Əməkdar artist Aybəniz Haşımova da 8 Mart günü Bakıda baş tutan mitinqə reaksiya verib.
Yenisabah.az xəbər verir ki, ifaçı mitinqdə qaldırılan plakatların fotosunu paylaşaraq bunları yazıb:
"Bunun adı nədir? Kaş mən öləydim, millətimin bu günə düşməyini görməyəydim".
Xatırladaq ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə paytaxtda bir qrup qadının keçirdiyi aksiya hələ də müzakirə olunur. Aksiyada ən çox diqqətçəkən məqamlar irəli sürülən tələblər və plakatlarda yazılan şüarlar olub.
Zamantv.az