[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndidə ölkəmizin üçrəngli Dövlət Bayrağını ucaltması və çıxışı dünya KİV-lərinin diqqət mərkəzində olub.

Müxtəlif beynəlxalq media orqanları Azərbaycan Prezidentinin çıxışından müxtəlif fikirləri öz auditoriyalarına təqdim ediblər.

Yaponiyanın nüfuzlu NHK televiziya kanalı Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması barədə süjet yayımlayıb.

Süjetdə ötən ay Qarabağdakı erməni silahlı qruplarına qarşı keçirilmiş və qələbə ilə başa çatmış tədbirlərdən sonra Azərbaycan Prezidentinin oktyabrın 15-də bölgənin mərkəzi şəhəri olan Xankəndidə Azərbaycan Bayrağını ucaltmasından söz açılıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını tarixi hadisə adlandırıb.

Süjetdə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma “respublika”nın özünü buraxmasından, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları üçün təkliflərindən, rəsmi İrəvanın Qərbə meyillənməsindən söz açılıb.

Latviyanın “Delfi” nəşri yazır ki, İlham Əliyev iki onillik prezidentliyi dövründə ilk dəfə olaraq 1990-cı illərdən erməni separatçılarının nəzarəti altında olan Xankəndiyə səfər edib.

Yazıda Azərbaycan Ordusunun sentyabrın 19-da bölgədə həyata keçirdiyi antiterror tədbirlərinə toxunulub, bir gün sonra qondarma “respublika”nın hakimiyyət orqanlarının müqaviməti dayandırdıqlarını elan etdikləri bildirilib.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti qondarma qurumun fəaliyyətini dayandırdıqdan sonra bölgəni tərk etməməyə qərar verən erməni əhali üçün reinteqrasiya planını açıqlayıb.

Moldovanın “Tv8” kanalının saytında yayımlanan xəbərdə vurğulanır ki, Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını qaldırması bu ölkənin bütün ərazisində nəzarəti bərpa etməsini simvolizə edir.

Ukraynanın “Ukrinform”, “RBK-Ukrayna”, “Azadlıq” Radiosunun Ukrayna Redaksiyası, “TSN”, “24Kanal”, “DeutscheWelle”nin Ukrayna Redaksiyası, “Gazeta”, “Korrespondent”, “NV”, “Podrobnosti”, “Yevropeyskaya Pravda”, “Ukraynskaya Pravda”, “Fakti”, “Slovom i Dilo” və digər informasiya agentliklərində, xəbər portallarında Ukrayna, rus və ingilis dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdığı xüsusi qeyd edilib.

Həmçinin bildirilib ki, Prezident İlham Əliyev Qarabağın digər yaşayış məntəqələrində, o cümlədən Ağdərə, Xocalı, Kərkicahan və Malıbəylidə olub, Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.

Estoniyanın “Postimees” nəşri də dövlətimizin başçısının Qarabağa səfərindən yazıb. Bildirilib ki, bu, rəsmi Bakının bölgəyə nəzarəti bərpa etməsindən sonra Prezident İlham Əliyevin buraya ilk səfəridir. Yazıda, eyni zamanda, ötən ay Azərbaycanın bölgədə həyata keçirdiyi antiterror tədbirlərinə də toxunulub.

ABŞ-ın “Barron's” dərgisi Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin bir nömrəli məqsədinin Qarabağın erməni separatçılarından azad edilməsi və Azərbaycan Bayrağının Xankəndidə dalğalanmasının tarixi hadisə olması ilə bağlı fikirlərinə diqqət çəkib.
Ətraflı

Portal qeyd edib ki, Azərbaycan Prezidenti Xankəndidə Dövlət Bayrağının qaldırılmasının böyük xoşbəxtlik və tarixi hadisə olduğunu bildirib.

Böyük Britaniyanın “İndependent” nəşrində dərc olunan yazıda vurğulanıb ki, Prezident İlham Əliyevin Qarabağda Azərbaycan Bayrağını ucaltması bu ölkənin bölgəyə nəzarətinin təsdiqidir.

Eyni zamanda, diqqətə çatdırılıb ki, beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınan Qarabağ 1994-cü ildən etnik erməni qüvvələrin nəzarəti altında separatçı “dövlət”ə çevrilmişdi. 2020-ci ildə baş verən müharibə nəticəsində Azərbaycan Qarabağın böyük hissəsinə nəzarəti bərpa edib. Ötən ay isə Azərbaycan Ordusu bölgənin qalan hissəsindən erməni silahlı qüvvələrini darmadağın edərək onları təslim olmağa məcbur edib.

Böyük Britaniyanın “gazetteherald” nəşrində, ABŞ-ın “The Seattle Times”, İtaliyanın “La Repubblica” qəzetlərində, həmçinin “Reuters” agentliyində, Fransanın “France24”, “Francetvinfo” telekanallarının saytında, Kanadanın “La presse”, Yunanıstanın “Newsbeast”, BƏƏ-nin “Sky news arabian”, “aletihad”, Qətərin “Alaraby”, Səudiyyə Ərəbistanının “Asharq” və digər portallarda yayımlanan informasiyalarda dövlətimizin başçısının Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdığı və sonra çıxış etdiyi oxucuların diqqətinə çatdırılıb.

“news.com.au” portalı yazır ki, qalib Prezident İlham Əliyev bazar günü regionun əsas şəhərində ölkəsinin bayrağını qaldırarkən deyib: “Biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik.

Oxucuların diqqətinə çatdırılıb ki, Prezident Əliyev Qarabağda Azərbaycan hakimiyyətini görmək üçün 20 il gözlədiyini bildirib. O, həmçinin qeyd edib ki, bu Qələbə bizim tariximizdə əbədi olacaq.

Yazıda qeyd olunub ki, İlham Əliyevin bu səfəri onun atası Heydər Əliyevdən sonra Azərbaycan Prezidenti olduqdan düz 20 il sonraya təsadüf edib.

“İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın”, - deyə portal Prezident İlham Əliyevin çıxışından sitat gətirib.

Gürcüstanın “interpressnews.ge”, “amnebi.ge”, “qafqazturk.com”, “aktual.ge”, “realnews.ge”, “24news.ge”, “interpress.ge” portalları da Prezident İlham Əliyevin Qarabağa səfəri ilə bağlı silsilə materiallar yayıblar.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərinə, Xocalıya və işğaldan azad edilmiş digər bölgələrə səfəri və həmin ərazilərdə Dövlət Bayrağını ucaltması, eləcə də bu bölgələrdə həyata keçirilən islahatlar, erməni separatçıların aldıqları layiqli cəza, həmçinin Qarabağ bölgəsinin çiçəklənməsi ilə bağlı layihələr barədə dövlətimizin başçısının fikirləri yer alıb.

Macarıstanın “hirado.hu” saytı yazır ki, Prezident İlham Əliyevin Xankəndində Azərbaycan Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında Azərbaycanın torpaqlarını geri qaytardığını söyləyib. O deyib ki, Azərbaycan bu anı 20 il idi gözləyirdi.

Prezident İlham Əliyev qeyd edib ki, bu, 20 il əvvəl vəzifəyə gəldiyi gündən onun bir nömrəli hədəfi olub.

Bu ölkənin “24.hu” və “privatbankar.hu” portallarında yayımlanan informasiyalarda Azərbaycan Prezidentinin Qarabağ səfərinə toxunulub, bu regionun tarixinə nəzər salınıb. Bildirilib ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsidir, lakin təxminən 30 il əvvəl tərəflər arasında baş vermiş birinci müharibədən sonra ermənilərin nəzarətinə keçib. Lakin Azərbaycan 2020-ci ilin payızında ərazinin bir hissəsini geri qaytarıb, bu ilin sentyabrında isə separatçıları diz çökdürüb. Bundan sonra isə rəsmi Bakı ərazinin Azərbaycana reinteqrasiyası ilə bağlı danışıqlara başlayıb. Azərbaycan rəhbərliyi ermənilərin hüquqlarını təmin edəcəyinə söz versə də, onlar qorxduqları üçün ərazini tərk ediblər.(AzərTac)
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İftixar Piriyevin bağ evindən ETİBARLI YER YOX İDİ? - BU NƏDİ BELƏ?!


Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının inventarları yanğın hadisəsi zamanı məhv olub.

DİA.AZ bildirir ki, bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə yanğın hadisəsi teatrın direktoru İftixar Piriyevin bağ evində baş verib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isə yanğın hadisəsinin nədən qaynaqlandığı barədə akt tərtib etmədiyi iddia edilir.

İlginc məqamlardan biri İrəvan Dövlət Azərbaycan Dram Teatrına məxsus inventarların teatrın direktorunun bağ evində saxlanmasıdır.

Dövlət başçısının sərəncami ilə təmirinə milyonlarla vəsait xərclənmiş İrəvan Dövlət Azərbaycan Dram Teatrının böyük bazası olduğu halda inventarların nə üçün direktorun bağ evinə aparılması və sonradan yanması bir sıra suallar yaradır.

Qlobal.az yanğın hadisəsi ilə bağlı Mədəniyyət nazirliyi və Fövqaladə Hallar Nazirliyindən mövqe öyrənməyə çalışıb.

Hər iki nazirlik məsələ ilə bağlı açıqlama vermədi.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı da hadisə barədə mövqe bildirməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kolbasa sexlərinin rəhbərləri öz məhsullarını yeyirmi – araşdırma

Ekspert: “Halal kolbasaların tərkibi araşdırılan zaman məlum olur ki, ona mal əti əvəzinə at, eşşək əti vurulur, buna görə inam-etibar yoxdur”
Azərbaycanda kolbasa-sosis məhsulları ilə bağlı istehlakçıların aldadılması məsələsi hələ də aktual olaraq qalır. Sanki əbədi, həlli olmayan bir problemlə üz-üzəyik. “Çox təəssüflər olsun ki, bəzi işbazlar xüsusən də kolbasa-sosiska istehsalı ilə məşğul olan işbazlar ən çox vaxtı keçmiş ətlərdən və yaxud at, eşşək ətlərindən istifadə edir. Deyə bilərəm ki, ölkədə 70 faiz kolbasa-sosiska istehsalında at və eşşək ətindən istifadə olunur. Həmçinin bəzi dönərxanalara verilir ki, bəzən də bu zəhərlənmələrə səbəb olur”.
Kolbasa sexlərinin rəhbərləri öz məhsullarını yeyirmi – araşdırma

Ləman Süleymanova

Bunu tanınmış həkim-diyetoloq Ləman Süleymanova Musavat.com-a açıqlamasında bildirib. Həkim at ətinin hansı səbəbdən tibbi baxımından qadağan olunmasına isə belə aydınlıq gətirib: “At kəsilən kimi artıq 5-10 dəqiqə ərzində əti keyfiyyətsiz olur. Xüsusən də yay fəslində at, eşşək, qatır kəsiləndə onların ətinin tərkibində ağır zəhərlənməyə yol açan 3 maddə olur. Araşdırmalara görə, eşşək və dəvədən fərqli olaraq bu maddə at ətində 70 faiz daha çoxdur. Bu maddə hətta öldürücü xassəyə malikdir. Atlarda çox qorxulu – zoonos mənşəli infeksiya olur ki, bu infeksiya daha çox baytar işçilərində rast gəlinir, çünki onlar mütəmadi olaraq atlarla təmasda olurlar. Beləliklə də at əti orqanizmdə zəhərlənmələrə səbəb olur. Böyrəyində problem olan insanlar cəmi bir ay ərzində bir neçə dəfə at ətindən istifadə edərsə, tez bir zamanda böyrəyi tamamilə sıradan çıxır, yəni, böyrəyin fəaliyyətinə çox mənfi təsir göstərir. Həmçinin qaraciyərə dağıdıcı zərbə vurur, qaraciyərdə problem varsa, onun kəskinləşməsi baş verə bilir”.

Öz növbəsində qida mühəndisi Ağa Salamov da bizimlə söhbətdə deyib ki, insanların kolbasa-sosislərə inamsızlığının səbəbi at, eşşək ətinin kolbasalara, konservləşdirilmiş məhsullara vurulması ilə bağlıdır: “İşbazlar tərəfindən bəzən halal dönər adlandırırlar, amma AQTA gedib araşdırır, məlum olur ki, heç bu dönərdə mal əti də yox imiş, at əti var imiş. Misal üçün, halal kolbasaların tərkibi araşdırılan zaman məlum olur ki, burada mal əti əvəzinə at, eşşək əti vurulur. Ona görə inam-etibar yoxdur. Halal sertifikat yalnız ”bismillah” deməklə kəsilən məhsula deyilmir. Halallıq birinci tarladan başlayır. İri və xırdabuynuzlu heyvanların yedikləri yem orqanik olmalıdır, təbii olmalıdır. Vaxtlı-vaxtında peyvəndi vurulmalıdır. Halal heyvan sağlam olmalıdır. Xəstə heyvanları kəsib vermək olmaz”.

Bəs belə vəziyyət daha nə qədər davam edəcək? Görəsən, kolbasa sexlərin rəhbərləri öz məhsullarından yeyirmi? Yaranmış durumda istehlakçılar nə etməlidir? Başqa, xüsusən də qonşu ölkələrdə, məsələn, qardaş Türkiyədə bu sahədə durum necədir? Həmin kolbasalardan özləri də yeyirmi?
Kolbasa sexlərinin rəhbərləri öz məhsullarını yeyirmi – araşdırma

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kolbasanı ayırd etmək o qədər də asan məsələ deyil: “Birinci növbədə insanlar, istehlakçılar diqqətlə kolbasların etiket məlumatlarını oxusunlar və orada şübhəli bir məqam görərlərsə, bu zaman maldan şübhələnə bilərlər. Ümumiyyətlə, xaricdən gələn kolbasalar, sosiska məmulatlarında etiket məlumatları Azərbaycan dilində deyilsə, belə məmulatdan imtina etsinlər. Xüsusən Rusiyadan, Ukraynadan və digər ölkələrdən gələn kolbasalarda ehtiyatlı olsunlar. Ən çox təhlükəli kolbasalar onlardır. Çünki onlar uzaq yol gəlmək üçün çoxlu kimyalaşırlar. Baxmayaraq ki, sanki dadları yaxşıdır. Hər halda bütün hallarda yerli mallara üstünlük versinlər, yəni istehlakçı etiket məlumatından qaynaqlana bilər. Üstəlik hansı malın buraxılma tarixində yararlıq müddəti arasındakı məsafə azdırsa, o mala üstünlük versinlər. Əgər alıcılar kolbasada problem hiss edərlərsə, mütləq 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər”.

Ekspert əlavə edib ki, üzərində “halal” yazılmasına baxmayaraq tərkibində donuz əti aşkarlanan məhsulları bazara çıxarmaq qətiyyən yolverilməzdir: “Ümumiyyətlə, halal sertifikatı ilə bağlı illərdir problemlər yaşanır. İstehlakçıların aldadılması prosesi baş verir. Ona görə də, aidiyyəti qurumların bu kimi reydlər keçirməsini yüksək qiymətləndirirəm. Qeyri-qanuni kolbasa istehsal edən bunlara nəzarət etmək çətindir. Hesab edirəm ki, bu məsələdə ictimai nəzarət güclü olmalı, əhali belə sexlər barədə AQTA-ya məlumat verməlidir”.

Bir neçə kolbasa istehsal edən şirkətə də zəng vurub bizi maraqlandıran sualları ünvanlanmağa çalışdıq. Qeyd edək ki, neçə şirkətlə əlaqə saxlamağa cəhd etsək də, suallara cavab verməkdən yayınanlar oldu. Adları AQTA-nın “qara” siyahısında olan şirkətlərdən “Ovçular”, “Kral” şirkətləri ilə də əlaqə saxlamaq mümkün olmadı.

Nəhayət, halal kolbasa məmulatları istehsalçısı olan “SAB” şirkəti ilə danışa bildik. Şirkətin marketinq meneceri Taleh Mehtiyev “Yeni Müsavat”ın suallarını cavablandırdı: “Şirkətimizdə, heç bir məhsulumuzda qüsur aşkarlanmayıb. Təbii ki, biz öz məhsullarımızı yeyirik də, hətta hər ayın sonu işçilərimizə istehsal etdiyimiz məhsullardan pay da veririk. Bizdə halal seqment üzrə kolbasalar istehsal edilir. Sırf bu məqsədlə başlamışıq, hələ o vaxt sovetin dövründən sonra heç kim inanmırdı ki, halal kolbasa dadlı olar. Hamı donuz ətinə öyrəşmişdi. Biz risk edib bazara girdik. Sonradan başqa firmalar da gördü ki, halal adı ilə kolbasaları almaqda maraq var, onlar da bazara girməyə başladılar”.

Dünyanınsəsi.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncənin icra başçısına KİM BADALAQ GƏLİR?.. - İLGİNC İDDİA

Belə yerdə məşhurların dedikləri kəlamlar yada düşməyə bilməz. Əlbəttə, hər bir işin yaxşısı da, pisi də birinci şəxsin adı ilə bağlı olur. Məlumdur ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov nə qədər xeyirxah işlərlə məşğul olsa da, bu şəxs şəhər sakinləri arasında özünə qarşı heç cür inam hissi qazanmağı bacarmır. Çünki, icra başçının tabeliyində çalışan vəzifə sahibləri bu gün də şəhər sakinlərinə o qədər haqsızlıq edirlər ki, hər kəs sabiq icra başçısı Elmar Vəliyevin atasına rəhmət diləyir. İndi gəncəlilərin arasında belə bir söz dəbdədir:

"Elmar Vəliyev Gəncənin gözəlliyi üçün nə etdisə, yalnız o, etdi". Hal-hazırda belə bir söz-söhbətlərin yayılmasında ŞİH-nin baş memarı Elxan Məmmədovun və onun kimi məmurların xüsusi rolları olur. Bu şəxsin ərköyün vəzifə sahibi olmasının kökündə, Mingəçevir Avarçəkmə İdman Mərkəzinin qarşısında yerləşən komfortlu villası da böyük rol oynayır. Hətta, Elxan Məmmədovun kefi istəyəndə humanitar şöbənin sabiq əməkdaşı Azər adlı şəxsin vasitəsilə o, yerli sahibkarları özündən aslı vəziyyətə salır və hər kəsdən rüşvət tələb etdirməyi də bacarır. Belə olan halda şəhər sakinləri cənab Başçının gördüyü işləri necə dəyərləndirə bilərlər? Bir halda ki, bu şəxsin səsi ilk dəfə, yəni 2021-ci ildə Ucardan gəlib və özü də kəskin hiddət doğurub, buna nə ad vermək olar?. Deməli, bu şəxs daim öz rəhbərinin qarşısında "firon"luq edir ki, bu da onun ərköyün məmur olduğunu ortaya qoymuş olur. Ona görə də sual oluna bilər ki, bu cür vəzifə sahibindən hansısa haqqı-ədaləti gözləmək olarmı? Əsla yox!

GundemXeber.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
28 May NQÇİ-də işçilərə YEZİD ZÜLMÜ... - İşçilər ÇƏTİN DURUMDA
"Araşdırılmasına ciddi ehtiyac duyulur. Yazılanlar doğrudursa, haqqında yazılan rəis ölkə qanunvericiliyini pozduğu üçün ciddi məsuliyyət daşıyır. Yaxud da bu halda kimsə daha "yekə rəis" olmaq istəyir !? Yox?" DİA.AZ bildirir ki, bunu öz paylaşımında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd edib.
Hüquq müdafiəçisi 28 may NQÇİ, 3 saylı NQÇS (yəni DDÖ-3) işçisinə istinadən növbəti acınacaqlı vəziyyət haqda məlumat paylaşıb. Neftçinin müraciətində deyilir:

"Həqiqətən də biz boğaza yığılmışıq . 3 saylı Dərin Dəniz özülündə su problemi bitmək bilmir. Su çənlərində 30-40 ton su var, 5 gündür hamamları bağlayıblar, çimməyə icazə vermirlər. Bəhanə də onu gətirirlər ki, su yoxdu. Axı su var: 30-40 ton su var.

Dənizin ortasında bu ağır iş qrafikində neyləyək, necə eləyək axı biz fəhlələr? Platformanın rəisi Şahin Əliyev "gestapo rejimi" yaradıb burda, nə vaxt işə gəlir dərhal hamamları bağladır. Amma 2 gündən bir özü öz otağındakı hamamda çimir.

Biz yazıq fəhlələr gecə-gündüz demədən işləyirik, iş qurtarandan sonra hamamı açın: çimmək istəyirik, deyəndə "su yoxdur" deyir. Hər ay belədir... Bu 3 saylı platformada su problemi heç vaxt həll olunmur. Allaha and olsun, bədənimiz səpib allergiya vermişik əməlli-başlı.

İyrənirik özümüzdən artıq. Nə paltar yumağa icazə verilmir, nə də çimməyə. Amma özü bu gün qəşəngcənə geyinib-keçinib, üz-başını qırxıb, duxu da vurub getdi evinə.

Xahiş edirəm, bunun bir yolunu tapmağa köməklik edin bizə. Ayın 8-dən su üzü görmürük. Çənlər doludur. Hərəsində 15 ton su var, açmırlar krantları..

Burda HİX-in rəis müavini Məhəmməd İbrahimov var , platformanın rəis müavini Şahin Əliyev var... bütün mühəndislər yuxarıda otaqlarında çimirlər... Biz fəhlələr, QƏYTS-in fəhlələri, TQB-3-ün fəhlələri su üzünə həsrət qalmışıq. Mühəndislər geyinir-keçinir, üz-başları tərtəmiz gəzirlər, fəhlələr itin zülmünü çəkir...

Allaha and olsun biabırçı gündəyik.."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının göbəyində YAŞIL SOYQIRIMI - BU NƏDİ BELƏ?


Bu ilin yayənda paytaxtın Xətai rayonu, NZS qəsəbəsində, “Azpetrol”un yanacaqdoldurma məntəqəsi ilə üzbəüz nahiyədə Nefbazanın üzbəüz hissəsində məişət tullantılarının atılmış olduğu ərazidə dəhşətli yanğın baş vermiş, benzindaşıyan maşınların biri partlamışdı.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə yanğının baş verdiyi əraziyə cəlb olundular və yanğının yaxınlıqda yerləşən neft çənlərinin hamısını partlatmasına və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan vermədilər.
Sözügedən ərazidən qaz boruları, elektrik xətləri keçir. Yaxınlıqda qanunsuz tikilmiş yaşayış evləri yerləşir. İllərdir, o evlərin plana düşüb söküləcəyini deyirlsə də, əksinə, qanunsuz tikililər günü-gündən artmaqda davam edir. Bu cür bir ərazi yanğından yüksək səviyyədə qorunmalıdır. Hadisə nəticəsində eləcə də ətrafdakı ağaclara xeyli ziyan dəymişdi. Bildirilirdi ki, yanğın zamanı hadisəni lentə alan qəsəbə sakinlərinə polis və SOCAR-ın əməkdaşları çəkiliş etməyə icazə verməyib. Çəkilən videogörüntüləri isə silmək üçün göstəriş verilib.
Xətai Rayon İcra Hakimiyyətinə, əraziyə nəzarət edən ARDNŞ Neft Kəmərləri İdarəsinə, DİN Neft Emalı Obyektlərinin Mühafizə İdarəsinə bu kimi hadisələrin baş verməməsi üçün mühafizə işini gücləndirmək, bu müstəvidə yer alan nöqsanları qısa müddət ərzində aradan qaldırmaq tapşırığı verilsə də, təəssüflər olsun ki, ərazidə potensial təhlükə mənbəyi olan obyektlərin qanunsuz tikintisinin artması tendensiyası səngiməyib. Adları çəkilən qurumların əməkdaşları nəyinsə müqabilində belə tikintilərə göz yumurlar.
Sakinlərin mətbuatda ictimailəşmiş sözlərinə görə, hələ 30-40 il əvvəl orda bağ, meyvə ağacları salıb, əkib-becərirmişlər. Təəssüf ki, indi ortaya çıxmış bir neçə işbaz həmin ağacları məhv edib, ərazini böyük taxtadan hasarla əhatələyiblər. İçində təxminən 100 kv/m sahəyə malik kafe tikiblər. Kafenin sahibi olduğu deyilən İlham adlı şəxs isə məhrəm məclislərdə deyir ki, obyektin tikintisinə icazə almaq üçün 6000 (altı min) manat rüşvət verib. Sakinlər həmçinin xatırlayıblar ki, 2 il bundan əvvəl burada fəaliyyət göstərmiş başqa kafenin həndəvərində neft kəmərini deşib kanistlərlə benzin satırmışlar. İki il əvvəl üstü açılıb, cinayət işi başlanılıb, bəzi şəxslər istintaqa cəlb olunmuşdular.
İnternet resurslarında hasara alınmış həmin ərazidə tikintisi aparılan obyektin görüntüləri də durur. Məlum olub ki, tikinti işləri ağacların qırılması ilə müşayiət olunub. Hasar əvəzi qoyulmuş ağaclar, qoparılmış kol-kos quruyub, istənilən vaxt anidən od tutub alışa, ciddi yanğına səbəb ola bilərlər.
Əgər İlham adlı şəxsin dedikləri doğrudursa, belə çıxır ki, verdiyi rüşvətdən yuxarıda adları çəkilən qurumların funksionerlərinə pay düşüb. Həmin sıraya mütləq polis sahə müvəkkilini, 66 saylı Mənzil İstismar Sahəsini, təbii ki, həm də Xətai RİH-nin Mənzil Kommunal Təsərrüfatı Birliyini də əlavə etmək lazımdır. Neft Emalı Obyektlərinin Xətai rayon Mühafizə İdarəsinin rəisi cənab Niyaməddin Eyvazovu istisna etmək lazımdır. Çəkiliş aparan zaman sakinlər bildirdilər ki, rəisin, müavini Əli müəllimin və manqa komandiri Qafarın əməllərindən xəbəri yoxdur. Qeyd olunur ki, Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsindən rəis müavini Əli, polis serjantı Qafar, Neft Kəmərləri İdarəsindən Hikmət, Xətai MKTB-nin 66 saylı MKİS- nin rəisi vəziyyətə “nəzarət” edirlər.
Cavabdeh qurumlar sırasına əlbəttə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhərinə nəzarət edən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də aiddir. Maraqlıdır ki, sözügedən ərazidə ağacların kəsildiyi təqdirdə hesablaşılmalı olan şəxslər sırasında polis serjantı Qafardan söz düşəndə bəzi adamlara elə gəlir ki, Regional İdarənin rəisi Qafar Ağayevdən söhbət gedir. Halbuki, ərazidə yaşıllıqların məhvi daha çox İdarənin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri Şakir Quliyevin işlədiyi dövrə təsadüf etmişdi.
Mövzuya qayıdacağıq.
Azerinfo.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Uşaqları bağçaya qəbul etmək üçün özlərinə uyğun məbləğlər təyin ediblər" - ETİRAZ

82 saylı körpələr evi-uşaq bağçasından narazılıq var...

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Valideynlərdən biri bildirilib ki, aprel ayından bu yana bağça onların şikayətlərini ciddiyə almır:

“Hər dəfə direktorla görüşmək istəsəsək də, direktorun gah işdə olmadığını, gah da məzuniyyətdə olduğunu əsas gətirirlər. Bağça dövlətindir, amma buna baxmayaraq, bağçanı sahiblənib, uşaqları bağçaya qəbul etmək üçün özlərinə uyğun məbləğlər təyin ediblər. Bağçaya gələn uşaqların valideynlərindən Azərbaycan bölməsi üzrə 80 manat, rus bölməsi üzrə isə 100 manat tələb olunur. Əgər uşaq bir ay bağçaya getməsə belə, valideyn bu məbləğin yarı hissəsini ödəməlidir. Bunlardan əlavə, bağçada istifadə olunan təmizlik vasitələrini valideynlərdən tələb edirlər”.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ilə əlaqədar müvafiq araşdırma aparılacaq:

“Araşdırmanın nəticələri barədə məlumat veriləcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Havarlı bələdiyyəsinin HƏVARİ ÜSULU... - "Savadsızlığımızın ucbatından bizi aldatdı"


Şölə Qarayeva Yevlax rayonunun Havarlı kəndində yaşayır. O, 2005-ci ildə Havarlının bələdiyyə sədri Sərvan Musayevdən 24 sot torpaq alıb. Deyir, sözügedən torpağın 12 sotu 50 illik müqavilə ilə onlara verilib. Sonradan isə məcburi köçkün olmaları bəhanə edilərək, başqasının adına keçirilib.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəzərin icra başçısı yəqin buralardan xəbərsizdir... - Yaşayışda İKİLİ STANDART...
Bura Xəzər rayonunun Qala qəsəbəsidir. Qəsəbəni ayıran yolun o tayında əhalinin yaşayışı üçün lazım olan hər şey - su, qaz, işıq, internet var. Yolun bu tayında Tağıyev adına neft-qaz çıxarma idarəsi yerləşir. İdarənin ərazisində yaşayan sakinlərsə suya, qaza, internetə möhtacdır.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə təhsilində İBTİDAİ ŞƏRTLƏR - AXI NİYƏ?

Gəncədə yerləşən 32 saylı tam orta məktəbin idman zalı olmadığına görə, hava şəraitinə baxmayaraq dərslərin açıq havada keçirildiyi bildirilir.

DİA.AZ xəbər verir ki, bu barədə Abzas Media-ya müraciət edən valideyn Kamil Qasımov danışır.

O bildirir ki, 32 saylı məktəbdə 2 uşağı təhsil alır. Havalar soyuq olsa da, idman dərsləri məktəbin həyətində keçirilir və bu, uşaqlarının sağlamlığında problemlərə yol açır.

Valideynin sözlərinə görə, idman zalının tikintisi üçün məktəb rəhbərliyi daha üst qurumların qərar verməli olduğunu bildirir.

“Uşaqlar çox əziyyət çəkirlər. Qarşıdan da qış ayları gəlir, çöldə idman dərsləri şagirdlərin səhhətinə pis təsir edəcək. Bu, bir valideyn kimi məni narahat edir. Xahiş edirəm ki, ya idman zalının tikilməsi üçün dəstək göstərilsin, ya da dərs cədvəlindən idman dərsləri çıxarılsın”, – deyə valideyn bildirib.

Qeyd olunan məsələ ilə bağlı 32 saylı tam orta məktəblə əlaqə saxlamaq mümkün olmadı.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, məktəb 2013-cü ildə əsaslı təmir edilib.

"Həmin zaman məktəbdə idman zalı müəyyənləşib. Hal-hazırda hava şəraiti ilə əlaqədar fiziki tərbiyə dərsləri açıq havada keçirilir".
Gəncə təhsilində İBTİDAİ ŞƏRTLƏR - AXI NİYƏ?

Valideyn isə bildirir ki, məktəbdə heç vaxt idman zalı olmayıb, uşaqları həmişə yay-qış demədən bayırda fiziki tərbiyə dərsi keçiblər.
Gəncə şəhərində yerləşən 32 saylı tam orta məktəb 1936-cı ildə inşa edilib. 2014-cü ildə məktəbdə yenidənqurmadan sonra ibtidai siniflər üçün inşa edilmiş 400 yerlik tədris korpusunun açılışı olub.

Məktəbdəki yenidənqurma işlərinə nə qədər vəsaitin ayrılması ilə bağlı açıq mənbələrdə məlumat yoxdur.

XƏBƏR LENTİ

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi