir neçə gün sonra biz onun gəlişini qeyd edəcəyik. Sizdən Çində bizim tamaşaçılarımızı salamlamağı xahiş etmək istərdim. Biz Yeni ili bir neçə gün sonra qeyd edəcəyik və bu da Davos İqtisadi Forumunun sonuna təsadüf edir.

Prezident İlham Əliyev: Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik etmək istəyirəm. Bütün Çin xalqına sülh, firavanlıq və uğur diləyirəm. Azərbaycan olaraq biz sizin dostunuz və tərəfdaşınızıq. Bizim uzun illərdir ki, çox yaxşı münasibətlərimiz var. Biz sizin ölkənizi sevirik və şadıq ki, getdikcə daha çox azərbaycanlı Çinə səfər edir. Bununla yanaşı, Çindən gələnlərin də sayı artır. İnsanlar arasında təmaslar daha sıx siyasi münasibətlərin qurulmasında vacib rol oynayır. Əminəm ki, Çin özünün iqtisadi və sosial inkişafında uğurlar əldə etməyə davam edəcək və bizi birləşdirəcək Orta Dəhliz layihəsi uğurla həyata keçiriləcək. Yeni iliniz mübarək!

Müxbir: Cənab Prezident, çox səmimi təbrikinizə görə sağ olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, məmnun oldum.

Müxbir: Ümidvaram ki, Siz tezliklə Çinə səfər edəcəksiniz, çünki dovşan ilində hər kəs sürətlə hərəkət edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Optimal Elektronika" müştərilərə qarşı dələduzluq edir?


"Optimal Elektronika" kreditlə telefon alan müştərini aldadıb.

Redaksiyamıza "Optimal Elektronika" mağazalar şəbəkəsindən şikayət daxil olub.

Pərvinə Əzizi bildirir ki, o ,15.03.2022-ci il tarixində "Optimal" elektonika mağazalar şəbəkəsinin Həzi Aslanov filialından 1 illik kreditlə telefon alıb. Pərvinə krediti 1 ilə yox, 9 aya, 05.12.2022 tarixində bağlayıb. Daha sonra o bankdan kredit götürmək istəsə də bildirilib ki, onun adına 7 gün gecikmə və 225 manat borc var. "Optimal' məsuliyyəti "Kəpəz" bonkt bank olmayan kredit təşkilatının üzərinə qoyub. Məlum olub ki, "Optimal" müştəridən pulu alıb, amma "Kəpəz" bonkt -a ödəməyib. "Kəpəz" bonkt Pərvinəyə bildirib ki o bu halla üzləşən ilk müştəri deyil. "Kəpəz"in "Optimal"la müqaviləsi olsa da "Optimal" minlərlə müştərinin ödənişini "Kəpəz"ə çatdırmayıb. Pərvinə 2 aydır "Optimal"a müraciət etsə, də onun şikayətinə baxılmır.

Sonxeber.az qarşı tərəfin mövqeyini öyrənmək üçün "Optimal"a müraciət edib, lakin rəhbərlik açıqlama verməkdən yayınıb.
"Optimal Elektronika" müştərilərə qarşı dələduzluq edir?
"Optimal Elektronika" müştərilərə qarşı dələduzluq edir?

Sonxeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan FHN-nin rəhbəri dəyişdi... BƏS ONUN ETDİYİ CİNAYƏTLƏR? - “Başqa yolum qalmır, ya ölməliyəm, ya da…”


Naxçıvan şəhər, Xok kənd sakini Səfərov Rəcəb Qoşnalı oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu Naxçıvan MR Fövqəladə Hallar Nazirliyindən haqsız yerə işdən çıxarıblar:

“Mən, Səfərov Rəcəb Qoşnalı oğlu, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan bir neçə vəzifəli şəxslər tərəfindən oyuna salınmışam. Murad Cabbarov adlı şəxslə ailəvi münasibətlərimiz olduğuna, ən çox da məcbur edildiyimə görə “Fövqəladə Hallar”da işlə təmin olunmaq istəyən şəxslərdən 10-15 min manat pul alıb Murad Cabbarova verirdim. O deyirdi ki, sənə də “hörmət” edəcəyəm.

Hər dəfə pul verib işə düzəlmək istəyənlərin əksəriyyəti problemsiz işlə təmin olunmuşlar. Axırıncı dəfə isə, əksinə oldu, işə düzəltmək adı ilə 10 nəfərdən işlə təmin edə və onlardan aldığım pulları geri qaytara bilmədim. Beləliklə, pul verən şəxslər məni tanıdıqlarına görə, hamısı mənim üstümə gəlir, pullarını istəyirdilər. Dəfələrlə bu haqda Murad Cabbarova məlumat verdim. Amma o, heç nə etmirdi, pulları qaytarmaq fikri yox idi.

10 nəfərdən 5-i işlə təmin olundu, qalan 5-isə yox.

Murad Cabbarovun soyuqqanlı davranışı məni qorxuya salırdı. 2022-ci ilin oktyabr ayında qərar verdim və Şamı Abdullayevin qəbuluna getdim. Şamı Abdullayev mənə dedi ki, heç yerə gedib şikayət eləmə, sakit ol, həll edərik. Bu zaman mənə aydın oldu ki, Murad Cabbarov məhz Şamı Abdullayevlə iş görürmüş.

Gözləməkdən fayda gəlmirdi, şikayətçilər pullarını istəyir, məni şikayət edəcəklərini deyirdilər. Amma onlardan qabaq mən özüm gedib nazirliyə şikayət etmişəm. Daha sonra prokurorluğa müraciət etdim, 6-7 ay istintaq getdi, dəfələrlə eyni izahatı verdim. Və son izahat zamanlar mənə prokurorluqdan bildirdilər ki, sənə 12 il iş düşür, əgər işinin azalmasını istəyirsənsə, bu işi tək törətdiyini boynuna al, işin aşağı salınsın. Dedilər ki, heç kəsin adını çəkmə, tək etdiyini bildir, səni şərti işlə azadlığa buraxaq.

Həmin vaxtı razı olmadım, amma sonradan əlacsız qalıb razılaşdım. Mənə dedilər ki, sənin ailə vəziyyətin də nəzərə alınacaq. Razılaşdım, boynuma aldım. Məhkəmədə hakim 5 il iş deyəndə başa düşdüm ki, məni aldadıblar. Üstəlik, mənə deyilən maddəni də vermədilər.

Beləliklə, 4 il 6 ay həbs cəzası verildi. Ondan sonra yoldaşım hər yerə şikayət etdi. Amma təəssüflər olsun ki, şikayətə baxılmadı. Naxçıvan MR Ali Məclisinə də şikayət etdik. Atadan qalma kənddə bir evim var idi, dövlət onu 20 min manata satdırdı və pullarını aldığım insanlara verdi. Bu işdə bir manat gəlirim olmamışdı, amma mən 20 min manat borc qaytardım. İlk mən şikayət etmişəm, amma zərərçəkən də mən olmuşam.

Hələ də 50-55 min manat borcum qalıb. Axı mən “yemədiyim” pulları necə ödəyim?! Üstümdə icbari iş var, heç bir idarə bu səbəbdən məni işlə təmin etmir. Zərərçəkənlər məni hədələyir, şikayət edəcəklərini qeyd edirlər. Bu iş Murad Cabbarov və Şamı Abdullayev tərəfindən mənim boynuma yıxıldı. Qardaşım, yoldaşım lazımi orqanlara müraciət etsələr də, şikayətə baxılmır. Hər kəs deyir ki, prokurorluq bu işə son verib. Mənim başqa yolum qalmır artıq, ya ölməliyəm, ya da həbsə girməliyəm. Pulum yoxdur ki, insanların pullarını qaytarım. Ailəmə baxa bilmirəm, uşaqlarımın qarşısında aciz qalmışam. Murad Cabbarova pul verdiyim otaqda kameralar olub, heç bir görüntünü çıxartmadılar ortaya. Hərbi prokuror qeyd edir ki, kameralarda heç bir görüntü yoxdur. Bəs görüntü yoxdursa, kamera niyə var?!

Bakıda Fövqəladə Hallar Nazirliyinə şikayət etdim. Mənə dedilər ki, bizim Naxçıvana gücümüz çatmır. Fövqəladə Nazirliyinin müavininə belə bir sual verdim ki, əgər siz baş idarəsinizsə, baş bədəni idarə edə bilmirsə, bəs sizin varlığınızın səbəbi nədir?

3 övladım var, yoldaşım psixi xəstədir, gəlir yerim yoxdur. Onlar deyən kimi, əgər bu pulları mən mənimsəmişəmsə evim, maşınım olardı, heç nəyim yoxdur. Atadan qalma evim var idi , onu da dövlət satdırdı, borca verdi.

Yoldaşım Naxçıvan Respublikası psixoloji dispanserdə qeydiyyatdadır. Oğlum asma braonxit xəstəsidir. Araşdırılma aparılsa bütün həqiqətlər ortaya çıxar. Yaxşı işçi kimi hər zaman fərqlənmişəm.

Naxçıvanda belə bir qanun var: “Günahkarı axtarmırlar, günahkarı təyin edirlər”. 6 ay istintaq davam etdi ki, mən o çətinliklərə dözə bilməyim və boynuma alım, belə də oldu. Hərbi prokurorluq da qeyd etdi ki, işimə davam edə bilərəm. Amma komandir məni ora yaxın qoymurdu. Hətta borc alıb əraziyə 800 AZN-ə çən almışdım, onun belə borcu hələ qalır.

Bir sözlə, sübutsuz hər cür şər-böhtana məruz qalmışam. Şamı Abdullayev nazir olan dövrdə tabeçiliyində olan mülki müdafiə alayında iki əsgər özünə qəsd etmişdir. Biri özünü asmış, digəri isə özünü qatarın altına atmışdır. Bu hadisələr haqqında nazir kimi ona heç bir cəza verilmədi, əksinə yüksək rütbə verildi.

Həmişə tədbirlərdə Vasif Talıbov Şamı Abdullayevi nümunə göstərək, “mənim ən sədaqətli nazirim” deyirdi. Vasif Talıbovun arxasında durduğu insana heç kəs heç nə edə bilməzdi. Bu işdə də Murad Cabbarov Şamı Abdullayevə, Şamı Abdullayev isə Vasif Talıbova arxalanıb bu qədər pulu mənim boynumda qoydular.

Şamı Abdullayevin çirkli əməllərindən biri də dövlət tərəfindən ölkə xaricinə (Ukrayna və Belarusiya ) təhsil üçün göndərilən işçilərə ayrılan 4 il müddətində 50 min manat məbləği Murad Cabbarovla birlikdə mənimsəməsidir.

Hər il idarələrin təmiri üçün işçilərdən pullar yığılır. Dövlət tərəfindən ayrılan məbləğ mənimsənilir. Mülki Müdafiə alayına ayrılmış dərman vasitələrini almırlar. Qış aylarında istiliyi 4 saatdan artıq yandırmaq qadağan edilir, soyuqda işlərinə davam edirlər.

Sizin redaksiyadan xahişim odur ki, bu məsələni işıqlandırasınız, bəlkə bu məsələyə də aydınlıq gətirələr”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Davosda Azərbaycanın enerji layihələri müzakirə edildi


Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşü olub.

Görüşdə BP şirkətinin Azərbaycanda uzun müddət fəaliyyət göstərdiyi vurğulanıb. Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələrində BP şirkətinin daha fəal iştirakı, mövcud layihələrin genişləndirilməsi məsələləri müzakirə olundu.

Bernard Luni uzunmüddətli strateji əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

BP Qrupunun baş icraçı direktoru Azərbaycanda əldə olunmuş böyük nailiyyətlər və sürətli inkişaf prosesləri ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dünyada böyük maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanın qazandığı uğurların önəmini vurğulayan Bernard Luni, eyni zamanda, azad edilmiş ərazilərdə inşaat infrastrukturu sahəsində görülən genişmiqyaslı işləri qeyd edib.

Bernard Luni əminliklə bildirib ki, Azərbaycanda əldə olunan nailiyyətlər böyük inkişaf proseslərinin başlanğıcıdır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Onlar məndən külli miqdarda məbləğ istədilər" - Babək sakini ŞOK FAKTLARI AÇIQLAYIR

Babək rayon, Kültəpə kənd sakini Cəfərov Məhəmməd Cəmil oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçinin sözlərinə görə, o və qardaşı harınlamış polis məmurlarının özbaşınalıqlarına məruz qalıblar:

“Mən, Cəfərov Məhəmməd Cəmil oğlu, yazaraq sizə bildirirəm ki, qardaşım Cəfərov Coşquna haqsız yerə işgəncə verilib.

Bildirim ki, xalam oğlunu tutmuşdular. Mən də qardaşımla birlikdə Babək rayon polis bölməsinə getmişdik. İdarənin qarşısında qardaşım telefonla danışırdı və bu zaman əsəbləşərk danışdığı şəxsə nəlayiq söz işlətdi. Nəcmi adlı polis əməkdaşı bu danışığı eşidir və sözü özünə götürür.

Qardaşımı polis bölməsinin içinə çağırdılar. Mən də biraz gözlədim və dözməyib içəri girdim. Girəndə gördüm ki , qardaşım dizi üstə durub, polis ona işgəncə verir, ağır söyüşlər söyür. Mən soruşdum ki, niyə belə edirsiniz? Nəcmi və Sabir adlı polislər mənə hücum çəkdilər və təhqir edərək bildirdilər ki, sən bilirsən kiminlə danışırsan? Mən dedim ki, sizə kim səlahiyyət verib, vətəndaşa belə işgəncə verir, təhqir edirsiniz?

Mən çıxdıqdan sonra polislər qardaşımı yenidən təhqir edib və əziyyət veriblər. Elşən Babayev qardaşımın əllərini ayaqlayaraq deyib: “De ki, Elşən müəllim Babək rayonunun şefidir”.

Onlar məndən külli miqdarda məbləğ istədilər. Mən ordan pul tapmaq üçün çıxdım. Cıxdıqdan sonra şöbə rəisi Teymur adlı polis də qardaşıma işgəncə verib, təhqir edib.

Biz atamla şöbəyə qayıtdıq və qardaşımı içərdən çıxartdıq. Qardaşım yarı yolda ağrısı olduğunu dedi, atam dözə bilmədi və biz yenidən şöbəyə qayıtdıq. Atam soruşdu ki, bu uşağı kim belə döyüb? Elşən Babayev dedi ki, mən döyüb təhqir etmişəm və yaxşı eləmişəm. Atam dedi ki, mən Ali Məclisə gedib şikayət edəcəm ki, oğlumu niyə bu günə salıblar? Elşən müəllim bizə dedi ki , hara istəyirsiniz, ora da şikayət edin.

Biz hara uz tutduqsa, şikayətimizə baxan olmadı”. //Hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buralarda səhiyyədən başqa HƏR ŞEY VAR... - İTTİHAM VAR!

Öncə onu qeyd edək ki, uzun illər ölkəmizdə səhiyyə sisteminə Səhiyyə Nazirliyi rəhbərlik edib. Bir neçə il öncə İcbari Tibbi Sığorta Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) yaradıldı. Və beləcə ara qarışdı...
Bir neçə ay öncə redaksiyamıza müraciət edən xəstələr deyirdi ki, qalmışıq Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında... Bütün bunlar azmış kimi, TƏBİB-dən sonra, Allah qoymasa, rayonlarda Tibb Mərkəzləri yaradıldı.
Təsəvvür edirsiniz, rayon ərazisindəki doğum evi, diş poliklinikası, uşaq xəstəxanası, nə bilim ginekologiya-filan hamısını birləşdirib bir nəfərə, yəni Fazil Alməmmədov kimi Tibb Mərkəzlərinin direktorlarına tabe etdilər.
Görəsən, Fazil Alməmmədovun ginekologiyadan, yaxud stomatologiyadan başı çıxırmı..?
Söhbət təkcə Fazil Alməmmədovdan, yaxud hansısa Verməmmədovdan getmir ee...söhbət problemdən gedir. Yadıma maraqlı bir olay düşür.
Sovet dövründə Bayıldakı Doğum Evini V.İ.Leninin adına vermişdilər. Sonra kimlərsə bunlara başa saldı ki, ay gerizəkalılar, Lenin hara, Doğum evi hara..? Sonra səhvlərini düzəldib, Doğum evini Leninin arvadı Hadejda Krupskayanın adına verdilər. Yenə onlara başa saldılar ki, Nadya ömrü boyu doğmayıb. Müstəqillik dönəmində isə, səhv etmirəmsə Doğum evini Məşədi Əzizbəyovun adına verdilər. Sonrasını bilmirəm...
Bax, bu gün Səhiyyə Nazirliyi, İcbari Tibb Sığorta Agentliyi, TƏBİB məsələsi həmin olayı yada salır. Vallah, bir dənə də HƏBİB yaradıb başına da Verməmmədovu qoysalar, səhiyyəmiz göylə gedər. Sözün qısası, rayonlarda Tibb Mərkəzlərinin yaradılmasının bircə adı var: Rüşvəti bir əldə cəmləşdirmək. Vəssəlam. Yoxsa, bir rayon ərazisindəki əksər MÜSTƏQİL tibbi müəssisələrini bir nəfərə tabe etməyin adı nə ola bilər..?
Nə isə, indi keçək konkret olaraq TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun qanunsuz əməllərinə. Təkrarçılıq olsa da, Fazil Alməmmədov haqqında qısa məlumat verək. Deməli, Fazil Alməmmədov Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkimi olub. 2017-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya baş həkim təyin edilib. O zaman 35 yaşı olan Fazil Alməmmədovun Bakının ən böyük xəstəxanalarından birinə baş həkim təyin olunması xeyli suallar yaradıb. Sonradan isə Fazil Alməmmədov TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinə direktor təyin olunub.
Məlumat üçün qeyd edək ki, Mərkəzin direktoru olan Fazil Alməmmədov artıq təkcə 5 saylı xəstəxanaya deyil, həm də keçmiş 6, 7, 8, 18 saylı poliklinikalara da rəhbərlik edir. Sözümüzün canı odur ki, TƏBİB-in “səxavəti” nəticəsində Fazil Alməmmədovun “səhiyyə biznesi” birdən birə 5-6 dəfə böyüyüb. Fazil Alməmmədovun keçirdiyi 100 minlik saxta tenderlər, mətbəə məhsulları adı ilə sildiyi pullar, yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə mənimsədiyi dövlət vəsaiti barədə uzun-uzadı yazmaq istəmirik.
Təkcə onu qeyd edək ki, Fazil Alməmmədov Mühafizə xidmətlərinə 105 800.69 manat pul xərcləyib. Görəsən, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, yaxud Hesablama Palatası demir ki, ay Alməmmədov, bu qədər vəsaiti hara xərcləmisən..? Yeri gəlmişkən, Alməmmədov özü də cangüdənlə gəzir, ona hətta öz əməkdaşları yaxın düşə bilmir. Biz Alməmmədovun koronavirusdan qazanmağı, yəni həkimlərə verilən əlavə əmək haqqını mənimsməsindən də bəhs etmək istəmirik. Bütün bu maliyyə maxinasiyaları, qanunsuzluqlar azmış kimi, Fazil Alməmmədov ölkənin tibbi kadr korpusunu da məhv edir.
Belə ki, təcrübəli, savadlı, həkim adına layiq olan kadrları işdən uzaqlaşdırıb, özü kimi “biznesmen-həkimləri”, alverçiləri vəzifəyə təyin edir. Özü də çox nəzakətsiz, tərbiyəsiz şəkildə… Bəli, Fazil Alməmmədov bu yaxınlarda Şəhla Məmmədovanı Nərimanov Tibb Mərkəzə tabe olan 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbə ) baş həkim təyin edib. Hansı ki, 18 saylı poliklinikada ( indiki 2 saylı şöbə ) baş həkim işləyən 67 yaşlı Şəhla Məmmədova çoxdan təqaüdə göndərilməli idi. Ən dəhşətlisi isə odur ki, Şəhla Məmmədova 8 saylı poliklinkaya ( indiki 1 saylı şöbəyə) nəzarət edən 55 yaşlı, 35 il iş təcrübəsi olan, şəhid ailəsinin üzvü Gülnarə Əfəndiyevanı əvəz edib. Hansı ki, həmin polklinikada 35 il işləyən, sahə həkimindən başlayaraq şöbə müdiri vəzifəsinə yüksələn Gülnarə Əfəndiyeva orada baş həkimi əvəz edirdi. Alməmmədovdan soruşan lazımdır ki, çoxdan təqaüdə çıxmalı olan, 2 dəfə müddəti uzadılmış Şəhla Məmmədova nə üçün Gülnarə Əfəndiyevanı əvəz etməlidir..? Axı, Gülnarə Əfəndiyevanın təqaüdə çıxmasına hələ 10 il var. Həm də 35 ilin həkiminə, baş həkimi əvəz edən Gülnarə Əfəndiyevaya qarşı edilən hərəkətlər, nəinki insana yaraşan hal deyil, heç...
Belə ki, Gülnarə Əfəndiyeva otağında iş başında olduğu halda, sentyabrın 23-də Fazil Alməmmədovun qoçu dəstəsi otağa daxil olaraq 35 ilin həkiminə deyirlər ki, otağı tərk elə, çıx get… Bütün bunlar azmış kimi, sentyabrın 24-də səhər Şəhla Məmmədovanın özü ilə gətirdiyi mühafizəçilər Gülnarə Əfəndiyevanı işə buraxmırlar.
Nəhayət Şəhla Məmmədovadan icazə alandan sonra Gülnarə Əfəndiyevanı içəri buraxırlar. Yəni Gülnarə Əfəndiyeva əvvəl olduğu kimi həkim-terapevt işini davam etdirmək qərarına gəlir. Amma buna da imkan vermilər. Belə ki, bu dəfə isə həkim-terapevtin yanına xəstənin gəlməsi üçün onun adına kompüterdə çek vurulmalıdır. Buna da Şəhla Məmmədova icazə verməyib. Deyib ki, çek başqa həkimin adına vurulacaq. Və beləcə Gülnarə Əfəndiyeva 35 il çalışdığı işindən qanunsuz olaraq uzaqlaşdırılıb. Məşhur filmdə deyilən kimi, görəsən Rüstəm bəy qoca Məşədi İbadın nəyinə aşiq olub..? İndi maraqlıdır ki, Fazil Alməmmədov nənəsi yaşda 76 yaşlı təqaüdçü Şəhla Məmmədovanın nəyinə, olmayan savadına, bəlkə olmayan təcrübəsinə “aşiq” olub ki, onu Gülnarə Əfəndiyevanın yerinə təyin edib və üstəlik şəhid ailəsinin üzvü olan həkim işini də itirib. Redaksiyamıza daxil olan son məlumata görə, Şəhla Məmmədova Fazil Alməmmədovun yerlisidir, hər ikisi Oğuz rayonundandır. Ancaq məncə, yerli olmaq əsas məsələ ola bilməz. Oğrunun, rüşvətxorun, korrupsionerin nəinki yerlisi, heç vətəni də olmur. Əsas məsələ odur ki, bunlar almağı-verməyi, cinayət etməyi bacaran adamları axtarırlar. Bəli, Şəhla Məmmədova kresloya oturan kimi 18 saylı poliklinikadakı ( indiki 2 saylı şöbə ) “sağ əli” Gültəkini yanına gətirmək istəyir. Daxil olan məlumatdan o da bəlli olur ki, Şəhla Məmmədova 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbəyə ) gələn kimi sürücülər və sağlamlıq üçün verilən arayışların qiyməti 15 manatdan 40 manata qalxıb. Sürücülüklə bağlı arayış və sağlamlıq arayışlarının biri 15 manat, o biri isə 30 manat idi. İndi isə hər ikisi 40 manat olub. Şəhla Məmmədova deyir ki, kor olsun, kar olsun, lap mayıf olsun...əsas odur ki, 40 manatını verib arayışını alsın.
Bu hələ harasıdır ? Şəhla Məmmədova mürdəşir kimi ölülərin cibini soymaqla məşğuldur. Belə ki, Şəhla Məmmədova yeni iş yerinə gələn kimi ölüm haqqında qeydiyyat kitabını gətirib qoyub böyrünə. Və deyir ki, ölülər mənlikdir, yəni ölülərə verilən arayışı özü satacaq. Bu hələ harasıdır..? 8 saylı poliklinikanın ( indiki 1 saylı şöbənin ) özünün “troyka” ( qan, sidik və s) analizi, ümumi qan analizi üçün laboratoriyası olduğu halda, “troyka” analizini 1 saylıda götürüb, 5 saylıya, ümumi qan analizini isə özəl klinikalara göndərirlər. Analizlərin pulunu isə İcbari Tibb Sığorta 5 saylıya və özəl klinikalara köçürür..?
Niyə, məqsəd nədir ? Hansı ki, 1 saylı şöbənin özündə laboratoriya cihazlarının üstünü bərk-bərk basdırıb, nəyisə gözləyirlər..?
Yəqin ki, özəl klinikalara satacaqlar. Məlumat üçün onu da qeyd edək ki, TƏBİB-in sədri Vüqar Qurbanovun həyat yoldaşı, hörmətli Sevda xanım 5 saylıda nevrologiya şöbəsinin müdiridir. Görəsən, Sevda xanım iş yerində gördüyü biabırçılıqları evdə həyat yoldaşına demir..? Yeri gəlmişkən, Fazil Alməmmədovun həyat yoldaşı da Respublika Klinik Xəstəxanasında göz şöbəsinin müdiridir. İndi isə keçək Şəhla Məmmədovanın 1 saylı şöbəsində satılan firma dərmanlarına. Bəli, 1 saylı şöbənin “zavxozu”nun əsas işi dərman satan firmalarla biznes əlaqəsini qurmaqdır. Tez-tez şöbənin koridorlarında müxtəlif dərman firmalarının nümayəndələrini görmək olur. İndi isə keçək ƏN ƏSAS MƏSƏLƏYƏ... Axı, yazının girişində sual etdik ki, Alməmmədov Şəhla Məmmədovanın nəyinə...?
Bəli, bu sualın cavabını Şəhla Məmmədova bu yaxınlarda məclislərin birində açıb deyib. Şəhla Məmmədova deyib ki, onsuz da özüm də bilirəm ki, təqaüdə gedəcəm. Amma təqaüddən qabaq əlimdə çox vacib iş var... Belə ki, 1 saylı şöbə ilə üzbəüz yerləşən diş poliklinikasının yerini özəlləşdiriblər. Amma 1 saylı şöbənin yeri tikintiyə mane olduğu üçün buranı özəlləşdirib satacaqlar. Və bu qanunsuz əməlləri Şəhla Məmmədovanın əli ilə edəcəklər. İndi bildinizmi Alməmmədov Şəhlanın nəyinə...?
Bəli, Şəhla Məmmədova deyib ki, 1 saylı şöbənin yerini özəlləşdirib satacağıq və mən də haqqımı alıb rahatca təqaüdə gedəcəm. Hələ üstəlik tikilən obyektin 1-ci mərtəbəsində Şəhlaya obyekt də verəcəklər. Bəli, sözün qısası, səhiyyəmiz cinayətkar şəbəkənin əlində can verir. Hippokrat andı sizə qənim olsun, ay al-ver məmmədovlar... //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan və Qırğızıstan prezidentləri arasında məktub mübadiləsi olub

Azərbaycan Prezidenti İlham Əliyevlə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında məktub mübadiləsi olub.

Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova ünvanladığı məktubda deyilir:

"Hörmətli Sadır Nurqojoyeviç,

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Biz dərin tarixi, mədəni və mənəvi köklərlə bağlı olduğumuz qardaş Qırğızıstan ilə dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət veririk. Otuz il əvvəl bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin xüsusən son illərdə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması böyük məmnunluq doğurur.

Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan sənədlər əməkdaşlığımızın yüksək inkişaf dinamikasından xəbər verir. Xüsusilə də keçən il qardaş ölkələrimizə həyata keçirdiyimiz səfərlər ikitərəfli əlaqələrimizin keyfiyyətcə yeni pilləyə qaldırılmasında vacib rol oynamışdır. Sevindiricidir ki, həm Bakıda, həm də Bişkekdə Sizinlə apardığımız müzakirələr, əldə etdiyimiz razılaşmalar və imzaladığımız çoxsaylı mühüm sənədlər Azərbaycan-Qırğızıstan tərəfdaşlığının bütün sahələrdə inkişafına və yeni məzmunla zənginləşməsinə təkan vermişdir.

İnanıram ki, hazırda ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək əlaqələrimizin möhkəmləməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq.

Sizi bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğızıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda isə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

2023-cü ilin əvvəli yuvarlaq tarixlə - Qırğız Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdardır. Bu tarixi hadisə münasibətilə Sizi və qardaş Azərbaycan xalqını təbrik etməyə ürəkdən şadam.

Fəxr edirəm ki, xalqlarımız arasında çoxəsrlik dostluq, dil, mədəniyyət, din və tarix baxımından yaxınlıq tellərinin möhkəm bünövrəsi üzərində qurulmuş qarşılıqlı münasibətlər dövlətlərarası və diplomatik status kəsb edib.

Ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə ötən il bizim aprel və oktyabr aylarındakı qarşılıqlı səfərlərimizin yekunlarına əsasən strateji müstəviyə qalxmış siyasi əlaqələrimizin birgə səylərimizlə əldə edilmiş səviyyəsini yüksək qiymətləndirirəm.

Əminəm ki, birgə səylərimiz sayəsində xalqlarımız arasında dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, gələcəkdə də ardıcıl xarakter daşıyacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

XƏBƏR LENTİ

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür