[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçay səhiyyəsindən daha bir GİLEY - MÜRACİƏT


"Göyçay Rayon Mərkəzi Xəstəxansının publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov 2-ci qrup gözdən əlildir.Eyni zamanda Təhlükəsizlik Xidmətinin müdiri Namiq Quliyevdə 2-ci qrup müddətsiz əlildir.Adları çəkilən hər iki vəzifəli şəxslər sürücülük vəsiqəsi əldə etmək üçün sağalamlıq haqqında arayışla təmin olunublar.

Dövlət tərəfindən Şəhid ailələri və qazilər, veteranlar və ehtiyacı olan savadlı kadrlar üçün nəzərdə tutuln vakansiyaları burada yüksək vəzifəli şəxslər öz aralarında bölüşdürülər". Bu barədə DİAş.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Rayonda yaranmış işsizlik probleminə baxmayaarq Yaşar Əhmədov xəstəxanada olan vakansiyaları ya satır, yada gözünə yaxşı görünən ona sadiqlik nümayiş etdirən işçiləri arasında bölüşür.Həmin vakant iş yerlərindən biri də kitabxanasçı vəzifəsidir.Belə ki, Yaşar Əhmədov həmin kitabxanaçı vəzifəsini Əməyin Mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən İlqar Babayev və İnsan Resusları Şöbəsinin müdiri Tacir Rəfiyevin qardaşı mühasib Zahid Rəfiyev arasında yarımaklad dədə malı kmi bölüşdürüb.
Məzuniyyətə çıxaraq hazırda istirahətdə olan direktor Yaşar Əhmədovun 22 sentyabr 2022-ci il tarixdə əmək müqaviləsinin müddəti başa çatacaqdır.Bu vəzifədə olmasının 9 ayı tamam olacaqdır.

Xəstələr üçün dövlət tərəfindən ayrılmış dərman peraparatları və tibb ləvazimatları tam həcmdə verilmir. İcbari Tibbi Sığortanın zərfinə daxil olan imtiyazların bir çoxuna görə pul tələb olunur.Bəzi tibbişçiləri yalnız səs-küy salan şəxslərə xüsusi qayğı və məsuliyyətlə yanaşırlar.
Xəstəxana rəhbərliyi məkirli palanlar əsasında işə götürdüyü şəhid atasını özləri üçün sipır olaraq istifadə edirlər.Belə ki, narazı vətəndaşlar vəziyyətə etiraz etmək istədiyi zaman dərhal şəhid atasını önə verirlər.Əlbətdə şəhidlər başımızın tacıdır.Lakin güc və qüvvət məzlumların müdafiəsi üçün istifadə olduqda gözəldir.
Təcili Tibbi Yardımın rəhbəri Əli Əsgərov maddi maraqları müqabilində hər cür qanunsuzluqlara icazə vermişdir.Belə ki, gündüz növbəsində işə gəlməyən həkim və orta tibb işçiləri maddi maraq müqabilində gecə növbəsində işə gəlmələrini təmin edir".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
II Qarabağ müharibəsi iştirakçısına niyə veteran statusu verilmir? - ŞİKAYƏT


Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu təqdim edirik!
Salam mən Cəfərli Oğuz Rüstəm oğlu II Qarabağ müharibəsinin ilk günündən son gününədək müharibədə iştirak etsəm də düz Şuşayadək gedib çıxsam da mənə cənab Prezident tərəfindən Kəlbəcərin azad olunmasına görə müdalı verilsə də hələ də müharibə iştirakşısı adı və vəsiqəsi verilmir ki 80 manat müavinətimi alım. Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli sərəncamına əsasən 2020-ci il sentyabrın 27 dən noyabrın 10 dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxsalərə "Müharibə veteranı" adının və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi, habelə "Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin edilməsi və ödənilməsi şamil edilir.

Prezidentin sərəncamı yerlərdə icra olunmur.Hərbi biletimin 14 cü bəndində də açıq qeyd olunub ki, döyüşlərdə iştirak edib və hərbi hissənin möhürü ilə təsdiq olunub.Belə şıxır ki, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşmüşəm amma müharibə iştirakçıxı deyiləm!

Azərbaycan Republikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Silahlı Qüvvələrin hərbi Qulluqşularının "Kəlbəcərin azad olunmasına görə" müdalı ilə təltif olunması haqqında sərəncamında Kəlbəcər rayonunun azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların siyahisında mənim adım da var və mən müvafiq medalla təltif olunmuşam. Amma veteranlıq məsələsi gələndə deyirlər yox döyüşlərdə iştirak etməmisən.

Nə qədər gözləyim axı mən? Gərək mən də sosial şəbəkələrə çıxıb hay-küy salım, yoxsa özümə od vurub yandırım ondan sonra məni eşidən olsun.

Əmək Nazirliyinə, Müdafiə Nazirliyinə, yaşadığım Sumqayıt şəhər İcra Hakimiyyətinə yazılı müraciət etsəm də heç birindən mənimlə əlaqə saxlayan olmamışdır.Xahiş edirəm mənə köməklik edin.

Ünvan : Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivi.
II Qarabağ müharibəsi iştirakçısına niyə veteran statusu verilmir? - ŞİKAYƏT
II Qarabağ müharibəsi iştirakçısına niyə veteran statusu verilmir? - ŞİKAYƏT
II Qarabağ müharibəsi iştirakçısına niyə veteran statusu verilmir? - ŞİKAYƏT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Nazilə Səfərli qazidən xına üçün 500 manat istəyib" - “Louvre Plaza”


Şair Nazilə Səfərli Bakıda yerləşən “Louvre Plaza” şadlıq sarayından şikayətçidir.

Bu barədə o, instaqramda videopaylaşım edib.

Səfərli təmənnasız şəkildə oktyabrın 4-ü qazinin qızının xınasını təşkil etmək istədiyini, lakin məclisin keçiriləcəyi məkanın rəhbərliyi hər hansı xına şirkətinin zala girişinə icazə vermədiyini bildirib: “Qızın anası rəhmətə gedib, atası isə qazidir. Atasının özəl arzusudur ki, mən həmin məclisdə iştirak edim. Qazi bu gün mənə zəng edib deyir ki, “Nazilə xanım, mən qızımın xeyir işində sizi görmək istəyirəm, ancaq bunlar icazə vermir. Mən də kasıb adamam, sözüm keçmir”… Ay camaat, qazinin balasının toyuna getmək istəyirəm. Məkan qıraqdan heç bir xına şirkətinin girişinə icazə vermir. Onun arzusudur… Mən qazinin balasının, anasız qızının başına sığal çəkməyə gəlirəm, nə istəyirsiniz? Niyə belə edirsiniz? İnsanların arzusunu niyə gözüdə qoyursunuz? Gəlib o anasız qızın nazını çəksək nə olar?”.

Məsələ ilə bağlı sözügedən şadlıq sarayı ilə əlaqə saxladıq. “Louvre Plaza”dan saytımıza bildirildi ki, şairin dedikləri həqiqəti əks etdirmir: “Bizdə xına havayıdır, restoran tərəfindən hədiyyə olunur. Nazilə Səfərli isə həmin ailədən 500 manat istəyib. Ona görə də qızın atası pulsuz olanı seçib”.

Qazi isə bu mövzu ilə bağlı danışmaq istəyib: “İcazə vermirlərsə, dava edən deyiləm ki. Allah hamının canını sağ eləsin”. (qafqazinfo)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DÇ-2022-də davranış qaydaları: Yerli qadınlara toxunmaq olmaz


Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsi turnir ərzində iştirakçılar və turistlər üçün ölkədə davranış qaydalarını dərc edib.

16 səhifəlik sənəddə akkreditə olunmuş şəxslər, habelə azarkeşlər üçün bütün təlimat və tövsiyələr sadalanır.

Təlimatın ilk hissəsi yerli sakinlərlə ünsiyyətə aiddir. Burada qeyd olunur ki, evə daxil olarkən ilk növbədə ən yaşlı şəxsə və “daha ​​yüksək statusa” malik olanlara salam vermək lazımdır.

Bildirilir ki, qətərli qadınlara toxunmaq və onlarla qucaqlaşmaq olmaz. Xanımlara müəyyən məsafə saxlayaraq şifahi salam verməyə icazə verilir. Qətərlilərlə, xüsusən də qadınlarla əl sıxmaq məsləhət görülmür.

İkinci hissədə ictimai yerlərdə davranış qaydaları təsvir olunur. Qətərlilərə nəzər salmaq “kobud və yersiz” hesab olunduğu üçün tövsiyə edilmir. Qeyd olunur ki, qətərli başqasına nə isə verirsə, onu sağ əli ilə almaq lazımdır. Ayaqları çarpaz oturmaq tövsiyə edilmir - bu, təhqir hesab olunur.

Həmçinin, ölkə qonaqlarına qadınlarla flört etmək məsləhət görülmür.

Üçüncü hissə dini məsələlərdən bəhs edir. Ölkəyə gələn qonaqlardan gündə 5 dəfə verilən azan zamanı yüksək səsli musiqini açmamaq xahiş olunur. Məsciddən başqa heç bir qanun qadınların çadra taxmasını tələb etmir, lakin onu “yerli mədəniyyətə inteqrasiya və hörmət göstərmək üçün” taxmaq yaxşı hal hesab olunur.

Dördüncü hissə geyim məsələlərinə aiddir. Ziyarətçilərdən təvazökar geyinmələri, çiyinlərini və dizlərini örtən paltarda gəzmələri xahiş olunur. Qadınlar uzun şalvar və ya ətək, sinə və boynu örtən üst paltar geyinməlidirlər. Qızlar üçün qolsuz köynəklər, qısa paltarlar və ya ətəklər, qısa toplar qəti qadağandır. Həm də paltarların çox şəffaf və ya sıx olması uyğun deyil.

Kişilərə dizlərini örtən şort geyinməyə icazə verilir. Dar şalvar, atletik şort geyinməmək tövsiyə olunur.

Sənədə əsasən, saat və ya nikah üzüyündən başqa zinət əşyaları qeyri-münasib sayılır. İslamdan başqa bir dinə aid hər hansı bir əşya varsa, onu paltarın altında saxlamaq xahiş olunur.

Qeyd edək ki, Dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Mənbə: sports.ru

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəhim Rəhimli vəfat etdi


Müğənni Rəhim Rəhimli vəfat edib.

Bu barədə prodüser Tarix Əliyev özünün instaqram hesabında məlumat yayıb.

İfaçının ölüm səbəbi açıqlanmayıb. Bir sıra məşhurlar da R.Rəhimlinin vəfatı ilə bağlı başsağlığı paylaşımı ediblər.

Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi.

Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” kanalının direktoru işləyib.

XƏBƏR LENTİ

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY