Bazarlarda qiymət şoku - Hansı məhsul nə qədər bahalaşıb?

12:46 11.04.2018 646
Bazarlarda qiymət şoku - Hansı məhsul nə qədər bahalaşıb?
Paytaxt bazarlarında bir çox kənd təsərrüfatı məhsulları kəskin şəkildə bahalaşıb. Səbəb isə mövsümi amillər, yerli istehsal məhsullarının tükənməsi və xaricdən idxalın artmasıdır. Məlum olduğu kimi, qısa müddət sonra əksər meyvə-tərəvəz məhsullarının nübarı bazarlara çıxacaq və bu da ilk günlərdə baha olması ilə seçiləcək.

Dia.az xəbər verir ki, müsavat.com-un əməkdaşları hazırkı durumu öyrənmək məqsədilə "8-ci kilomter bazarı”nda olub, meyvə və tərəvəzlərin son qiymətləri ilə maraqlanıb. Aparılan müşahidələr zamanı bazarda bəzi məhsulların qiymətinin bahalaşdığı aydın olub.

Diqqəti ən çox soğanın qiyməti çəkib. Belə ki, əksər piştaxtalarda bir qədər normal soğanın pərakəndə satışı kiloqramı 1 manat, daha keyfiyyətsiz vəziyyətdə olanı isə 80 qəpiyə təklif olunur. Topdansatışda isə qiymətlər 75-80 qəpikdən təklif olunur. Satıcılar soğanın bu qədər bahalaşmasının mövsümlə əlaqəli olduğunu bildirdilər: "Alverçilər soğanın bol vaxtı 35 qəpiyə alıb, anbarlara vururlar. Tutaq ki, zamanında 25 ton mal alıb, bu günə qədər 15 ton soğan sata bilir. Anbarda uzun müddət qalan məhsul isə zay olur, 70 faizi itkiyə gedir. Yerdə qalan 30 faizi isə bazarlara çıxarılır. Bu zaman avtomatik olaraq soğan bahalaşır. Sahibkarlar həmin soğanı mayasını ödəyib, müəyyən qazanc qalsın deyə, baha satmağa çalışırlar. Təbii ki, belə olan halda bazarda bahalaşma qaçılmazdır. Onlar da qınanılası deyillər. Çünki anbarda müəyyən müddət saxlamaq üçün icarə haqqı ödəyirlər, üstəgəl digər xərclər...”

Bəzi satıcılar isə yaranan qıtlığın qarşısını almaq üçün İrandan Bakıya soğan gətiriləcəyini və bununla qiymətlərin müəyyən qədər ucuzlaşacağını dedilər: "Ümumiyyətlə, Azərbaycanda ən çox satılan Ağdam soğanıdır. Ölkədə becərilən soğan daxili tələbatı ödəyirdi, xaricdən gətirməyə ehtiyac qalmırdı. Bu il nədənsə soğan istehsalı azlıq təşkil etdi. Təzə soğanın çıxmasına isə hələ 10-15 gün qalıb. Yerli məhsul hesabına əhalinin tələbatının ödənilməsi mümkün deyil. Bazarda söhbət gəzir ki, İrandan Azərbaycana böyük həcmdə soğan gətiriləcək. Belə olan halda soğanın bahalaşmasının qarşısını almaq olacaq. Əks halda, kəskin bahalaşma gözlənilə bilər. Yəni soğanın kiloqramı 1.40 qəpiyə qədər bahalaşa bilər”.

Kartofun qiymətinə gəlincə, ciddi bir bahalaşma müşahidə olunmayıb. Satıcılar söhbət zamanı bildiriblər ki, ötən illə müqayisədə kartof bu il daha ucuz olub: "Bazarda Misir, İran, Türkiyə, Belarusdan gətirilən kartof daha çox üstünlük təşkil edir. Yerli məhsulumuzun həcmi isə kifayət qədər azalıb. Buna baxmayaraq, xaricdən gələn məhsul hesabına kartofun qiyməti stabil saxlanıb. Hətta ötən illə müqayisədə daha ucuzdur. Ötən ilin bu fəsli ilə müqayisədə 15-20 qəpik ucuzlaşma var. Misir kartofu 1 manat, Belarusdan idxal olunan 80 qəpik, Türkiyə kartofu 70 qəpik, yerli Gədəbəy kartofu isə 70-80 qəpik civarındadır. Artıq bazarda təzə kartoflar satışa çıxır. Bu səbəbdən də həmişə 1-1.20 manata satdığımız Gədəbəy kartofu indi ucuzlaşıb”.

Bazarda bahalaşan tərəvəzlər siyahısında pomidoru xüsusi vurğulamaq olar. Yerli pomidorun kiloqramı 4-5 manata təklif edilir. İran pomidoru isə 2-3 manat civarındadır. Satıcılar pomidorun bahalaşmasını xarici ölkələrə idxalın artması ilə əlaqələndirdilər: "Ötən ilin bu dövründə pomidorun qiyməti xeyli ucuz idi. Bu aylarda Bakı kəndlərindən və bir neçə rayondan Bakı bazarlarına mal gətirilərdi. O səbəbdən bazarda bolluq yaranırdı, bu isə avtomatik qiymətlərin ucuzlaşmasına səbəb olurdu. Lakin bu mövsüm bazarda pomidor qıtlığı yaşanır. Təbii ki, belə olan halda bahalaşma gözləniləndir. Bahalaşmanın digər səbəbi isə məhsulun Rusiyaya daşınması ilə əlaqəlidir. Əvvəllər Türkiyə pomidoru daha çox Rusiyaya daşınırdı. Hansı səbəbdənsə Rusiya Türkiyədən məhsul almadı. İndi Azərbaycandan Rusiyaya pomidor ixrac olunur. Bu sahədə çalışan sahibkarlar məhsulunu iri şirkətlərə topdan satır. Pomidorun bahalaşmasının əsas səbəblərindən biri budur”.

Digər məhsulların qiymətinə gəlincə, elə də bahalaşma müşahidə olunmayıb. Kələm, kök, göyərti, meyvələrdən banan, narıngi, portağal və digər məhsulların qiyməti stabil olaraq qalır. Yalnız almanın qiymətində bahalaşma müşahidə edilir. Satıcılar bunun səbəbinin də mövsümlə əlaqəli olduğunu deyiblər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?