[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda TƏHLÜKƏLİ NAĞILLAR... - İki nazirliyin və AQTA-nın NƏZƏRİNƏ


"Mövsüm tortları zövqünüzü oxşayacaq və sevinc gətirəcək. Bu möhtəşəm tortun dadına mütləq baxın... O sadəcə sehirlidir. Bayram masanız üçün mükəmməl seçim!.." Təbii ki, bütün bunlar reklam mətnidir.

Bakıda fəaliyyət göstərən "Venskaya Skazka" şirniyyat dükanının məhsullarını reklam mətni...
Bakıda TƏHLÜKƏLİ NAĞILLAR... - İki nazirliyin və AQTA-nın NƏZƏRİNƏ

"Reklamda deyirlər ki, "Bu möhtəşəm tortun dadına mütləq baxın... O sadəcə sehirlidir" Biz isə ailəlikcə az qala zəhərlənəcəkdik". Bunu isə DİA.AZ-a müraciət edən vətəndaş gileyində qeyd edir.

Narazı vətəndaş bildirir ki, iki gün öncə sözügedən dükandan 41 manat 30 qəpiyə meyvəli tort alıblar: "Düşündük ki, meyvə sezonudur, keyfiyyətli olar. Həm də ən əsası - satıcı özü həmin tortu məsləhət gördü və dönə-dönə bildirdi ki, təzədir...

Evə gedəndə isə tortu kəsib dadına baxdıqda köhnə olduğunu gördük. Yaxşı ki, diqqətli olduq və zəhərlənmədən aldığımız tortu zibil qabına yerləşdirdik".

Narazı vətəndaş onu da qeyd edir ki, köhnə tortu təzə adı ilə satmaqla yetinməyən "Venskaya Skazka" rəhbərliyi həm də kassa çeki verməkdən də imtina edir: "Bu da Vergilər nazirliyini maraqlandırmalıdır".

DİA.AZ-dan: Hər halda İqtisadiyyat və Vergilər nazirlikləri üçün, habelə Qida Təhlükəsizliyi Agentliyi üçün də bu dükanda araşdırma aparılması zərurəti mövcuddur...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qubada vətəndaş HAQQINI TƏLƏB EDİR... - QALMAQAL


Quba sakini torpağının əlindən aldığını iddia edir.

DİA.AZ bildirir ki, Quba şəhər sakini Gülyaz Məmmədova Belediyye.net-ə müracət edərək torpaq sahəsinin əlindən alındığını, probleminin işıqlandırılmasını xahiş edir.

Şəhərin Cəfər Cabbarlı küçəsində yaşayan vətəndaş deyir ki, 1994-cü ildə o zaman mövcud olan Xalq Deputatlar Sovetinin qərarı ilə 100 kv-metr ərazi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə ailəyə verilib.

Sözügedən torpaq sahəsi uzun illər onların istifadəsində olub. Şikayətçi burada mövcud olan yaşıllığı da özü saldığını, bir müddət öncə sözügedən ərazidə başqa bir vətəndaş tərəfindən tikinti işlərinə başlanıldığını deyir. Sakin iddia edir ki, torpaq sahəsi onun xəbəri olmadan bələdiyyə tərəfindən başqa vətəndaşa satılıb.

Gülyaz Məmmədova topağın həmin şəxsdən alınaraq yenidən onun ixtiyarına verilməsini istəyir.

Quba şəhər bələdiyyəsinə üz tutduq. Qurumdan bildirildi ki, torpaq sahəsi bu yaxınlarda deyil, düz 17 il öncə başqa bir vətəndaşın mülkiyyətinə verilib. Həmin vətəndaşın isə indi ərazisində tikinti işlərinə başlaması mübahisəyə səbəb olub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İllərdir ki, iki qurum arasında qalmışıq” - Xaçmazdan Şikayət


“Bir ölkə göstərin ki, o ölkədə vətəndaş 20-25 ildir dövlətin verdiyi torpağa mülkiyyət hüququ əldə etmək üçün qurumlar arasında qalsın… 25 ilə yaxındır torpaqlarımızı sənədləşdirə bilmirik. Torpağın sxem-xəritəsinə görə bələdiyyə məsələni Dövlət Reyestr Xidmətinin üstünə atır, gedirik ora, onlar da atır bələdiyyənin üstünə, qalmışıq ortada…”

Uzun illərdir Xaçmazdakı Qobuqırağı yaşayış massivində torpaq sahəsi olan Tərlan Tahirov hələ də torpağının sahibi deyil. O, istifadəsində olan torpaq sahəsinə mülkiyyət şəhadətnaməsi ala bilməməsinin səbəblərindən danışır.

Yüzlərlə vətəndaş sənəd ala bilmir

Tərlan Tahirov deyir, bu ərazidəki torpaq sahələri 1996-cı ildən vətəndaşlara icra hakimiyyətinin sərəncamlarıyla verilib. Ancaq hələ də torpaq üzərində mülkiyyətçi deyillər. Yüzlərlə vətəndaş torpağa sənəd əldə edə bilmir:

“Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində bizdən torpaqlarımızın sxematik xəritələrini istəyirlər. Deyirlər, bu xəritəni Xaçmaz Şəhər Bələdiyyəsi verməlidir. Ancaq bələdiyyə üzərindən atır. Xəritələrimiz verilmədiyi üçün Reyestr Xidməti torpaq sahələrinin mülkiyyət formasını tanımır. İki qurum arasında qalmışıq, dərdimizə çarə axtarırıq”.

“Bu iş düyünə düşüb”

Azər Tahirov da illərdir ki, eyni problemlə qarşılaşıb. İstifadəsindəki 4 sot torpaq sahəsinə mülkiyyət şəhadətnaməsi ala bilmir:

“Qusarda, Qubada, Şabranda, Siyəzəndə bu sxematik xəritələri vətəndaşlara şəhər bələdiyyəsi verib. Bircə Xaçmazda bu iş düyünə düşüb. İllərdir ki, iki qurum arasında qalmışıq. Nəticədə torpaqlarımız üzərində hər hansı əməliyyatlar apara bilmirik, çünki həmin torpaqlara mülkiyyətçi hüququmuzu tanıdan sənədimiz yoxdur”.

Xaçmaz Şəhər Bələdiyyəsindən isə Meydan TV-yə bildirilib ki, barəsində danışılan torpaqlar bələdiyyə torpaqları deyil. Torpaqlar vətəndaşlara 1996-cı ildə Xaçmaz Şəhər İcra Hakimiyyətinin sərəncamıyla verilib. Bələdiyyələrsə 1999-cu ildə yaradılıb. Torpağın kimə məxsus olmağı, harda yerləşməsi barədə bələdiyyədə heç bir məlumat yoxdur.

Dövlət Reyestr Xidmətindənsə Xaçmazın Qobuqırağı ərazisindəki torpaqlarla bağlı qeyd olunan məsələylə əlaqədar vətəndaş müraciətlərinin daxil olmadığı bildirilib:

“Araşdırılmalıdır, sənədləri görmədən heç nə demək olmaz, rəsmi müraciət etsinlər”.

Hüquqşünas Namizəd Səfərov deyir, ümumiyyətlə, torpaqların sxem-xəritəsini nə bələdiyyələr, nə də icra hakimiyyətləri verir. Bu məsələ Dövlət Reyetr Xidmətinə aiddir:

“Bu, çox sadə bir prosesdir. Vətəndaş ərizəylə müraciət edir, qurumdan göndərilən mühəndis torpaq sahəsində ölçüləri götürür, sərhədlərini müəyyənləşdirir, xəritəni hazırlayır, vətəndaş rüsum ödəyərək o xəritəni alır və sənədləriylə birlikdə təqdim edir”.

Hüquqşünas bildirib ki, vətəndaşlar yaxınlıqlarındakı ASAN Xidmətə yaxınlaşıb, bu məsələlərlə məşğul olan bölmədən daha ətraflı məlumat ala bilərlər. //meydan.tv//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda daha bir bahalaşma bumu... - NARAZILIQ!


Naxçıvan şəhərində taksi xidmətinin qiyməti məsafədən asılı olaraq 2-3 manatdan 4-5 manata qalxıb.

DİA.AZ xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər. Naxçıvan şəhər sakini Murtuz Məmmədov deyir ki, hər gün 2 manata getdiyi yol üçün, bu dəfə taksi sürücüsü 4 manat istəyib:

“ Çalışdığım Cahan Ticarət Mərkəzindən avtovağzala həmişə taksi ilə 2 manata gedirəm. Bu dəfə isə sürücü etiraz edib dedi ki, artıq qiymətlər qalxıb, 4 manat verməliyəm. Mən də məcbur qalıb, verdim. Bu qiymət sərf eləmir deyə, indi piyada gedib-gəlirəm”.
Naxçıvan kiçik şəhər olduğundan, taksilər məsafədən asılı olmayaraq, standart qiymətə aparır: İstər 500 metr, istər 2 km. İndiyə kimi bu qiymət 2 manat, nibətən uzaq Əliabad qəsəbəsi və Mikrorayonlara gediş isə üç manat olub. Sakinlər deyir ki, hazırda şəhər mərkəzində qiymətlər 3-4 manata qalxıb. Mikrorayonlara və Əliabad qəsəbəsinə isə gedəcəyin yerdən asılı olaraq 4-5 manat, bir çox hallarda 6 manat belə istəyirlər.
Şikayətçilər deyir ki, rayonlararası işləyən taksilər də qiyməti qaldırıblar. Şərur rayon sakini Maqsud İsayev deyir ki, əvvəl adambaşı 3 manata getdikləri yola indi 5 manat verməlidirlər:
“Bir neçə gün əvvəl Şərur-Naxçıvan-Şərur istiqamətində taksilər bir nəfəri mənzil başına 3 manata aparırdılar. İndi isə 5 manat istəyirlər”.
Taksi sürücüləri isə qiymətləri məcburi qaldırdıqlarını deyirlər. Uzun illər bu işlə məşğul olan Toğrul Rüstəmov bildirir ki, buna səbəb yanacağın, ərzağın qiymətlərinin qalxmasıdır:
“Biz də cəmiyyətin bir parçasıyıq. Yanacağın, kommunal xidmətlərin qiymətləri artıb. Ərzağın qiymətləri durmadan artır. Hər ay vergi və sosial müdafiəyə də pul ödəyirik. Arada yol polislərinin də qanunsuz cərimələri ilə üzləşirik. Nəqliyyat nazirliyinin əməkdaşlarına da görüm-baxım eləməliyik. Bu səbəbdən qiymətləri qaldırmaq məcburiyyətindəyik. Axı, biz də ailə-uşağımızı dolandırmalıyıq".

XƏBƏR LENTİ

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...