[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Rusiya sülhməramlılarının müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur" - Müdafiə Nazilriyi


Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Nazirliyin açıqlamasına görə, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR.

"Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və bu çağırışımıza əməl olunacağına ümid edirik. Bundan başqa ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik.

Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müavafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR", - açıqlamada bildirilir.

Nazirlikdən o da vurğulanıb ki, sülhməramlı kontingentin həmin məlumatda qeyd etdiyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur, tamamilə yalandır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Şərq-qərb" mətbəəsində milyonlar necə "silinib"? - MEDHDİYEVİN OĞLU İLƏ BİRGƏ QURDUĞU "İMPERİYA"


Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşən sakinlər "Hürriyyət"ə müraciət edərək, yaşadıqları binanı inşa edənlərdən və əsas mülkiyyətçilərdən şikayətçidirlər. Bu bina Bakıda ən böyük poliqrafiya və nəşriyyat olan "Şərq-Qərb" ASC-nin ərazisində inşa edilib.

Öncə adını çəkdiyimiz ASC-nin tarixi barədə araşdırma apardıq. “Şərq-Qərb” ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayıb.

2001-ci ildə “Şərq-Qərb” özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti·və mətbəə fəaliyyət göstərir.

Lakin mətbəənin ərazisi və mətbəənin özü bir zamanlar Prezident Adminstrasiyasının rəhbəri işləmiş Ramiz Mehdiyev tərəfindən ələ keçirilib.

Sovetlər dönəmindən qalan bu əmlakın idarəedilməsi uzun illər PA-da humanitar şöbənin rəhbəri olmuş Fatma Abdullazadənin həyat yoldaşına həvalə edilib. Bundan sonra isə Ramiz Mehdiyevin həm pulsilən obyekti, həm də gəlir gətirən əsas qazanc yerlərindən birinə çevrilib.

"Hürriyyət"ə danışan Sahib Vəlizadə Zəngilan sakinidir. Aşıq Ələsgər küçəsi, 17 C ünvanında yerləşən binanın D blokunda birotaqlı mənzildə yaşayır.

Sahib Vəlizadə bildirir ki, binanın 2013-cü ildə inşa edilməsi üçün rəsmi icazə alınıb. İlkin olaraq Bakı Şəhər İcra Hakimiyyəti Şəhərsalma və Arxitektura İdarəsi ilə razılaşdırılıb. Bundan sonra inşa edilib. Lakin layihədə nəzərdə tutulan eskiz sərhədlər pozulub.

"Binanın ərazisi faktiki olaraq "Şərq-Qərb" mətbəəsinin ərazisində qalır. Yəni bina üçün nəzərdə tutulan istirahət-əyləncə yerləri olmalı idi. Lakin bina inşa edilən zaman layihə icra edilməyib. Bundan başqa, su anbarının yeri də layihə-eskizdə göstərildiyi kimi əks olunmayıb. Su anbarı tamam başqa səmtdə inşa edilib. Ona görə də binanın birinci mərtəbəsi və zirzəmisində su yığılır", - deyə həmsöhbətimiz bildirdi.

Sahib Vəlizadə qeyd edir ki, bu yaxınlarda bina sakinlərindən başqa-başqa adlar altında çıxarışlar (kupçalar) toplanıb. "Bundan sonra isə guya bina sakinlərinin adından bina Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilərək, sakinlərin yaratdığı hüquqi şəxsin idarəedilməsinə verilib. Hansı ki, sakinlərin bundan xəbəri belə olmayıb", - deyə həmsöhbətim əlavə etdi.

Maraqlıdır ki, bina 2013-cü ildə ilkin olaraq layihələndirildikdən sonra məhz Ramiz Mehdiyevin PA-da rəhbər işlədiyi dönəmlərdə Fövqəladə Hallar Nazirliyi tərəfindən 2018-ci ildə istismara qəbul edilib. Bundan sonra da çıxarışlar verilməyə başlayıb. Nəticədə R.Mehdiyevin oğlu fövqəladı hallar nazirinin müavini general Teymur Mehdiyev tərəfindən istismara qəbul edilib. Yəni ata və oğlu sürətli şəkildə binanı inşa edib və dövlət reyestrinə qəbul etdirə biliblər. Hansı ki, 2018-ci ildən sonra artıq Ramiz Mehdiyevin "Şərq-qərb" mətbəəsi vasitəsilə pozuntulara yol verdiyi, AMEA prezidenti olduğu zamanlarda tender və 10 milyonlarla çap sifarişləri ilə bağlı artıq 2020-ci ildə yeyintilər aşkarlanmışdı. Məhz Hesablama Palatasının apardığı yoxlamalardan sonra bu faktlar ortaya çıxmışdı.

Bu faktları təsadüfən qeyd etmədik. R.Mehdiyevin qılıncının dalı da qabağı da kəsəndə qeyd edilən binanı necə istəyib elə də inşa etdirib və oğlunun vasitəsilə istismara qəbul etdirə bilib.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, Əhmədli qəsəbəsi Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisində dördbloklu 16 mərtəbəli və 2 bloklu yaşayış binaları tikilib. Binaları “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib.

Nəzərə alsaq ki, ASC AMEA prezidentinin nəzarətindədir, o zaman bu məsələnin akademik üçün ciddi başağrısına çevriləcəyini söyləmək olar. Ramiz Mehdiyev 23 oktyabr 2019-cu il tarixdən AMEA-nın prezidenti seçilmişdi.

Binanın sakinlərin idarəsinə verilməsinə dair məlumatlarla bağlı sənədlərə diqqət edərkən məlum oldu ki, "Xəzər-35" MMC kimi yaradılan quruma Dina Bədəlova təyin edilib. Lakin Dina xanım "Hürriyyət"ə açıqlamasında deyib ki, onun baş verənlərdən xəbəri olmayıb.

“Xətai-35” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin sədri Dina Bədəlova qızı “Hürriyyət”ə verdiyi müsahibəsində cəmiyyətin yaradılması ilə alaqədar sakinlərin kütləvi halda keçirilən iclasında iştirak etmədiyini bildirib.

Dina Bədəlova cəmiyyətin sədri vəzifəsinə necə gəlməsinə də aydınlıq gətirib: "İcraçı direktor Elxan İsmayılov dedi ki, bizim kommunal yığmağa ixtiyarımız yoxdur. Ona görə də cəmiyyət ayrılmalıdır. Bunun üçün də təhvil-təslim olmaq üçün 1 sakinin adına keçməli idi. Həmin sakinin də çıxarışı olmalıdır. Mənim çıxarış sənədim olduğuna görə, dedilər ki, sizin adınıza keçirib, təhvil-təslim edəcəyik, bütün problemləri həll edəndən sonra sizi sədr vəzifəsindən ayıracağıq. Razılaşıb, çıxarışımın kopyasını vedim və mənim kimi bəzi sakinlər də belə etdi. Bundan əlavə heç nə bilmirəm. 62 sakinlə birgə mən də çıxarış sənədimi vermişəm”.

“Cəmiyyətin yaradılması ilə bağlı xəbəri binanın komendantı Fuad Məmmədovdan almışam”

Dina Bədəlova cəmiyyətin yaradılması ilə əlaqədar sənədlərin yığılması prosesində iştirak etmədiyini bildirdi: “Sənədlərin toplanmasını, bizim komendantımız və ofisdə Fəridə xanım adında bir qadın var idi, onların yığdığını düşünürəm. Şəxsən mən mənzilin çıxarışını Fuad bəyə vermişəm. Mən nə sənəd aparmamışam, nə də heç kəsdən imza toplamamışam. Bütün binanın sakinləri necə, mən də elə.

Onu da nəzərinizə çatdırım ki, hardasa 3 ay kecdikdən sonra mənə ofisdən Rauf bəy zəng edib dedi ki, Ədliyyə Nazirliyinə gedin, orada sənəd var, onu götürmək lazımdır. Dedi ki, Nərmin Zamanova adlı xanıma yaxınlaşıb, sənədi götürün. Mən də tək getməmək üçün qonşumuz Sahib bəylə getdim. İlk dəfə idi ki, mən Ədliyyə Nazirliyinin Notariat xidmətinə gedirdim. Aşağıdan həmin xanıma xəbər etdilər və o, bir bəylə yanımıza gəldi və sənədi imzalamaq üçün mənə verdi. İmzalayıb sənədi götürəndən sonra orada mənə dedilər ki, artıq siz cəmiyyətdən ayrılmısız, artıq ayın 1-dən fəaliyyətdəsiz. Sual verdim ki, necə yəni, təhvil-təslim olmalı idi, binanın problemləri həll olunmalı idi? Dedilər xeyr, siz artıq ayın 1-dən fəaliyyətdəsiz. Mən heç yerə getmədim, “peçat” da almadım, fəaliyyətə də başlamadım. Çünki mən belə bir məsuliyyətin altına girə bilməzdim. Yəni razılaşmadım. İradımı bildirdikdə isə mənə dedilər ki, bundan sonra heç bir təhvil-təslim olmayacaq, binanın problemləri necə var yarımcıq qalacaq. Sonra nə vaxtsa düzələcəyini desələr də buna əməl etmədilər. Mən isə fikirləşirəm ki, imzaları toplayım və ləğv edim. Mən belə bir məsulliyyətin altına girə bilmərəm”.

Bütün bunlarla yanaşı, “Şərq-Qərb Mülk” MMC-nin icraçı direktoru Elxan İsmayılov “Hürriyyət”ə açıqlamasında bildirdi ki, bina 2013-cü ildə tikilməyə başlayıb, 2018-ci ildə texniki istismar rəyi alıb. "Bina hazır olmasa dövlət qurumları bu rəyi bizə verməzdilər. Belə çıxır ki, şikayət tək bizdən deyil, həmçinin dövlət qurumlarındandır. Bina hazır olmasa 5-6 qurumun imzası, möhürü olmazdı. Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və bir neçə qurumun təsdiqi ilə bina istismardan keçib.

O ki qaldı 1-ci mərtəbədə yerləşən obyektlərin satışına, obyektlərin satışı sakinləri narahat etməməlidir. Sahibkar həmin obyektlərin satışını, icarəsini özü bilər necə edəcək, hansı qərar verəcək. Kupçaların yığılıb sakinlərdən xəbərsiz “Xətai-35” mənzil mülkiyyətçilərin müştərək cəmiyyəti yaranması haqqında olan fikirləri tamamilə yanlışdır. Necə ola bilər ki, mülkiyyətçinin özü olmadan belə bir cəmiyyət yaradılsın?

O ki qaldı su çəninin yerinin dəyişməsinə, ilkin layihədə ola bilər ki, fərqli qeyd edilsin. Axı, mənzillərin tikilmə prosesi gedən zaman layihələr bir neçə dəfə dəyişdirilə bilər. Su çəninin yerini Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsi gəlib özü göstərir ki, burda tikilə bilər, ya yox. Yəni biz su çəninin yerini seçmirik. Bir daha nəzərinizə çatdırım ki, sizdəki ilkin layihədir. Mənzillərin tikilişi zamanı layihələr dəfələrlə dəyişdirilə bilər. Hətta imkan dairəsində mən sizdən xahiş edərdim ki, gəlib başqa sakinləri də dindirəsiz və elə bir nəticəyə gələsiniz. Bina tam hazır vəziyyətdə sakinlərə təqdim olunub. Onları nə qane etmir, onu bilmirəm. Orada hazır olmayan bir tək obyektlərdir", - deyə E.İsmayılov bildirdi.

“Hürriyyət”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AKKORD-un 30 milyonluq əmlakına həbs qoyuldu - TƏFƏRRÜAT


3 milyon borca görə Akkord şirkətinin 30 milyon dollarlıq əmlakı həbsə çıxarılıb.

DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə Özbəkistanda fəaliyyət göstərən iş adamları məlumat veriblər.

Onların sözlərinə görə, 6 il öncə türk şirkətlərinin birindən 3 milyon dollar götürən Akkord şirkətinin Özbəkistandakı nümayəndəliyinin uzun müddət davam edən məhkəmə proseslərindən sonra Özbəkistan Ali Məhkəməsinin qərarı ilə bütün əmlakına həbs qoyulub. Məlumata görə, 30 milyon dollarlıq texnikasına həbs qoyulan Akkord rəhbərliyinə dəfələrlə müraciət etsələr də nəticə əldə edə bilmədiyindən satış qərarı veriblər.

Məsələnin maraqlı tərəfi ondadır ki, Akkordun hazırda Orta Asiyada dəyəri milyonlarla ölçülən iş gördüyü halda qəfildən texnikasının həbs olmasına görə reaksiya verməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda bir kəndin ÖLKƏ BOYDA YÜKÜ... - Sakinlər KÖMƏK İSTƏYİR

Rəhmətlik Sabir şerlərindən birində deyir: “Camaat aeroplanla göydə uçur, biz hələ avtomobil minməmişik”. Bu günkü Azərbaycan reallığıdır. Heç nə dəyişməyib, Sabirdən üzübəri.
Azərbaycan neft-qaz, qızıl və digər sərvətlər ölkəsidir. Amma vətəndaşı nə Küveytli kimi, nə Anddoralı kimi, heç olmasa qonşumuz qazaxlar kimi də yaşamır. Bu azmış kimi, qalaq-qalaq sosial problemlə içində boğulur. Məmur məsuliyyətsizliyi, büdcə pullarına hərislik işi o yerə çatdırıb ki, ölkənin ən mərkəzindən ən ucqarına qədər yolumuzun olmadığı yerlər var.
Söhbət açacağımız yer isə Masallı rayonunun Yolağac kəndidir. Təxminən 500 nəfərə yaxın sakini olan və Burovar dağ silsiləsinin, Dəmbəlov yüksəkliyinin ətəyində yerləşən bu kənd möhtəşəm təbiətə, bərəkətli torpağa və zəhmətkeç insanlara malikdir. Bu səmimi və mehriban camaat dolanışığını heyvandarlıq və əkinçiliklə təmin edir. Amma yolsuzdurlar.
Bu kadrlardan da görürsüz ki, azca yağış yağdıqdan sonra Yolağac kəndinə getmək min bir müsibətdir. Kənd sakinləri deyirlər ki, rayon mərkəzinə gedb-qayıtmaq onlar üçün məşəqqətə çevrilib. Çünki heç kim avtomobili ilə həmin yolu getmək istəmir. Ona görə ki, bir dəfə gediş-gəlişdən sonra ya maşının amartizatorları sıradan çıxır, ya da başqa bir problem yaranır.
Yayda havaların xoş keçməsi üzündən yolla hərəkət etmək çətinlik yaratmır. Di gəl, payız, qış və yaz aylarında xəstələrini belə Masallının mərkəzi xəstəxanasına apara bilmirlər. Kənd sakinləri bildirir ki, çox vat Təcili Tibbi Yardım çağırsalar da, Yolağacın adını eşidən kimi imtina edirlər. “Onları qınamırıq. Bir dəfə gəlsələr, maşınları sıradan çıxacaq”.
Camaat deyir ki, xeyir-şər işlərini də keçirə bilmirlər. “Göydən bir damcı yağış düşdükdən sonra yollarımız keçilməz olur. Kəndin xeyri var, şəri var. Elə olur ki, nə edəcəyimizi, necə edəcəyimizi bilmirik. Hələ qışda qonşu kənddəki qohum-əqrabada Allah eləməmiş hüzür düşsə, lap çarəsiz qalırıq. Necə gedək, necə edək? Evimizə bazarlıq etmək, un, çay, qənd almaq üçün rayona getməli oluruq. Di gəl, yolun olmaması səbəbindən çaşın məsələsi problemə çevrilir. Kimsəni qınamırıq. Heç kim, o naköndəm yolda maşın sürməz. Aidiyyatı qurumlara etmədiyimiz müraciət qalmayıb. Nə bir xəbər var, nə də sözümüzü eşidirlər”.
Amma Yolağac kəndinin dərdi təkcə, yoldurmu? Kəndə çəkilmiş elektrik xəttinin dirəkləri ağacdan olduğundan çürüyərək, sıradan çıxıb. Qış aylarında bu dirəklərin sınması hallarına da tez-tez təsadüf olunur. Hər dəfəsində dirəkləri dəyişəcəklərinə söz verilsə də, heç bir tədbir görülmür. Kəndin günlərlə işıqsız qalması isə aidiyyatı qurumları qətiyyən maraqlandırmır.
Aazərbaycan qaz ölkəsidir, dünyanın çeşid-çeşid ölkələrinə qaz satır. Bu satışdan külli miqdarda gərli də götürür. Hələ bunu bəh-bəhlə efirlərdə də elan edirlər. Amma bu ölkənin heç də ucqar məntəqəsi olmayan Yolağac kəndində hələ də qaz yoxdur. Olması ehtimalı da inandırıcı görünmür. Çünki məmurlarımızın başı neftin, qazın pulunu yeməyə qarışıb. Onları bir dağ kəndində sakinlərin evlərini necə qızdırması, yeməyi necə bişirəcəyi maraqlandırmır.
Qeyd edək ki, Yolağac kəndi öz füsunkar təbiətinə görə, turizm üçün olduqca əlverişli yerdir. Hətta bir neçə il əvvəl Turizm Agentliyinin nümayəndələri belə həmin ərazilərdə olub. Yolağacdan bir qədər yuxarıda, dağların arasında yerləşən Köhnə Zuvand kəndinin yaxınlığında aşkarlanan şəlalə isə agentliyin əməkdaşlarının diqqətini çəkib. Həmin vaxt bölgədə yeni turizm mərkəzlərinin yaradılması üçün Bakıya təklif verəcəklərini deyən sözügedən qurumun əməkdaşları ogedən gediblər. Hələ də onlardan heç bir xəbər yoxdur.

P.S. Sakinləri saymırsız, anladıq. Hörmət etmirsiz, ona da adət etmişik. Barı, Yolağacın Şəhidindən utanın. //jamaz.info//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovun oğlu ÖLKƏDƏN QAÇIB? – Onun hazırda…


Vasif Talıbovun böyük oğlu Rza Talıbovun ölkədə olmadığı deyilir. DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Məlumatlardan belə anlaşılır ki, Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş idarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov məlum olaylardan yayınmaq üçün bir neçə gün əvvəldən ölkəni tərk edib.

Bir başqa qaynaqlar isə Rza Talıbovun Batumidəki villasında olduğunu iddia edirlər. Xatırladaq ki, elə dünən həmin villa ilə bağlı müəyyən informasiyalar KİV-də yayıldı…
Vasif Talıbovun oğlu ÖLKƏDƏN QAÇIB? – Onun hazırda…

Xəbərlərdə deyilirdi ki, Rza Talıbovun Batumidəki villası 1 hektardan çox ərazini əhatə edir.

Onun hazırda harda olmasına gəlincə isə, bu barədə danışan məlumatlı mənbələr Bildirirlər ki, Vasif Talıbov övladlarını qorumağa çalışdığından Rza Talıbovun ölkədən gedə biləcəyi istisna deyil…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçayda təmir işlərinin tender “əjdahası”: “ATF” MMC-ni Saleh Məmmədova nə bağlayır?


Göyçay Rayon İcra Hakimiyyəti « 2022-ci ildə Göyçay şəhərində küçələrin, dalanların, səkilərin və yolların əsaslı təmiri işlərinin satın alınması» tenderinin nəticələrini açıqlayıb.

Tenderin qalibi “ATF” MMC olub. Şirkətlə 673 min 320 manat məbləğində müqavilə imzalanıb.

Mətbuatda yayılan məlumatlarda qeyd edilir ki, “ATF” MMC əsasən Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olur. Bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar.

Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkəti olan “ATF” MMC nəinki Göyçayda, Azərbaycanın müxtəlif yerlərində – İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman kəndlərində, Goranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görür.

İndi isə adıçəkilən şirkətin tenderlər vasitəsilə neçə milyonluq dövriyyəyə malik olduğunun statistikasına nəzər salaq.

ATF şirkəti 2010-cu ildə 3,4 milyon manat, 2011-ci ildə 5,23 milyon manat, 2012-ci ildə 12,22 milyon manat, 2013-cü ildə 17,72 milyon manat, 2014-cü ildə 9,13 milyon manat, 2015-ci ildə 13,5 milyon manat, 2016-cı ildə 2,43 milyon manat, 2017-ci ildə 3,75 milyon manat, 2018-ci ildə 3,15 milyon manat, 2020-ci ildə 4 milyon manat dəyərində tenderlər “qazanıb”. Tenderlərin ümumi dəyəri 75 milyon manat olub.

Şirkəti Saleh Məmmədova nə bağlayır?

Qeyd edək ki, şirkət bundan əvvəl də Qəbələ Rayon İcra Hakimiyyətinin 485 min 134 manat dəyərindəki “Qəbələ şəhərinin küçə və yollarında əsaslı təmir işləri” (11.11.2022) tenderini qazanıb.

AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma AAYDA sədri Saleh Məmmədov bəzən istisnalara yol verir və bu vaxt onun köməyinə öz himayədarlığı ilə yaranan “ATF” MMC şirkəti gəlir.

Bahalı layihələr həyata keçirən AAYDA işlərin bəzilərini digər podratçılara həvalə etməsini bəyan etsə, məsələn, 2019-cu ildə bu podratçılara 153 milyon manat ödəniş həyata keçirsə də həmin şirkətlərin adları açıqlanmayıb. Belə ki, hər il çoxlu sayda və bahalı tenderlərin keçirilməsinə baxmayaraq, bu tenderlərin nəticələri ilə bağlı məlumatlara rast gəlmək olmur. Əgər belə olmasaydı, o halda, tenderin nəticələrini etender.gov.az vahid portalında görmək olardı.

Amma kimsəyə sirr deyil ki, regionlarda bu cür işlərin böyük əksəriyyəti AAYDA-nın “tövsiyəsi” ilə “ATF” MMC şirkətinə həvalə edilir. Niyə məhz “ATF” MMC-nin seçilməsi isə tərəflərin korrupsiya əməllərində axtarılmalıdır.Saleh Məmmədovun “ATF” MMC ilə “iş birliyi” yalnız tenderlərlə yekunlaşmır. Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarıb, yerinə “ATF” MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları qanunsuz olaraq “ATF” MMC-nin tenderdə “udduğu” yol tikintisi işlərinə cəlb edilib. Bu isə korrupsiya cinayətidir.

“ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz qalibi olmaqda davam edir.

“Asfaltyeyənlər” haqda statistika – milyonlarla manat…

“ATF” MMC uzun müddətdir ki, paytaxtdan kənar rayonlarında şəhər, qəsəbədaxili avtomobil yollarının təmir-tikintisi, müxtəlif sosial infrasturktur obyektlərinin tikintisi, həmçinin abadlıq işlərinin həyata keçirilməsi ilə məşğuldur.

AAYDA kimi dayağı olan “ATF” MMC son bir neçə ildə çoxlu sayda tenderin “qalibi” olmaqla milyonlarla manat dəyərində layihə icra edib.

2020-ci ilin məlumatına əsasən, şirkət Ağsu, Balakən, Kürdəmir və Mingəçevir şəhərlərində 5 layihəni icra edib. Bu layihələrin ümumi dəyəri 4 milyon manatı ötür.

Ümumilikdə, “ATF” MMC 2010-cu ildən bəri yerli icra qurumlarının elan etdiyi 65 tenderin “qalib”i olub. Tenderlərın çoxu Göyçay, Ağdaş, Ağsu, Ucar, Balakən rayonları və Mingəçevir şəhərinin icra hakimiyyətləri tərəfindən elan edilib.

Rəsmi məlumatların təhlili göstərir ki, tenderlərin 26-sı Göyçay rayonu ilə bağlı olub və bu tenderlərin ümumi dəyəri 32 milyon manat təşkil edib. “ATF” MMC Göyçayda sadəcə yol çəkməyib. Şirkət həm də abadlıq işlərinin icrasını həyata keçirib, orta məktəb tikintisi aparıb və s.

“Azərsu” ASC-dəki partnyor – Etibar Məmmədov

Amma “ATF” MMC digər dövlət qurumlarının həyata keçirdiyi tenderlərin də qalibidir və bu baxımdan şirkətin “Azərsu” ASC ilə də “əl əli yuyar, əl də üzü” prinsipi ilə işbirliyi mövcuddur.
Əldə etdiyimiz məlumatda bildirilir ki, Qorxmaz Hüseynovun vaxtında “Azərsu”da tenderlərin və digər iri layihələrin reallaşdırılmasına qurumun sədr müavini Etibar Məmmədov nəzarət edib. Onun “ATF” MMC və onun rəhbəri Azad Muradovla tanışlığı da həmin tenderlərdə pulun silinməsi prosesi ilə başlayıb.

“ATF” MMC “Azərsu”nun sifarişi ilə ölkənin müxtəlif rayon və şəhərlərində müəmmalı tender layihələrini icra edib və məhz bu şirkətin qalib elan olunmasında Etibar Məmmədovun müstəsna əməyi olub.

Ümumiyyətlə isə “ATF” MMC-nin adının şəffaflığı şübhə doğuran bir çox tenderlərdə hallanması qurumla bağlı ciddi araşdırma aparılması zərurətini ortaya çıxarır. Ümid edirik ki, müvafiq qurumlar yazıda göstərilən faktları və hələ ictimaiyyətə bəlli olmayan digər nüansları araşdıraraq gərəkən addımları atacaq. Milletinsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
11 saylı CM-də 2 milyonluq yeyinti faktı aşkara çıxarıllıb... - Prezidentə müraciət olundu


“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin təsisçiləri B.Abdullayev, M.Səlimov və Ə.Rüstəmov tərəfindən “Hürriyyət” qəzetinin elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, DTX rəisi Əli Nağıyev, Baş prokuror Kamran Əliyevə, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Sizin fəaliyyətiniz müddətində korrupsiyaya qarşı apardığınız mübarizənin dövlət siyasətinin tərkib hissəsi olduğu, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə çağırış etməyiniz, proqram xarakterli tapşırıqlar və tövsiyyələr verməyiniz bizləri çağrışınıza qoşulmağa sövq etmişdir. Bu amalla da “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi“ İctimai Birliyini təsis etmişşik. Bildiririk ki, İctimai Birliyin təsis sənədlərini qeydiyyatdan keçrmək üçün Ədliyyə Nazirliyinə 4-cü dəfədir təqdim etmişik. Ümid edirik ki, İctimai Birlik tezliklə Ədliyyə naziri cənab Fikrət Məmmədovun təşəbbüsü ilə Qeydiyyat İdarəsi tərəfindən qeydiyyatdan keçriləcəkdir.

Cənab Prezident!

Aidiyyəti dövlət qurumlarına, o cümlədən də Ədliyyə Nazirliyinin rəhbərliyinə israrla bildirmişik ki, İctimai Birliyin qeydiyyatdan keçirilib-keçrilməməsi bizim cənab Prezidentin çağrışına qoşulmağımıza, korrupsioner və rüşvətxor məmurlara qarşı mübarizə aparmağımıza xidmət edir. Odur ki, kimsə İctimai Birliyin fəaliyyətinə maneəçilik törədə və bizləri amalımızdan çəkindirə bilməyəcəkdir.

Amma onu da bildirmişik ki, İctimai Birliyin qeydiyyatdan keçməsinin qarşısını o kəslər ala bilər ki, onlar tutduqları vəzifələrindən, dinindən, dilindən asılı olmayaraq Prezidentin siyasi kursuna qarşı çıxan xəyanətkarlardır. Və biz bu gün də, gələcəkdə də onların xəyanətkar olduqlarını ilk öncə cənab Prezidentə, sonra da bütün ictimayətin diqqətinə çatdıracağıq.

Hörmətli Prezident!

İctimai Birliyin nizamnaməsində qeyd edilmişdir ki, Birliyin məqsədi “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsini” təşkil etmək üçün Ədliyyə Nazirliyinin razılığı əsasında Penitensiar Xidmətin strukturuna daxil olan qurumların iş rejimini pozmadan və birmənalı şəkildə məhkumların pozulmuş hüquqlarını müdafiə etməkdən ibarətdir. Elə bu məqsədlə də İctimai Birlik qarşısına məqsəd qoyduğu ilk gündən, dayanmadan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində (CÇM) tüğyan edən körrupsiya və rüşvətxorluq hallarını araşdırmış və bu gün də araşdırmanı davam etdirməkdədir. Eyni zamanda, cəzaçəkmə müəssisələrində korrupsiyanın, rüşvətxorluğun qarşısının alınması, məmur özbaşınalığına son qoyulması və aradan qaldırılması yonümündə bir çox təkliflər hazırlamışdır.

İctimayi Birliyə daxil olan məlumatlar əsasında 11, 6, 2, 17, 15 və 7 saylı cəzaçəkmə müəssisələrində baş verən korrupsiya və rüşvətxorluq halları barədə araşdırmalar aparmışıq.

Ədliyyə Nazirliyinin 11 saylı cəzacəkmə müəssisəsində korrupsiya, rüşvətxorluq halları dözülməz həddə çatmışdır.

Cənab Prezident!

11 saylı cəzaçəkmə müəssisəsində məhkumların hüquqlarının köbudcasına pozulması faktları ilə bağlı müəyyənləşdirdiyimiz aşağıdakı korrupsiya faktlar barədə Sizə məlumat verməyi İctimai Birlik olaraq özümüzə borcu bildik. Hesab edirik ki, məhkumların hüquqlarının pozulmasında əsas səbəb və başlıca faktorun kökündə korrupsiya amili dayanır. Korrupsiya, rüşvətxorluq amilinin kökündə isə, tayfabazlığın, qohumbazlığın dayandığı şübhəsizdir. Bununla da ilk öncə 11 saylı cəzaçəkmə müəssisəsində gündəlik mövcud olan və bu gün də müəssisənin rəisi Şakir Qəniyev tərəfindən davam etdirilən aşağıdakı korrupsiya faktlarını diqqətinizə çatdırırıq.

Cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyevin hansı tayfabazlardan və hansı qohumbazlardan olması və hansı məsləkə xidmət göstərməsi barədə də gələcəkdə məlumat vermək məsuliyyətini üzərimizdə saxlayırıq.

Aşağıdakı korrupsiya ocaqları (obyektləri) fakt və heç bir subuta ehtiyacı olmayan aksiomadır.

Hörmətli Prezident!

11 saylı cəzaçəkmə müəssisəsində mövcud olan korrupsiya ocaqlarının (obyektlərinin) siyahısını Sizə təqdim edirik. Siyahıda göstərdiyimiz korrupsiya faktları barədə, sıra nömrəsi ilə, gələcəkdə tam təfsilatlı açıqlama verəcəyik. Çünki 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlar “təbil siqnalı” çalırlar. 1300-ə yaxın məhkumun taleyi bizləri susmamağa məcbur edir.

Oxu.az - 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi dəyişdirilib

Beləliklə, 11 saylı cəzacəkmə müəssisəsində 1 ayda qanunsuz olaraq yığılan rüşvətin (pulun) məbləği və korrupsiya obyektlərinin SİYAHISI:

1. Qeydiyyat (buraxılış vərəqəsi) vərəqəsi yazan mülki şəxs tərəfindən yığılan pullar – 6 000 manat.

2. Ailə üzləri olmayan kənar şəxslərdən (ailə üzvləri istisna olmaqla) – 9 000 manat.

3. Üst-başa, sovqata görə və axtarış-baxış zamanı yığılan pul - 48.000 manat.

4. Üzbəüz görüş üçün yığılan pullar - 45.000 manat.

5. Görüşə gələnlərə satılan çaydan yığılan pul - 12.000 manat.

6. Karantin adı ilə yığılan pullar - 30.000 manat.

7. Üzunmüddətli (3-günlük) görüşdən yığılan pullar - 15.750 manat.

8. Çarpayı, “kutok” adı ilə yığılan pullar - 9.000 manat.

9. Xolodelnik üçün alınan pullar - 6.500 manat.

10. Xolodelnik+”kutok” adı ilə aylq pullar - 9.500 manat.

11. Dönərxanadan yığılan pullar - 12.000 manat.

12. Maqazin-dükan pulu - 100.000 manat.

13. 1 nömrəli kafedən alınan icarə pulu aylıq - 2.000 manat.

14. 2 nömrəli kafedən alınan icarə pulu - 3.000 manat.

15. 3 nömrəli kafedən alınan icarə pulu - 1.000 manat.

16. Yaşayış massivindəki çayxanadan alınan icarə pulu - 800 manat.

17. Hamamdan yığılan “hamam pulu” - 4.000 manat.

18. Paltar dükanından alınan icarə pulu - 2.500 manat.

19. Danışq məntəqəsindən yığılan telfon pulları - 46.800 manat.

20. Məhkumlardan yığılan aylıq telefon pulu - 30.000 manat.

21. “Besetka” tikmək üçün satılan torpaq pulu - 210.000 manat.

22. Xüsusi şəraitli qtaqlara giriş üçün yığılan pul - 157.5000 manat.

23. Aylıq otaq pulları - 6.300 manat.

24. “Sançast”a giriş üçün ilkin ödəniş pulu - 216.000 manat.

25. “Sançast”da aylıq yığılan pullar - 28.600 manat.

26. İstehsalatda işləyən məhkumlardan icarə pulu - 37.500 manat.

27. İstehsaldan rəisə çatan 60%-lik haqq - 72.000 manat.

28. Məhkumlara ayrılan puldan tutulan 20% “haqq” - 40.000 manat.

29. “Pekarnı pulu” - 21.000 manat.

30. Toyuq, yumurta satışından yığılan pullar - 12.000 manat

31. Bərbərxanadan alınan icarə haqqı - 800 manat.

32. Dərzidən alınan icarə haqqı - 300 manat.

33. Ayaqqabı təmirindən alınan icarə haqqı - 300 manat.

34. Camaşırxanadan alınan icarə haqqı - 3.500 manat.

35. Məhkumun rejiminin dəyişdirilməsinə görə ödənilən pul - 50.000 manat.

36. Cəzasının ¾ hissəsini cəkən məhkumlardan - 200.000 manat.

37. Ekspertiza pulları - 96.000 manat.

38. “Təşəkkürnamə pulları” ayda - 10.000 manat.

39. Xasiyyətnamə pullarə ildə - 100.000 manat.

40. Kars pulları ayda - 60.000 manat.

41. Digər xərclər (kino, su, və sairə) - 28.000 manat.

42. “Vozvrat” satılan çörəyin pulları - 15.750 manat.

Yekun korrupsiyan məbləği: - 1.728.400 manat.

Qeyd: Yuxarıda məlumat verdiyimiz korrupsiya, rüşvətxorluq ocaqları -obyektləri barədə sıralama sayını göstərməklə, əgər bilərəkdən və yaxud da bilməyərəkdən, verilən məlumatlar həqiqəti əkis etdirmirsə, Ədliyyə Nazirliyi tərəfindən TƏKZİB veriləcəyinə inanırıq.

Əlavə faktları da təqdim edəcəyik”.

Hurriyyet.az

Redaksiyadan: Qeyd olunan faktlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Dərsə gəlməmək 10 manatdır" - Daha bir direktorun SƏS YAZISI yayıldı


Azərbaycanda daha bir məktəbin direktorunun səs yazısı yayılıb.

DİA.AZ xəbər verir ki, Ağsu rayon Xəlilli kənd orta məktəbinin diektoru Oqtay Bəylər oğlu Şıxıyev məktəbin İsmayıl adlı məllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edir.

Direktor Oqtay Şıxıyev 10 manat əvəzinə 5 manat verən İsmayıl müəllimdən qalan 5 manatı da istəyir.

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdri Anar Osmanov Lent.az-a açıqlamasında bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır:

"Ötən gün yoldaşı həmin məktəbin müəllimi olan bir xanım tərəfindən bu video bizə göndərildi. Biz hazırda bununla bağlı araşdırmaya başlamışıq. Nəticə barədə məlumat veriləcək".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beyləqanın İcra Başçısının adı blogerin həbsində hallanır - BU NƏDİ BELƏ?


Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin adı ictimai fəal, bloger Anar Zeynalovun sifarişli həbsində keçir.

İddia edilir ki, icra başçısının adnının Anar Zeynalovun həbsini sifariş edənlər sırasında çəkilməsinə əsas səbəb blogerin icra başçısının qanunsuz əməllərini və korrupsiya cinayətlərini ifşa etməsi, həmçinin də bu barədə yuxarı orqanlara ünvanladığı şikayət məzmunu ilə bağlıdır.

Bildirilir ki, icra başçısı xeyli vaxt imiş ki, Anar Zeynalovu həbs etdilməsinin mümkün yollarını arayırmış. Hətta bilgilərə görə icra başçısının göstərişi ilə müxtəlif vaxtlarda Anar Zeynalova qarşı cinayət işi açılması üçün rayonun hüquq mühafizə orqanlarında arasdırmalarda başlanılıb. Lakin ortaya atılmış ittiham sübut olmadığından cinayət işinin başlanılması rədd edilib. Bu dəfə, necə deyərlər, Anar Zeynalov ona tikilən “torba”ya düşüb. Belə ki, Anar Zeynalova qanunsuz torpaq zəbtetmə maddəsi ilə cinayət işi açılaraq ibtidai istintaqa göndərilib.

Prosessual normanın tələblərinin pozulması ilə davam edən ibtidai istintaq mərhələsi yekunlaşaraq Beyləqan rayon məhkəməsinə göndərilib. Və icra başçısı Asif Ağayev Anar Zeynalovu “bitirmək”, üçün son “düymə”yə basır. Və hakimin dili ilə Anar Zeynalova hökm oxunur. Hakim Ramiz Nurullayev icra başçısının sifarişi ilə cinayət işinin dəlillərini araşdırmadan Anar Zeynalovu həbs edir.

Beyləqan rayon məhkəməsinin 26.10.2022-ci il tarixli hökmü ilə Zeynalov Anar Ədalət oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə (qanunsuz torpaq zəbetmə) təqsirli bilinərək 2 il 6 ay müddətində azadlıqdan məhrum edilir.
Qeyd edək ki, Anar Zeynalov barəsində irəli sürülmüş ittihama görə, o, Beyləqan rayon bələdiyyəsinin mülkiyyətində olan 48 kv.m torpaq sahəsini qanunsuz olaraq zəbt edib.
P.S. İndiyənə qədər kiminsə 48 kv.m torpaq sahəsinə görə, hətta nəinki 48, ümumiyyətlə zəbtetmə ilə həbs edildiyi faktına rəst gəlməmişəm. Əgər belə olsaydı, onda gərək ölkədə hər kəs dəmir barmaqlıqla arxasından boylanmalı idi.
Görünür, Beyləqan rayon məhkəməsinin sədri (hökm oxuyan hakim) Ramiz Nurullayev Anar Zeynalovu bu maddə ilə həbs etməklə analoqu olmayan bir həbsə imza atmaq istəyib. Əslində deyim ki, bacardı da…
RealMedia.az

XƏBƏR LENTİ

20:36

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

20:11

HƏMAS Təl-Əvivə raket zərbələri endirdi

19:03

Ermənistan Türkiyə ilə QAPILARINI AÇIR... - Hər şey hazırdır...

17:31

Baş mühəndisi Fazil Həsənovun AİLƏ PODRATI... - İTTİHAM VAR...

16:19

10 ayda Azərbaycana 100 milyon dollar gətirən Elvin Şirinov kimdir? - İLGİNC

13:15

Sabiq hakimlə bağlı ilginc iddia - Masazırda torpaqları necə zəbt edib?

12:38

Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi

09:40

Havalar soyuyur... QAZSA BAHA: NƏ ETMƏLİ? - LİMİT MƏNGƏNƏSİ...

09:10

"Hərbçilərin pensiya yaşının artırılması bütün hallarda ciddi narahatlıq doğuran məsələdir" - deputat

23:37

Paşinyan KTMT katibini qəbul etməkdən imtina etdi - ŞOK AÇIQLAMA

22:30

Zelenski yenidən prezident ola bilməz - Zelenskaya

22:09

Nazir Ermənistanın sülhə törətdiyi maneələrdən DANIŞDI

20:30

Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...

20:07

Qəzada ölən türkiyəli boksçunun ürəyi Fəridə köçürüldü

15:41

Azərbaycanda mənzil dələduzluğunun qarşısını niyə almaq olmur?

14:59

Bu da sizin təriflədiyiniz UNEC... - NARAZILIQ VAR...

14:25

Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor TƏYİN EDİLİB - ƏMR

13:38

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı – Nə baş verib?

12:49

Direktor meşə ərazisində ağac deyil, taxıl əkir – Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir?

12:17

Zeynəb Xanlarovanın nəvəsinə VƏZİFƏ VERİLDİ

11:17

Vəzifədə təzə olsa da... - Köhnələrə MEYDAN OXUYUR

10:44

“Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...

10:10

Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər (VİDEO, FOTO)

09:42

BU NƏ SƏADƏT... BU NƏ İMKAN? -İLGİNC İDDİALAR...

09:03

Göygöl Rayon Mərkəzi Xəstəxanasının TENDER "ALIŞ-VERİŞİ" - FOTOLAR

08:36

“Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ

08:06

Rusiyada LGBT hərəkatı qadağan edildi

07:42

Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."

23:18

“Məktəblər bağlana bilər?” sualına - Nazirdən cavab

18:31

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...

18:07

FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb

17:47

“SİPARK” MTK sakinləri süründürür - GİLEY

17:29

İnstitutda professorlar arasında DAVA - Elmlər doktoru Elmi Şuradan qovuldu

17:23

Emin Ağalarov Bakıda daha 2 yaşayış binası inşa edir - TƏFƏRRÜAT