[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
2 500-dən artıq qaziyə əlillik təyin edilib
Bakı. Elçin Mehdiyev - Trend:

Vətən müharibəsində ağır yaralanan 3 805 qazinin əlillik vəziyyətinin qiymətləndirilməsi aparılıb.

Zamantv.az Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

O qeyd edib ki, indiyədək Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyinatı aparılıb:

“Səhhəti ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyalarının əməkdaşları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”, - deyə İ.Yusifov bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muxtar Babayev iki şöbəni BİRLƏŞDİRDİ
Ekologiya və Təbii Sərvətlər nazirliyində struktur dəyişikliyi olub.

Zamantv.az "Unikal"a istinadən xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə, ETSN-nin Hüquq və İnsan resurslarının idarə edilməsi şöbələri birləşdirilib.

Yeni şöbə Hüquq və insan resursları şöbəsi adlanır. Şöbəyə rəhbərlik Aynurə Kərimovaya həvalə edilib.

Qeyd edək ki, nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin sabiq müdiri Orxan Məhərrəmli bir müddət öncə 36 yaşında ürəktutmasından dünyasını dəyişib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tanınmış kriminal avtoritet Qazaxıstana uçdu, etirazçılar qarşısında çıxış etdi
Kriminal aləmdə "Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumageldiyev Qazaxıstana uçaraq etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.

Zamantv.azSfera.az-a istinadən xəbər verir ki, o, bu barədə Almatı küçələrində çıxışında bildirib.

"Arman Dikiy” insanları dinc aksiyalara çağırıb.

Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başına keçir, lakin qazax etirazçılar hakimiyyətə öz tələb və iddialarını bildirmirlər.

O qeyd edib ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb:

"Bu mitinqdir? Bu xaos, anarxiyadır!”

Xatırladaq ki, Arman Cumageldiyev hazırda Türkiyədə yaşayır. O, avqustun 20-də Antalyada güllələnən "Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun ən yaxın dostlarından sayılırdı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaqatalada tövlə yandırılıb
Zamantv.az Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlənin yanması barədə polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar hadisənin baş verdiyi yerə baxış keçirilib, FHN-in əməkdaşları tərəfindən yanğın söndürülüb və xəsarət alan olmayıb.

İlkin araşdırmanın nəticələrinə əsasən yanğını törədən şəxsin ev sahibinin oğlu, qeydiyyatda olan ruhi-əsəb xəstəsi E.Abdullayev olduğu müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kremlin Qazaxıstan planı 2020-ci ildə cızılıbmış - İDDİA
Rusiyanın cənub sərhədləri ilə bağlı planları barədə iki il bundan öncə “Rand” tədqiqat mərkəzinin hazırladığı hesabat yenidən tirajlanıb.

Zamantv.az[b][/b] axar.az-a istinadən xəbər verir ki, hələ o zaman ABŞ-ın “Rand” (tədqiqat və inkişaf) strateji araşdırmalar mərkəzi Rusiyanın yaxın iki ildəki hərəkətlərinin mümkün ssenarilərini tərtib edibmiş. Bu sənəd ABŞ-ın “Rusiyanı cilovlamaq” siyasətinin işlənib hazırlanmasında vacib rol oynayıb və oynamaqdadır.

2020-ci ildə dərc olunan bu hesabatda Rusiyanın Qazaxıstan üzərində nəzarəti ələ keçirməsi ssenarisi təhlil olunub. Müəlliflərin iddia edib ki, Rusiya ən yaxın tarixdə “tektonik dəyişikliklərə” sürüklənəcək. Rusiya özünün cənubi-şərq sərhədlərini gücləndirmək, eyni zamanda Qazaxstan kimi zəngin ölkəyə nəzarət etmək və Çinlə sərhədlərini möhkəmlətmək üçün Almatıya 14 min əsgər gətirməlidir.

Həmçinin Rusiyadan Qazaxıstana müvəqqəti gətiriləcək hərbi texnikanın konkret miqdarı da göstərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazov idarə rəisini işdən çıxardı

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Zamantv.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-leytenant Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi polkovnik-leytenant Mahir Məmmədyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazaxıstanda qazın qiymətini əsassız qaldıran 6 şirkətə cinayət işi açılıb

Qazaxıstanda 6 topdansatış şirkətinə, o cümlədən “KazMunayQaz”, “Aktobe MunayQaz”, “KazqerMunayQaz”, “Kazaxoyl Aktobe”yə qarşı cinayət işi başlanılıb.

Zamantv.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Rəqabətin və İnkişafın Mühafizəsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, maye qazın iri satıcılarının hərəkətlərində bu yanacağın qiymətinin bahalaşdırılmasına dair sövdələşmə əlamətləri aşkar edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə Beynəlxalq Xəstəxansından yen ə narazılıqlar var...
Zamantv.az : - Azərbaycanda fəaliyyət göstərən özəl xəstəxanaların böyük əksəriyyətində çalışan həkimlər xəstələrlə davranış qaydalarını ya bilmir, ya da bilərəkdən bu qaydaları pozurlar.

Səhiyyə sistemindəki özbaşınalıq barəsində isə əlavə şərhə ehtiyac yoxdur. Bu, zatən hər kəsə bəllidir…

Gəncə Beynəlxalq Xəstəxanasının İnvaziv Kardioloqu DR. Sənan Təhməzov pasiyenti ailə üzvülərinin gözü qarşısında təhqir edib.

Bu haqda Dünyanınsəsi.Az saytına Kəlbəcər rayon sakini Uğurlu Bəşirov tərəfindən şikayət edilib.

Şikayətçinin iddiasına görə bu gün müayinə olunması üçün sözügedən xəsətəxnaya pul vəsaiti ödəyərək qəbiz alıb.Həkim kordioloq Sənan Təhməzov və Emin adlı həkimlər öz yaxın münasibətləri olan bir neçə şəxsləri növbədənkənar qəbul ediblər.Məhz bu hərəkətləri həzm etməyən pasiyent Uğurlu Bəşirov adıçəkilən həkimlərə öz etirazını bildirib.Bundan sonra Sənan Təhməzov xəsətənin ödəniş qəbzini üzərinə ataraq onu ağır sözlərlə övladlarının yanında təhqir edərək xəstəxandan qovub.Faktla bağlı şikayətçi Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə də məlumat verib.

Həkimlərin xəstə və xəstə yaxınları ilə davranışları bir çox hallarda heç bir tərbiyə çərçivəsinə sığmır.Əgər həkim hipokrat andına tüpürüb öz şəxsi marağını güdürsə o,biçarə hardan 55 yaşlı qocya sayğı göstərə bilər?
Gəncə Beynəlxalq Xəsətəxanasının bəzi “danabaş” həkimlərinin diqqətinə çatdırırq ki, Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş “Həkimlərin etik davranış qaydaları”na əsasən, həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır və öz işində Azərbaycan Respublikasının qanunvericiliyini, o cümlədən sahəvi normativ sənədləri rəhbər tutur.
Xəstənin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər görməli olan həkim onunla pasiyent arasında zəruri qarşılıqlı inamın olmamasına əmin olduğu, habelə özünü kifayət qədər peşəkar hiss etmədiyi və yaxud müalicənin aparılması üçün lazımi imkanların çatışmadığı hallarda, təxirəsalınmaz tibbi yardım halları istisna olmaqla, xəstənin müalicəsindən imtina edə bilər. Həkim bu və digər hallarda müvafiq rəhbərliyi məlumatlandırmalı və xəstəyə başqa mütəxəssis tövsiyə etməlidir.
Təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququna hörmətlə yanaşılmalıdır. Pasiyentin, müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla, sağlamlığının vəziyyəti barədə məlumat almaq hüququ var.
Həkim pasiyentin şərəf və ləyaqətinə, şəxsi sirr hüququna hörmət etməli, onun və ailə üzvlərinin şəxsi işlərinə qarışmamalı, ona səmimi münasibət göstərməlidir.
Sadaladıqlarımın hamısı əməl ediləcəyi təqdirdə çox gözəldir…
Təəssüf ki, xəstəxanalarda bu qaydalara əməl edən həkimlər barmaqla sayılacaq qədər azdır. Əyninə ağ xalat geyinən Sənan Təhməzov kimilərdən nə sağlamlıq keşikçisi ola bilər ki,vətəndaşa tibbi xidmət göstərmək əvəzinə onu təhqir edir həm də xəstəxanadan qovur.Bu cür hərəkət sərgiləyən tibb işçisini nəyin ki, Gəncə Beynəlxalq Xəstəxanasının həm də dünya tibbinin üz qarası hesab etmək olar.
Redaksiya olaraq səsləndirilən iddia ilə bağlı Gəncə Beynəlxalq Xəsətəxansının rəhbərliyinin mövqeyini dərc edə bilərik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda “Xan”ın BAŞI DƏRDDƏ... - bank yoxlamalarında ikinci dalğa...
Naxçıvanda bank yoxlamalarında ikinci dalğaya start verilib.
"Zamantv.az" ovqat.com-a istinadən xəbər verir ki, ikinci bank yoxlamaları “Rabitəbank” üzərindən həyata keçirir.

Bildirilir ki, “Rabitəbank”ın audit qrupu artıq Naxçıvandadır və bankın Muxtar Respublikadakı filialında ciddi yoxlamalara başlayıb. Yoxlamalar tam məxfi aparıldığından auditin gəldiyi nəticələr barədə hər hansı dəqiq məlumat əldə etmək mümkün deyil. Bununla belə, ciddi maliyyə fırıldaqlarının, Muxtar Respublikada iqtisadiyyatın inkişafı üçün ayrılan pulların müxtəlif offşor hesablarına transferlərinin təsbit olunacağı istisna edilmir.

İddialara görə, Naxçıvanın inkişafına ayrılan yüz milyonlarla dollarlıq vəsaitlər zorla iş adamlarına verilib və bunun müqabilində onlardan 40% “şapka” alınıb. Daha sonra kredit alan iş adamlarının qarşısında süni maneələr yaradılaraq işlərinin səmərəli inkişaf etdirilməsinə imkan verilməyib. Beləcə, iş adamları çökdürülüb və onların əmlakı müsadirə olunub. Nəticədə, Naxçıvanın iş adamlarına verilən kredirlər zərərli aktivlərə çevrilib. Müxtəlif yollarla ələ keçirilən vəsaitlər isə Gürcüstan, BƏƏ, Belarus kimi ölkələrdəki “xan” müəssisələrinə yatırılıb. Maliyyə əməliyyatlarının hamısı isə pulun mənbəyinin məxfi tutulması məqsədilə müxtəlif offşor hesabları üzərindən aparılıb.

Qeyd edək ki, Azərbaycan maliyyə qurumlarının prokurorluq orqanları ilə birlikdə apardıqları bu yoxlama ilk belə hadisə deyil. Bundan əvvəl “Kapitalbank”ın zərərli aktivlərinin də auditi aparılmış və ciddi maxinasiyalar ortaya çıxarılmışdı. Növbəti mərhələdə isə "Beynəlxlaqbank" və "Azərtürkbank" filiallarında eyni yoxlamaların aparılması gözlənilir. İddialara inansaq, Naxçıvandakı bütün banklarında yoxlamalar tamamlandıqdan sonra qalmaqallı məhkəmə prosesləri başlayacaq.

Təsadüfi deyil ki, yoxlamaların ağır nəticələrindən çəkinən “xənadanlıq” mənsubları öz əmlaklarını baha qiymətə və zorla iri məmurlara satmağa çalışırlar. Təklif edilən mülkləri almamaq Muxtar Respublikada “xan” həzrətlərinin inayətinə qarşı nankorluq sayılır və nankorluğu ağır cəzalar gözləyir. Bu səbəbdən də “xanlıq” rejiminin iri məmurları heç bir bazarlığa getmədən onlara təklif edilən mülkləri dərhal almağa və “Cənab Sədrin” ünvanına ağızdolusu mədhiyyələr deməlidirlər. Əks halda onların bütün əmlakları müsadirə edilə və özləri Naxçıvan MR DİN-nin zirzəmisində nazir əvəzi Rəşad İsmayılovun şəxsən qonağı ola bilərlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xalq artistindən Hacıbala Abutalıbova ağır ittiham: - "Bütün müqəddəs yerləri dağıdıb"

Zamantv.az: - "Hacıbala Abutalıbov cinayətkardır, Bakının bütün müqəddəs yerlərini, qırmızı kitabda olan binalarını dağıdıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov illər öncə Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovla arasında olan ev davasından danışarkən deyib. Rejissor hazırda onun ucbatından damda yaşadığını bildirib:

"Dünyada belə şey yoxdur. Mənim evimlə bağlı 3 məhkəmə qətnaməsi verilib, amma Hacıbala onun birini də saya salmadı. Müraciət eləmədiyim yer qalmayıb. Mənə dövlət ev verib, sağ olsunsunlar, amma orda yaşamaq olmaz. 4 quru divardı, vəssalam. İndi hara müraciət edirəmsə, onu da gözümə soxurlar. O evin təmirinə indiki günü-gündən artan qiymətlərlə hardasa 10 min pul lazımdır. Mənim heç 120 manatım da yoxdur. Qalıb ağzı bağlı... O evin qapısı bağlı, biz də 3 ailə "krışada” yaşayırıq. Onlara dedim ki, mənə verdiyiniz evlə yanaşı, öz evimi də sizə verərəm, amma əvəzində şəhərdə mənə təmirli 3 otaqlı mənzil verin. Ona da razı olmadılar”.

Xalq artisti səhhəti ilə bağlı həmin evdə yaşaya bilmədiyini, əziyyət çəkdiyini vurğulayıb və iki ildir gecə-gündüz xəstəliklə mübarizə apardığını xatırladıb:

"Ötən il ad günüm idi, bu məqsədlə veriliş hazırlanırdı. Getdik Şamaxıya, Alim Qasımov, Rasim Balayevi də dəvət elədim, dedim, tarixdir də, qalsın. Orda bir gün bulaq başına, bir gün meşəyə, bir gün də çay kənarına getdik, soyuğu-istiyə qatdım. Bir də baxdım ki, mədəmdən qanaxma başlayıb. Düz iki ildir ki, ölümlə vuruşuram. Səhhətimi bərpa edənə kimi istifadə olunan dərmanlar bronxlarımı korladı. İndi də hava bir balaca nəmişləyən kimi ölürəm. Həkimlər yox, pandemiya apteklərin yanında toya getməlidir. İnsan nə qədər dərman yeyər? Ovucla dərman alıram, hamısı da od qiymətinə, birinin canıma təsiri yoxdur, hamısı saxta. Deyirsən, danışırsan, tələb edirsən də xeyri yoxdur. Apteklər yıxdı evimizi, kimdir bunların arxasında duran, kimdir bunları müdafiə edən? At kimi meydan sulayırlar ölkədə. Həkimlər deyir ki, sənə məsləhət edilən dərmanları başqa ölkələrdən al. İndi kimə deyək dərdimizi? Bahadır cəhənnəmə, heş olmasa, tərkibi keyfiyyətli olsun”.

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU