[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“AzerGold”dan 230 milyonluq tender udan şirkət Talıbovun ortağının imiş... (TƏFƏRRÜAT)


“AzerGold” QSC Daşkəsən rayonunda qızıl tərkibli filizlərin flotasiya texnologiyası ilə zənginləşdirilməsi zavodunun tikintisinə dair müqavilə imzalayıb. O, şirkətin bütün fəaliyyəti dövründəki mənfəətindən baha başa gələcək.

Valyuta.az Turan.az-a istinadən xəbər verir ki, müqavilə bir il əvvəl “Maqro Construction” MMC ilə imzalanıb.

Bildirilib ki, sənəd “Çovdar” qızıl yatağının işlənməsinin ikinci, sulfid mərhələsinin həyata keçirilməsi ilə bağlı mühəndis-tikinti işlərinin həyata keçirilməsini, habelə materialların tədarükünü nəzərdə tutur. Burada kömürün yuyulması (CIL) texnologiyasından istifadə ediləcək: Bu, aktivləşdirilmiş karbonla pulpadan metalı adsorbsiya edərkən qızıl və gümüşün siyanid məhlulları ilə yuyulması prosesidir. Məlumatı “AzerGold”un Mətbuat xidmətindən təsdiqləyiblər.

“Hasilat sənayesi və əlvan metallurgiya müəssisələrinin tikintisi sahəsində təcrübəsi olmayan podratçı heç bir müsabiqəsiz seçilib. “AzerGold” QSC-nin təqdimatı ilə Azərbaycan Prezidenti İlham Əliyev 2 fevral 2022-ci il tarixində “Maqro Construction” MMC ilə 135,7 milyon ABŞ dolları (ƏDV daxil olmaqla) və ya 230 milyon 690 min manat məbləğində xüsusi əhəmiyyətli əqdin bağlanmasına razılıq verib. Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə açıqlanıb. Qiymətli kağızların emitenti kimi “AzerGold” xüsusilə mühüm əməliyyatlar haqqında məlumatları dərc etməyə borcludur.

“AzerGold” QSC bu layihənin icrasının hansı mərhələdə olduğu barədə məlumat vermir.

Daşkəsən rayonunun şimal hissəsində eyniadlı kəndin yaxınlığında yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir. Şirkət 2017-ci ildən bu mədənin işlənməsi ilə məşğuldur. Həmin vaxtdan bəri yatağın potensialı dəfələrlə yenidən qiymətləndirilib. Hələ 2016-cı ildə mədənin çıxarıla bilən qızıl ehtiyatları 179 000 unsiya olaraq qiymətləndirilirdi. “Lakin 2018-2019-cu illəri əhatə edən əlavə kəşfiyyat işləri nəticəsində yatağın hər iki (oksid və sulfid) fazasında çıxarıla bilən qızıl ehtiyatları 534 000 unsiyaya qədər artırılıb”, - “AzerGold” rəhbərliyi 2023-cü ilə qədər bildirib. Amma 2021-ci ildə şirkət yatağın ehtiyatlarının 527 min unsiya olması haqqında məlumat yaymışdı. İndi şirkət bu məlumatları bir daha “yeniləyib” və iddia edir ki, “Çovdar” mədənlərindən çıxarıla bilən qızıl ehtiyatları 561 min unsiya təşkil edir.

2021-ci ilin avqustunda yatağın birinci fazası, oksid fazası üzrə işlər başa çatdırılıb. Nəticədə yatağın oksid fazasından 243 355 unsiya qızıl hasil edilib. Beləliklə, 2030-cu ilə qədər yeraltı mərhələnin həyata keçirilməsi 318,1 min unsiya qızılın çıxarılmasını nəzərdə tutur.

Ətraflı
“Çovdar” yatağının işlənməsinin oksid fazasında da qəribə bir hal var. Yuxarıda qeyd edildiyi kimi, qiymətli, əlvan və qara metalların kəşfiyyatı və işlənməsi üzrə dövlət şirkəti olan “AzerGold” bu mərhələnin başa çatdığını elan edir. Bununla belə, o, 2022-ci ilin aprel ayında “Çovdar” filiz emalı sahəsində 4-cü topa aşındırma sahəsinin tikinti-quraşdırma işlərinə dair müqaviləni “Maqro Construction” MMC-nin Azərbaycan filialına təqdim edib. Bu layihə “kasıb” süxurların emalı zavodunun tikintisini nəzərdə tutur. Dövlət elektron satınalmaları vahid portalı vasitəsilə dərc olunan məlumata görə, işlərin 21 dekabr 2023-cü il tarixinədək yekunlaşdırılması nəzərdə tutulub. Bu müqaviləyə əsasən, “Maqro Construction” şirkətinin filialına 40 milyon 757 min manat (təxminən 24 milyon dollar) ödəniləcək. “AzerGold”un kasıb filizləri zənginləşdirməklə hansı fayda gözlədiyi barədə məlumat verilmir.

Maliyyə hesabatlarına əsasən, “AzerGold”un 2017-2021-ci illər üzrə ümumi gəlirləri “Çovdar” yatağının əvvəlki istismarçılarından əldə edilmiş satışa hazır ehtiyatlar, habelə digər qızıl tərkibli və digər yataqların işlənməsi nəzərə alınmaqla, 448 milyon 664 min ABŞ dolları təşkil edib. “AzerGold” 2017-2019-cu illərdə keçmiş xarici podratçı şirkətlərə “aktivlərin əldə edilməsi”, o cümlədən müqavilə yataqlarının istismarı hüququ üçün 158 milyon dollar ödəyib. Bu illər ərzində “AzerGold”un xalis mənfəəti bu məbləğdən daha aşağı - 129 milyon 156,6 min dollar təşkil edib.

“Maqro Construction” MMC-yə gəlincə, o, 2013-cü ilin oktyabrında Tbilisidə (Gürcüstan) təsis edilib. Bu ölkədə şirkət mülki obyektlərin tikintisi ilə məşğuldur: binalar, yol infrastrukturu layihələrini icra edir. Bakıda “Maqro Construction” şirkətinin filialı 2021-ci ilin may ayında açılıb. Şirkətin yeganə təsisçisi Emin Uçardır. Türkiyə vətəndaşı olan iş adamı Azərbaycanda məşhur “Gəmiqaya” şirkətlər qrupuna nəzarət edir. Onun adı bu il “Arkoz” olaraq dəyişdirilib.

2022-ci ildə Gürcüstanın “Maqro Construction” şirkətinin filialı Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün “Azərsu” ASC ilə (49 milyon 476 min manat) və Quba rayonundakı tarixi-etnoqrafik “Xınalıq” qoruğunda qəzalı vəziyyətdə olan fərdi yaşayış binalarının (4 milyon 397,6 min manat) təmir-bərpa işləri üzrə Dövlət Turizm Agentliyi ilə müqavilələr imzalayıb. Maraqlıdır ki, hər iki dövlət satınalma təşkilatının müsabiqə komissiyaları digər şərtlərlə yanaşı, iddiaçılardan bu fəaliyyət sahələrində təcrübənin olmasını tələb edirdilər. Lakin “Maqro Construction” MMC-nin belə təcrübələri barədə ictimaiyyət üçün açıq məlumat yoxdur”, - məlumatda deyilib.

Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin istefa verən sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adının dəyişdirilərək “Arkoz Holdinq” olması barədə məlumat vermişdik. “Arkoz Holdinq” də türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə heyətinin sədri olub.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“O qədər çətin maneələr qoyublar ki, onu aşmaq olmur” - Vətəndaş qarşısında SÜNİ ƏNGƏL


Tərtər rayon sakini Həsənova Təhminə Cəmşid qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona qanunsuz olaraq sosial müavinət verilmir və tələb olunan şərtlər çox ağırdır.

“Mən, Həsənova Təhminə Cəmşid qızı, hal-hazırda Bərdə rayonunda kirayədə qalıram. Qaldığım ev isə bələdiyə sənədi olduğu üçün kirayə müqaviləsi bağlaya bilmirəm. Özüm ailəli olub ayrılmışam, müəyyən səbəblərə görə rəsmi nigahım olmayıb. Oğlum Əliyev Ceyhun, qızım Əliyeva Baharla birlikdə yaşayıram. Heç bir yerdə işləmirəm. Mənim üçün yaşamaq çox çətindir, arabir evlərə təmizliyə gedirem. Uşaqlarımla getdiyim üçün ev yiyəsi narazılıq edir.

Ünvanlı sosial yardım almaq üçün müvafiq qurumlara müraciət etdim. Mənə bildirdilər ki, yaşayış yerindən arayış al və kirayə müqaviləsi gətir. Lakin mənə deyirlər ki, bələdiyə sənədinə kirayə müqaviləsi verə bilmərik. Buna görə də mənə sosial yardım vermirlər. O qədər sənəd istəyirlər ki, həmin sənədləri yığmaq olmur. O qədər çətin maneələr qoyublar ki, onu aşmaq olmur.

Mən bir Azərbaycan xanımı olaraq sizdən xaiş edirəm ki, mənə köməklik göstərəsiniz”.

Redaksiydan: Mövzu ilə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə çalışacağıq. //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rafael Fiziyev evinin kirayəsini ödəməkdən imtina etməkdə ittiham olunub


Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev Tailanddakı evinin kirayəsini ödəməkdən imtina etməkdə ittiham olunub.

Bununla bağlı müraciət “Phuket Top Team” məşq komandasının sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

Müraciət əsasən Fiziyevin növbəti döyüşdə üz-üzə gələcəyi amerikalı Castin Qetjiyə ünvanlanıb: “Fiziyevin ev sahibinə kirayə borcu var. Yazdı ki, ödəyəcəyəm, amma ödəmədi. O, bu faktı danmır, sadəcə olaraq, pul vermək istəmir. Castin Qetji, zəhmət olmasa onun kirayə pulunu topla”.

Qeyd edək ki, Rafael Fiziyev Qetji ilə martda Londonda qarışıq döyüş növləri üzrə UFC 286 turnirində qarşılaşacaq.

“Report”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DİN vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı məsələsinə AYDINLIQ GƏTİRDİ


Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı məsələsinə aydınlıq gətirib.

DİN-dən verilən məlumatda qeyd edilib ki, son vaxtlar yaşayış yeri üzrə, o cümlədən polisin inzibati binalarına qeydiyyat və qeydiyyatdan çıxarma ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə bəzi vətəndaşlar bundan narahat olduqlarını, gələcəkdə müəyyən problemlərlə üzləşəcəklərini bildirirlər:

"Öncə qeyd edilməlidir ki, müvafiq məsələlərin həllində narahatlığa heç bir əsas yoxdur. Çünki bu hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır.

Qeyd edilib ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur:

"Polis idarə və şöbələrinin inzibati binalarında müvəqqəti qeydiyyatda olanların qeydiyyatdan çıxarılaraq daimi yaşayış yeri üzrə qeydiyyata alınmalarına gəldikdə, qeyd edilməlidir ki, bu hüquqi prosedur ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir.

Bu baxımdan diqqətə çatdırırıq ki, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşasalar da polisin inzibati binalarından qeydiyyatdan çıxmaq üçün subyektiv səbəblərdən müraciət etməmişlər. Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılmış və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülmüşdür. Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır. Xüsusi vurğulanmalıdır ki, vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır.

Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin sənədləşdirilməsi barədə isə aidiyyəti dövlət orqanlarına müraciət etmək tövsiyə olunur".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pirverdiyev bank sektorundan da çıxarılır... - İDDİA


“Expressbank” “KapitalBank”a birləşdirilir?

Bu barədə “İnterPosta”-nın əldə etdiyi məlumatda deyilir.

Məlumatda “Expressbank” “KapitalBank”a birləşdirilməsinə səbəb bankın əsl sahibi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin vaxtilə dövlətə vurduğu külli miqdarda maddi ziyanla bağlı olduğu iddia edilir.

Belə ki, Etibar Pirverdiyev vəzifədə olarkən yaratdığı bir neçə inşaat şirkətləri ilə ölkədə ən böyük layihələrin tikintisini həyata keçirib. Bu layihələrdən biri də Dövlət Bayraq Meydanının tikintisi olmuşdur. Dövlət Bayraq Meydanının tikintisini o zaman Etibar Pirverdiyevə məxsus olduğu deyilən “Azenko” şirkəti aparmışdır.

Yüz milyon manata yaxın vəsait xərclənən Dövlət Bayraq Meydanı keyfiyyətsiz tikildiyinə görə bir müddət sonra bağlanmışdır.

Dövlətə dəyən on milyonlarla manat ziyana görə “Expressbank”-ın Etibar Pirverdiyevdən alınacağı deyilir.

Qeyd edək ki, Etibar Pirverdiyevin xaricdə də geniş biznesi var. Onun həyat yoldaşı xaricdə fəaliyyət göstərən ESKO LTD şirkətinin 3 təsisçisindən biridir.

E.Pirverdiyevin qızı Dünya Pirverdi isə İngiltərədə fəaliyyət göstərən JDE TRADING LIMITED şirkətin sahibidir.

Onu da qeyd edək ki, “Expressbank” cırtdan banklardan hesab edilir.

“Expressbank”-ın nizamnamə kapitalı 112 milyon manat, qanuni təmsilçisi isə Məmmədov Mehman Sabir oğludur.

Mehman Məmmədov eyni zamanda “Expressbank”-ın İdarə Heyətinin sədridir.

“Expressbank” xəbərə münasibət bildirməyib. //“İnterPosta”//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Optimal Electroncs" ÇÖKÜŞ ASTANASINDA... - DETALLAR

“Optimal” mağazalar şəbəkəsi müflis olmaqdadır. Tribunainfo.az-ın xəbərinə görə, firma fəaliyyətini dayandırmağa qərar verib. Ona görə mağazalar şəbəkəsində elektronika, mebel və digər məhsullar dəyər-dəyməz qiymətinə satışa qoyulub. Şirkətin dükanlarını başqa adda firma əvəzləyəcək. “Optimal”ın çöküşünə səbəb üzləşdiyi ciddi maliyyə problemi, biznesin rentabelli olmamasıdır. Qeyd edək ki, “Optimal Elektronika” MMC hələ 2022-ci ilin ilk yarısında 9 mağazasını (filialını) ləğv edib.

20 yanvar”, “Ağdam”, “Bakıxanov 1”, “Beyləqan Mebel”, “Masazır”, “Mərdəkan”, “Nizami”, “Sabunçu” və “Xırdalan 2” filialları ləğv edilib, heç bir filial yaradılmayıb.

Qeyd edək ki, 2021-ci il ərzində “28 May-2”, “28 May-3”, “Göyçay mebel” və “Şabran mebel” filialları ləğv edilmişdi. Əvəzində isə “Ağdam” və “Lerik” filialı açılmışdı.

Şirkətin 1 aprel 2022-ci il tarixində işçi sayı 1 192 nəfər olduğu halda, 1 iyul 2022-ci il tarixində 1 097 nəfərə düşüb.

Mağazalar şəbəkəsi Əhəd Əsgərovundur. Şirkətin 11.49 milyon manatlıq nizamnamə kapitalında onun payı 100 faizdir. Bir müddət əvvəl onun ölkədən çıxışına qadağa qoyulması xəbəri yayılmışdı, lakin özü təkzib etmişdi. Tribunainfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu adam hələ də Naxçıvanın ən gəlirli sahəsinə RƏHBƏRLİK EDİR... - İLGİNC


Naxçıvanda "xan" rejiminin qəzəbinə gələn Sədrəddin Qəhrəmanlı MR-in sabiq İqtisadiyyat naziri Famil Seyidovun yaxın qohumu imiş. İddialara görə, Sədrədddin bəy Naxçıvan iş adamlarının qəniminə çevrilən Famil Seyidovun xalasının əridir.
Qaynağımızın bildirdiyinə görə, Famil Seyidov öz qohumuna "düzəltdiyi" kredit üçün külli miqdarda "şapka" alıb, sonra isə ondan ümumi istehsaldan gələn gəlirin 20%-ni də istəyib. İş adamının qazancı də elə ümumi gəlirin 20%-i imiş. Yəni faktiki olaraq Famil Seyidov ondan müftə işləməyi tələb edirmiş. İş adamı da bu tələblə razılaşmadığına görə, məhkəmənin hökmü ilə onun müəssisələri bağlanıb.
Öz qohumuna belə acımayan bu leşyeyən hələ də azadlıqdadır və Naxçıvanın ən gəlirli sahəsinə - "Taxıl Fondu"na rəhbərlik edir.
Naxçıvan leşyeyənləri öz dağıdıcı fəaliyyətlərinin bədəli ödəməyənədək Muxtar Respublikada aparılan islahatlar həqiqi möhtəvasına qovuşa bilməyəcək. Naxçıvanı ağlar günə qoyan hər kəs layiqli cəzasını almalıdır. ""Xan" buyurdu, mən də etdim" bəhanəsi bu cinayətlərə bəraət qazandıra bilməz.
Heydər OĞUZ //ovqat.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Zeynalovun qardaşı qızı yüksək vəzifəyə təyin edildi - ƏMR


7 saylı Birləşmiş Şəhər Xəstəxanası nəzdində olan polikinikada yeni təyinat olub.

DİA.AZ xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədova Günel Fikrət qızı adıçəkilən polikinikada Baş həkimin müavini təyin edilib. O, bu təyinata qədər 3 saylı Şəhər Klinik. Xəstəxanada çalışıb.

Qeyd edək ki, G.Məmmədova 3 saylı Şəhər Klinik. Xəstəxanasının baş həkimi Fikrət Zeynalovun qızı, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı qızıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azercell” balansımdan 10 manat oğurladı sonra isə məni hədələdi” — Tanınmış jurnalistdən ŞOK İDDİA


“Mənim ilk nömrəm “Azercell” nömrəsi olub. O zamanlar “Azercell”lə münaqişəmiz yaranmışdı. Çünki istifadə etmədiyim halda, balansımdan 10 manat məbləğində vəsait mənimsənilmişdi. Mən bununla bağlı onlara iradımı bildirdim. Onlar isə məni hədələdilər və məhkəməyə verəcəklərini bildirdilər. O zaman dedim ki, məhkəməyə verin, orada görüşək və sübut edim ki, oğurluq etmisiniz”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış jurnalist Azər Həsrət deyib. Daha sonra bunları əlavə edib:

“Mən ilk fürsətdə “Azercell”dən imtina edəcəyimi də dedim. Belə ki, nömrə daşınma xidməti aktivləşdi və aktivləşən kimi də ilk işim “Azercell”dən nömrəmi daşımaq oldu. Mən odur-budur “Azercell”dən uzaqlaşmışam. Hətta, mənə dəfələrlə “Azercell” operatorları zəng vurublar və maraqlı təkliflərlə çıxış ediblər ki, nömrənizi qaytarsanız hansısa xidmətlərimiz faydalı ola bilər, yaxud da bizdən nömrə alsanız sizin üçün əlverişli xidmət təklif edərik. Mən də həmişə onlara cavab vermişəm ki, “Azercell” bir dəfə mənim pulumu oğurlayıb, ona görə də heç vaxtı o xidmətdən istifadə etmək fikrində deyiləm.

Əlbəttə ki, pulumu qaytarsınlar, ondan sonra danışa bilərik. Düzdür, eşitmişəm ki, “Azercell” daha keyfiyyətlidir, özəlliklə də əhatə dairəsi çox genişdir. İndi o problem də artıq arxa planda qalıb. Bu saat internet var, kəndlərdə belə faktiki olaraq mobil operatorların xidmətinə o qədər ehtiyac qalmır. Artıq illərdir ki, “Azercell”dən imtina etmişəm. Əgər nəsə dəyişibsə, buyursunlar. Göstərsinlər ki, artıq pulun əsassız yerə silinməsinə və s. kimi hallara yol verilmir. Onda biz nəsə düşünə bilərik”.

Demokrat.az

XƏBƏR LENTİ

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT