[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pirverdiyevin "cırtdan bank"ı üçün yolun sonu - Növbədə "Express Bank

2015-cı ildən başlayaraq ölkənin maliyyə-kredit sistemində davam edən böhran çoxsaylı kommersiya bankının bağlanması ilə müşaiyyət olunmaqdadır. Sonuncu dəfə, konkret cari ilin aprelin 28-də və mayın 12-də Mərkəzi Bankın müvafiq qərarları ilə daha 4 bank tarixə qovuşdu. Mərkəzi Bank rəhbərliyinin optimist açıqlamalarına rəğmən, hazırda fəaliyyətini davam etdirən kommersiya banklarının sayında yenə azalma olacağı gözlənilir.

Hit.Az-ın verdiyi məlumata görə, bağlanan bankların göstəricilərinin təhlili göstərir ki, onların heç də hamısının maliyyə vəziyyəti qeyri-qənaətbəxş olmayıb. Elə Mərkəzi Bankın açıqlamalarından məlum olur ki, "NBCBank"-ı xilas etmək üçün 74 milyon manat kapital qoyuluşu kifayət edirmiş. Bankın səhmdarlarının tələb olunan həcmdə kapitalı banka yatırmaq imkanlarını nəzərə aldıqda "NBC bankı"n lisenziyasının dayandırılmasını anlamaq çətindir. Oxşar vəziyyət “AGBank”da da müşahidə olunub - tələb olunan kapital qoyuluşu 212 milyon manat.

Müstəqil ekspertlər bankların bağlanmasının əsas səbəbini onların hakimiyyətdə dayaqları zəifləmiş oliqarxlara məxsus olması ilə izah edirlər. Məsələn, “AGBank” ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbəri Eldar Mahmudova yaxınlığı ilə diqqət çəkən Çingiz Əsədullayevə, "Amrahbank" sabiq daxili işlər naziri Ramil Usubovun qudası Yusif İldırımzadəyə, "Atabank" sabiq vergilər naziri Fazil Məmmədova, "NBC bank" isə son zamanlar hakimiyyətdə dayaqlarını itirmiş "Nurgun Group"un rəhbəri Nuru Əliyevə məxsus idi.

2016-cı ildə isə bağlanan banklar arasında bazarda xüsusi payı olan "Bank Standard" sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin ailəsinə məxsus idi. Eyni hal sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus "Bank of Azərbaycan"ın bağlanmasında da özünü göstərib. Bu baxımdan ekspertlər yaxın perspektivdə oliqarx məmurlara məxsus bankların bağlanacağı qənaətindədirlər. Çünki siyasi hakimiyyətin həyata keçirdiyi iqtisadi islahatlar oliqarxiya sistemindən qismən də olsa imtina edilməsinə hesablandığından növbəti mərhələdə bank sisteminin zəif həlqələrinin də kəsilib atılacağını deməyə əsas verir. Belə ki, hazırda fəaliyyət göstərən 26 bank arasında oliqarxların şəxsi kassası kimi fəaliyyət göstərən banklar var və həmin bankların ölkə iqtisadi inkişafında demək olar heç bir rolu yoxdur.

Belə banklardan biri də "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevə məxsus olan "Express Bank"dır. Bank üzərində həlledici söz sahibi olan Etibar Pirverdiyevin biznes imperiyası əvvəlki zamanlarla müqayisədə xeyli zəifləsə də hələ mövcudluğunu qoruyub saxlamaqdadır. Vəzifəsindən çıxarıldıqdan sonra kapitalını xaricə çıxarmağa başlayan Pirverdiyev ailəsinin qonşu Gürcüstandan tutmuş Birləşmiş Krallığa qədər bir-neçə ölkədə onlarla şirkəti var. Bu barədə mediada faktlara əsaslanan yazılar dərc olunduğundan bunun üzərində geniş dayanmağı lazım bilmirik. Amma ölkədən böyük həcmdə sərmayə "qaçıran" Etibar Pirverdiyevin biznesinin təftiş olunacağı artıq zaman məsələsidir. Bu baxımdan "Express Bank"ın da bağlanmaq perspektivi böyükdür...

Paytaxtdan kənarda cəmi 7 rayonda filialı olan, bütün ölkə üzrə üst-üstə 60 bankomatı mövcud olan "cırtdan bank" sayılan "Express Bank" üçün, necə deyərlər, artıq yolun sonu görünür

Qeyd edək ki, ölkənin bank sistemində əsasən valyutadəyişmə əməliyyatlarında diqqət çəkən "Express Bank"ın əhali arasında "devalvasiya panikası" yaratmaqda da təcrübəsi var.

XƏBƏR LENTİ

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT

10:49

“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?

10:07

Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?

09:46

Sabahdan tətil başa çatır

15:50

2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma

15:16

Araz Ağalarova məxsus bütün "Vegas" ticarət mərkəzləri bağlandı