[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oktyabrda hava necə olacaq? - PROQNOZ


Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 17-22 dərəcə isti, ayın ilk günlərində 25-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-40 mm).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 13-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, gündüzlər 16-21 dərəcə isti, ayın ilk günlərində 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 19-32 mm).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 11-16 dərəcə isti, ayın ilk günlərində 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 49-56 mm).

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 13-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, ayın ilk günlərində 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-61 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, dağlarda 1-6 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, ayın ilk günlərində 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir (norma 33-126 mm).

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, ayın ilk günlərində 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-46 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 11-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, ayın ilk günlərində 25-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 96-274 mm).
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İstanbul Türk Dünyasının Gənclik Paytaxtı elan EDİLDİ


Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərin 6-cı Toplantısı keçirilib.

Bu barədə TDT-nın mətbuat katibliyi məlumat yayıb.

Qeyd edək ki, iclas Türkiyənin İznik şəhərində keçirilən IV Dünya Köçəri Oyunları çərçivəsində baş tutub.

Bundan əlavə, Toplantıda İstanbul 2023-cü il Türk Dünyasının Gənclik Paytaxtı elan edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarşılıqlı layihələrdə iştirak etməyin əsl zamanıdır” - İlham Əliyev


Bu gün biz Bolqarıstan Prezidenti və Baş naziri ilə ortaq maraq doğuran bir çox sahələr üzrə danışıqlar aparmışıq, qarşılıqlı əməkdaşlığı genişləndirməyin yollarını müzakirə etmişik. Biz enerji və nəqliyyat sahələri də daxil olmaqla, iqtisadi əlaqələr, ticari əməkdaşlıq sahələrinə toxunduq. Bu sahələr bizim qarşılıqlı əlaqələrimiz, həmçinin regional inkişaf üçün çox mühümdür.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib: “Təbii ki, biz sizi maraqlandıran məsələləri müzakirə edəcəyik. Çünki sizin bu görüşdə iştirakınız ondan xəbər verir ki, ölkəmizi yaxşı tanıyırsınız, inkişafımızı və apardığımız islahatları yaxşı bilirsiniz. Ümid edirəm ki, bu görüşdən sonra siz bizim şirkətlərlə, ölkəmizlə istər investor kimi, istərsə də müqavilələr vasitəsilə çalışmağa daha həvəsli olacaqsınız. Bolqarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərini nəzərə alaraq inanıram ki, bizim biznes cəmiyyətlərimiz üçün qarşılıqlı layihələrdə iştirak etməyin əsl zamanıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şuşa şəhəri ilə Veliko Tırnovo şəhəri qardaşlaşdı


Sentyabrın 30-da paytaxt Sofiyada Azərbaycanın Şuşa şəhəri ilə Bolqarıstanın Veliko Tırnovo şəhəri arasında qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Veliko Tırnovo şəhərinin meri Daniel Panov imzalayıblar.

Qeyd edək ki, Heydər Əliyev Fondu Bolqarıstanın mədəni-mənəvi paytaxtı olan Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına mühüm töhfə verib. Heydər Əliyev Fondu tarixi abidənin 158 metr uzunluğunda qərb divarının konservasiyasını və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, Mədəni İrs Mərkəzinin yaradılmasını, bu ərazidə yerləşən Orta əsrlərə aid üç kilsənin təmirini və konservasiyasını həyata keçirib. 2016-cı il sentyabrın 22-də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak ediblər.

Həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomları təqdim olunub. Heydər Əliyev Fondunun prezidentinə “Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı adı” şəhərin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ukrayna hələ NATO-ya üzv ola bilməz" - Stoltenberq


NATO -nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans hələlik Ukraynanı öz sıralarına qəbul edə bilməz.

Bu barədə o, brifinqdə bildirib .

“İndi biz Ukraynanı NATO-ya qəbul edə bilmərik, bu qərar 30 tərəfdaş ölkənin görüşündə qəbul edilir”, - o deyib.

Onun sözlərinə görə, istənilən ölkənin öz yolunu müəyyən etmək hüququ var, NATO-nun qapıları açıqdır, lakin alyans Kiyevə yardıma diqqət yetirəcək .

Daha əvvəl Stoltenberq bildirib ki, alyans DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil olmasını tanımır və bu hadisə onun Ukraynanı dəstəkləmək əzmini dəyişmir.

Yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri də DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil olmasını heç vaxt tanımayacaqlarını bəyan ediblər.

Bundan əlavə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndələri dörd yeni rayonun Rusiyaya birləşdirilməsini pisləyib və belə bir addımı qanunsuz ilhaq adlandırıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Boksçumuz erməni rəqibinə qalib GƏLDİ


İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.

Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda ilk olaraq rinqə Nərmin Əlizadə (48 kq) çıxıb.

Boksçumuz Mahur Marikyanla (Ermənistan) döyüşüb və hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 hesabı ilə qalib gələrək rəqibini mübarizədən kənarlaşdırıb.

Nərmin yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, 1/2 final döyüşünə oktyabrın 2-də çıxacaq. Boksçumuzun rəqibi polşalı Silva Formela olacaq.

Qeyd edək ki, Avropa çempionatında 1/4 final döyüşləri sabah başa çatacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Küçəyə zibil atanlar: bu insanlarla necə mübarizə aparaq? – Maaifləndirici VİDEO


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olmuş “Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə” layihəsi çərçivəsində videomaterial hazırlanıb.

Videoda nəqliyyat eksperti Elməddin Muradlı küçəyə zibil atan sürücülər barəsində danışır. Bunun hüquqi və mənəvi tərəflərini izah edir.

Ətraflı videomaterialda:


TİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hirkan Milli Parkının direktoru ilə bağlı İLGİNC İDDİALAR - Həbsdən NECƏ YAYINIR...


Sentyabrın 25-də ölkənin bir çox nüfuzlu elektron kütləvi informasiya vasitələrində Hirkan Milli Parkının direktoru Aqil Sucayevin və digər bir neçə əməkdaşının hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı xəbəri yayıldı. Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməsə də, hər halda təxmin etmək olar ki, parkda baş verən neqativ hallara effektiv nəzarət edə bilməmələri ilə əlaqədardır. Yəqin ki, indilərdə Aqil Sucayevin dayısı, sabiq deputat Hüseynbala Mirələmov sevimli bacıoğlusunu məsuliyyətdən qurtarmaq üçün hərəkətə keçib.

Xatırladaq ki, “Azerinfo.az” informasiya agentliyi əvvəllər Hirkan Milli Parkında ağacların qanunsuz qırılması və başqa ekoloji cinayətlərlə bağlı sərt tənqidi məqalələr dərc edib, yerli təbiətsevərlərin şikayətlərini paylaşıb. Dəfələrlə məqalələrimizdə ehtiva olunan faktları rəsmi məktublarla aidiyyəti orqanların vəzifəli şəxslərinin diqqətinə çatdırsaq da, Aqil Sucayev və onunla işbirliyində olan təbiət düşmənlərinin barəsində ciddi tədbir görülməyib.

Xatırladaq ki, Hirkan deyilən ərazidə 60-cı illərdən yaradılan qoruq 2004-cü ildən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Milli Park statusu ilə fəaliyyət göstərir və 40358 ha ərazini əhatə edir. Uzun müddət Qaz İstismar İdarəsində rəis, sonra Mədəniyyət Şöbəsində müdir kimi fəaliyyət göstərmiş Aqil Sucayev Hirkan Milli Parkına müdir vəzifəsinə təyin olunandan işçi kollektivində nizam-intizam zəifləyib, idarəetmə işi bərbad səviyyəyə enib. Parkın direktorunun qeyri-mütəxəssis olması neqativ halların əsas səbəblərindən biri kimi göstərilib.

Redaksiyamıza daxil olan məlumata görə, bir neçə gün əvvəl parkın ərazisində reyd keçirən polis işçiləri DİN-nin Mütəşəkkil Cinayətkarlkıqla Mübarizə baş İdarəsinin əməkdaşları olublar. Reyd zamanı saxlanılan park nəzarətçiləri Bakı şəhərinə aparılıb dindiriləndən sonra sərbəst buraxılsalar da, ərazidə baş verən qanunsuz ağac qırıntıları obnların çox keçmədən cinayət məsuliyyətinə cəlb olunacaqlarını təxmin etməyə əsas verir.

Etibarlı mənbə bildiri ki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Lənkəran Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev və Hirkan Milli Parkının direktoru Aqil Sucayev yaxın dostdurlar və əldə etdikləri haram gəlirləri bölüşürlər. Eyni zamanda Lənkəran Regional Meşə Təsərrüfatı və Bərpası Mərkəzinin (RMTBM) rəhbəri ilə Şakir Quliyev arasında konflikt olduğuna görə İdarə rəisi çalişir ki, həmin qırıntıların bir hissəsini Meşə Təsərrüfatı Mərkəzinin passivinə yazdırsın. Bununla da Hirkan Milli Parkındakı qırıntıların miqyasınnı azaltmaqla öz dostu Aqil Quliyevi sudan quru çıxarmağa çalışır. Şakir Quliyev ayrı-ayrı şahidləri “başa salır” ki, guya ağac qırıntılarının bir hissəsi doğrudan da RMTBM-nin ərazisinə aiddir. Bundan başqa, Parkda aşkarlanan qırıntıları Şakir Quliyevin “yoxlama” aparan işçiləri material üçün nəzərdə tutulduğu halda oduncaq kimi aktlaşdırıllar ki, təqsirkarlar üçün cinayət deyil, inzibati məsuliyyət növü seçilsin.

Ümumiyyətlə, Hirkan Milli Parkında son vaxtlar nadir, qiymətli ağac növlərinin məhv edilməsi, ayrı-ayrı rayonlara mebel sexlərinə daşınması barədə çoxlu informasiyalar rast gəlir. İnternet televiziyalarında, “Yutub” kanallarında ekoloji vandallığı əks etdirən kifayət qədər video-görüntülər yayılıb. Məlumatlarda bildirilir ki, ağacları “Qaz-66” yük maşınının vasitəsilə qoparır, sonra da külək aşırıbmış kimi aktlaşdırırlar. Ən çox cinayətlərin yeger Vasif Cəfərovun nəzarət etdiyi Diryan meşəbəyliyinin 3b saylı dolayında (dəmirağaclardan kəsilmiş payalar), mühafizə yegeri Xanlar Məmmədzadənin nəzarətində olan 3 saylı və Pərviz Hacıyevin nəzarətində olan 2 saylı, Asəf Şıxıcanovun nəzarətində olan 1 saylı, habelə Afiyəddin Kazımovun, Osaküçə meşəbəyliyində Vüqar, İlqar, Elşad, Əğəverdi, Fərahim adlı mühafizə yegerlərinin nəzarətində olan dolaylarda (ağacların yaş kök üstdən kəsilməsi, material kimi tədarük edilməsi) baş verdiyi deyilir. //aztoday.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bakıkart"ın daşıyıcıların boynuna qoyduğu AĞIR YÜK - 5% hansı məmurun cibinə gedir?


Bakıda sərnişindaşıma ilə məşğul olan sahibkarların narazılıqları bitib tükənmək bilmir. Sahibkarlar İqtisadiyyat Nazirliyinə müraciətlərində bildiriblər ki, gediş haqqının kart sisteminə keçirilməsindən sonra ödənilən məbləğdən yüksək faiz tutulur. Daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni "BakıKart"a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını da xahiş ediblər. Onlar həmçinin ictimai nəqliyyatda alternativ ödəniş sistemlərinin tətbiq edilməsinin də vacb olduğunu vurğulayıblar.

"Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş"

"Azland Plaza" MMC-nin rəhbəri Azadxan Xanməmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müqaviləyə görə hər sərnişinin gediş haqqından 5 faiz "Bakıkart" tərəfindən çıxılır. Sahibkar bunun kifayət qədər yüksək məbləğ olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, 5 faiz civarında faizin tutulması daşıyıcıların büdcəsinə xeyli məbləğdə ziyan vurur: "Günlük daşınan sərnişinlərdən yığılan pulun xeyli hissəsi "BakıKart"ın büdcəsinə gedir. Bu da sahibkarların onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırır. Bu məbləğin azaldılması yaxşı olardı. Çünki, sərnişindaşıma ilə məşğul olan sahibkarların vəziyyəti onsuz da acınacaqlıdır.

"5 faiz çox yüksək məbləğdir"

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daşıyıcı şirkətlər müraciətlərində haqlıdırlar. Çünki, hər sərnişinin ödədiyi gediş haqqından 5 faiz tutulması yüksək məbləğdir: "Çünki, göstərilən xidmət də o qədər böyük iş tələb etmir. Gündəlik sərnişindaşımadan "Bakıkart"ın hesabına 50 min manat vəsait daxil olur. Amma sərnişindaşımada əsas xidməti göstərən daşıyıcı şirkətdir. "Bakıkart" sistemi daşıyıcı şirkətlərin vergidən yayınmasını izləmək üçün əlverişli sistemdir. Amma bunun yükü sahibkarların boynuna qoyulmamalıdır. 5 faiz azaldılaraq ən azı 1 və ya 2 faiz civarında ola bilər. Daşıyıcı şirkətlər müraciətlərində tamamilə haqlıdırlar. Çünki, göstərilən xidmət elə də fantastik bir sistem deyil".
E. Muradlı hər sərnişinin ödədiyi gediş haqqından 5 faiz tutulması nəticəsində daşıyıcıların maddi durumlarının pisləşdiyini, onların nəticədə gediş haqqının artırılması tələbi irəli sürdüklərini söyləyir.
Ekspert deyir ki, daşıyıcı şirkətlər kartoxuyucu sistemlə bağlı hər gün problem yaşayır: " "Bakıkart" xidmətin qarşılığında 5 faiz məbləğ tutsa da, buna uyğun keyfiyyətdə xidmət göstərə bilmir. Burada mənim bildiyim qədər sərnişindaşınma sahəsində fəaliyyət göstərən məmurların marağı var".
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirdi ki, sərnişin sayına görə toplanan vəsaitin 5%-i "BakıKart"a ödənilir: "Həmin məbləğ BNA-ya deyil, bu sahədə fəaliyyət göstərən ödəniş operatoru olan şirkətə ödənilir. Bu prosedur da daşıyıcı şirkətlə operator arasında hüquqi müstəvidə imzalanan müqavilələrlə tənzimlənir".

"Bakıkart" rəhbəri sualları niyə cavabsız qoydu?

Sputnik Azərbaycan məsələ ilə bağlı "Bakıkart" MMC ilə əlaqə saxlayıb. Qurumdan gün ərzində məsul şəxsin sualımızı cavablandıracaqlarını bildirsələr də cavab verilməyib. "Bakıkart" MMC-nin rəhbəri Orxan Bayramov da mobil telefonuna etdiyimiz zənglərə cavab vermədi.

Hər sərnişinin ödədiyi gediş haqqından tutulan 5 faiz kimin cibinə gedir?

Sputnik Azərbaycan-a adının çəkilməsini istəməyən daşıyıcı bildirib ki, avtobuslara yerləşdirilən kart oxuyan cihazların – validatorların gündəlik daşınan sərnişinlərin sayı və toplanan məbləğlə bağlı məlumatlar onlara "K GROUP" MMC tərəfindən verilir. Həmin məbləğdən 5 faiz çıxıldıqdan sonra daşıyıcının hesabına köçürülür "K GROUP" MMC-nin mühasibi Sputnik Azərbaycan-a bildirib ki, kommersiya sirri olduğu üçün şirkət öz fəaliyyəti ilə bağlı məlumatları açıqlaya bilməz.
Amma xatırladaq ki,bir müddət öncə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial platformadakı hesabında bildirib ki, "K GROUP" MMC Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə məxsus "GMSA" MMC ilə eyni ünvanda qeydiyyata alınıb. Jurnalistin yaydığı məlumata görə, "K GROUP" MMC-nin qanuni təmsilçisi Əliyev Ceyhun Şəfahət oğludur. Bu şirkət 2018-ci ildə yadadılan Bakı Nəqliyyat Agentliyinin əsas tərəfdaşlarından biridir. Avtobuslara kart oxuyan cihazlar – validatorlar quraşdırılması sifarişi bu şirkətə həvalə olunub. Bu isə hər sərnişinin ödədiyi gediş haqqından 5 faiz tutulmasında məmurların marağı ilə bağlı şübhələri artırır.

Sputnik Azərbaycan
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AMEA-nın əməkdaşından direktora ağır ittiham - TƏZYİQ EDİLİR


AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi Lola Hüseynova həmin insititutun direktoru Abbas Seyidovu ona qarşı qərəzli münasibətdə ittiham edir.

Qafqazinfo-ya müraciət edən Lola Hüseynovanın iddia edib ki, Abbas Seyidov tərəfindən psixoloji təzyiqlərə məruz qalıb:

“Mən 2017-ci ildən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləyirəm. Hazırda həmin institutun Dəmir dövrü arxeologiyası şöbəsində elmi işçi, Milli Azərbaycan Tarixi Muzeyində isə arxeologiya ixtisası üzrə dissertantam. 2021-ci ilin payızında Ramiz Mehdiyevin himayədarlığı ilə bizim instituta direktor göndərilən Abbas Seyidovla iki il öncədən problemlərimiz olub. O, vəzifəsini icra etməyə başladığı gündən bu səbəbdən məni işdən azad etməklə hədələyib. Keçən zaman ərzində məni dissertasiya işimlə bağlı abidənin tədqiqatlarından uzaqlaşdırıb. Onun mənə qarşı bitmək bilməyən şəxsi qərəzinin nəticəsidir ki, əsassız olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilmişəm. Bu intizam tənbehinin ləğv edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmişəm. Barəmdə verilən intizam tənbehi Əmək Məcəlləsinə tam ziddir. Çünki izahatım alınmadan, ezamiyyədə olduğum gün mənə şiddətli töhmət verilib. A. Seyidov mənə psixoloji təzyiqlər göstərir, məhkəmənin keçiriləcəyi tarix yaxınlaşdıqca, məndən prokurorluğa şikayət edəcəyi ilə hədələyir. Hər gün oturduğum şöbəyə məni yoxlamaq üçün müxtəlif adamlar göndərir. Hətta vəziyyət o həddə çatıb ki, iş yerim olan bina daxilində mənim hansı saatda hansı otaqda oturmağımla bağlı izahatlar istəyir. Akademiya tarixində belə halla rastlaşan olmayıb. Abbas Seyidov elmi işləri yaxşılaşdırmaq, dövlətin siyasəti ilə ayaqlaşıb gənclərə şərait yaratmaq əvəzinə intriqa ilə məşğul olur. Fikirləri ilə razılaşmadığı əməkdaşları təhqir edib otağından qovur. Hər kəsi arxeoloji qazıntılarla şantaj edir. Görəsən, onun özü rəhbəri olduğu hansı ekspedisiyada 1 ay müddətində ezamiyyə yerində olub? Belə bir adam işçinin inzibati binada otaq dəyişməsini qanunsuzluq hesab edir”.

Lola Hüseynovanın sözlərinə görə, Abbas Seyidov onun haqqında şərəf və ləyaqətini alçaldan söhbətlər edib:

“Həyat yoldaşım hərbçidir. Mən elə bir müəssisə tanımıram ki, orada hərbçi yoldaşını işdən kənarlaşdırmaq üçün bu qədər oyun qurulsun. Mənim qohumlarım, əzizlərim vətən uğrunda şəhid olanda, Şuşada düşmənlə əlbəyaxa döyüşəndə, Qarabağın azadlığı uğrunda medallarla təltif olunanda, “Vətən Müharibəsi Qəhrəmanı” adı alanda, Abbas Seyidov haqqımda şərəf və ləyaqətimi alçaldan, əməkdaşlar içərisində məni gözdən salan söhbətlər etməklə məşğul idi. Hətta uşağımın xəstəliyi ilə əlaqədar 2 saat işə gecikməyimi sənəd təqdim etməyimə rəğmən üzrlü səbəb kimi qəbul etməyən Abbas Seyidov hər gün işə gəlməyimi ələ salır”.

Məsələ ilə bağlı AMEA-dan bildirilib ki, iş məhkəmədə olduğuna görə, hər hansı münasibət bildirə bilməzlər.

Qeyd edək ki, A. Seyidov bir müddət əvvəl mediaya açıqlamasında L. Hüseynova ilə hər hansı qərəzinin olmadığını bildirmişdi: “Adi bir işçidir. Elə bir səviyyəli işçi də deyil ki, deyək, bundan yoxdur. İki elmi rəhbər və iki mövzu dəyişib, amma heç bir iş görməyib. O qadın şər-böhtanla məşğuldur”.

Qafqazinfo

XƏBƏR LENTİ

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

12:06

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

11:33

İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

10:54

“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

10:11

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

09:39

Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

09:17

“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

16:33

"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

16:07

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

15:24

Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

14:57

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

14:17

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

13:13

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

12:24

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

11:44

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

11:12

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

10:34

14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

09:45

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

09:25

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY