Qazaxın icra başçısı hərbi xidmətə yola düşən gənclərlə görüşdü - FOTOLAR

17:27 12.04.2018 610
Qazaxın icra başçısı hərbi xidmətə yola düşən gənclərlə görüşdü - FOTOLAR
“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 mart 2018-ci il tarixli Sərəncamına müvafiq olaraq qazaxlı gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər.

Bu münasibətlə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qarabağ müharibəsi veteranları, Aprel döyüşlərinin iştirakçıları, çağırışçılar, valideynlər və KİV nümayəndələri iştirak edib.

Tədbirə şəhərdəki Şəhidlər Xiyabanından başlanılıb. Şəhidlərin ruhuna dua oxunduqdan sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən yolunda canından keçmiş oğul və qızlarımızın xatirəsini ehtiramla yad edərək memorial önünə gül dəstələri qoyub. Şəhidlərin xatirəsi tədbir iştirakçıları tərəfindən də yad olunub.

Sonra tədbir Heydər Əliyev parkında davam edib. Rayon rəhbərliyi və tədbirə toplaşanlar ümummlli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsini yad ediblər.
Sonra Gənclər Mərkəzinin qarşısında yığıncaq keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 11 aprel prezident seçkilərinin uğurla başa çatması və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə bütün rayon sakinlərini, xalqımızı təbrik edib. Sonra ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışaraq ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlərin ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olduğunu bildirib. Bunun nəticəsidir ki, 2016-cı ilin aprel ayında ordumuzun hərbi birləşmələri qısa müddət ərzində işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad edib. İcra Başçısı gənclərlə qürur duyduğunu bildirərək çağırışçılara vətənin layiqli əsgəri olmağı tövsiyə edib, hərbi xidmətə yola düşən çağırışçı-gənclərə ən xoş arzularını çatdırıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında 6 mart 2018-ci il tarixində Sərəncam imzaladığını bildirib. Hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi tövsiyə edib.

Böyük Vətən Müharibəsi veteranı Xanqulu Süleymanov, rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının ordu sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliklərini bildiriblər.

Sonra gənclər musiqi sədaları altında rəqs ediblər. Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çağırışçı-gənclərlə bir-bir görüşərək onlara uğur arzulayıb, xatirə şəkilləri çəkdirib.(göyəzən.az)

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu