[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Taleh Qaraşov Lənkəranı neçəyə abadlaşdırır? - Bir ildə 4 tender


Lənkəran İcra Hakimiyyəti Lənkəran şəhər və rayon məhəlli ərazilərdə aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi "Xezer-Construction” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 729 425,78 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.

20 aprel 2023-cü il tarixdə reystr məlumatlarına dəyişiklik edilib. Bu dəyişikliklə MMC-nin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib. Bundan əvvəl "Xezer-Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Mətləb Ağayev küçəsi, ev 36, mənzil 1-də yerləşib. Şirkətin qanuni təmsilçisi isə Abışov İslam Məhəmməd oğlu olub.

"Xezer-Construction” MMC barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bununla belə, dövlət qurumları hansısa səbəbdən bir şirkətə iriməbləğli sifarişlər verirlər.

Lənkəran İcra Hakimiyyəti indi bəhs etdiyimiz tender istisna olmaqla 2023-cü ildə abadlıq, quruculuq işləri ilə 3 tender keçirib. Lənkəran şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı 699 284,57 manatlıq tenderin qalibi "Mars Construction” MMC seçilib.

Lənkəran şəhər ərazisi üzrə yaşayış sahələrinin fasad və giriş hissələrində aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı 228.861,77 manatlıq tenderin qalibi isə "Topxana Layihə İnşaat” MMC olub.

Bu tenderlərdən əvvəl isə Lənkəran şəhər və rayon ərazisində aparılacaq bir sıra yenidənqurma və təmir-bərpa işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə bağlı müsabiqə keçirilib. Həmin müsabiqənin qalibi "Global Engineering Management Company” MMC olub. Layihə-smeta sənədlərinin hazırlanması xidmətinə görə şikrətə 46 804,7 manat ödənilməsi nəzərdə tutulub.

Beləliklə, 2023-cü ildə Lənkəranda abadlıq, quruculuq işlərinin xərci toplam olaraq 974 951, 04 manat təşkil edib. "Xezer-Construction” MMC ilə bağlanacaq müqaviləni də bura əlavə etdikdə abadlıq işlərinin xərci milyon yarımdan çox edir.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildə bu vəzifədədir.

Ümumiyyətlə isə Taleh Qaraşovun icra başçısı kimi karyerası 27 ili əhatə edir. (Qaynarinfo.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerikdə sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 obyektin sahibi barəsində inzibati qaydada tədbir görülüb


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Lerikdə tədbirlər həyata keçirib.

Tədbirlər zamanı təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması və qanunsuz odun tədarükü faktları aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Azərbaycan Reallığı"na verilən məlumata görə, aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) və 252-ci ( Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) maddələrinin tələblərini pozan ümumilikdə 4 vəzifəli və 1 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Park Terrace" restoranında cəngəllik - Burada ölkənin bütün qanunları pozulur


Bakı şəhəri, Sabunçu rayonu Ruhulla Axundov küçəsində fəaliyyət göstərən, “Park Terrace" restoranında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı ilə bağlı "Azərbaycan Reallığı" saytına məlumat daxil olub.

Məlumat verən məndə bildirir ki, sözü gedən məkan Naxçvan Muxtar Respubilkasının Daxili İşlər Naziri hal-hazırda həbsdə olan Əhməd Əhmədova məxsusdur. Restoranı isə onun yaxın qohumları işlədir.

Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə riayət olunmadığı, xammalın qəbulu və saxlanılması, yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, mətbəx sahəsində müvafiq təmizlik işlərinin aparılmadığı daxil olan məlumatda qeyd olunur.

Həmçinin mənşəyi məlum olmayan, üzərində saxlama müddəti göstərilməyən, etiketlənmə tələblərinə cavab verməyən məhsullarının satışının və istifadəsinin həyata keçirildiyi xüsusilə vurğulanır.

Məkanda işləyə işçilərin əmək müqaviləsi olmaması işçilərin əmək haqqlarının verilməməsi buna görədə restoran rəhbərliyinin işçilərlə bəzən narazlıqın pik həddə olması bir sözlə burada mənəm bağdada kor xəlifə pirinsipi ilə işləməsi demək olar ki, məkana gələn müştərilərində haqqlı narazliqına səbəb olur.

Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Lakin heç biri yerinə yetirilmir. Vergidən yayınma halı baş alıb gedir.

Belə ki, müştəri hesabı ödəmək istədikdə məkanda posterminalın olmaması ödənişi kartdan-karta göndərilməsi istənilir. Bu azmış kimi restoranında özbaşınalıq hökm sürür, müştəriləri sözün əsil mənasında soymaqla məşğuldurlar! Aydın məsələdir ki, Azərbaycanın çox yerində olduğu kimi, bu restoranlarda da müştərilərin qabağına çıxıb, onları qarşılamırlar.

Müştərilərə oturmaq üçün yer də göstərmək "yadlarından çıxır". Bir masa tapıb arxasında əyləşirsən, handan-hana biri gəlir ki, "nə istəyirsiniz?" İstəyirsən ağzını doldurub deyəsən ki, "kostyum istəyirəm!". Sonra izah etməyə məcbur olursan ki, "a bala, restorana yeməyə gələrlər də..."

Restoranda eybəcər musiqi səsindən qulaq batır! Xidmət səviyyəsi sıfır, yeməklər keyfiyyətsizdir. Yeməkdə sonra adamın ürəyi bulanır! Yeməklərin hansı kefiyyətdə olan yağla bişirilməsi belə məlum deyil sifariş etdiyin yeməklərin qiymətindən 4-5 qat artıq yazırlar Bu, artıq həyasızlıqdır! Bunların hamısı villa tikdirmək, bahalı maşınlar almaq istəyirlər! Bir sözlə restoran rəhbərliyi müştərilərin bədbəxtçliyi üzərindən rahatlıqla öz xoşbəxtliyini qurmaq istəyir.

Ümüdvarıq adiyyəti qurumlar sadaladığmız problemlərlə bağlı tez bir zamanda qanunu tədbir görəcəklər

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuz sakinini KİM İNCİDİR? - GİLEY

Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini Heydərova Könül Yahya qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, sosial yardım almaq üçün ondan 500 manat rüşvət istəyirlər:

"Mən, Heydərova könül Yahya qızı, sosial yardım almaq üşün sizə müraciət edirəm,mənim propblemimi işıqlandırın.

Anam və uşağım xəstədir, mənə sosial yardım vermirlər. Keçən il 500 manat rüşvət verdim, sosial yardım aldım. Bu il 500 manat verə bilmədim, bu səbəbdən də sosial yardımı kəsdilər.

Qonşuluğumda imkanı yaxşı olan şəxslər sosial yardım alır, amma mənə vermirlər.

Dövlət Sosial Müdafiə Fondunda işləyən Babək adlı şəxs sosial yardım düzəltmək üçün məndən 500 manat pul istəyir. Bu şəxs tək məndən yox, mənim qonşularımdan da pul alıb, maşını, imkanı yaxşı olan şəxslərə sosial yardım düzəldib.

Xahiş edirəm mənə kömək edin, xəstə uşağım var, pul vermədən mənə sosial yardım ayrılsın”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon filialında çalışan Babək adlı şəxslə əlaqə saxlamağa çalışdıq, lakin telefon zənglərinə cavab vermədi.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Arxiv İdarəsinə ayrılan milyonlar hara gedir?


Milli Arxiv İdarəsi rəqəmsallaşma səviyyəsi ən aşağı olanlardandır, amma uzun müddətdir ki, bu sahəyə milyonlar ayrılır
SİNAM Milli Arxivin rəqəmsallaşması üçün yenidən tenderin qalibi olub, 2 milyon manat alıb və artıq müqavilə imzalanıb.
Ötən il də bu şirkət eyni məqsəd üçün 0.5 milyon manat dövlət vəsaiti almışdı.
2021-ci ilin dekabrında isə SİNAM yenə həmin məqsəd üçün, rəqəmsallaşma və Elektron Arxiv Sisteminin yaradılması üçün 2 milyon manat almışdı.
Ümumiyyətlə isə, 2013-cü ildən etibarən Milli Arxiv İdarəsinin elektronlaşmasına yalnız SİNAM rəhbərlik edir, heç bir digər İT şirkət bura yaxın buraxılmır.
SİNAM arxiv sisteminin rəqəmsallaşması üçün toplam olaraq on milyonlarla dövlət vəsait alıb.
Nəticə varmı?
Real nəticələri indiyədək görməmişəm, rəqəmsallaşma səviyyəsi ən aşağı olanlardandır, hər hansı təqdimatlar və hesabatlar olmayıb, heç bir dövlət və özəl qurum bu sistemə inteqrasiya olunmayıb. Vətəndaşlar üçün də rəqəmsal xidmətlərinin şahidi olmamışıq.
İndi görəsən eyni məzmunlu layihələrə yenidən ayrılan milyonlar üçün eGov sahəsində səlahiyyətli qurum olan RİNN, İRİA rəy veribmi?
Əvvəlki işlərin dəyərləndirməsi, monitorinqi olubmu?
Xatırlayıram ki, SİNAM uzun illər pensiya sahəsində, ƏƏMN sistemində də tenderləri udur, müxtəlif İT layihələr icra edirdi. Rəqəmsal həllərin isə çoxusu işləmirdi, problemlər çox olurdu. Qurum rəqəmsallaşa , inteqrasiya oluna bilmədi.
Nəticəsi isə ondan ibarət oldu ki, ƏƏMN sistemində yeni nazir gələndən sonra yenidən bu sahəyə dövlət vəsaitləri ayrıldı, SİNAM-ın qurduğu bütün köhnə İT layihələr, köhnə sistemlər isə "alt sistemlər" adı ilə yenidən quruldu.
Görəsən indi necə olacaq, arxiv rəqəmsallaşacaq, yoxsa burada da rəhbərlik dəyişəndə yenidən vəsaitlər ayrılmaqla hər şey başqa şirkətlə, başqa adla yenidən təkrarlanacaq?
Osman Gunduz
Teref.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaxda vətəndaşı dinləyən yoxdur... - rəsmilər isə deyir ki...

Bir ilə yaxındır yataq xəstəsi olan 65 yaşlı Almas İsgəndərova Kəlbəcər rayonundan məcburi köçkündür.

Xəstəliyinə görə, Almas İsgəndərova hərəkət qabiliyyətini tamam, nitq qabiliyyətini isə qismən itirib, yaxşı danışa bilmir.

Ona gəlini və digər ailə üzvləri qulluq edir.

Həyat yoldaşı 66 yaşlı Rahim Həsrətov deyir ki, onun özünün də hər iki gözü tutulub.

Ailə deyir ki, illərdir yaşayış yerləri olmadığına görə, Qaxın Qapıçay kəndindəki keçmiş kərpiz zavodunun gözətçi köşkündə məskunlaşıblar.

Dörd nəfər və iki yaşlı körpədən ibarət olan ailə bu bir otaqlı daxmada yaşayır.

Əvvəllər gözətçi köşkü olmuş bu tikilinin döşəməsi betondur, tavanında isə iri dəliklər görünür.

Həyətə qaz gəlmir və ailə bir gözlü tikilidə qışda odun peçi yandıraraq keçindiklərini deyir.

Ailə deyir ki, sağlamlıqları üçün müraciət etdikləri Qax xəstəxanasında şəfa tapa bilməyiblər.

Rahim Həsrətov həm də Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının və səhiyyə təşkilatlarının onlara etinasız münasibət göstərdiyini deyir.

Məcburi köçkün ailəsi deyir ki, şəraitsizlikdən yeməklərini tavanı dəlik-deşik olan daldalanacaqda hazırlayırlar. Elə həyətlərindəki ev heyvanları da günün istisindən bura sığınıb.

Qaxın Qapıçay kəndinin icra nümayəndəsi İlqar Məmmədov BBC-yə deyib ki, ailənin ittihamlarının hamısı haqlı deyil.

“İcra başçısı ötən ilin mayında gəlmişdi, onlar da ev istədilər. Hüquqşünaslar da vardı orda və onlara başa salındı ki, onlar Qax ərazisində qeydiyyatda deyillər. Ev məsələsini qeydiyyatda olduqları Şəki və başqa yerlər müraciət etmələri deyilib”, - İlqar Məmmədov

İcra nümayəndəsi deyib ki, Rahim Həsrətov Şəki qeydiyyatındadır, Almas İsgəndərova isə məcburi köçkün kimi başqa ünvanda, Gəncədə qeydiyyatdadır və onlardan yardım müraciəti daxil olmayıb. Onun sözlərinə görə, əgər ailə ərzaq yardımı üçün ona və ya bələdiyyəyə müraciət etsə vaxtaşırı icra hakimiyyətindən ayrılan belə yardımları ala bilər.

TƏBİB-dən BBC News Azərbaycancaya bildiriblər ki, Almas İsgəndərova və Rəhim Həsrətov heç biri Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət etməyib.

"Rahim Həsrətov Zaqatala RMX-ya müraciət edib, ona özəl tibb müəssisəinə göz əməliyyatı üçün müvafiq göndəriş təmin olunub. Daha sonra o müraciət etdiyi özəl tibb müəssisəsindən narazılığını ifadə edib", - TƏBİB bildirib.

TƏBİB-də deyilib ki, qurum, yalnız dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirir.

Rahim Həsrətov deyib ki, onu gözü üçün Bakıdakı özəl tibb müəssisəsinə göndərsələr də, imkansızlıqdan Bakıya səfər edə bilməyib və xidmətdən imtina edib.

Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hələ ittihamlara cavab verməyib. //BBC-Azərbaycanca//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azay Quliyevlə bağlı İLGİNC İDDİA... - BU NƏDİ BELƏ?

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı ilginc açıqlamalarını davam etdirir. DİA.AZ bildirir ki, bu dəfə İSBAM sədri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Azay Quliyevn şəxsinə aid bir faktı açıqlayıb və ortaya haqlı suallar da qoyub.

İSBAM sədri yazır:

"QHT Agentliyi nə qədər səxavətli imiş...

Cəmil Həsənlinin vəkilinə də qrant ayırıb. Ölkə rəhbərliyini söyən adamları ( onların ətrafını) maliyyələşdirmək siyasi dönüklük deyilmi hörmətli Azay Quliyev ?
Hər kəsin siyasi fikrinə hörmətlə yanaşıram.

Amma Agentlik rəhbərliyinin ucuz üsulla məni ittiham etdirib, bu kimi dövlətçiliyə qarşı prinsipsizliklərini anlamaq olmur..."

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehdiyevin bank sektorundakı TƏZAHÜRÜ... - İLGİNC İDDİALAR...

BTB Bank nə üçün 2022-ci ili 5 milyon manat zərərlə başa vurub..? Ölkəmizin bank sektorunda 2010-cu ildən bu günədək fəaliyyət göstərən BTB bankı ilə bağlı məlumatlara nəzər salmaq üçün bankın rəsmi saytına, http://www.btb.az/-a daxil oluruq: 2010-cu ildə təsis edilən Bank BTB 10 il ərzində bir çox uğurlara imza atmış, ölkənin seçilən bankıdır, Tam Adı: BANK "BTB" Açıq Səhmdar Cəmiyyəti Quruluş tarixi: 24.02.2010 Əlaqəli şəxs: Rzayev Emil, İdarə Heyətinin Sədri Baş ofis: AZ1025, Bakı, Azərbaycan, Xətai rayonu, Nobel pr 13 A Rəsmi saytı: https://btb.az/
Bankın rəsmi saytında başqa bir əlavə informasiyaya rast gəlmədik. Ona görə də, məcbur olub bankla bağlı media üzərindən araşdırma aparmalı olduq. Araşdırma zamanı bəlli oldu ki, bir müddət əvvəl BTB Bankın İdarə Heyətinin sədri Emil Rzayev vəzifəsindən uzaqlaşdırılıb. Deməli, bankda nəsə baş verir. Bu barədə bir azdan…
Araşdırma zamanı məlum oldu ki, BTB bank PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur. Daha dəqiq desək, BTB bankın əsas səhmdarı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. O, bankın 75 faizlik hissələrinə sahibdir. Bank səhmlərinin 19 faizi Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur. Məlumat üçün onu da qeyd edək ki, Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir.
Mehdiyevin bank sektorundakı TƏZAHÜRÜ... - İLGİNC İDDİALAR...

Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan "Şərq-Qərb" ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.
İndi isə keçək əsas məsələyə, yəni yuxarıda dediyimiz kimi bankda nə baş verir..? Birincisi, bir müddət əvvəl BTB bank keçən il zərərlə işlədiyini açıqlayıb. Belə ki, bankın 2022-ci ilin sonuna olan maliyyə hesabatından bəlli olur ki, bank 2022-ci ili 4 milyon 975 min manat ZƏRƏRLƏ başa vurub. Və bu hadisə Azərbaycanın bank sektorunda yeganə haldlr, yəni digər banklar gəlirlə ili başa vurub, amma Ramiz Mehdiyevin bankı zərərlə…
Adamdan soruşarlar niyə, nə üçün..? Deməli, Ramiz Mehdiyevin bankında ciddi proseslər baş verir və cənab Mehdiyev keçmişdən qalan cinayət əməllərinin izini itirmək üçün bankı bağlamaq, yaxud iflas həddinə çatdırmaq və məsələni bitirmək istəyir. Hətta yuxarıda qeyd etdik ki, bir müddət əvvəl BTB Bankın İdarə Heyətinin sədri Emil Rzayev vəzifəsindən uzaqlaşdırılıb. Amma bu barədə bankın saytında heç bir informasiya yoxdur.
Məlumat üçün onu da qeyd edək ki, BTB Bankın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Eldəniz Hüseynov İCRA edir, müvəqqəti…
Fikir verdinizmi, BTB Bankda ruslar demişkən, çemodan əhval ruhiyyəsi var, hamı aradan çıxmağa hazırlaşır… Vaxtilə Beynəlxalq Bankda da eyni olaylar yaşanırdı… Yeri gəlmişkən, bir müddət əvvəl BTB Bankda müştərilərə məxsus 316 min manat və 32 min ABŞ dolları məbləğində nağd pulun oğurlandığı barədə rəsmi məlumat yayılmışdı.
Yəqin ki, yaxın zamanda Ramiz Mehdiyevin arvadı Qalinaya məxsus Novxanıdakı üzüm bağları da qurumağa başlayacaq… Çünki izləri itirməyin zamanıdır… //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Övladlarım bizə həmişə bu müəllimədən şikayət edirdilər" - NARAZILIQ VAR!

Bakının Badamdar qəsəbəsində fəaliyyət göstərən “Kİds Smile” uşaq tədris mərkəzindən şikayət var.

KONKRET.az-a mərkəzdən narazılığını Aydın Məmmədov adlı vətəndaş bildirib. Valideyn deyir ki, hazırda adıçəkilən müəssisədə nizamsızlıq hökm sürür, azyaşlı uşaqlara qarşı kobud rəftar edilir, hətta fiziki təzyiq göstərilir. Şikayətçi bu faktları mərkəzlə birbaşa əlaqəsi olan şəxs kimi sadalayır. Belə ki, dediyinə görə, onun əkiz qız övladları iki ilə yaxın bir müddətdə adıçəkilən müəssisədə hazırlıq keçib. Lakin bir-iki həftə öncə kursun xidmətlərindən imtina etmək məcburiyyətində qalıb. “Övladlarım həftənin iş günlərində günorta saat 12:00-dan axşam saat 17:00-a qədər burada hazırlıq keçiblər. Əvvəl hər şey öz qaydasında gedirdi. Mərkəzdə fəaliyyət göstərən Günəş adlı dil-ədəbiyyat müəllimindən, Tamara adlı rəsm müəllimindən, tərbiyəçi Səidə xanımdan çox razı idik. Onların bəziləri işdən çıxdılar. Sonra mərkəzə Bahar adlı yeni müəllimə gəldi. Narazılıqlar da bundan sonra başladı. Ona görə ki, həmin xanım uşaqlarla kobud davranır, üstlərinə qışqırır, onlara fiziki təzyiq göstərirdi. Övladlarım bizə həmişə bu müəllimədən şikayət edirdilər”.

Valideyn deyir ki, sözügedən xanım əslində mərkəzin təsərrüfat işlərinə nəzarət etsə də, çox vaxt müəllimləri əvəz edir. Və uşaqların test tapşırıqlarının həllində kömək istəməsinə “başım çıxmır, mən müəllimə deyiləm” cavabını verir. “Deyilənə görə, həmin xanımın ali təhsili də yoxdur. Əgər belədirsə, onda nəyə görə hazırlıq kursuna işə götürülüb?”.

A.Məmmədov mərkəzdə çalışan Elnurə adlı müəllimənin də uşaqlarla hədə-qorxu dililə danışdığını, onlara şiddət göstərdiyini bildirir. “Burada ümumilikdə əsas problem mərkəzə son vaxtlar təhsili olmayan şəxslərin işə cəlb olunması və bununla da nəzarət mexanizminin sıfıra enməsidir”.

Valideyn deyir ki, müəssisədəki nizam-intizamsızlıqla bağlı həm müdiriyyətə, həm də müəllimlərə irad bildirib. Bununla belə uşaqların nəzarətsiz buraxıldığının dəfələrlə şahidi olub. Şikayətçi bildirir ki, hətta bir dəfə nəzarətsizlik üzündən övladlarından biriylə başqa bir uşaq dalaşıb. Bu barədə müəllimlərə şikayət edəndə isə həmin uşağın autizimli xəstə olduğunu deyiblər. A.Məmmədov müəssisədəki ən ağır neqativ hal kimi övladının başqa birisi ilə mübahisə zəminində yıxılaraq ayağından xəsarət alması faktını dilə gətirib. Rəhbərliyi və müəllimlərə bununla bağlı irad bildirəndə isə onların laqeyd münasibəti ilə qarşılaşıb. Və elə bu səbəbdən də son anda kursdan imtina edib.

Əməkdaşımız A.Məmmədovun səsləndirdiyi iddialarla bağlı müəssisə rəhbərliyinin də mövqeyini öyrənməyə çalışıb. “Kids Smile”ın direktoru Kəmalə Ağayeva valideynin iradları ilə razılaşmayıb: “Deyilənləri bir-bir araşdırsaq, görərsiniz ki, heç birinin əsası yoxdur. Həmin valideynlərin övladları bizim kursda iki il yarım hazırlıq keçib. Nə səbəbə görə birdən-birə narazı oldular? Övladları olduqca hiperaktiv idilər. Uşaqlar arasında da çox şey olur. Amma heç bir səbəb həmin valideynlərə gəlib başqasının uşağının üstünə qışqırmağa əsas vermir. Bu insanlar hətta müəllimlərimizi belə təhqir etməkdən çəkinməyiblər. Yenə də biz bütün hallarda onlarla kompromisə getmişik, dil tapmağa çalışmışıq. Son dəfə isə biz valideynlərə elan etdik ki, təmirə dayanırıq və buna görə də qrupu bağlayırıq. Növbəti tədris ilində proqram dəyişikliyi ilə əlaqədar kursa məktəbli uşaqları qəbul etməyəcəyik. Administratorumuz bununla bağlı həmin valideynlərə zəng edib normal şəkildə bildirdi ki, övladlarını kursdan çıxarıb başqa bir müəssisəyə yönləndirsinlər. Onlar da kursdan kənarlaşdılar, lakin görünən odur ki, bundan narazı qalıblar ki, dolayısı ilə bizdən şikayət edirlər”.

Direktor müəssisədə ali təhsilsiz insanların fəaliyyət göstərməsi barədə deyilənlərə də aydınlıq gətirib: “Bizdə savadsız insan yoxdur, hamı ali təhsillidir. Təkcə xadimədən başqa. Bahar müəllimənin özü də Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bundan başqa, illərlə metodist müəllim kimi çalışıb”.

Şikayətçi valideynin övladının mərkəzdə yıxılaraq ayağının əzilməsi məsələsinə gəlincə, K.Ağayeva bu faktı da inkar edib: “Bu hadisə bizim mərkəzdə baş verməyib. Müəllimləri də uşaqlardan nə vaxt yıxıldıqlarını soruşanda demişdilər ki, dünən olub. Onlar hazırlıqdan sonra başqa yerə getmirlər? Bəlkə evə gedəndə yıxılıb uşaq?! Yəni bizim qapıdan ayağı zədələnmiş şəkildə çıxmayıb”.

Qeyd edək ki, valideyn direktorun son açıqlaması ilə razılaşmayıb və redaksiyamıza övladının mərkəzdə başqa bir oğlan uşağının dalaşması nəticəsində ayağını zədələdiyini təkidlə bildirib. Onu da əlavə edib ki, bununla bağlı müəllimlərə Votçap vasitəsilə yazılı iradlarını da çatdırıb. Onlar tərəfindən isə belə cavab alıb ki, məsələni mütləq rəhbərliyə və digər uşağın valideyninin də diqqətinə çatdıracaqlar.

Görünən odur ki, səsləndirilən iddialarla bağlı özəl müəssisə kimi fəaliyyət göstərən “Kids Smile” hazırlıq kursunun fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. Ümid edirik ki, aidiyyəti dövlət orqanları bu məsələdə laqeydlik göstərməyərək, faktların təftiş olnması istiqamətində lazımi addımlar atacaqlar.

KONKRET.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Culfa gömrüyündə ƏCAİB QADAĞALAR - Əgər Naxçıvan blokadadırsa...


Iranla həmsərhəd Culfa sərhəd-keçid məntəqəsində 3 kilodan artıq ərzağın keçirilməsinə qadağa qoyulub.

DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat verib. Onlar deyir ki, bundan əlavə, gətirdiklər məişət avadanlıqlarına görə də onlardan qanunsuz pul alınır. Keçid məntəqəsindən şikayət edənlər əsasən, İran ərazisindən keçməklə Naxçıvan – Bakı – Naxçıvan avtobus reyslərinin sərnişinləridir. Bu reyslər hər gün 4 dəfə həyata keçirilir.

Ordubad rayon sakini M. Əsgərov deyir ki, Naxçıvan tərəfindən fərqli olaraq, Biləsuvardakı sərhəd-keçid məntəqəsindən Bakıya istənilən qədər ərzaq keçirmək mümkündür :

„Əslində, Naxçıvan blokadadır deyə, ərzağa məhdudiyyət qoyulmamalıdır. Təəssüf ki, tam əksinədir. Necə olur ki, Biləsuvar tərəfdən istədiyin qədər məhsul keçirmək olur, Naxçıvana isə yox? Məgər, Naxçıvanda Azərbaycan qanunları işləmir. Avtobusla Bakıya gedərkən, oradakı qohumlar üçün İrandan xeli ərzaq almışdım, keçid məntəqəsindən rahatlıqla keçirdim. Naxçıvana qayıdarkən düşündüm ki, eyni qanunlar bu Culfada da işləyir. 10-15 kilo ərzaq aldım ki, evə aparım. Çünki, İranda Naxçıvana nisbətən 3-4 dəfə ucuzluqdur. Lakin, bizimkilər buraxmadı. Dedilər ki, 3 kilodan artıq olmaz. Gömrk işçiləri əlimdəki ərzaqları alıb, müsadirə etdilər“.
Şahbuz rayon sakini B. Quliyev isə deyir ki, 200 manatlıq məişət avadanlığını Naxçıvana buraxmaq üçün ondan 50 manat rüsum tələb ediblər:
„Qanunla min manatdan yuxarı dəyəri olan məişət avadanlıqlarına müəyyən faiz rüsum alınmalıdır. İrandan alıb, Biləsuvar vasitəsi ilə Azərbaycana keçirəndə, bu qanun nəzərə alınır. Naxçıvan isə, sanki başqa ölkədir. 50 manatlıq əşyaya da rüsum alırlar. Bu yaxınlarda İrandan 200 manatlıq məişət ləavazimatı alıb, Naxçıvana keçirdim. Dedilər ki, 50 manat rüsum ödəməlisən, yaxud da geri qaytar. Başıma az qala hava gələcəkdi. Məcbur olub, dediklərini ödədim. Əvəzində qəbz istədim, güldülər mənə. Dedilər ki, biz qəbz vermirik“.

XƏBƏR LENTİ

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...