[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsildəki İSLAHAT SELİ də SARANI APARA BİLMİR... - İTTİHAM VAR!


Haqqında söhbət açmaq istədiyimiz bu Təhsil Kompleksi cəmiyyətə respublikamızda yüksək nəticələri ilə seçilən təhsil ocaqlarından biri kimi sırınmaqdadır.Səhv eşitmediniz , hörmətli oxucular, məhz sırınmaqdadır.Özü də bu sırlnma 2019-cu ildən, yəni təhsilimizin agbirçəklərindən biri, təcrübəli pedaqoq, yenilikçi kadr kimi kimi təşbeh və ibarələrdən istifadə edərək insanların şüuruna ötürülür.Qabaqcıl təhsil işçisi kimi qələmə məktəbdə yaradılan geniş imkanlardan,ugurlardan söhbət açılır.Bu yerdə yaxşı deyiblər ki,”Ogru elə bagırdı, dogrunun bagrı yarıldı.Bəli,Sara Xanlarova təhsilimizin “Mogikan”, “Novatorlugu ilə seçilən”kadrlarındandır ,pul qazanmaq kimi imic qazanmağın da hər yolunu “Əlinin altındakı resurslarla”istədiyi səmtə yönəltməklə həll etmək məharətinə sahibdir.O , hər kəsin önündə özünü cəfakeş təhsil işçisi kimi təqdim etməyə çalışsa da çoxlarının onu qabaqcıl təhsil maqnatı kimi tanıdıgından xəbərsizdir.
Məktəb şagirdlərinin idmanda, müxtəlif tədbirlərdə,bilik yarışlarında və s.qazandıqları ugurları öz adına çıxmaqda böyük məharət sahibidir.Halbuki. bir, qətiyyən belə deyil.
Bilik yarışlarında və ali təhsil məktəblərinə qəbulla baglı əldə edilən ugurları ustalıqla öz adına çıxmagı bacarır 9,10,11-ci siniflərdə ali təhsil almaq məqsədini qarşıya məqsəd qoyan şagirdlərin dərsə gəlmədiyi kimsəyə sirr deyil Sinif rəhbərləri sag olsunlar,bu məsələdə “direktorun sadiq köməkçiləri “rolunun öhdəsindən məharətlə gələ bilirlər.Necə deyərlər,”Əl əli yuyur,əl də üzü.Valideyn də,şagird də, direktor da razı qalır.”Cücənin payızda sayılması vaxtı”direktor”alnıaçıq ,üzüag” çıxır ortaya.
Uzun illərin təcrübəsi onun yeni bir istedadını da aşkarlayıb.Onu məktəbin müəllim-şagird kontingenti araslnda “Biznes Ledi”adı ilə tanıyanlar da az deyil.
Beş yaşlı hazırlıq qruplarının və birincilərin Kompleksə qəbulu prosesi Sara xanının” ürəyincə, arzusuna uyğun” həyata keçirilir . Qəbul zamanı yer olmadığını və buna nazirliyin nəzarət etdiyini bəhanə gətirərək öz planlarını həyata keçirir.Əl altından qəbulun qiymətinin 1200 manat odugu deyilir.Bəzi valideynlər məktəbin bazar qanunları ilə idarə edildiyini dilə gətirirlər.Hər həftə uşaqlardan müxtəlif adlar altında pullar yıgıldıgından danışırlar .
Bu hələ harasıdır?5 Oktyabrda Müəllimlər günü Valideyn Komitələri “fəaliyyətə keçir”. Bir vurçatlasın olur ki, gəl görəsən.
Sara xanım özəl məktəblərə aid təhsil üsullarını dövlət məktəbinə calaq etmək ustsı kimi də tanınır.
SMP sistemi tətbiq edərək ibtidai siniflərdən 700 manat,
MYP tətbiq edərək orta təhsil üçün aylıq 700 manat təhsil haqqı müəyyən edib (?!)
Ş.Xanlarovanın təhsilimizə gətirdiyi yenilikləri saymaqla qurtarmaz.
Deyilənə gorə Sara xanımın qızına hədiyyə etdiyi 4mərtəbəli uşaq bağçasını da məhz əldə etdiyi qanunsuz gəlir hesabına tikdirib.
Valideynlər uşaqlarının adlarının S.Xanlsrovanın rəhbərlik etdiyi məktəbdə çəkilməsini istəmir,bu təhsil ocağının qabaqcıl təhsil müəssisələri ilə ayaqlaşa bilmədiyini söyləməkdən çəkinmirlər.
Bəli,132saylı Təhsil Kompleksinin Sara Xanlarova erası öz çoxsaylı minusları ilə hələ ki, davam etməkdədir.Təhsil Nazirliyi bütün bunlardan xəbərsuzdumi görəsən?
Adamın heç inanmağı gəlmir.Titullu direktorun məktəbdə “at oynamasına “nə vaxta kimi göz yumulacaq? //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir oğlunun “Push 30”la bağlantısı - İLGİNC FAKTLAR

Ötən həftə araşdırmaçı Həbib Müntəzirin “Hakim oğlunun idman-fitnes biznesi” adlı araşdırması Meydan TV-də yayımlandıqdan sonra Vəkillər Kollegiyasından iradlar səsləndirilməyə başlandı. Səbəb araşdırmada bu qurumun adının keçməsidir. Araşdırmada siyasi sifarişli hökmlərdə imzası olan hakim Faiq Qasımovun oğlu Adil Qasımova məxsus biznesdən söz açılır.

Adil Qasımov Azərbaycanın idman və fitnes sektorunda böyük payçılardan biri olan “Push30”un şəriklərindən biridir. Araşdırmada Vəkillər Kollegiyasının da bu şirkətlə əməkdaşlıq etdiyi qeyd olunur.

Yazı dərc olunduqdan sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV əməkdaşlarından biri ilə əlaqə saxlayıb iradlarını bildirsə də, fikirlərinin ictimailəşməsini istəmədi. Ancaq bundan sonra bəzi vəkillər sosial şəbəkələrdə Meydan TV-ni tənqid etməyə başladı. Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Anar Qasımlı ilə Ruslan Mustafazadə isə Meydan TV-yə etiraz məktubu göndərib.

Peşəkar jurnalistin hüquqi bilikləri necə olmalıdır kimi məsləhətvari girişdən sonra vəkillər yazırlar:

“Hər fürsətdə Vəkillər Kollegiyasına qarşı qarayaxma kampaniyası aparan sözdə müstəqil medianın qeyri-peşəkar mövqeyi təəssüf doğurmaya bilməz. İnternetdə kiçik axtarış aparmaq kifayət idi ki, daha obyektiv yazı yazılsın”.

Daha sonra təsdiqləyirlər ki, həqiqətən də Vəkillər Kollegiyası ilə “Push30” şirkəti arasında müqavilə bağlanıb və bu, qurumun rəsmi saytında da qeyd olunub. Vəkillər yazır ki, belə bir müqavilənin bağlanması üçün idmançı vəkillərimizdən biri təşəbbüskar olub, yazılı şəkildə Kollegiyaya müraciət edib. Çünki həmin şirkətlə müqavilə bağlandıqda vəkillər bir sıra üstünlüklər əldə edirlər:

“Buraya idman mərkəzlərindən ay ərzində limitsiz istifadə (Limitsiz giriş); Müxtəlif idman mərkəzlərindən istifadə (Ay ərzində fərqli məkanlardan istifadə); Müxtəlif idman növləri (fitness, üzgüçülük, pilates, yoga, aerobika və s.) məşğul olmaq imkanı; Mobil tətbiqdə (Push30 tətbiqi) yerləşən faydalı video dərslər və məqalələrdən istifadə etmə imkanı; İdman qidalanma mağazaları, idman geyimləri mağazaları, gözəllik mərkəzlərini əhatə edən tərəfdaş məkanlarda endirimlər və s. aiddir. Müqavilə əslində Vəkillər Kollegiyasının üzvləri üçün güzəştlərin tətbiq edilməsi haqqında razılaşmadır”.

Könüllü seçim etdiklərini, tək-tük vəkilin bu şirkətin xidmətindən yararlandığını deyən vəkillər ad çəkməsələr də, araşdırmada Vəkillər Kollegiyasının şirkətlə əməkdaşlığını tənqid edən hüquqşünas Xalid Bağırovun fikirlərindən qəzəbləndiklərini göstəriblər:

“Öz-özünə ritorik suallar verib, onları cavabsız saxlamaq kollegiyaya qara yaxmaq, onun günü-gündən artan nüfuzuna xələl gətirmək, görülən işlərə kölgə salmaq cəhdindən başqa heç nə deyil. Məzmununu, predmetini, şərtlərini bilmədiyin müqavilə haqqında fikir bildirmək, onu şərh etmək nə vaxtdan müstəqillik və obyektivlik hesab olunur?”

“Məgər Vəkillər Kollegiyası hansısa məhsul alır, pul ödəyir ki, tender keçirsin? Məgər Vəkillər Kollegiyası dövlət qurumudur ki, tender keçirsin? Hansı qanunda yazılıb ki, Vəkillər Kollegiyası tender keçirməlidir? Yazı hazırlanmazdan qabaq “Dövlət satınalmaları haqqında” qanunu açıb oxumaq olmazdımı? Hər kəsə bəllidir ki, Vəkillər Kollegiyası qeyri-dövlət təşkilatıdır, onun büdcəsi üzvlərinin ödədiyi üzvlük haqları hesabına formalaşır. Kollegiya öz vəsaitini hara və necə xərcləməsi barədə yalnız üzvləri qarşısında hesabat verir. Bu, onun müstəqilliyinin təminatlarından ən önəmlisidir”, – Anar Qasımlı ilə Ruslan Mustafazadə yazıb.
Meydan TV vəkillərin iradına hüquqşünas Xalid Bağırovdan münasibət öyrənməyə çalışın. Ancaq hüquqşünas iradlara cavab vermək istəməyib.

Meydan TV “Push30” şirkətinin şərikləri ilə bağlı əlavə məlumatlar da əldə edib. Araşdırma zamanı müəyyənləşdirib ki, Adil Qasımovun şəriklərindən biri xarici işlər naziri Ceyhun Bayramovun 27 yaşlı oğlu Rəhim Bayramlıdır. Rəhim Bayramlı müxtəlif sahələrdə yeni şirkətlərin qurulmasına fokuslanan, Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun nəzdində 2021-ci ildə yaradılmış “Sabah.lab” MMC-nin icraçı direktorudur. Adil Qasımov isə həmin MMC-nin əməliyyatlar üzrə baş direktordur. “Push30”un digər təsisçisi Rahul D’Mello isə “SABAH.lab”ın İdarə Heyətinin üzvüdür.

Bir müddət öncə “Abzasmedia” nazir Ceyhun Bayramovun ailə sərvətini araşdırıb. //azinforum.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Su İdarəsinin sahibi BİZİ SUSUZ QOYUB" - NARAZILIQ VAR!

Fazil Qurbanov Ağstafa rayonunun Qırlı kəndində çörəyini torpaqdan çıxaran fermerlərdən sayılır, bu il fermer günəbaxan, yonca və taxıl əkini ilə məşğuldur.
Fermer deyir ki, ümumilikdə 23 hektar əkin əkərək 20 min manata yaxın xərc çəkmişəm amma, suvarma suyunun olmaması səbəbindən məhsul batıb.
Qırlı kəndində ili zərərlə başa vuran təkcə fazil qurbanov deyil bir çox fermerlər suvarma vaxtı bol su olsa belə suya həsrət qaldıqlarını deyirlər.
Maraqlı məqamlardan biridə odur ki, il ərzində əkin sahəsini bir dəfə suvara bilməyən fermerlərlə müqaisədə su birliyi sahibinin əkin sahələri yam yaşıl idi.
Fermerlər birlik rəhbəri olan Elxan Kazımovun əkib becərdiyi sahələri göstərərək suvarma suyunun ancaq ona xidmət etdiyini deyirlər.
Qırlı kəndi rayonun ən çox əkinçiliklə məşğul olan kəndi sayılır. Fermerlər bildirdilər ki, Suvarma dönəmində kəndə 700- 1000 litr arası su verilir ki, bununda çoxu birlik rəhbərinin təsarüfatına xidmət edir. Bunu il ərzində bir neçə dəfə biçilmiş yonca sahələridə deməyə əsas verir.
Fermer Fazil Qurbanov 6 hektar su dərdindən qurumuş günabaxan sahəsini göstərərək fəryad edir.
Hazırda Anbardan suyun verilişi 20 gündür ki dayanıb. Ağstafaçay su anbarından bildirdilər ki, 1 aydan sonra payız suvarması başlanıldığ vaxt suyun verilişi başlayacaq.
Suvarma sistemlərinin bazasında yaradılmış su birlikləri əhali ilə yaxın təmasda olaraq suyun bölgüsünüdə özləri aparır. Lakin görünən odur ki, nəinki bölgü əsasında su verir hətta fermerlərin əkin sahələri quruyub yandığı halda birlik rəhbərinin əkin sahəsi bolluca sudan istifadə edir.
Məsələ ilə bağlı Su birliyinə etdiyimiz müraciət cavabsız qaldığından üz tutduq Ağstafa rayon icra hakimiyyətinə.
Qurumdan bildirdilər ki sakinlərin şikayətindən xəbərdardılar və qısa müddətdə məsələ araşrılaraq məsul şəxs və ya şəxslər cəzalandırılacaq... //Kanal13//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllıda nə işlər çevrilir? - İLGİNC

Ağsu rayonunun Ərəbuşağı kənd sakini,sahibkar Mürsəlov Azər Xandadaş oğlu tərəfindən Qaynarxett.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən sahibkar İsmayıllı rayon İcra Hakimiyyətinin başcısı Nahid Bağırovun qanunsuz əməllərindən bəhs edir. Şikayət məktubunu oldugu kimi dərc edirik:

"Cənab Prezident İlham Əliyev,I vitse Prezident Zat Aliləri Mehriban xanım Əliyeva, Baş Prokuror hörmətli Kamran Əliyev Sizlərə bir daha müraciət edərək bildirmək istəyirəm ki, mən Ağsu rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlunun 8 aydır rəsmi şəkildə ünvanladığım müraciətlər heç biri mənim üzləşdiyim problemin həllinə kömək etmir. Mən bir daha Sizlərə rəsmi şəkildə müraciət edərək bildirmək istəyirəm ki, ata-babalarımın, sonradan mənim uzun illər yay otlaq sahəsi kimi istifadə etdiyim ərazi qanunsuz olaraq başqası tərəfindən zəbt olunub. Belə ki, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri xəstəxanada oldugumdan istifadə edərək mənə məxsus heyvanları düzgün saymayaraq axt tərtib ediblər. Bunu bildikdən sonra mən icra hakimiyyətinə müraciət etdim, komissiya gəldi və heyvanlarımın həqiqətən də 367 baş olduğunu təsdiq etdi. Mən İsmayılli Rayon İcra Hakimiyyətinə gedərək verilən rəsmi sənədi onlara təqdim etdim. İcra Başçısı Nahid Bağırov, müavinləri Mahmud müəllim və Eyyub müəllim mənə bildirdilər ki, bu məsələ mənim xeyrimə həll olunacaq, narahat olmayım. Üstündən bir qədər keçdikdən sonra bildim ki, həmin əraziyə iş adamı Ədalət Göyüşov da göz dikib, oranı icarəyə götürmək istəyir. Elə nə oldusa ondan sonra baş verdi. İş adamı olan Ədalət Göyüşov yüksək vəzifəli dostlarının təzyiqi nəticəsində İsmayıllı Rayon İcra Hakimiyyətinə təsir etdi.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahir Bağırov və oranın yüksək vəzifəli məmurları Ədalət Göyüşovdan cəkinərək həmin ərazini haqlı olduğum halda mənə verməkdən boyun qaçırdılar. Mənim xəstəxanada olduğum vaxt tərtib etdikləri saxta heyvan sayı olan sənədi əsas tutaraq bildirdilər ki, mənim heyvan sayım az olduğu üçün o ərazi mənə verilmir. Mən sonradan gəlib baxış keçirdiyim komissiyanın rəyini onlara təqdim etsəm də dedilər ki, bu keçərli deyil. Mənə heyvan sayımın az olduğunu deyib bəhanə gətirən İcra Hakimiyyəti 50 baş keçi, 60 baş qaramalın həmin ərazidə otarılmasına göz yumdu. Hərçənd ki müqavilədə o ərazidə iribuynuzlu heyvanların saxlanılmasına icazə verilmir. Ortada Ədalət Göyüşovun adın olması İsmayıllı Rayon İcra Hakimiyyətini qanunları pozmağa məcbur etdi. Onlar iş adamı Ədalət Göyüşovun "istəyini" dövlətimizin qanunlarından, Sizin sərəncam və çıxışlarınızdan üstün tutdular. Adi bir iş adamının dövlət qanunlarından, dövlət başçısının göstərişlərindən üstün olması heç də başadüşülən deyil. Bir müddət əvvəl həmin ərazidə olmuşam. Mən orada olan zaman İsmayıllı Rayon İcra Hakimiyyətinin Şahin adlı məmuru Ədalət Göyüşovun qardaşı, bir neçə polis və tanımadığım 3 nəfərlə gəlib mənə hədə-qorxu gələrək bildirblər ki, bu ərazini başcı Nahid Bağırov Ədalət Göyüşova söz verib. Bir dövlətin ərazisini, uzun illər icarə əsasında qanuni qaydada işlədən sahibkardan alaraq, şəxsi mülki kimi kiməsə söz verməyə Nahid Bağırova ixtiyarı kim verib, Cənab Prezident?! Şahin adlı İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmisinin yanında gələn polislər mənə bildirdilər ki, bu əraziyə gələsən, bir daha bu ərazi barədə iddia etsən səni ya 8000 manat məbləğində cərimələyəcəyik, ya da sənə 4 il iş verəcəyik. Bundan başqa Ədalət Göyüşovun adamları mənə hər gün müxtəlif şəxslərdən xəbər göndərərək bu işdən əl çəkməsəm məni şərlədib tutduracaqlarını,ailəmə qarşı təzyiqlər edəcəklərini bildirirlər.

Bu problemimlə baglı Prezident Aparatında qəbulda da oldum. Məni Z.Nağdəliyevin qəbulunu yazsalar da orada mənim Ağaəli müəllimlə görüşməyimi lazım bildirdilər. Ağaəli müəllimə məsələ ilə bağlı məlumat verdim. O, mənə bildirdi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm, get, sənə kömək edəcəklər. Mən yenidən İsmayıllı Rayon İcra Hakimiyyətinin qəbulunda oldum. Orada Şahin müəllim məni müxtəlif bəhanələrlə aldadaraq vaxt qazanmağa çalışdı. Bir dəfə bildirdi ki, gəl sənə başqa yerdən yay otlaq sahəsi verək. Amma sən bizə arayış gətir ki, bu adamların heyvanları yoxdur. Gah mənə dedi ki,İcra Başçısı məzuniyyətdən gəlsin, sənə kömək ediləcək. Gah mənə yararsız bir neçə ərazi göstərdi. Onun etdiklərindən, danışıqlarından belə başa düşdüm ki, ona mənim haqlı şikayətimin təmin olunması yox, mənim başımı şirin vədlərlə aldadaraq vaxtı uzatmaq tapşırılıb. Mən qəbulda olan zaman Ağəli müəllim mənə bildirdi ki, sənin məsələn həll olunmasa bir daha əziyyət çəkib gəlmə bura. 11 11 telefon nömrəsinə zəng et, de səni mənlə birləşdirsinlər. Mən o dediyi kimi də etdim. Həmin nömrəyə zəng edərək Ağəli müəllimlə danışmaq istədiyimi bildirdim. Onlar mənə başqa bir nömrə verdilər. 20 manatlıq konturum getsə də, dəfələrlə yığmagıma baxmayaraq həmin nömrə ilə danışa bilmədim.

Hörmətli Cənab Prezident, Hörmətli Mehriban xanım Əliyeva, Hörmətli Kamran Əliyev. Mən dəfələrlə Sizlərə rəsmi məktub göndərsəm də mənə yalnız Baş Prokurorluqdan cavab gəlib. Cənab Prezident siz bir neçə çıxışınızda demisiniz ki, ola bilər ki, kimlərsə vətəndaşların mənə müraciətinin çatmasını istəmir. Sevimli xalqım siz gördünüz ki, məktublarınıza cavab gəlmir mənə media vasitəsiylə, sosial şəbəkələrdən mesajlar göndərin. Mən də düşündüm ki, Ədalət Göyüşov İsmayıllı Rayon İcra Hakimiyyətinə təzyiq edə bilirsə, orada ondan qorxub haqlı vətəndaşı incidən məmurlar varsa, Prezident Aparatında bəlkə də Ədalət Göyüşovdan qorxaraq məktublarımın Sizə çatmasını istəməyən kimlərsə var. Məhz buna görə mən media vasitəsiylə sizlərə müraciətlər etdim və davamlı olaraq da edəcəyəm. Mənim sizlərdən bir tək ricam var. Sizlərə ünvanladığım məktubları İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə göndərməyin. Orada qanunlardan qorxan, vətəndaşın tərəfində duran heç bir məmur yoxdur. Başda Nahid Bağırov olmaqla bütün işciləri vəzifəyə sanki siz yox, Ədalət Göyüşov təyin edib. Bu adam ismayıllının hakimi-mütləqidir, o, nə deyirsə onu eşidirlər.

Cənab Prezident inandıgım göydə Allah, yerdə Sizsiniz. Ümüdüm yalnız Sizədir. Mən yalnız Sizlərə güvənir Sizlərdən kömək istəyirəm.

Hörmətlə:Mürsəlov Azər Xandadaş oğlu"

Əlaqə telefonu: 051 566 64 30.

Qaynarxett.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəbli forması DƏLƏDUZLUĞU - NARAZILIQ VAR...


Milyon qazanıb, amma dövriyyəsini “kartdan-karta at” üsulu ilə gizlədən “Ela” adlı əcnəbi satış şəbəkəsi…

Azərbaycanda Təhsil Nazirliyi ilə əlbir olan bəzi şirkətlər əhalini sözün həqiqi mənasında talamaqla məşuldurlar. Tədris ili boyu valideynlərdən müxtəlif adlar adı altında ödənişlər toplamaqla yanaşı, həm də fərqli konsert proqramları, teatr tamaşaları və başqa adda mədəni tədbirlərdə iştirak məcburi xarakter daşıyır. Xüsusi yerlərə ödənişli ekskursiyaların təşkilini hələ demirəm. Aydındır ki, belə üsullarla valideynlərdən toplanan vəsaitlər Təhsil Nazirliyi ilə həmin təşkilatçılar arasında bölünür.

İndi də belə bir addımı məktəbli formaları ilə bağlı atırlar. Şəhərin mərkəzində olan, daha çox şagirdin təhsil aldığı (yağlı tikə sayılan- M.Q) çox tanınmış məktəb və litseylərin şagirdlərini məcbur edirlər ki, məktəbli formalarını məhz onları dediyi, bəlli yerlərdən alsınlar. Belə yerlərdən biri də Türkiyə vətəndaşlarının işlətdiyi, “Təzə Bazar”a yaxın ərazidə olan “Ela” adlı satış mərkəzidir. Artıq ikinci ildir ki, bizi də məhz oradan forma almağa məcbur edirlər. Keyfiyyət aşağı, qiymətlər çox yuxarı olur.

Mən başa düşə bilmirəm, bəyəm, Azərbaycanda bu işi görə biləcək şirkət və ya iş adamı yoxdur ki, əcnəbi şirkət adı ilə bizə belə bahalı və keyfiyyətsiz mal soxuşdururlar? Dediyim yerdə növbə böyükdür, “iynə atsan yerə düşməz”. Bu o deməkdir ki, pul dövriyyəsi milyonlarla ölçülür. Həmin yerin müdiri türk vətəndaşı olan bığı bir kişidir. Onu keçən il də orada görmüşəm deyə, xarici görkəmini belə dəqiq təsvir etdim. Təsəvvür edin ki, bu qədər böyük maliyyə dövriyyəsi olan bir yer nağdsız ödənişlərdən açıq şəkildə yayınır və sanki bunun belə də olmalı olduğunu yeritmək istəyir.

Deyir ki, ödəniş terminalı işləmir. Bir az dirəşəndə isə bildirir ki, vəsaiti kartdan-karta köçür. Müdir olan bığlı kişi mənə də bunu təklif etdi. Mənim cavabım isə belə oldu:

-Türkiyə bizim qardaş ölkəmizdir, amma bu o demək deyil ki, sən burada həm milyon qazanmalısan, həm də qanunları pozmalısan. Sənin etdiyin bu əməli, hansısa bir azərbaycanlı iş adamı Türkiyədə etsə , doğru olaraq onun “dərisinə saman təpərlər”. Sizin ölkənin hüdudları çərçivəsində fəaliyyət göstərən bir neçə terror təşkilatı var. Məsələn, FETÖ, PKK və s. Türkiyə vətəndaşları sırasında bu təşkilatlara üz olanlar da az deyil. İndi mən nə bilim ki, sənin kartına köçürəcəyim məbləğ həmin təşkilatlardan birinin maliyyələşməsinə getmir? Niyə bu qanunsuzluğu edirsən?.. Təbiidir ki, belə sərt misalı adamı bir az ayıltmaq üçün çəkdim. Onun terrorçuluqla əlaqəli olduğunu iddia da edə bilmərəm.

Göstəriş verdi, dərhal piştaxtanın altından işlək vəziyyətdə olan ödəniş aparatını mənə uzatdılar və mən qanuni ödənişimi etdim.
Son vaxtlar buna bənzər “ödənişi kartdan-karta at” kimi hallara bizim vətəndaşların da sahibi olduğu iri biznes şəbəkələrində rast gəlinir. Tam qanunsuz və qanunvericiliklə böyük cəriməsi olan tələbdir. Ayıq olun…

Məhəmmədəli Qəribli,
AZİNFORUM.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı ilə görüşən şəxs həbs edildi: Qəbulunda söyüş söyüb… - TƏFƏRRÜAT


Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin qəbulunda söyüş söyən şəxs həbs edilib.

Məlumatına görə, hadisə dünən səhər saat 10:30 radələrində baş verib.

Belə ki, 1970-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş Anar Zamanov (ad-soyad şərti) işlə təmin olunmaq üçün rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilib.

Qəbulda RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Əliyeva, RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova, aparatın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanova, Balakən rayon Suvarma sistemləri idarəsinin rəisi Ruslan Poladov və "6 saylı Regional Su kanal İdarəsinin Balakən Su kanal sahəsinin rəisi Oruc Orucov iştirak ediblər.

Anar Zamanov işlə təmin olunması üçün icra başçısına müraciət edib. Balakən rayonu üzrə Məşğulluq İdarəsinin müdiri bildirib ki, hələ iş üçün boş yerlər yoxdur, olanda xəbər edəcəklər.

Həmin vaxt icra başçısı İslam Rzayev vətəndaşa bildirib ki, işlə təmin olunması üçün onda olan kağızları prokurorluğa təqdim etsin. O isə əsəbləşərək iclasda iştirak edən rəhbər şəxslərin ünvanına nalayiq ifadələr işlədib, səs-küy salıb. Bu zaman ərazidə olan polis əməkdaşlarına məlumat verilib. Polis onu saxlayaraq şöbəyə aparıb.

Anar Zamanov barəsində icta başçısına və qəbulda iştirak edən vəzifəli şəxslərə qarşı kobudluq etdiyi, nalayiq ifadələr işlətdiyi, ictimai qaydanı pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə protokol tərtib edilib və məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl KİV-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qızının adına olan mənzillə gündəmə gəlmişdi.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xocalı Icra Hakimiyyətinin Xanım Müavini Vətəndaşa Hücum Edərək Təhqir Etdi – “Alçağın Biri Alçaq” + VİDEO


Xəbəral.az xəbər verir ki, Xocalı şəhər icra hakimiyyətində biabırçı vəziyyət yaşanıb.

Belə ki, Başçının müavini. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə Qarayeva icra hakimiyyətinin inzibati binasında ona müraciət edən vətəndaşı ağır təhqir edərək hücum edib.

Məsələnin nədən qaynaqlqndığını bilməsək də, video da xanım müavinin çox əsəbi halda vətəndaşı təhqir etdiyi açıq şəkildə görünür.

Lamiə Qarayeva vətəndaşa “Alçağın biri alçaq” və digər təhqir dolu sözlər işlədib.

Səsə çıxan digər icra hakimiyyətinin işçiləri xanım müavini sakitləşdirərək iş otağına aparıblar.

Xatırladaq ki, sözügedən video görüntü sosial şəbəkələr də yayılıb.

Xəbəral.az sözügedən videonu sizlərə təqdim edir.

Xəbəral.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əsgərovlar ailəsinin varidatı: Banklar, beşulduzlu otellər - SİYAHI

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov ötən gecə vəzifəsindən azad edilib. Onun vəzifədən getməsi personası ətrafında gedən müzakirələri daha da alovlandırıb.

Azərbaycandakı biznesini Avropaya transfer edən, qitənin müxtəlif ölkələrində saysız-hesabsız sərvətə malik olan məmurlarımız sırasında sabiq AZAL rəhbərinin də adı yer alır. O, sərhədsiz "biznes imperiyası" ilə ölkənin ən varlı adamlarının siyahısında ilk yerlərdən birini tutur.

C.Əsgərov və ailəsinə məxsus mülklərin siyahısını təqdim edirik:

Batumidə 31 milyon dollar dəyərində "GRAND GLORIA" hoteli;

Tiflisdə dəyəri milyonlarla dollar olan "TİFLİS PALACE" hoteli;

Tiflisdə bahalı "Veranda" restoranı;

Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;

Naftalanda "Garabag Resort and Spa" 5-ulduzlu otel və müalicə mərkəzi;

İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə "Vəhsudan düşərgəsi";

Nabranda 30 ha sahədə villa;

Qala qəsəbəsində 265 ha badam bağı;

“Premium Bank” ASC-də (keçmiş "Silkyway") səhmlərin 29,085 faizi;

Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;

SOROKA LIMITED (Londonda);

Londonda 18.4 milyon dollar aktivləri olan "GAZELLI INTERNATIONAL LIMITED" şirkəti;

Londonda 41 milyon dollar aktivləri olan GAZELLI ART HOUSE LIMITED;

Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə "GAZELLİ" gözəllik və masaj salonları şəbəkəsi;

Londonda "C3 – CIII LIMITED" şirkəti

Türkiyədə “D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;

Londonda "SET INTELLIGENCE LIMITED" şirkəti;

Azərbaycanda "GAZELLİ GROUP"

İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti (Londonda);

İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);

Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;

ASC HANDLING LIMITED (Londonda);

AS582 LIMITED (Londonda);

Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED" şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);

ICLEVERWEB LTD (Londonda);

SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);

Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 milyon dollar);

SW ITALIA SRL (illik dövriyyəsi 7 milyon dollar);

İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);

SEDITION LIMITED (London)

Qeyd: Varidat siyahısı internet resurslarından açıq mənbələrdən əldə edilib.Yenisabah.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mövqelərimiz yenə atəşə tutuldu


Sentyabrın 2-si saat 21:15-dən sentyabrın 3-ü saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Paşalı rayonunun Martiros yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəki Şəhər İcra Hakimiyyətinə Kağız kəsən rezak, televizor, kalonka alınır - 186 min AZN-lik ANLAŞMA


Şəki Şəhər İcra Hakimiyyətinin "Şəki Şəhər İcra Hakimiyyətinin yeni tikilən inzibati binası üçün 1000 kVA gücündə dizel generatorunun və avadanlıqların satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi "PLANET CONSTRUCTİON" MMC olub. Tərəflər arasında yaxın zamanda 186.179,99 AZN-lik müqavilə imzalanacaq.

Müqaviləyə əsasən icra orqanı qalib şirkət tərəfindən "Dizel generatoru, Monitor, Televizor, Kalonka, Mikrafon stolüstü, Mikrafon ştativi Kalonka ştativi, notebook, printerlər, Laminasiya aparatı, 2 üzlü Scaner aparatı, Kağız kəsən rezak, Mikrafon stolüstü,,, xarici kamerlar, daxili kamera və.s ilə təmin edilməlidir.

Bildirək i, nizamnamə kapitalı 50 AZN olan "PLANET CONSTRUCTİON" MMC-nin qanuni təmsilçisi QAFQAZ ŞİRİNOV TEHRAN OĞLUdur.

Xatırladaq ki, Şəki Şəhər İcra hakimiyyətinin başçısı, Elxan Usubovdur. 32gun.az

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu